Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-222/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi, maddi hüuqu normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil Nadir oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(014)- 948/2023 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə Ağdaş rayonu, Cücük kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində iddiaçıların ümumi birgə mülkiyyətinə 1,63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına 22 may 2000-ci il tarixdə dövlət aktı qeydiyyat kitabında 14258 nömrə ilə qeydə alınmış JN: 128 kod 90307028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Torpaq sahəsi mütəxəssislər tərəfindən dövlət aktının cizgisində göstərilən ölçüdə naturada ölçülərək və tanıdılaraq onlara təhvil verilmişdir. Həmin torpaq sahəsi onlara veriləndən sonra həmin torpaq sahəsinə aqrotexniki qaydada qulluq edərək həmin torpaq sahəsini kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün tam yararlı vəziyyətə salmışlar. 2022-2023-cü il məhsul mövsümü ilə əlaqədar 2022-ci ilin payızında həmin 1,63 hektar əraziyə texnika vasitəsi ilə kiloqaramı 60 qəpik olamqla ortalama 240 manata 400 kq toxumluq arpa alaraq səpmişlər. 2023-cü ilin dekabr ayının əvvəllərində cavabdeh X3 özünə məxsus iri və xırda buynuzlu mal-qarasını dəfələrlə arpa əkdiyi və yeni suvardığı sahəyə salaraq 1,63 hektar əkin sahəsini tamamilə heyvanlara yedizdirərək və əzdirərək məhv etmişdir. Bu barədə cavabdehə iradlarını bildirəndə cavabdeh belə qanunsuz hərəkətlərini bir daha etməyəcəyinə söz versə də, bir-iki gündən sonra təkrarən özünə məxsus heyvanlarını həmin əraziyə buraxmışdır. Cavabdehin belə qanunsuz hərəkətlərindən bütün kənd camaatı bezar olmuşdur. Belə ki, cavabdeh ondan başqa digər təsərrüfat sahiblərinə də xeyli ziyan vurmuşdur. İddiaçılar cavabdeh tərəfindən özünə məxsus iri və xırdabuynuzlu heyvanlarını onların əkin sahələrinə buraxaraq əkin sahəsini məhv etməyi barədə kənd bələdiyyəsinə ünvanladıqları ərizəni və faktları yerində baxış keçirməklə araşdırmış, baxış zamanı yazdıqları öz təsdiqini tapmışdır. Cavabdeh özünə məxsus heyvanlarını onların əkin sahələrində otarmasını telefon vasitəsi ilə videoya çəkmişlər. Cavabdeh onun və digərlərinin əkin sahələrinə ziyan vurduğuna və belə hallar təkrar olunduğuna görə zərərçəkənlər ərizə ilə rayon Polis şöbəsinə müraciət etmişlər. Rayon Polis şöbəsi onlara mübahisələrinin mülki xarakterli olduğuna görə mübahisənin həlli məqsədi ilə aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Apardıqları hesablamalara və mütəxəssislərin verdiyi məlumata görə cavabdeh tərəfindən onlara əkin sahələrini məhv etdiyinə görə ortalama 2250 manat ziyan vurmuşdur. Əkin sahələrinə baxış keçirilərək vurulmuş ziyanı müəyyən etmək üçün Ağdaş rayon Kənd təsərrüfatı idarəsinə müraciət edəndə oradan onlara həmin əraziyə baxış keçirilərək vurulmuş ziyanın müəyyən edilməsi üçün mütəxəssisin ayrılması yalnız məhkəmənin sorğusu əsasında mümkündür. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə mürciət edərək onun tərəfindən mülkiyyətlərində olan 1,63 hektar arpa sahəsinə həmin sahəyə iribuynuzlu mal-qara buraxması nəticəsində ona ziyan vurduğuna görə 2250 manat ziyanı cavabdehdən tələb edirlər. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin (hakim: C.Sultanov) 9 avqust 2023-cü il tarixli, 2(014)-948/2023 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçıların mülkiyyətində 1,63 ha pay torpaq sahəsi var və iddiaçılar həmin torpaq sahəsində arpa əkdiklərini, həmin əkin sahəsində əkilmiş arpanın cavabdehə məxsus malqara tərəfindən yeyilərək onlara maddi ziyanın dəydiyini iddia etsələr də, lakin işin materiallarına onlara ziyanın cavabdehə məxsus mal-qara tərəfindən dəyməsinə, o cümlədən dəymiş ziyanının miqdarının müəyyən edilməsinə dair heç bir mötəbər sübut əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olmuşdur ki, iddiaçıların mülkiyyətində 1,63 ha pay torpaq sahəsi var və iddiaçılar həmin torpaq sahəsində arpa əkdiklərini, həmin əkin sahəsində əkilmiş arpanın cavabdehə məxsus mal-qara tərəfindən yeyilərək onlara maddi ziyanın dəydiyini iddia etsələr də, lakin işin materiallarına onlara ziyanın cavabdehə məxsus mal-qara tərəfindən dəyməsinə, o cümlədən dəymiş ziyanının miqdarının müəyyən edilməsinə dair heç bir mötəbər sübut əlavə edilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1 1115-ci maddələri, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyator apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə Ağdaş rayonunun Cücük kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində onlara ümumi birgə mülkiyyətinə 1.63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına 22 may 2000- il tarixdə dövlət aktı qeydiyyat kitabında 14258 nömrə ilə qeydə alınmış JN: 128 kod 90307028 saylı pağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Torpaq sahəsi mütəxəssislər tərəfindən dövlət aktının sahəsində göstərilən ölçüdə naturada ölçülərək və tanıdılaraq onalara təhvil verilmişdir. Həmin torpaq sahəsi onlara veriləndən sonra həmin torpaq sahəsinə aqrotexniki qaydada qulluq edərək həmin torpaq sahəsini kənd ərrüfatı məhsullarının əkilib-becərilməsi üçün tam yararlı vəziyyətə salmışlar. 2022-2023-cü il məhsulu ilə əlaqədar 2022-ci ilin payızında həmin 1.63 hektar əraziyə texnika vasitəsi ilə kiloqaramı 60 qəpik olamqla ortalama 240 manata 400 kq toxumluq arpa alaraq səpmişlər. 2023-cü ilin dekabr ayının vəllərində cavabdeh X3 özünə məxsus iri və xırda buynuzlu mal-qarasını dəfələrlə əkdiyi və yeni suvardığı sahəyə salaraq 1.63 hektar əkin sahəsini tamamilə heyvanlara yedizdirərək məhv etmişdir. Bu barədə cavabdehə iradlarını bildirəndə cavabdeh belə qanunsuz hərəkətlərini daha etməyəcəyinə söz versə də, bir-iki gündən sonra təkrarən özünə məxsus heyvanlarını həmin əraziyə salmışdır. Belə ki, cavabdeh ondan başqa digər təsərrüfat sahiblərinə də xeyli ziyan vurmuşdur. Onlar cavabdeh tərəfindən özünə məxsus iri və xırda buynuzlu heyvanlarını onların əkin sahələrinə buraxaraq sahəsini məhv etməyi barədə kənd bələdiyyəsinə ünvanladıqları ərizəni və faktları yerində baxış keçirməklə araşdırmış, baxış zamanı yazdıqları öz təsdiqini tapmışdır. Cavabdeh özünə məxsus heyvanlarını onların əkin sahəsində otarmasını telefon vasitəsi ilə videoya çəkmişlər. Cavabdeh onların sahəsinə ziyan vurduğuna və belə hallar təkrar olunduğuna görə onlar zərərçəkənlər ərizə ilə rayon Polis bəsinə müraciət etmişlər. Ağdaş Rayon Polis şöbəsi onlara mübahisəni mülki xarakterli olduğuna görə aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Apardıqları hesablamalara mütəxəssislərin verdiyi məlumata görə cavabdeh tərəfindən onların əkin sahəsinin məhv etdiyinə görə ortalama 2250 manat ziyan vurmuşdur. Əkin sahəsinə baxış keçirilərək vurulmuş ziyanı müəyyən etmək üçün Ağdaş rayon Kənd təsərrüfatı idarəsinə müraciət edəndə oradan onlara bildirdilər ki, həmin əraziyə baxış keçirilərək vurulmuş ziyanı müəyyən edilməsi üçün mütəxəssisin ayrılması yalnız məhkəmənin sorğusu ilə mümkündür. Ona görə də onlar cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İşə baxan məhkəmə tərəfindən işə baxılarkən yuxarıda qeyd etdikləri işin halları nəzərə alınmamış, həmin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən əkin sahələrinə cavabdeh tərəfindən vurulmuş ziyanın miqdarını dəqiq müəyyən etmək üçün mütəxəssis dəvət etməmiş, dəymiş ziyanın məbləğini dəqiq müəyyən etmək üçün mütəxəssis ayrılaraq rəy verilməsi üçün aiyyati üzrə rayon Kənd Təsərrüfatı İdarəsinə sorğu göndərməmiş, cavabdeh onlara qarşı irəli sürülən iddianı bul etmədiyi üçün və iddia tələbinin əsasını təşkil edən mötəbər sübut olan diskə baxış keçirməmiş, həmin diskdə cavabdehin özünə məxsus heyvanlarını məhz onların ərazidə otarmasını etiraf etməsinə düzgün hüquqimət verməmiş, iddia tələbinin rədd edilməsi qənaətinə gəlsə də, həmin halları düzgün əsaslandırılmamış və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Ağdaş Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(014)-948/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin əsaslı olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil Nadir oğlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(014)-948/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayəti təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(014)-948/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin əsaslı olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(014)-948/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən 1935 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(014)-948/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 1935 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası öncə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kolegiyasının iclasında müəyyən edildi ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh məxsus mal-qara iddiaçıların mülkiyyətində 1,63 ha pay torpaq sahəsində buraxaraq əkdikləri taxıl məhsulunun otarıldığı müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak X1 Cəmiyyətinin 21 fevral 2024-cü il tarixli arayış ilə 1.63 ha torpaq sahəsində orta məhsuldarlıq nəzərə alınmaqla 4500 kq arpa məhsulu əldə etmək mümkündür. 2023-cü ilin məhsul yığımı dövründə arpanın 1 kqnın orta bazar qiyməti 0.43 manat olduğu nəzərə alınmaqla 4500 kq arpanın qiyməti 1935 manat təşkil edir. Ağdaş şəhərində fəaliyyət göstərən toxumçuluq, bitkiçilik, həmçinin topdan və pərakəndə satış məntəqələrindən və internet resuslarından istifadə etməklə İddiaçı1 Abdi oğlunun göstərdiyi və arpa məhsulu əkdiyi 1.63 hektar torpaq sahəsinə ümumilikdə 1935 manat zərər vurulmasını müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərər çəkməsinin sübut olunmasıdır. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın 1935 manata aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh məxsus mal-qara iddiaçıların mülkiyyətində 1,63 ha pay torpaq sahəsində buraxaraq əkdikləri taxıl məhsulunun otarıldığı iddiaçılar tərəf sübut etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 1935 manat məbləğində pul alınaraq iddiaçılara verilməlidir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən 1935 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(014)-948/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 1935 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(014)-948/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 1935 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilsin. 1935 manat pul Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-222/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-222/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver