Məhkəmə qərarları › İş №2(107)-223/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-223/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-223/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi iddiaçı-İddiaçı, cavabdeh-LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X7 və Şəki Rayon üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və və ipoteka qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(075)- 1327/2020 nömrəli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin edilmiş, Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan İddiaçı məxsus qeyri-yaşayış sahəsi üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilməsi və əmlakın yüklülükdən azad edilməklə ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mülkiyyətində olan, Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan qeyriyaşayış binası üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, X3 əsas borc öhdəliklərinin təminatı kimi onunla Cavabdeh1 ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Borc ödənilmədiyindən əmlak hərraca çıxarılmış, lakin əmlak hərracda satılmamış və tələbkar tərəfindən də alınmamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 Cavabdeh1 ASC ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Eyni zamanda həmin müqavilənin təminatı kimi onun mülkiyyətində olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış binası ipotekaya qoyulmuşdur. X1 borc öhdəliklərini icra etməmiş, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 459/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən X2 165143 manat məbləğində əsas, 34169,16 manat məbləğində faiz, həmçinin illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın ona məxsus əmlaka yönəldilməsi qət edilmişdir. İpoteka predmeti "xxxx" tərəfindən iki dəfə hərraca çıxarılmış, daha sonra tələbkara təklif olunmuşdur. Lakin tələbkar LPO Cavabdeh1 ASC ipoteka predmetini almamış, əmlak satılmamış hesab edilərək icra şöbəsinə qaytarılmışdır. Bundan sonra icra sənədi icrası mümkün olmayan hesab edilərək məhkəməyə qaytarılmışdır. Odur ki, qanunvericiliyin tələbinə əsasən mülkiyyətində olan əmlak üzrə ipotekaya xitam verilməli və həmin ipoteka predmeti yüklülükdən azad edilməlidir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə1 bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli icra sənədi 05 mart 2019-cu il tarixdə icraatına daxil olmuşdur. İcra sənədinə əsasən X2 24 oktyabr 2012-ci il tarixdən 24 oktyabr 2016-cı il tarixədək yaranmış 165143 manat məbləğində əsas, 34169.16 manat məbləğində faiz, 24 oktyabr 2016-cı il tarixdən 17 aprel 2017-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcu olmaqla, cəmi 203051.16 manat pul vəsaiti tələbkar Cavabdeh1 ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfinin təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat X2 tutularaq "xxxx" MMCnin hesablaşma hesabına köçürülməlidir. Tutma Həmidov Silahəddin Sadəddin oğlu, X5 və İddiaçı mülkiyyətində olan ipotekaya qoyulmuş, müvafiq olaraq Şəki şəhəri, X17 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinə və 0.027 ha torpaq sahəsinə, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv,m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən ümumi sahəsinə 28.8 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməlidir. Həmin fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri- yaşayış sahəsi açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, realizə edilmiş fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri yaşayış sahəsinin dəyərindən borclu X3 Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə olan borcu və məhkəmə xərcləri ödənildikdən sonra həmin əmlakların hər birinin ayrı-ayrılıqda satışından qalan pul vəsaitləri müvafiq olaraq borclular Həmidov Silahəddin Sadəddin oğlu, X6 və İddiaçı qaytarılmalıdır. İpoteka predmentini təşkil edən Şəki şəhəri, X17 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və 0.027 ha torpaq sahəsinin ilkin satış qiyməti 158000 manat, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 124.4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq səhəsinin ilkin satış qiyməti 80000 manat, Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməlidir. Fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdır. X2 apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilən əmlakların açıq hərracda satışının təşkil edilməsi məqsədi ilə tərəfindən 06 may 2019-cu il tarixdə "xxxx" MMC-yə hərrac sifarişi göndərilmiş, "xxxx" MMC 11 mart 2020-ci il tarixli məktubla Cavabdeh2nə müraciət edərək hərrac zamanı alıcı olmadığı üçün əmlakların satılmadığını bildirmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli icra sənədinin icrası mümkün olmamış, 17 avqust 2020-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh LPO Cavabdeh1 ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X8 apellyasiya şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)- 298/2021 nömrəli qətnaməsi ilə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)- 298/2021 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(102)-4251/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)-298/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyillər. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətlərinə düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edilən qanununun 42.1-ci maddəsinə istinad etsə də nədənsə həmin maddənin tələbinə əsasən ipoteka saxlayanın hərracın keçirilməsi barədə məlumatının olub-olmamsını və eyni zamanda hərracın keçirilməsi barədə bildirişin əldə edib-etməmsini aydınlaşdırmamış və bununla bağlı qətnamədə hər-hansısa bir sübut öz əksini tapmamışdır. Halbuki, həmin qanunun 42.1-ci maddəsində birmənalı olaraq qeyd edilir ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Lakin Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 12 iyun 2019-cu il və 25 iyun 2019-cu il tarixlərdə açıq hərrac keçirilsədə bununla bağlı hər hansısa bir bildirişi ipoteka saxlayana verilməmiş və nəticədə ipoteka saxlayan bundan məlumatsız olmuşdur. Belə deməyə əsas verir ki, hər iki hərracın keçrilməsindən ipoteka saxlayan tam məlumatsız olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASCnin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC qeyri-yaşayış sahəsini hərrac keçirilən zaman qəbul etmədiyindən ipotekaya xitam verildiyini bildirmişdir. Bundan başqa o apellyasiya şikayətinə etiraz edərək sonrakı ipoteka müqaviləsindən məlumatı olmadığını, bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Şəki Rayon üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 bildirmişdir ki, hərracların keçirilməsi ilə bağlı bildirişlərin tələbkara çatıb-çatmamasına dair məlumatı yoxdur. İcra mexanizminə görə hərracların keçirilməsi ilə bağlı bildiriş tərəflərə göndərildikdən sonra hərracın baş tutub-tutmaması barədə icra və probasiya şöbəsinə məlumat verilir. Bu məlumatları yalnız hərrac təşkilatlarından əldə etmək mümkündür. Şifahi sorğu əsasında əldə edilmiş məlumata əsasən "xxxx" MMC rəsmi olaraq ləğv edilməsə də, hazırda fəaliyyət göstərmir. Odur ki, qanunamüvafiq nəticə verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə ərizəçi üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(102)-4251/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)-298/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə оlаn Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 28 aprel 2012-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə оlаn Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, icra sənədinə əsasən X2 24 oktyabr 2012-ci il tarixdən 24 oktyabr 2016-cı il tarixədək yaranmış 165143 manat məbləğində əsas, 34169.16 manat məbləğində faiz, 24 oktyabr 2016-cı il tarixdən 17 aprel 2017-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcu olmaqla, cəmi 203051.16 manat pul vəsaiti tələbkar Cavabdeh1 ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfinin təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat X2 tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməlidir. Tutma Həmidov Silahəddin Sadəddin oğlu, X5 və İddiaçı mülkiyyətində olan ipotekaya qoyulmuş, müvafiq olaraq Şəki şəhəri, X17 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinə və 0.027 ha torpaq sahəsinə, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv,m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən ümumi sahəsinə 28.8 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Həmin fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri- yaşayış sahəsi açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, realizə edilmiş fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri yaşayış sahəsinin dəyərindən borclu X3 Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə olan borcu və məhkəmə xərcləri ödənildikdən sonra həmin əmlakların hər birinin ayrı-ayrılıqda satışından qalan pul vəsaitləri müvafiq olaraq borclular Həmidov Silahəddin Sadəddin oğlu, X6 və İddiaçı qaytarılmalıdır. İpoteka predmentini təşkil edən Şəki şəhəri, X17 küçəsində mülkiyyətində olan 0.027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və 0.027 ha torpaq sahəsinin ilkin satış qiyməti 158000 manat, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 124.4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq səhəsinin ilkin satış qiyməti 80000 manat, Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməlidir. Fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdır. X2 apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İşdə оlаn Cavabdeh2 05 mart 2019- cu il tarixli icraata başlamaq haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İşdə оlаn "xxxx" MMC-nin 17 may 2019-cu il tarixli, 573 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satışının 12 iyun 2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. İşdə оlаn "xxxx" MMC-nin 14 iyun 2019-cu il tarixli, 656 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 23800 manat məbləğində müəyyən edilməklə açıq hərracdan təkrar satışının 25 iyun 2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. İşdə оlаn "xxxx" MMC tərəfindən Cavabdeh2nə ünvanlanmış 11 mart 2020-ci il tarixli, 226 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin hərrac zamanı alıcısı olmadığı üçün əmlak satılmamış, qanunvericiliyə müvafiq qərar qəbul edilməsi üçün qaytarılmışdır. İşdə оlаn Cavabdeh2 icra məmuru Nümayəndə1 “icrası mümlün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” 17 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, 12 sentyabr 2018-ci il tarixli icra sənədi icrası mümkün olmadığından geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.4, 43.8-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, "xxxx" MMC tərəfindən təkrar hərrac keçirildikdən 30 gün müddətində ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ipoteka predmetini əldə etməmiş, ipoteka qoyan hazırkı iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmlakla bağlı "xxxx" MMC tərəfindən 12 iyun 2019-cu il və 25 iyun 2019-cu il tarixlərdə açıq hərraclar keçirilsə də, ipoteka saxlayana bununla bağlı hər hansı bildiriş verilməmiş, nəticə olaraq ipoteka saxlayan hərraclardan məlumatsız olmuşdur. İş materiallarında "xxxx" MMC tərəfindən keçirilən hərracların vaxtı, yeri və şərtləri barədə sifarişçi icra şöbəsinə, ipoteka saxlayana, ipoteka qoyanlara ünvanlanmış bildirişlərin, habelə İcra şöbəsinə ünvanlanmış hərracın baş tutmaması barədə 07 dekabr 2015-ci il tarixli məlumat məktubunun surətləri əlavə edilsə də, həmin sənədlərin tələbkar banka təqdim olunmasını təsdiq edən müvafiq sübut iş materiallarında mövcud deyildir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən 12 iyun 2019-cu il və 25 iyun 2019-cu il tarixlərdə keçirilən açıq hərracların vaxtı, yeri və şərtləri barədə sifarişçi Şəki Rayon üzrə İcra və Probasiya Şöbəsinə, tələbkar ləğv prosesində olan LPO Cavabdeh1 ASC-yə və borclulara ünvanlanmış bildirişlərin, tələbkar ləğv prosesində olan LPO Cavabdeh1 ASCyə həmin bildirişlərin çatdırılmasına dair poçt xəbərnamələrinin, keçirilmiş hərracların protokollarının surətlərinin göndərilməsi ilə bağlı "xxxx" MMC-yə, 415-73/2019 nömrəli icra işinin araşdırılması ilə bağlı isə Şəki Rayon üzrə İcra və Probasiya Şöbəsinə sorğu verilmişdir. "xxxx" MMC-dən verilmiş sorğu ilə bağlı cavab almaq mümkün olmamışdır. Məhkəmə kollegiyasına təqdim edilmş, 415-73/2019 nömrəli icra işindən görünür ki, 12 iyun 2019-cu il və 25 iyun 2019-cu il tarixlərdə keçirilən açıq hərracların vaxtı, yeri və şərtləri barədə sifarişçi Şəki Rayon üzrə İcra və Probasiya Şöbəsinə, tələbkar ləğv prosesində olan LPO Cavabdeh1 ASC-yə və borclulara ünvanlanmış bildirişlər olsa da, həmin bildirişlərin tələbkar ləğv prosesində olan LPO Cavabdeh1 ASC-yə həmin bildirişlərin çatdırılmasına dair məlumat olmamışdır. Şəki Rayon üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 da məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, hərracların keçirilməsi ilə bağlı bildirişlərin tələbkara çatıb-çatmamasına dair məlumatı yoxdur. Digər tərəfdən Cavabdeh1 ASC tərəfindən təqdim edilmiş materiallarından müəyyən olunmuşdur ki, mübahisələndirilən daşınmaz əmlak Cavabdeh1 ASC və X4 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı ilə yanaşı, həmin bankla İmanova Sevinc Vasif qızı arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. 01 may 2015-ci il tarixdə Cavabdeh1 ASC, İddiaçı ilə İmanova Sevinc Vasif qızı arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Şəki şəhəri, X16 prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan İddiaçı məxsus qeyri-yaşayış sahəsi 06.05.2015-ci ildə ipotekanın əlavə qeydiyyatına alınaraq RX0615031 nömrəli çıxarış verilmişdir. X12 Vasif qızı kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada icra etmədiyindən kredit verən məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh1 ASC-nin iddia tələbi qismən təmin edilmiş və tutulan borcun o cümlədən hazırki işdə mübahisələndirilən əmlaka yönəldilməsi qət edilmişdir. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Yuxarıdakı hüquqi mövqeyi hazırkı işin müəyyən edilmiş hallarına tətbiq etdikdə aydın olur ki, təkrar hərrac keçirildikdən 30 gün müddətində ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ipoteka predmetini əldə etməməsini sübuta yetirmək yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəf isə "xxxx" MMC tərəfindən 12 iyun 2019-cu il və 25 iyun 2019-cu il tarixlərdə keçirilən açıq hərracların vaxtı, yeri və şərtləri barədə tələbkar ləğv prosesində olan LPO Cavabdeh1 ASC-yə göndərilmiş bildirişlərin çatdırılmasını sübut edə bilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, 01 may 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən də Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28,8 kv.m olan qeyriyaşayış binası üzrə tam ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin yüklülükdən azad edilməsi hazırki mübahisənin predmeti olmayan başqa kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatına təsir göstərəcəkdir. Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 88-ci (Sübutların qiymətləndirilməsi) maddəsnə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə olduğu təqdirdə cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər leğv prosesində olan LPO Cavabdeh1 ASC-yə və Şəki rayon üzrə icra və probasiya şöbəsinə qarşı “İpoteka müqaviləsinə xitam verilməsi və ipoteka qoyulmuş əmlakın yüklülüyündən azad edilməsinə dair” tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiy instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar