Məhkəmə qərarları › İş №2(107)-2227/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2227/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2227/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-1224/2020 nömrəli qərardadından cavabdehlər Cavabdeh2 və X1 hüquqi varisi Cavabdeh3 tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 hüquqi varisi - Cavabdeh3, üçüncü şəxslər AR ƏMDX-nın DƏDRX-nın 16 saylı Ərazi İdarəsinə və Göyçay rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5 nömrəli qərarı əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2004-cü il tarixli, 153 inventar, 66 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Qeydiyyat Vəsiqəsinin, Cavabdeh1 ilə X2 arasında bağlanmış xx xxxx 2004-cü il tarixli 4Ə-131 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş və Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında X1 adına verilmiş xx xxxx 2004-cü il tarixli, 153 inventar, 66 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Qeydiyyat Vəsiqəsinin, X2 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2005-ci il tarixli 4Ə-334 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş və Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinin, sözügedən alqı-satqı müqaviləsi əsasında X1 və Cavabdeh2 adına verilmiş xx xxx 2005-ci il tarixli, 153 inventar, 66 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda iddiаçı İddiaçı iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən, onun mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə, eləcə də həmin qeyri-yaşayış sahəsindən istifadə edilməsinin qadağan edilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 hüquqi varisi Cavabdeh3, eləcə də digər şəxslərin həmin qeyri-yaşayış sahəsinə girişinə qadağa qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İddiаçı İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 “Şücaət” kiçik müəssisəsinə ayrılmış qeyri-yaşayış sahəsini qeyri-qanuni əsaslarla əldə etdiyi Qeydiyyat Vəsiqəsi əsasında Nazim Seyidova və Cavabdeh2 satmış, sonuncular həmin qeyriyaşayış sahəsindən istifadə etməklə, qanuni əsaslarla əldə etdiyi torpaq sahəsindən istifadəsinə imkan vermirlər. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Ona daxil olan məlumatlara görə, Cavabdeh2 və Nazim Seyidovun hüquqi varisi Cavabdeh3 qeyri-yaşayış sahəsini satmaq fikrindədir. Hazırda qeyri-yaşayış sahəsinə onun girişi və nəzarət etmək imkanı olmadığına görə, cavabdehlərin hər an qeyri-yaşayış sahəsini özgəninkiləşdirmək imkanı vardır. Eyni zamanda, cavabdehlərin, eləcə də digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən istifadə etmələri, eləcə də həmin əraziyə daxil olmaları qadağan edilməlidir. Belə ki, qeyriyaşayış sahəsinin bir çox hissəsi qəzalı vəziyyətdədir. Həmin qəzalı vəziyyətdə olan tikililərdən hal-hazırda istifadə edilir ki, bu da insan həyatı üçün təhlükəli olmaqla, hər an bədbəxt hadisənin baş verə bilməsini istisna etmir. Habelə sözügedən qeyri-yaşayış sahəsinin satılmasına qadağa qoyulacağı halda, ehtimal var ki, cavabdehlər mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikililəri söksünlər. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-1224/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanda iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi və qeyri-yaşayış sahəsindən istifadə edilməsi cavabdehlər Cavabdeh2 və X1 hüquqi varisi Cavabdeh3 qadağan edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 hüquqi varisi Cavabdeh3, eləcə də digər şəxslərin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə girişinə qadağa qoyulması qərara alınmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli qərardadından cavabdehlər Cavabdeh2 və X1 hüquqi varisi Cavabdeh3 şikayət vermişlər. Cavabdeh2 şikayət ərizəsini belə əsaslandırılmışdır ki, sözügedən məhkəmə qərardadını mahiyyət etibarı ilə əsassız və qanunsuz hesab edir. Belə ki, qərarda göstərilmiş hallar bütünlüklə mülkiyyətçi olaraq onun qanunla qorunan hüquqlarının pozulmasına yönəlmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, nəticədə qeyd olunmuş qərarın mahiyyəti bütünlüklə gələcəkdə çıxarılacaq qətnamənin obyektivliyini şübhə altına almışdır. Belə ki, iş üzrə o, cavabdeh olsa da, əmlakının bəri başdan iddianı təmin etmə tədbiri adı altında itirmiş olur. Mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qərarın çıxarılmasında məqsəd heç də gələcəkdə qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən hallarla bağlı deyildir. Necə ola bilər ki, onun mülkiyyətçi olaraq öz ərazisinə daxil olmağı və ya qeyri yaşayış sahəsinin girişinin açıq qalması qətnamənin gələcəkdə icrasını çətinləşdirə bilər? Məgər qeyri-yaşayış sahəsindən istifadə və giriş-çıxış özgəninkiləşdirmə, təmir-tikinti və ya hansısa quraşdırılma hərəkətləridir ki, qadağa qoyulması vacib və qanuni hesab edilir? Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-1224/2017 saylı, mülki iş üzrə iddiaçı özünü ünvan 2 ünvanda yerləşən 0.35 ha torpaq sahəsinin mülkiyyətçisi olaraq qeyd edib. İndiki halda heç kimə məlum deyil ki, sözügedən torpaq həqiqətən də onun mülkiyyətində və istifadəsində olan ərazidirmi, eynilə onun öz əmlakından istifadə etməyi onun hər hansısa mənafeyinə toxuna bilərmi? Hazırkı iş üzrə təqdim edəcəyi xx.xx.2005ci il tarixli Qeydiyyat Vəsiqəsi və Texniki Pasportun mahiyyətindən bəlli olacaq ki, faktiki olaraq onun və X1 mülkiyyətində olan ərazi təkcə torpaq sahəsindən ibarət deyil. Ərazidə 1988-ci ildə tikilmiş anbar, mağaza, çayxana, talvar, dəmir köşk, emalatxana, ayaqyolu, hasar, darvaza, qapı və s. bu kimi tikililər mövcuddur. Bu təqdirdə necə ola bilər ki, xx.xx.2020-ci il tarixdə boş torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş İddiaçı iddianın təmin məqsədilə tədbirlər görülməsi üçün məhkəməyə vermiş olduğu ərizənin məhkəmə üçün əhəmiyyəti vardır? Məgər məhkəmə iki mülkiyyətçi arasında qaldıqda yalnız iddiaçının mənafeyini əsas götürməlidir? Vəziyyət müqayisə edilsə görərik ki, iddiaçı hansısa, koordinatları məhkəməyə məlum olmayan, boş torpaq sahəsinin sahibidir və guya indiki məqamda əsaslı iddia ilə çıxış edir, cavabdeh isə 16 ilin mülkiyyətçisi olmaqla, həmin ərazidə yerləşən 1988-ci ildə tikilmiş anbar, mağaza, çayxana, talvar, dəmir köşk, emalatxana, ayaqyolu, hasar, darvaza, qapı və s. tikililərə sahibdir. Belə bir vəziyyətdə reallıq hansı mülkiyyətçinin mənafeyini düşünməyə əsas verər? Faktiki sahibin, yoxsa əsassız iddia ilə çıxış edən sahibin? İddiaçı faktiki olaraq 10-dan çox tikilisi olan ərazinin boş torpaq sahəsi kimi Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətində nə cür dövlət qeydiyyatına aldıra bilibsə, bunu bir hüquqşünas olaraq, düşünə bilən olacaqmı? Göründüyü kimi, həm iddianın, həm də iddianı təmini üçün tədbirlər barədə ərizənin mahiyyəti tamamilə şübhəlidir və bu səbəbdən də qərardadla üzərlərinə qoyulmuş qadağalar hər mənada yolverilməzdir. Cavabdeh X1 hüquqi varisi Cavabdeh3 şikayət ərizəsini belə əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin qərardadadını qanunsuz və əsassız hesab edir. Ona görə ki, məhkəmə prosessual hüquq normasını pozmuş və düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 157.1 -ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanun normalarının məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hakim iddianın təmin edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxarkən işin konkret häiarını nəzərə almalıdır. Bu zaman nəzərə alınmalıdır ki, iddianı təmin etmə tədbirlərinin görülməsi cavabdehin ayrı-ayrı hüquqlarının məhdudlaşdırılması və işdə iştirak etməyən üçüncü şəxslərin mənafeyinin pozulmasına səbəb ola bilər. Buna görə də iddianın təmin edilməsi barədə məsələ həll olunarkən yalnız iddiaçının deyil, işdə iştirak edən şəxs statusuna malik olubolmamasından asılı olmayaraq digər şəxslərin də qanunla qorunan mənafeləri nəzərə alınmalıdır. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi, işdə iştirak edən şəxsin bu barədə dəlillərinin əsaslı, ağlabatan olması, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalının olmasından asılı olaraq müəyən edilir. MPM-nin 157.2-ci maddəsinin dispozisiyasına əsasən, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi mahiyəti üzrə qabaqcadan həll etmir. İddianı təmin etmək tədbiri barədə qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə həllinin nəticəsindən asılıdır. Qərardadın işi qabaqcadan mahiyəti üzrə həll etmədiyinə dair normanın mənası ondan ibarətdir ki, iddianın təmin etmə tədbirləri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülsə də, bu, həmin tədbirlərin aid olduğu mübahisəyə dair iddianın məhz təmin edilməsi barədə qətnamə çıxarılacağını şərtləndirmir. İddianı təmin etmək tədbiri barədə hakimin qəbul etdiyi qərardadın işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyinə görə MPM-nin 157.2- ci maddəsi hüquqi mənasına görə, həm də onu nəzərdə tutur ki, iddianı təmin etmə tədbiri məzmununa və mahiyyətinə görə bu tədbirlə eyni olan iddia tələbinin təmin olunması üçün tətbiq oluna bilməz. Əks halda iddianı təmin etmək barədə qərardad işi qabaqcadan mahiyyəti üzrə həll etmiş olardı ki, bu da MPM-nin 157.2-ci maddəsinin tələblərinə ziddir. Hazır ki, işdə məhkəmə, iddianı təmin etmək barədə qərardadla işi qabaqcadan mahiyyəti üzrə həll etmişdir. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin girişinə qadağa qoyulmasına nail olmuş, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin girişinə qadağa qoyulmasından sui-istifadə edərək, əmlakını söküb qəsdən məhv etmişdir. Əmlakları sökülüb yerlə yeksan edilmişdir. Bütün bu qanunsuz işlərin başında Göyçay bazarın müdiri Rəşid Xəlilov durur. İddiaçı onun işçisidir. İddia tələbi formal olaraq irəli sürülmüş, əslində Göyçay bazarın müdiri Rəşid Xəlilovun məqsədi qeyri-yaşayış sahəsinin girişinə cavabdehlərə qadağan etdirib, əmlakları sökmək olmuşdur. İddiaçının mübahisələndirdiyi sənədlərin nəticəsində verilmiş çıxarışa əsasən alqı-satqı etməsi bir daha onu sübut edir ki, iddiaçı formal iddia qaldırmışdır. Çünki iddiaçının mübahisələndirdiyi sənədlərin ləğv olunması onun özünün ziyanınadır. Bu səbəbdən hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1224/2020- saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizəsi təmin edilməməlidir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli2(046)-1224/2020 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 məhkəmə kollegiyasına ərizə göndərərək icraatda olan 2 (046)- 1224/2020 saylı, mülki iş üzrə çıxarılmış 28.09. 2020-ci il tarixli qərardaddan vermiş olduğu xx xxxxxxx 2020-ci il tarixli şikayətin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdeh X1 hüquqi varisi Cavabdeh3 izahatında şikayətin təmin edilməsini, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-1224/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDX-nin DƏDRX-nin 16 saylı Ərazi İdarəsi və Göyçay rayon Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmişlər. Cavabdeh2 məhkəməyə teleqram göndərərək iddia tələbini qəbul etdiyini, tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası tərəfindən qiymət verilməsinə zərurət olmadığını, işə onun iştirakı olmadan baxıb şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası tərəfindən qiymət verilməsinə zərurət olmadığı, işə onun iştirakı olmadan baxıb şikayətinin geri qaytarılması barədə xahişini ona münasibətdə nəzərə alır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh X1 hüquqi varisi Cavabdeh3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-1224/2020 nömrəli qərardadı qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İddia ərizəsindən və iddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Nazim Seyidovun və Cavabdeh2 mülkiyyətində, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi isə İddiaçı mülkiyyətindəndir. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin qeyri-qanuni əsaslarla ilkin olaraq Cavabdeh1, sonra isə Nazim Seyidovun və Cavabdeh2 adına rəsmiləşdirildiyini iddia edir. İddia tələbinin əsası kimi İddiaçı kifayət qədər ciddi hüquqmüəyyənedici sənədlərə istinad edib ki, məhkəmə tərəfindən etibarsızlığı tələb olunan sənədlərin qanuniliyi yoxlanana kimi, ərizədə qeyd edilən iddianı təmin etmə tədbirləri görülməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin halı ondan ibarətdir ki, iddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 5 nömrəli qərarı əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2004-cü il tarixli, 153 inventar, 66 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Qeydiyyat vəsiqəsinin, Cavabdeh1 ilə X2 arasında bağlanmış xx xxxx 2004-cü il tarixli 4Ə-131 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş və Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinin, həmin alqısatqı müqaviləsi əsasında X1 adına verilmiş xx xxxx 2004-cü il tarixli, 153 inventar, 66 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Qeydiyyat vəsiqəsinin, X2 ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2005ci il tarixli 4Ə-334 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş və Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinin, sözügedən alqı-satqı müqaviləsi əsasında X1 və Cavabdeh2 adına verilmiş xx xxx 2005-ci il tarixli, 153 inventar, 66 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda iddiаçı İddiaçı iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən, onun mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə, eləcə də həmin qeyri-yaşayış sahəsindən istifadə edilməsinin qadağan edilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 hüquqi varisi Cavabdeh3, eləcə də digər şəxslərin həmin qeyri-yaşayış sahəsinə girişinə qadağa qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsini xahiş etmiş, eyni zamanda mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə, həmin qeyri-yaşayış sahəsindən istifadə edilməsinə, eləcə də digər şəxslərin həmin qeyri-yaşayış sahəsinə girişinə qadağa qoyulmasını xahiş etmiş birinci instansiya məhkəməsi də ərizəni təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilənədək, sözügedən torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərarına gəlməkdə haqlı olmuşdur. Lakin həmin qeyri-yaşayış sahəsindən istifadə edilməsinin qadağan edilməsinə, cavabdehlərin, eləcə də digər şəxslərin həmin qeyri-yaşayış sahəsinə girişinə qadağa qoyulması barədə qərara gəlməklə səhvə yol vermişdir. Belə ki, qeyd edilən torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, həmin ərazi təkcə torpaq sahəsindən ibarət deyil. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehlərin həmin ərazidə 1988-ci ildə tikilmiş anbarı, habelə mağaza, çayxana, talvar, dəmir köşk, emalatxana, ayaqyolu, hasar, darvaza, qapı və s. bu kimi tikililəri mövcuddur. Bundan başqa şikayət ərizələrində də qeyd edilmişdir ki, iddiaçı onların qeyri-yaşayış sahəsinin girişinə qadağa qoymaqla onlara məxsus tikililəri söküb dağıtmışdır. Göründüyü kimi, cavabdehlərin həmin qeyri-yaşayış sahəsindən istifadə etmələrinə və girişlərinə qadağa qoyulmaqla onların mülkiyyət hüquqları pozulmuşdur. Həm də həmin halların qətnamənin gələcəkdə icra edilməsinə maneə törədəcəyi real deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış və nəticədə əsassız qərardad qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X1 hüquqi varisi Cavabdeh3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin iddianın təmini tədbiri barədə xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-1224/2020 nömrəli qərardadı ünvan 1 ünvanda iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən istifadə edilməsinin cavabdehlər Cavabdeh2 və X1 hüquqi varisi Cavabdeh3 qadağan edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 hüquqi varisi Cavabdeh3, eləcə də digər şəxslərin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə girişinə qadağa qoyulması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh X1 hüquqi varisi Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin iddianın təmini tədbiri haqqında xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-1224/2020 nömrəli qərardadı qismən, yəni ünvan 1 ünvanda iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən istifadə edilməsinin cavabdehlər Cavabdeh2 və X1 hüquqi varisi Cavabdeh3 qadağan edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 hüquqi varisi Cavabdeh3, eləcə də digər şəxslərin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə girişinə qadağa qoyulması hissəsində ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin iddianın təmini tədbiri haqqında xx xxxxxxxx 2020-ci il tаrixli 2(046)-1224/2020 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar