Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2217/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli, 2(025)-1354/2015 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli, 2(025)-1354/2015 nömrəli qiyabi qətnaməsi ilə (hakim Fehruz Abbasov) iddia təmin olunmuş, Cavabdeh 200 manat borc məbləği, 1000 (bir min) manat zərər və 500 (beş yüz) manat hüquqi xidmət xərci olmaqla, cəmi 1700 (bir min yeddi yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh '200 (bir min iki yüz) manat məbləğində borc pulun və 500 (beş yüz) manat məbləğində nüquqi xidmətə görə ödənilmiş rüsumun alınaraq ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 31 mart 2015-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Yazı Düzü” Ticarət obyektində istilik sistemi olan kombi cihazı və həmin cihaz üçün lazım olan digər avadanlıqların alınması məqsədi ilə müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən 15 (on beş) gün ərzində ödəmək şərtilə cavabdehə 200 (iki yüz) manat dəyərində istilik sistemi avadanlıqları satılmışdır. Onunla Cavabdeh arasında ona satılmış həmin istilik sistemi avadanlıqlarının dəyəri qiyməti kimi 200 (iki yüz) manat məbləğində pulun müqavilə şərtləri daxilində satıcıya ödənilməsi, həm də pulu vaxtında ödəməyəcəyi təqdirdə satıcının gələcəkdə həmin pulun alınması və yaxud istilik sistemi avadanlıqlarının geri qaytarılması nəticəsində çəkəcəyi xərclərin, uğrayacağı zərərin əvəzi kimi satıcıya 1000 (bir min) manat məbləğində əlavə vəsaitin ödənilməsi barədə müqavilə imzalanmışdır. 1305 saylı, 31 mart 2015-ci il tarixli Qaiməyə əsasən Cavabdeh “Yazı Düzü” Ticarət obyektindən 1 (bir) seksiyasının qiyməti 10 (on) manat dəyərində olan 20 (iyirmi) ədəd SK-500 PASOTTİ500 (0803) markalı Radiator seksiyası almış, lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasıma-gəlməmiş. gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının -anlığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı formada ərizə verərək işə ;.;-abi baxılmasına razılığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən çyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş üzrə yuxarıda göstərilən qiyabi qətnamə çıxarılmışdır. Qiyabi qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun belə bir qətnamə çıxarılmasından məlumatı olmamışdır, belə ki məhkəmə qətnaməsi 2015-ci ildə qəbul edilsə də qətnamənin surəti ona göndərilməmiş və bu 6 il ərzində heç kəs onu bu qətnamə ilə bağlı narahat etməmişdir. Mən iddiaçıdan kombi avadanlıqları almış və mənim ona 200 manat borcum qalmışdır.Lakin qarşı tərəf həmin 200 manat borca görə məndən əlavə 1000 manat ziyan və 500 manat hüquqi yardıma görə vəsait də tələb etmişdir. O, aldığı avadanlıqlara görə 200 manat borcludur və bu məbləği etiraf edir. Lakin onun əlavə öhdəliklərə cəlb edilməsi tam qanunsuz və əsassızdır. O, məhkəmə qətnaməsinin qəbul olunduğunu Qəbələ rayon İcra şöbəsinə dəvət edilərkən bilmiş, bundan sonra məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qətnaməsinin surətini 02.09.2021-ci il tarixdə rəsmən almışdır və buna görə də şikayət vermək üçün nəzərdə tutulan 1 aylıq müddət də məhz bu tarixdən hesablanmalıdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli, 2(025)- 1354/2015 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, İddiaçı ona qarşı iddia tələbinin qismən təmin edilməsi və ondan 200 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdil. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli, 2(025)-1354/2015 nömrəli qiyabi qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilməli, 400 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan 31.03.2015-ci il tarixli, 445 saylı vadə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə iddiaçı ilə cavabdeh arasında 1 (bir) seksiyasının qiyməti 10 (on) manat dəyərində olan 20 (iyirmi) ədəd SK-500 PASOTTİ-500 (0803) markalı Radiator seksiyasının iki aylıq vadə ilə satış şərti daxilində bağlanmışdır. İddiaçının nümayəndəsinin izahatından və işə əlavə olunmuş 31 mart 2015-ci il tarixli, 1305 saylı “Qaimə” adlanan sənəddən aydın olur ki, cavabdeh “İstilik Sistemləri” mağazasından 1 (bir) seksiyasının qiyməti 10 (on) manat dəyərində olan 20 (iyirmi) ədəd SK500 PASOTTİ-500 (0803) markalı Radiator seksiyası almışdır. İş materiallarında olan 31.03.2015-ci il tarixli mal-materialların vadə ilə alqı-satqısı üzrə razılaşma protokolundan görünür ki, cavabdeh 200 (iki yüz) manat dəyərində aldığı istilik sistemi avadanlıqlarının dəyərini 15 (on beş) günə tam olaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 600.1 və 600.4-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. İddiaçı məhkəməyə hər hansı başqa sübut təqdim etməsə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, cavabdehin məhkəmə iclasına gəlməməsi və iddiasını təsdiq etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə əks olunmuş məlumatların təkzib edilməməsi, iddianın əsaslılığına dair qənaət yaratmaqla mülki hüquq münasibətlərinin iştirakçısı olan Cavabdeh müqavilə şərtlərini pozmuş olması ehtimalını gücləndirir. İddiaçının dəyən zərər kimi tələb etdiyi 1000 (bir min) manatın ödənilməsi tələbi ilə bağlı isə birinci instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir: Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən aylıq ödənişlər alıcı tərəfindən hər hansı bir səbəbdən gecikdirilərsə və bu məqam tərəflər arasında danışıqlar vasitəsi ilə həllini tapmazsa satıcı satılmış cihaz və avadanlıqların sökülüb dükana qaytarılması hüququnu özündə saxlayır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu hal baş verərsə, sökülərək dükana geri qaytarılmış mallar, yenidən qiymətləndirilir və dəymiş zərər barəsində alıcıya məlumat verilir. Dəymiş zərər və inflyasiya dərəcəsi nəzərə alınmaqla alıcı tərəfindən satcıya ödənilməsi üçün əlavə (bir həftə) vaxt verilir. Bu vaxt daxilində alıcı ödəyəcəyi məbləği ödəməzsə, bu faktın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll olunmasına alıcı razılığını imzası ilə təsdiq edir. Baş vermiş bu halın aradan qaldırılması üçün satıcının gələcəkdə çəkəcəyi əlavə xərcləri əvəzləşdirmək məqsədi ilə alıcının satıcıya min manat əlavə vəsaitin ödənilməsi .ələbinə alıcı öz razılığını verir. İddiaçı da məhz müqavilənin bu bəndinə istinad edərək zərər qismində 1000 (bir min) manat pul tələb etmişdir. İddiaçının, “hüquqi yardım üçün xidmət haqqı olaraq nümayəndəyə ödənilən 500 manat pulun cavabdehdən tutulması” tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulmuş və bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İş materiallarında olan 04.09.2015-ci il tarixli, 569696 saylı X5 Qəbzindən görünür ki, “Şahin” hüquq firmasına iddiaçı tərəfindən 500 (beş yüz) manat məbləğində pul ödənilmişdir. Bununla belə məhkəmə, hazırkı mübahisə üzrə nümayəndənin məhkəmə proseslərinə sərf etdiyi vaxtı və zəhməti nəzərə almaqla cəmi 500 (beş yüz) manat pulun onun göstərdiyi xidmətin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Beləliklə, təqdim edilmiş sənədlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə, iddia ərizəsində qeyd edilən həmin halları, yalnız qoyulmuş iddia tələbləri çərçivəsində və iddia tələbinin təmin olunmasına təsir edə biləcək hədlərdə araşdırmaqla onlara hüquqi qiymət verir və qeyd edir ki, həmin hallar iddianın təmin olunması üçün əsas verir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 200 manat borc məbləği, 1000 (bir min) manat zərər, 500 (beş yüz) manat hüquqi xidmət xərci olmaqla, cəmi 1700 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü düzgün əsaslandırmadığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 466.2.3-cü maddəsinə əsasən kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyаsının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat ödəməli olduğu pulu tələb edərkən sonuncudan müqaviləni əsas götürərək 1000 manat da ziyana görə pul tələb etmişdir ki, həmin pul hazırki iş üzrə dəbbə pulu kimi nəzərə alınmalıdır. 200 manata görə tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulsa belə, 1000 manat dəbbə pulunun tələb edilməsi tənasübsüz surətdə yüksəkdir. Həmin məbləğ azaldılaraq 100 manat həcmində müəyyən edilməlidir. İddiaçı həmçinin cavabdehdən hüquqi xidmətə görə 500 manat pul tələb etmişdir ki, həmin tələb də təmin edilmişdir. Mülki işin materiallarından görünür ki, İddiaçı 10 mart 2015-ci il tarixdə X2 onu təmsil etmək üçün 7E/4312 nömrə ilə reyestrdə qeyd edilmiş etibarnamə vermişdir. X3 həmin etibarnamə əsasında 7 sentyabr 2015-ci il tarixdə İddiaçı təmsil edərək iddia ərizəsini imzalamış, 13 noyabr 2015-ci il tarixdə Qəbələ Rayon Məhkəməsində məhkəmə iclasında iştirak etmiş və məhkəməyə işə qiyabi icraat qaydasında baxılması barədə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası göstərilən xidmətlərin həyata keçirilməsi üçün 500 manat ödəniş edilməsini və cavabdehdən həmin məbləğdə pulun tələb edilməsini ağlabatan hesab etmir və hesab edir ki, cavabdehdən hüquqi xidmətə görə 100 manat alınaraq iddiaçıya ödənilməsi ağlabatandır. Məhkəmə kollegiyası hüquqi xidmətə görə müqavilə üzrə ödənilmiş cəmi 500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qeyd edir ki, iddia tələbi yuxarıda göstərilən əsaslarla qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə iddianın təmin olunmuş 1300 manata aid olan hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli, 2(025)-1354/2015 nömrəli qiyabi qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilməli, 400 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli, 2(025)-1354/2015 nömrəli qiyabi qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. 400 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-2217/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2217/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver