Məhkəmə qərarları › İş №2(107)-2222/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2222/2020

12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2222/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(019)-697/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxxxx 2020-ci il tаrixli 2(019)-697/2020 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı ”alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)-1835/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2014-cü ildə anadan olmuş Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016cı ildə anadan olmuş Baradova Səbinə Söhrab qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onların birgə nikahlarından xx xxxxxx 2014-cü ildə anadan olmuş Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı ildə anadan olmuş Baradova Səbinə Söbrab qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh alınıb ona verilməli olan alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci ilin iyul ayının 27-də nikahdan kənar evlənmişdir. Nikahlarını xx xxxxxx 2013-cü il tarixdə Balakən rayon Talalar kənd X2 06 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2014-cü ildə Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı il təvəllüdlü Baradova Səbinə Söhrab qızı adlı uşaqları anadan olmuşlar. Onlar bir müddət birgə mehriban yaşamışlar. Sonradan cavabdehin özünü ailədə normal apara bilməməsi, evə tez-tez içkili gəlməsi, onu söyərək təhqir etməsi, ona əl qadlırması, artıq dözülməz bir hala çevrilmişdir. Onun valideynləri tərəfindən bu haqsızlıqlara son qoyulması cavabdehdən xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)- 1835/2016 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və birgə nikahlarından olan xx xxxxxx 2014-cü il təvəllüdlü Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016-cı il təvəllüdlü Baradova Səbinə Söhrab qızının onun himayəsində qalaraq onların hər ikisinin yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 117 (bir yüz on yeddi manat) sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Bundan bir ay sonra cavabdeh ona və valideynlərinə yaxınlaşaraq düz fikirdə olmadığını və etdikləri əməllərdən peşman olduğunu bildirərək onunla barışaraq birgə yaşamaq istədiyini bildirdikdən sonra valideynləri də onun yalançı vədlərinə inanmış və ailə dağılmasın deyə barışığa razılıq vermişlər.Onlar barışdıqdan sonra cavabdeh ona icra işinin məhkəməyə göndərilməməsi üçün ərizə yazmaq lazım olduğunu bildirmişdir. O, ərizəni yazarkən məhkəmə tərəfindən tətbiq edilən alimentdən notariat qaydada imtina etməmişdir. Bir müddətdən sonra cavabdeh əvvəl etdiyi əməlləri təkrarlamağa başlamışdır və onlar təkrar ayrılmalı olmuşlar. Bundan sonra cavabdeh nə uşaqlara, nə də ailəsinə baxmış, evdən çıxıb öz anası evində qalmağa başlamışdır. Bundan sonra ailənin yükü onun və valideynlərinin üzərinə düşmüşdür. Cavabdeh hazıra kimi heç bir manatda olsa aliment ödəməmiş və “heç kim ona aliment ödətdirə bilməz” deyir. Hazırda uşaqlar böyüdükcə onların sosial problemləri də artmaqdadır. Cavabdeh həm uşaq baxçasında gözətçi işləyir, həm də qəssablıqla məşğul olur. Onun aliment ödəməyə imkanı var. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx xxxx 2012-ci ildə iddiaçı ilə nikahdan kənar qaydada evlənmiş, nikahlarını isə xx xxxxxx 2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2014-cü ildə Samir, xx xxxxxx 2016-cı ildə isə Səbinə adında iki uşaqları anadan olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar İddiaçı ilə ayrılmış və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə aralarında olan nikah pozulmuş, boşanmadan sonra birgə nikahlarından xx xxxxxx 2014cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının anaları İddiaçı yanında qalmaları, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər bir uşaq üçün 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. O, hazırda Talalar kənd uşaq baxçasında gözətçi işləməklə 237 manat əmək haqqı alır. Əlavə olaraq gündüz vaxtlarında ət satışı ilə məşğul olan şəxslərdən hər həftə ərzində 50 kq ət götürüb satmaqla məşğul olur. Ay ərzində 150-160 manat əldə edir. Əmək haqqını uşaqlara aliment ödəyir, digər əldə etdiyi gəlirlə isə özünü dolandırır. İddiaçı Balakən rayon mərkəzi xəstəxanasında işləməklə 262 manat gəlir əldə edir. Göründüyü kimi iddiaçının gəliri ondan çoxdur. Onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(019)-697/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində tərəflərin birgə nikahından doğulmuş Baradov Samir Söhrab oğlunun doğum tarixi səhvən xx xxxxxx 2014-cü il kimi qeyd edilmişdir. Lakin Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Baradov Samir Söhrab oğlu xx xxxxxx 2014-cü ildə doğulmuşdur. Ona görə də kollegiya hesab edir ki, Baradov Samir Söhrab oğlunun doğum tarixi xx xxxxxx 2014-cü il kimi qeyd edilməlidir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(019)-697/2020 nömrəli qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirilərək ondan hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatına uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(019)- 697/2020 nömrəli qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirilərək ondan hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(019)-697/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və onun gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Baradov Samir Söhrab oğlu xx xxxxxx 2014-cü ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı yazılmışdır. Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Baradova Səbinə Söhrab qızı xx xxxxxx 2016-cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı yazılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(019)1835/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış və xx xxxxxx 2013-cü il tarixdə Balakən rayonu Talalar kənd X2 06 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra iddiaçı Cavabdeh və cavabdeh İddiaçı uşaqları- xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızı anası İddiaçı yanında qalmaları, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh hər ay hər bir uşaq üçün 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulub cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı 2014-cü ildə nikahdan kənar cavabdeh ilə evlənmiş, nikahlarını xx xxxxxx 2013-cü il tarixdə Balakən rayon Talalar kənd X2 06 nömrə ilə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx xxxxxx 2014-cü ildə Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı ildə Baradova Səbinə Söhrab qızı adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar tərəflər ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)-1835/2016 nömrəli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və xx xxxxxx 2013-cü il tarixdə Balakən rayonu Talalar kənd X2 06 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra Cavabdeh və İddiaçı uşaqları- xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlu və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının anası İddiaçı yanında qalmaları, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Baradov Samir Söhrab oğlunun və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş Baradova Səbinə Söhrab qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək alimentin miqdarının artırılması haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “X3” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X3 BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. X1 xx xxxxxx 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. X3 Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və X3 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci mаddəsinə görə, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx xxxxxx 2020-ci il tarixdən yaşayış minumumu uşaqlar üçün artırılaraq 170 (bir yüz yetmiş) manat müəyyən edilmişdir. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə mövcud bazar qiymətlərini nəzərə aldıqda görünür ki, bir nəfər uşağın saxlanılması üçün qət edilmiş 150 manat sabit pul məbləğində aliment məbləği ağlabatandır və heç də çox deyildir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, o cümlədən uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşaqlaın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alınaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimenti ödəməyə imkanının olmamasını, özünün hazırda anasının evində yaşadığını, azyaşlı uşaqlarının səhər açılan kimi onun yanına gəldiklərini, onun və anasının uşaqlara maddi yardım göstərdiklərini, uşaqların anasının səhər işə gedib axşam qayıtdığını, uşaqlara özü və anası tərəfindən baxıldığını təsdiq edən sübut təqdim etməmişdir. Cavabdeh tərəfin göstərdiyi digər hallar isə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X4 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(019)-697/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddiaçı Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)-1835/2016 nömrəli qətnaməsinə əsasən hər ay uşaqların saxlanması üçün 234 manat aliment almışdır (hər uşağa görə 117 manat). Hazırkı iddiada alimentin məbləğinin hər uşağa görə 150 manata artırılması tələb edilir. Deməli, artırılması tələb olunan məbləğ iki uşağa görə 66 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (66 x 12 ay = 792 manat) təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(019)-697/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar