Məhkəmə qərarları › İş №2(107)-2213/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2213/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2213/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - ASC «xxxx» Bankının nümayəndəsi X1; Cavabdeh - Cavabdeh iştirakı ilə Şəki Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-1140/2020 saylı qətnaməsindən iddiaçı ASC «xxxx» Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rаyon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-1140/2020 saylı qətnaməsi ilə iddiaçı ASC «xxxx» Bankının Cavabdeh qarşı xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 592.20 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx xxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya olmaqla, cəmi 1077.27 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulması barədə iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı ASC «xxxx» Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 592.20 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya olmaqla, cəmi 1077.27 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC «xxxx» Bankı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC «xxxx» Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd faiz) ödənilməsi şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə zamin X7 arasında xx xxxxxxx 2013-cü il tarixli, **********66013/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Borc alan tərəfindən Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı ASC «xxxx» Bankı tərəfindən «kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması haqqında» iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 nömrəli qətnaməsi ilə kredit müqaviləsi üzrə 2021.98 manat məbləğində əsas borcun, 412.43 manat məbləğində adi faiz borcu və 117.26 manat penya olmaqla, cəmi 2551.67 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh, zamin X4 müştərək qaydada iddiaçı ASC «xxxx» Bankının xeyrinə tutulması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sorna icra icraatı qaydasında tam icra olunmuşdur. Buna baxmayaraq cavabdehin müqavilənin 6.2-ci bəndinə əsasən illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kreditin qaytarılma müddəi bitdiyi tarixdən (xx.xx.2016) əsas borcun tam şəkildə qaytarıldığı xx xxx 2020-ci tarixədək hesablanmış bu məbləğ 592.20 manat təşkil edir. Kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu səbəbdən də ASC «xxxx» Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ASC «xxxx» Bankının etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, həqiqətən də ASC «xxxx» Bankı ilə arasında bağlanmış xx xxxxxxx 2013cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən ona 36 ay müddətinə, illik 24% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə zamin X7 arasında xx xxxxxxx 2013cü il tarixli, **********66013/1 nömrəli və digər zamin X3 arasında xx xxxxxxx 2013-cü il tarixli **********66013/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşlər. Tərəfindən kredit müqaviləsinə əsasən ödənişlər gecikdirildiyindən ASC «xxxx» Bankı tərəfindən məhkəməyə müraciət edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 nömrəli qətnaməsi ilə kredit müqaviləsi üzrə 2021.98 manat məbləğində əsas borc, 412.43 manat məbləğində adi faiz borcu və 117.26 manat penya olmaqla, cəmi 2551.67 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan və zamin X4 müştərək qaydada iddiaçı ASC «xxxx» Bankının xeyrinə tutulması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 358/2017 nömrəli qətnaməsi qəbul edildikdən ümumilikdə 2551.67 manat məbləğində ödəniş həyata keçirmiş və qətnamə üzrə müəyyənləşdirilmiş borc tam şəkildə icra edilmişdir. ASC «xxxx» Bankı xx xxxx 2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 358/2017 saylı icra sənədi üzrə borc məbləğinin tam şəkildə ödənildiyini bildirərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırda onun ASC «xxxx» Bankına heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı ASC «xxxx» Bankı apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Ona görə də, Şəki Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-1140/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına, həmçinin apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC «xxxx» Bankının nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)- 1140/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına, həmçinin apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-1140/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)- 1140/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsindən görünür ki, ASC «xxxx» Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə 2021.98 manat məbləğində əsas borc, 412.43 manat məbləğində faiz borcu və 117.26 manat cərimə olmaqla, cəmi 2551.67 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X4 müştərək qaydada tutularaq ASC «xxxx» Bankının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ASC «xxxx» Bankı tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 361 saylı arayışdan görünür ki, xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 saylı icra sənədi ilə ödənilməli olan məbləğ Cavabdeh və X7 tərəfindən tam ödənildiyindən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ASC «xxxx» Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsinə əsasən ASC «xxxx» Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 saylı qətnaməsinin ilə xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə 2021.98 manat məbləğində əsas borc, 412.43 manat məbləğində faiz borcu və 117.26 manat cərimə olmaqla, cəmi 2551.67 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X4 müştərək qaydada tutularaq ASC «xxxx» Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh xx xxx 2020-ci il tarixdə xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə öhdəlikləri tam şəkildə icra etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-358/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. ASC «xxxx» Bankı xx xxxx 2020-ci il tarixdə məhkəməyə yenidən müraciət edərək xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 592.20 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya olmaqla, cəmi 1077.27 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «xxxx» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İddiaçı ASC «xxxx» Bankı Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli, **********66013 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 592.20 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% faiz dərəcəsi ilə hesablanmış 485.07 manat məbləğində penya olmaqla, cəmi 1077.27 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etsə də, ASC «xxxx» Bankı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 361 saylı arayışla görünür ki, xx xxxxxxx 2013-cü il tarixli, **********66013 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tam olaraq ödənildiyi müəyyən edilmişdir. İddiaçı ASC «xxxx» Bankı tərəfindən ərizədə borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş arayışı daha əsaslı və Cavabdeh ASC «xxxx» Bankına olan borcunun müəyyənləşdirilməsində məhz həmin arayışa istinad edilməsini doğru hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-1140/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı ASC «xxxx» Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-1140/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar