Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2236/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-209/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xx xxxx 2020-ci il tarixli 2(016)-209/2020 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, ödəniş gününə olan məzənnə ilə 11043,72 ABŞ dolları məbləğində əsas borc, 5180.39 ABŞ dolları məbləğində faiz borcu və kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 811.40 ABŞ dolları, 10 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə 17045.51 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı Açıq Səhmdаr Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçıASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) qarşı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11387.63 ABŞ dolları əsas borc, 5180.39 ABŞ dolları faiz borcu, 1964.15 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 846.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19378.97 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx" İKB ASC-dən illik 24 faizlə 24 ay müddətinə 12750 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, bankla bağladığı müqavilə əsasında götürdüyü kredit üzrə 6000 dollardan yuxarı məbləğ ödəmişdir. Hazırda isə borcunu qaytarmağa imkanı yoxdur. Əsas məbləği qəbul edir. Faiz borcunun artıq hesablanması qənaətinə gələrək ekspertiza təyin edilməsini xahiş etmiş, ekspert rəyi ilə borcu daha da atrmışdır. Borcun ödənilməməsi ilə bağlı cərimə məbləği də çox hesablanmışdır. Odur ki, cərimənin azaldılmaqla ona köməklik edilməsini xahiş edir. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-209/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-209/2020 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli №2(016)-209/2020 nömrəli qətnaməsini qəbul edərkən Cavabdeh1 hal-hazırkı borcunu düzgün hesablamamış, borcunun məbləğini müəyyən etmək üçün təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası Cavabdeh1 borcunun məbləğini dəqiq müəyyən etməmiş, “xxxxxxxx” ASC-dən xx.xx.2018-ci il tarixə onun banka hansı məbləğdə borcunun qalması barədə maliyyə arayışı tələb etməmiş, bundan başqa məhkəmə qətnaməsində guya Cavabdeh1 iddianın qismən tərəfindən qəbul edilməsi barədə müddəa yerləşdirmişdir. Digər cavabdehlərin məhkəmədə iştirakı təmin edilməmiş və məhkəmə tərəfindən MPM-də öz əksini tapmış çəkişmə prinsipi kobudcasına pozulmuşdur. Qeyd etməyi zəruri hesab edirlər ki, “xxxxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit borcu düzgün hesablanmamışdır. Eyni zamanda borc barədə ona yekun məlumat və bildiriş verilməmişdir. Lakin xx.xx.2020-ci il tarixdə bir məhkəmə iclasına gələ bilmədikləri üçün heç bir araşdırma aparmadan qətnamə qəbul etmiş və MPM-nin tələblərini pozmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, №2(016)-209/2020 nömrəli qətnaməsi ilə xx.xx.2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə ödənilməli olan borcunun dəqiq məbləğini müəyyən etmək üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, borcunu iddiaçının verdiyi iddia ərizəsində tələb etdiyi məbləğdə müəyyən etmişdir. Məhkəmə prosesində borcun düzgün hesablanmadığını, qətnamədə göstərilən məbləğdən daha az borcunun olmasını bildirsə də, məhkəmə həmin xüsusatı nəzərə almamış və təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməyə lüzum görməmişdir. İddiaçı ASC-yə ödənilməli olan borcun dəqiq məbləğini müəyyən etmək üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli və borcun dəqiq məbləği hesablanmalıdır. Onlar məhkəmə mühasibatlıq ekspertizasının 9/658 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə razı deyillər. Cavabdeh1 tərəfindən xxxxxx İKB ASC-yə 6000 ABŞ dollarından artıq pul vəsaiti ödənilmişdir. Lakin onun ödədiyi pul faiz borcundan silinmiş və əsas borcu dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iş üzrə bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmamış İddiaçı ASC-dən xx.xx.2018-cı il tarixə banka cavabdehlərin hansı məbləğdə borcunun qalması barədə maliyyə arayışı tələb etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-209/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçıASC nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Reyestrdən çıxarışdan görünür ki, xx.xx.1994-cü il tarixdə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınan “xxxxxx İKB” ASC-nin hazırkı adı İddiaçı ASC-dir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə 11387.63 ABŞ dolları əsas borc, 5180.39 ABŞ dolları faiz borcu, 1964.15 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixdən, xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 846.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19378.97 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/658 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh1 ilə iddiaçı “xxxxxx” X2 Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2014cü il tarixli 2-MZ-1-0-953-14 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş əlavələrin qeyd olunan şərtləri əsas götürülməklə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq borcalanın “xxxxxx” İKB ASC-nə ödənilməli olan kredit borcu (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən illik 5% dərəcəsi ilə faiz hesablanmaqla) xx.xx.2018-ci il (müqavilənin bitdiyi) tarixə əsas kredit borcu 11043.72 ABŞ dolları, faiz borcu 6924,65 ABŞ dolları, xx.xx.2019-cu il (maliyyə arayışında borcun hesablandığı) tarixə əsas kredit borcu 11043,72 ABŞ dolları, faiz borcu 7736.05 ABŞ dolları müəyyən edilmişdir. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli, 2-MZ-1-0-953-14 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə (cərimə hesabı üzrə) cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün sualda soruşulan tarixlərə cavabdehə cərimə borcu hesablanmamışdır. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit və zаminlik müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci mаddəsində göstərilmişdir ki, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. 472.2-ci mаddəsində nəzərdə tutulmuşdur ki, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. İşin həqiqi halları ilə müəyyən edilir ki, “xxxxxx" İKB ASC ilə Cavabdeh1 аrаsındа bаğlаnmış xx xxxxxx 2014-cü il tarixli 2-MZ-1-0-953-14 saylı kredit müqаviləsinə əsаsən, Cavabdeh1 24 faizlə 24 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2018 tarixədək təyin edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqаvilə üzrə öhdəliklərini icrа etməyən Cavabdeh1 xx xxxx 2018-ci il tarixədək xx xxxxxx 2014-cü il tarixli2-MZ-1-0-953-14 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən11387.63 ABŞ dolları əsas borc, 5180.39 ABŞ dolları faiz borcu, 1964.15 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixdən, xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 846.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19378.97 ABŞ dolları borcu yaranmışdır, xəbərdаrlıq edilməsinə bаxmаyаrаq bоrc ödənilməmişdir. Аzərbаycаn Respublikаsı MM-in 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. İddiаçı tərəfindən bоrcаlаnа krediti ödəmədiyi üçün 1964.15 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixdən, xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 846.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesаblаnmışdır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyasına görə, birinci instansiya məhkəməsi cаvаbdehlərdən müştərək qaydada tutulan cərimənin (penya) məbləğini 10 ABŞ dolları məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilən “İddiaçı ASC-yə ödənilməli olan borcun dəqiq məbləğini müəyyən etmək üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli və borcun dəqiq məbləği hesablanmaldır” dəlilinə münasibət bildirərək qeyd edir ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli Əlavə Saziş üzrə yaranmış əsas borc, faiz borcu və cərimənin məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Kollegiya hesab edir ki, yeni məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət olmadığından apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/658 saylı еkspеrt rəyindən görünür ki, Cavabdeh1 ilə iddiaçı “xxxxxx” X2 Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 2-MZ-1-0- 953-14 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş əlavələrin qeyd olunan şərtləri əsas götürülməklə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq borcalanın “xxxxxx” İKB Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit borcu (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən illik 5% dərəcəsi ilə faiz hesablanmaqla) xx.xx.2018-ci il (müqavilənin bitdiyi) tarixə əsas kredit borcu 11043.72 ABŞ dolları, faiz borcu 6924,65 ABŞ dolları, xx.xx.2019cu il (maliyyə arayışında borcun hesablandığı) tarixə əsas kredit borcu 11043,72 ABŞ dolları, faiz borcu 7736.05 ABŞ dolları müəyyən edilmişdir. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli 2-MZ-1-0-953-14 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə (cərimə hesabı üzrə) cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün sualda soruşulan tarixlərə cavabdehə cərimə borcu hesablanmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən, yəni ekspert rəyinə uyğun təmin etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehlərin göstərdikləri əsaslı hesab edilmir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehlərin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X1 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-209/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-209/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2236/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2236/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver