Məhkəmə qərarları › İş №2(107)-223/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-223/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-223/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(039)-2028/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlnə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus X18 1814LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomaşına, qoşqusu ilə birlikdə dəymiş 70.000 ABŞ dolları ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(039)-2028/2018 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 65,000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat, cəmi 65,030 (altmış beş min otuz) manat 40 (qırx) qəpiyin İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza xərci – Cavabdeh 120 (bir yüz iyirmi) manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qalan Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2(107)- 1705/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(039)- 2028/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(102)-6935/2019 nömrəli qərarı ilə kassasiya şikayəyi qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2(107)- 1705/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 22 yanvar 2020-ci il tarixli, 2(107)-193/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(039)-2028/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmiş, iddiaçının dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilmiş və ekspertiza tədqiqatının dəyəri olan 120 manat pulun iddiaçıdan tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edimişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 22 yanvar 2020-ci il tarixli, 2(107)-193/2020 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili X7 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(102)-4795/2020 nömrəli qərarı İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(107)- 193/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İşin halları İddia tələbi belə əsaslandırılmışdır ki, 09 may 2018-ci il tarixdə saat 13 radələrində Rusiya Federasiyasının Svetloqrad-Blaqodarnıy-Budenovsk yolunda Qurbanov X15 Benz Aktros 1814LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomaşınını, qoşqusu ilə birlikdə yol kənarındakı ağaca vurmuş, avtomaşın qoşqusu ilə birlikdə tam yararsız hala düşmüş, ümumilikdə ona 70,000 ABŞ dolları həcmində ziyan dəymişdir. Həmin X18 1814LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomaşınının kəllə hissəsi Gürcüstan Respublikasından 25,000 ABŞ dollarına, arxa qoşqusunu isə 26,000 ABŞ dollarına almış, gömrükdən keçirmə rüsumu 12,000 ABŞ dolları təşkil etmiş, əlavə olaraq 12 təkər 6,000 ABŞ dollarına, 1,000 ABŞ dolları dövlət nömrə nişanlarına və əlavə olaraq digər xərclər çəkilmişdir. Kəllə 25,000 ABŞ dolları, qoşqusu 26,000ABŞ dolları, 12 təkər 6,000 ABŞ dolları üstə gəl 1,000 ABŞ dolları, cəmi 70,000 ABŞ dolları. Cavabdeh zərərin ödənilməsindən imtina edir, telefon zənglərinə cavab vermir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, çıxarılmış qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv nəticəyə gələrək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. O, iddianı qəbul etmir. Qaldırılan iddia əsaslı deyildir. O, heç bir kəsin qarşısında heç bir mülki öhdəlik daşımır. Bu baxımdan da heç kəsin qarşısında məsul deyildir. Mülki işin materiallarında hansısa mülki məsuliyyətin olması qeyd edilir, O, iddiaçı qarşısmda həmin hüquqda olmamışdır. Şəxs ondan yolda qalmış avtomobilini aparmaq üçün onu aidiyyatı üzrə Rusiya Federasiyasının Svetloqrad Blaqodarnıy Budonevsk yoluna aparmışdır, ondan xahiş etmişdir ki, qeyd olunan avtomobili həmin ərazidən Azərbaycanın ərazisinə çıxarsın. O, bunu etmişdir. Ancaq baş verən hadisə onun təqsirli hərəkəti nəticəsində baş verməyib. İddiaçı həmin avtomobilin sərhədə gətirilməsini ondan xahiş edib. O, da bütün bunların zəminində qeyd olunan hərəkətləri etmişdir. Burada qəzanın baş verməsi və avtomobilə zərər dəyməsi onun günahı ucbatından baş verməyib. O, şəxsin işçisi deyildir. Onunla hər hansı bir şəkildə əmək müqaviləsi bağlanmayıb. Bu baxımdan da baş verən hadisələrlə bağlı o, konkret olaraq heç bir məsuliyyət daşımır. O, İddiaçı nə işçisi, nə ki, onun avtomobilinin mülki məsuliyyətçisidir. Məhkəmə qətnaməsinə qeyd edilir ki, mülki məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş **- LV-*** dövlət qeydiyyat nişanlı X19 1841LS yük markalı avtomobili və **-ZC-*** dövlət qeydiyyat nişanlı SCHİTZ SKO 24 yarımqoşqu markalı nəqliyyat vasitəsini qoruyub saxlanmasını, istifadə etməsini, texniki qaydalara uyğun istismarının layiqincə, tam məsuliyyəti ilə öz üzərinə götürməsi bildirilir. Belə bir nə müqavilə, nə də onunla məsuliyyəti müəyyən edə bilcək heç bir dəlil mövcud deyil, ola da bilməzdi. O, Rusiya Federasiyasında heç bir qanun pozuntusu etməmişdir. Baş verən hadisə onun təqsiri ucbatından yox, avtomobilin özündə olan ciddi qüsurlar səbəbindən baş vermişdir. Həmin qüsur avtomobildə mövcud olmuşdur. Maşının hansı qiymətdə olması onun üçün önəmli deyil. Şəxs ondan həmin avtomobili sərhədə çıxarmağı xahiş edib. O, da bu halları etməyə çalışmışdır. O, şəxsə zərər vurmamışdır. Həmin avtomobilin nasaz olmasını, avtomobilin mülkiyyətçisi gözəl bilirdi. Qəza onun təqsiri ucbatından baş versəydi, X16 Məcəlləsində inzibati qərar qəbul edilərdi. Belə bir qərar mövcud deyildir. Avtomobilin sahibi Əzizov X4 edərək vurmuş zərərə görə onu məsuliyyət daşıyıcısı hesab edir. Onun məhkəmə prosesindən heç bir halda xəbəri olmayıb. O, şəxsin avtomobilin Rusiya Federasiyasında hər hansı bir zərərinin heç bir halda məsuliyyətçisi deyildir. Ondan avtomobilin sərhədə qədər gətirilməsi xahiş edilib. O, da onun istək və razılığı ilə avtomobili sərhədə gətirərkən avtomobildə olan nasazlıq və ciddi qüsur nəticəsində avtomobil öz yolundan çıxaraq qəza vəziyyətinə düşüb. Burada onun təqsirli hərəkətləri olmamış, onunla mülkiyyətçi arasında avtomobilin təhlükəsizliyi baş verə biləcək hadisə ilə əlaqədar mülki məsuliyyəti heç bir halda müəyyən edilməyib. O, onunla belə müqavilə bağlamamışdır və heç bir məsuliyyət daşımır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(039)-2028/2018 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əvvəlki məhkəmə prosesindən sonra cavabdeh tərəf yenə də barışığa gəlməmişdir. Cavabdeh tərəf məhkəməyə teleqram ünvanlamaqla işi süni şəkildə yubatmağa çalışır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmənin 22.07.2021-ci il tarixli iclasında dindirilmiş 3-cü şəxs X14 izahat verərək bildirmişdir ki, yarımqoşqu mülkiyyət hüququ ilə ona məxsus olsa da, etibarnamə əsasında qardaşı İddiaçı vermişdir. İddiaçı da icarə müqavilə əsasında Cavabdeh vermişdir. Lakin cavabdehin təqsirli hərəkəti nəticəsində onların əmalakına ziyan vurmasına baxmayaraq, sonuncu barışığa gəlməkdən və ziyanı ödəməkdən yayınır. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22.07.2021-ci il tarixli iclasında iştirak etmiş cavabdehin vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf və 3-cü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehin vəkili məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb barədə məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(102)-4795/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(107)-193/2020 nömrəli qətnaməsini ləğv edilib işi yenidən apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(039)-2028/2018 nömrəli qətnaməsi dəymiş ziyanın məbləğinə münasibətdə dəyişdirilməlidir.. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası 09.10.2017-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, şassi WDB9340621L224757 mühərrik nömrəsiz tip Yəhərli dartıcı 2008-ci il buraxılışlı, ban-Ağ rəng, ** LV *** dövlət qeydiyyat nişanlı X191814LS yük markalı avtomobili İddiaçı məxsusdur Azərbaycan Respublikası 12.07.2017-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, şassi WSM**********9495 ban tip Furqon soyuducu 2008-ci il buraxlışlı ağ rəng, ** ZC *** dövlət qeydiyyat nişanlı marka SCHMİTZ SKO24 yarımqoşqu X10 məxsusdur. 24 aprel 2018-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası 09.10.2017-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, şassi WDB9340621L224757 mühərrik nömrəsiz tip Yəhərli dartıcı 2008-ci il buraxılışlı, ban-Ağ rəng, 99LV794 dövlət qeydiyyat nişanlı X191841LS yük markalı avtomobili və Azərbaycan Respublikası 12.07.2017-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən şassi WSM**********9495 ban tip Furqon soyuducu 2008-ci il buraxlışlı ağ rəng, 99ZC712 dövlət qeydiyyat nişanlı marka SCHMİTZ SKO24 yarımqoşqu icarəyə verirmişdir. Həmin müqavilə bir il müddətinə bağlanmışdır. Mülki Məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş 99LV794 dövlət qeydiyyat nişanlı X19 1841LS yük markalı avtomobili və 99ZC712 dövlət qeydiyyat nişanlı SCHİTZ SKO 24 yarımqoşqu markalı nəqliyyat vasitəsini (bundan sonra avtonəqliyyat vasitəsi adlanacaq) qoruyub saxlanmasını, istifadə etməsini, texniki qaydalara uyğun istismarını layiqincə tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. AE 216701№-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BCED dərəcəli sürücülük hüququ vardır. İnzibati xəta haqqında 09 may 2018-ci il tarixli qərardadın surətindən görünür ki, Cavabdeh barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.24-cü maddəsinin 2-ci hissəsi ilə inzibati iş açılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2018-ci i tarixli ekspert arayışında qeyd olunur ki, X191814 LS markalı, ** LV *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, yük tipli, mühərrik gücü 11946 sm 3 olan, normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 65,000.00 manat müəyyən olunmuşdur. Apellyasiya Məhkəməsinin icraatı zamanı sorğular nəticəsində əldə olunmuş; Azərbaycan Respublikasəı Ədliyyə Nazirliyi MEM-in 29.04.2021-ci il tarixli, 4/358 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 1-ci cildinin 98-ci vərəqəsində olan 24 aprel 2018-ci il tarixli icarə müqaviləsinin arxa tərəfində; “İcarəçi:” qrafasındakı imza və “Qurbanov” soyadı, həmin qrafadan aşağıda “müqaviləni oxudum şərtlərnən razıyam” yazıları; mülki işin 99-100-cü vərəqələrində olan 24 aprel 2018-ci il tarixli mülki məsuliyyət haqqında müqavilənin 2-ci vərəqində “İcarəçi” qrafasındakı imza və “Qurbanov” soyadı, müqavilənin sonunda “Müqaviləni oxudum şərtlərnən razıyam yazıları-Cavabdeh tərəfindən icra olunmuşdur (i/m İİ cild səh. 126-129). AR DGK-nin 02.04.2021-ci il tarixli, 1000-170-22/005132 nömrəli məktubundan müəyyən edilir ki, DGK məlumat bazasına əsasən dövlət qeydiyyat nömrəsi ** LV *** (qoşqusunun dövlət qeydiyya nömrəsi ** ZS ***), sürücüsü Cavabdeh (Pasport P3369665) olan Mercedes-Benz markalı avtomobil 24.04.2018-ci il tarixdə X17 keçməklə Rusiya Federasiyasına keçmişdir. Məlumat üçün bildiririk ki, qeyd olunan nəqliyyat vasitəsinə daşınan yüklərin sığortalı olub-olmaması haqqında DGK məlumat bazasında hər hansı məlumat yoxdur (invoys və nəqliyyat qaiməsi məktuba əlavə edilmişdir) (i/ m 2-ci cild səh. 145-149). AR ƏN-in Notariat İdarəsinin 02.08.2021-ci il tarixli, 05/5500-11 məktubundan görünür ki, “elektron notariat” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Ə.Əzizov sözügedən yarmqoşquya dair 09.09.2017-ci il tarxdə Bakı şəhəri 20 saylı notariat ofisində X1 (27.11.2018-ci il tarixədək istifadə hüququ), 11.06.2018-ci və 03.10.2018-ci il tarixlərdə isə Bakı şəhəri 48 saylı notariat ofisində müvafiq olaraq X5 (11.12.2008-ci il tarixədək istifadə hüququ) və İddiaçı (03.10.2019-cu il tarixədək sərəncam hüququ) etibarnamələr verilmişdir (i/m 2-ci cild. səh.191). AR DGK-nin 07.08.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Gömrük orqanlarının X2 Sistemində (VAİS-də) qeydə alınan məlumatlara əsasən məktubunuzda qeyd olunan **-LV-*** dövlət nömrə nişanlı X22 1841 LS markalı dartıcı və **-ZS-*** dövlət nömrə nişanlı SCHMİTZ SKO 24 markalı yarımqoşqudan ibarət nəqliyyat vasitəsinin “Samur” gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə RF-yə və əks istiqamətdə keçidi ilə bağlı məlumatlar məhkəməyə təqdim olunmuşdur (22.03.2018-ci ildən 14.02.2019-cu il tarixədək girş-çıxış olmuşdur) (i/m səh. 2-ci cild. səh.195-196). AR DİN-n 05.08.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, DİN-n BDYPİ Qeydiyyat – İmtahan idarəsinin kompüter uçot bazasına görə “SCHMİTZ SKO 24” markalı ((-ZS-712 dövlət qeydiyyat nişanlı yarımqoşqunun qeydiyya hərəkətləri barədə məlumatların kompüter çıxarışı aşağıdakı kimidir. X6- etibarnamə ilə İddiaçı 03.10.2018- 03.10.2019 (i/m 2-ci cild. səh.198-199). LEX FORİ Hüquq və Qiymətləndirmə Şirkətinin 28.09.2019-cu il tarixli rəyindən görünür ki, X22 1841 LS markalı 2008-ci il buraxılışlı yük tipli avtomaşının orta baxar qiyməti 40000-45000 manat arasında, 2008-ci il buraxılışlı SCHMİTZ SKO 24 markalı yarımqoşqunun orta bazar qiyməti 16000-19000 manat arasında dəyişir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin; 21-ci mаddəsinə əsаsən əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Göründüyü kimi mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apellyasiya şikayətinin dəlillərinə ayrı-arılıqda, lakin biri-birilə əlaqəli şəkildə hüquqi qiymət verən, eləcə də Ali Məhkəmənin göstərişləri baxımından araşdırmanı davam etdirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması üçün əsaslı olmasa da, dəymiş ziyanın məbləğinə münasibətdə dəyişdirilməsi üçün əsaslıdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıda göstərilən Qərarlarının göstərişləri əsasında yenidən məhkəmə araşdırması apararaq gəldiyi hüquqi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır . Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(107)-193/2020 nömrəli qətnaməsini qismən ləğv edib işi yenidən apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(102)-4795/2020 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya kollegiyası işə daha əvvəl baxmış kassasiya instansiyası məhkəməsinin məhkəmə araşdırması tələb edilən hallarla bağlı araşdırma aparılması barədə göstərişini icra etməmişdir. Apellyasiya şikayətinin dəlilləri və Ali Məhkəmənin göstərişləri üzrə araşdırma aparan məhkəmə kolegiyası aşağıdakıları qeyd edir. Birinci, apellyasiya araşdırması zamanı ilk öncə və mübahisənin həllinə təsir edəcək olan, cavabdehin onun imzalamadığı, inkar etdiyi müqavilə münasibətlərinin olubolmamasını, icarə və mülki məsuliyyət haqqında müqavilədəki imzanın cavabdehə məxsus olub-olmamasını araşdırılması zərurəti ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 29.04.2021-ci il tarixli, 4/358 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş mülki işin 1-ci cildinin 98-ci vərəqəsində olan 24 aprel 2018-ci il tarixli icarə müqaviləsinin arxa tərəfində ; “İcarəçi:” qrafasındakı imza və “Qurbanov” soyadı, həmin qrafadan aşağıda “müqaviləni oxudum şərtlərnən razıyam” yazıları; mülki işin 99- 100-cü vərəqələrində olan 24 aprel 2018-ci il tarixli mülki məsuliyyət haqqında müqavilənin 2-ci vərəqində “İcarəçi” qrafasındakı imza və “Qurbanov” soyadı, müqavilənin sonunda “Müqaviləni oxudum şərtlərnən razıyam yazıları-Cavabdeh tərəfindən icra olunmuşdur (i/m İİ cild səh. 126-129). İkincisi, mübahisənin obyektiv həlli baxımından Furqon soyuducu 2008-ci il buraxlışlı ağ rəng, ** ZC *** dövlət qeydiyyat nişanlı marka SCHMİTZ SKO24 yarımqoşqunun iddiaçıya deyil, X10 məxsus olmasını müəyyən edən kollegiya, bu istiqamətdə də araşdırma aparmışdır. Çünki iş materiallarından görünür ki, 24 aprel 2018-ci il tarixli İcarə müqaviləsi və Mülki Məsuliyyət haqqında müqavilələrdə iddiaçı özünə məxsus olmayan yarımqoşqunu cavabdehin icarəsinə vermiş, buna onun səlahiyyəti (hüququ) olubolmaması tam araşadırılmamışdır. Bu məqsədlə AR GDK-yə nə AR ƏN-in Notariat Və Qeydiyyat Baş İdarəsinə, həmçinin DİN-ə müvafiq sorğular verilmişdir. Sorğu nəticəsində alınmış AR ƏN-in Notariat İdarəsinin 02.08.2021-ci il tarixli, 05/5500-11 məktubundan görünür ki, “elektron notariat” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Ə.Əzizov sözügedən yarımqoşquya dair 09.09.2017-ci il tarxdə Bakı şəhəri 20 saylı notariat ofisində X1 (27.11.2018-ci il tarixədək istifadə hüququ), 11.06.2018-ci və 03.10.2018-ci il tarixlərdə isə Bakı şəhəri 48 saylı notariat ofisində müvafiq olaraq X5 (11.12.2008-ci il tarixədək istifadə hüququ) və İddiaçı (03.10.2019-cu il tarixədək sərəncam hüququ) etibarnamələr verilmişdir (i/m 2-ci cild. səh.191). Sorğuya cavab olaraq AR DİN-n 05.08.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, DİN-n BDYPİ Qeydiyyat – İmtahan idarəsinin kompüter uçot bazasına görə “SCHMİTZ SKO 24” markalı (ZS-712 dövlət qeydiyyat nişanlı yarımqoşqunun qeydiyya hərəkətləri barədə məlumatların kompüter çıxarışı aşağıdakı kimidir. X6- etibarnamə ilə İddiaçı 03.10.2018-03.10.2019 (i/m 2-ci cild. səh.198-199). Üçüncüsü, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh apellyasiya şikayətində “şəxs ondan Rusiya Federasiyasının Svetloqrad Blaqodarnıy Budonevsk yolunda qalmış avtomobilini həmin ərazidən Azərbaycanın ərazisinə, sərhədə gətirilməsini ondan xahiş edib” qeyd etmişdir. Apellyasiya şikayətinin bu dəlilinə də aydınlıq gətirmək məqəsədilə kollegiya AR DGKnə müvafiq sorğular vermişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, DGK məlumat bazasına əsasən dövlət qeydiyyat nömrəsi ** LV *** (qoşqusunun dövlət qeydiyya nömrəsi ** ZS ***), sürücüsü Cavabdeh (Pasport P3369665) olan Mercedes-Benz markalı avtomobil 24.04.2018-ci il tarixdə X17 keçməklə Rusiya Federasiyasına keçmişdir. Məlumat üçün bildiririk ki, qeyd olunan nəqliyyat vasitəsinə daşınan yüklərin sığortalı olub-olmaması haqqında DGK məlumat bazasında hər hansı məlumat yoxdur (invoys və nəqliyyat qaiməsi məktuba əlavə edilmişdir) (i/ m 2-ci cild səh. 145-149). Həmçinin (AR DGK-nin 07.08.2021-ci il tarixli məktubu ilə) bildirilmişdir ki, Gömrük orqanlarının X2 Sistemində (VAİS-də) qeydə alınan məlumatlara əsasən məktubunuzda qeyd olunan **-LV-*** dövlət nömrə nişanlı X22 1841 LS markalı dartıcı və **-ZS-*** dövlət nömrə nişanlı SCHMİTZ SKO 24 markalı yarımqoşqudan ibarət nəqliyyat vasitəsinin “Samur” gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə RF-yə və əks istiqamətdə keçidi ilə bağlı məlumatlar məhkəməyə təqdim olunmuşdur (22.03.2018-ci ildən 14.02.2019-cu il tarixədək girş-çıxış olmuşdur) (i/m səh. 2-ci cild. səh.195-196). Dördüncüsü, məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişi baxımından mübahisəli avtomobilin, yəni tədqiqat predmetinin hazırda harada olması, onun tam təmir olunubolunmaması, ziyan dəyərkən qüsur aktının tərtib olunub-olunmaması istiqamətində də araşdırma aparmışdır. Sorğu-sual nəticəsində tərəflər bildirmişdir ki, avtomobilə ziyan dəyərkən qüsur aktı tərtib olunmayıb, iddiaçı ziyan dəymiş hissələri müvafiq mütəxəssis (usta) göstərişləri əsasında alıb və tam yayarlı hala gətirib. Avtomaşın hazırda Rusiya ərazisindədir və ona baxış keçirmək, ekspert tədiqatına təqdim etmək mümkün deyil. Bu məqəsdlə müvafiq lisenziyaya malik olan (qeydiyyatdan keçmiş) qiymətləndirmə təşkilatına yenidən qiymətləndirmə təyin edilərək, mübahisəli avtomobilin ümumilikdə və hissələrinin (dartıcı və yarımqoşqu hissələrinin) ayrı-ayrılıqda dəyəri müəyyən edilmişdir. Kollegiya bu halda qeyd etməyi zəruri hesab edir ki, mübahisəli avtomobilin o cümlədən, dartıcı və yarımqoşqu hissələrinin ayrı-ayrılıqda dəyərini müəyyən etməkdə əsas məqsəd araşdırma zamanı yarımqoşqunun iddiaçının mülkiyyətində olmamaması olmuşdur. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, yarımqoşqu mülkiyyət hüququ ilə İddiaçı məxsus olmasa da, icarə verilərkən yarımqoşqunun mülkiyyətçisi tərəfindən ona müvafiq səlahiyyət verilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin araşdırması zamanı mübahisəli avtomaşın üzrə ekspertiza təyin edilərkən, avtomobilin ümumilikdə, yoxsa hissələrinin dəyərinin müəyyən edildiyini müəyyən etmək mümkün deyil. LEX FORİ Hüquq və Qiymətləndirmə Şirkətinin 28.09.2019-cu il tarixli rəyindən görünür ki, X22 1841 LS markalı 2008-ci il buraxılışlı yük tipli avtomaşının orta bazar qiyməti 40000-45000 manat arasında, 2008-ci il buraxılışlı SCHMİTZ SKO 24 markalı yarımqoşqunun orta bazar qiyməti 16000-19000 manat arasında dəyişir (i/m 2-cild. səh.203-207). Beşincisi, apellyasiya şikayətinin və Ali Məhkəmənin göstərişi üzrə araşdırmanı davam etdirən kollegiya 2008-ci il buraxılışlı SCHMİTZ SKO 24 markalı yarımqoşqunun mülkiyətçisi X11 3-cü şəxs qismində məhkəməyə cəlb etmiş və onun mövqeyini öyrənməyə çalışmışdır. 3-cü şəxs qismində cəlb edilmiş X14 2008-ci il buraxılışlı SCHMİTZ SKO 24 markalı yarımqoşqunun mülkiyyətçisi olduğunu bildirərək, sonda sərəncamverici əsaslarla qardaşı İddiaçı etibarnamə verdiyini, sonuncunun da həmin yarımqoşqunu icarə müqaviləsi əsasında Cavabdeh verildiyindən məlumatlı olduğunu və dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Beləliklə, kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, şassi WDB9340621L224757 mühərrik nömrəsiz tip yəhərli dartıcı 2008-ci il buraxılışlı, ban-Ağ rəng, ** LV *** dövlət qeydiyyat nişanlı X191814LS yük markalı avtomobili mülkiyyət hüququ ilə İddiaçı, şassi WSM**********9495 ban tip Furqon soyuducu 2008-ci il buraxlışlı ağ rəng, ** ZC *** dövlət qeydiyyat nişanlı marka SCHMİTZ SKO24 yarımqoşqu isə X10 məxsusdur. Əziz Əzizov sözügedən yarmqoşquya dair 11.06.2018-ci və 03.10.2018-ci il tarixlərdə Bakı şəhəri 48 saylı notariat ofisində müvafiq olaraq X5 (11.12.2008-ci il tarixədək istifadə hüququ) və İddiaçı (03.10.2019-cu il tarixədək sərəncam hüququ) etibarnamələr verilmişdir. Göründüyü kimi iddiaçı mübahisəli avtomaşının mülkiyyət hüququ ilə özünə məxsus olan yəhərli dartıcı hissəsi ilə yanaşı, yarımqoşqu hissəsi üzərində də müvafiq hərəkətlər etmək səlahiyyətində olmuşdur. 24 aprel 2018-ci il tarixli İcarə müqaviləsinə əsasən iddiaçı şassi WDB9340621L224757 mühərrik nömrəsiz tip Yəhərli dartıcı, 2008-ci il buraxılışlı, ban-Ağ rəng, 99LV794 dövlət qeydiyyat nişanlı X191841LS yük markalı avtomobili və Azərbaycan Respublikası 12.07.2017-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən şassi WSM**********9495 ban tip Furqon soyuducu 2008-ci il buraxlışlı ağ rəng, 99ZC712 dövlət qeydiyyat nişanlı marka SCHMİTZ SKO24 yarımqoşqunu bir il müddətinə cavabdehin icarəsinə verilmişdir. Bundan sonra tərəflər arasında “Mülki Məsuliyyət haqqında müqavilə” rəsmiləşdirilmiş, müqaviləyə əsasən Cavabdeh ona etibar edilmiş 99LV794 dövlət qeydiyyat nişanlı X19 1841LS yük markalı avtomobili və 99ZC712 dövlət qeydiyyat nişanlı SCHİTZ SKO 24 yarımqoşqu markalı nəqliyyat vasitəsini (bundan sonra avtonəqliyyat vasitəsi adlanacaq) qoruyub saxlanmasını, istifadə etməsini, texniki qaydalara uyğun istismarını layiqincə tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən “icarəçi” ona etibar edilmiş avtonəqliyyat vasitəsinin tam qeydinə qalmağı, eyni zamanda sahibkarın avtonəqliyyat vasitəsinə heç bir səbəb üzündən ziyan vurmamasını və ziyankarlığa qarşı mübariz olmağı öhdəsinə götürmüşdür. İş materiallarına əsasən həmçinin Cavabdeh BCED dərəcəli sürücülük hüququnun olması müəyyən edilmişdir. Mülki Məsuliyyət haqqında müqavilənin 3-cü hissəsinə əsasən icarəçinin günahı üzündən avtonəqliyyat vasitəsinə dəyən ziyanın miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. İcarədar icarəçidən bu müqavilədə nəzərdə tutulan vəzifələrin icra olunmasını tələb etməlidir. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə onun arasında hər hansı “icarə” və ya “maddi məsuliyyət” müqaviləsinin olmadığını, heç bir müqaviləyə imza atmadığını bildirsə də, bununla bağlı mötəbər sübut təqdim etməmiş, əksinə bu dəlillər iş materialları, o cümlədən də ekspert rəyi ilə tam təkzib olunur. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli avtomaşını Rusiya Federasiyasının Svetloqrad Blaqodarnıy Budonevsk yolundan Azərbaycanın ərazisinə, sərhədə gətirilməsinin xahiş olunduğunu bildirsə də, şikayətin bu dəlilləri də GDK tərəindən sorğulara verilmiş cavablarla tam təkzib olunur. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri tam əsassız olmaqla, iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Qiymətləndirmə Şirkətinin 28.09.2019-cu il tarixli rəyi ilə mübahisəli avtomobilin dəyəri X22 1841 LS markalı 2008-ci il buraxılışlı yük tipli avtomaşının orta bazar qiyməti 40000- 45000 manat arasında, 2008-ci il buraxılışlı SCHMİTZ SKO 24 markalı yarımqoşqunun orta bazar qiyməti 16000-19000 manat arasında dəyişdiyindən, kollegiya hər iki hissənin dəyərinin orta hissəsini, yəni yəhərli dartıcının dəyərini 44000 manat, yarımqoşqunun dəyərinin isə 18.000 manat (ümumilkdə 62.000 manat) məbləğində əsas götürlüməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(039)-2028/2018 nömrəli qətnaməsi dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(039)-2028/2018 nömrəli qətnaməsi ilə “Cavabdeh alınmalı (tutulmalı) olan maddi ziyanın məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin maddi ziyanın 62.000 (altmış iki min) manat məbləğində müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar