Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2238/2021 17.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Fəzli oğluna qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh Fəzli oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Çallı Bələdiyyəsi Cavabdeh Fəzli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Çallı kənd sakini Cavabdeh Fəzli oğlu ilə İddiaçı arasında bağlanmış 04 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 50.0 ha torpaq sahəsi üzrə icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsindən cavabdehin istifadə hüququna məhdudiyyət qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata götürülmüş və 2(035)-17/2021 saylı mülki iş başlanmışdır. Məhkəmə prosesinin gedişində Cavabdeh Fəzli oğlu məhkəməyə vəsatətlə müraciət edərək iddiaya Zərdab Rayon Məhkəməsi tərəfindən baxılmasına etiraz etdiyini və iddianın inzibati məhkəməyə aid olduğunu bildirərək, mülki işin aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 24 fevral 2021-ci il tarixli 2(035)- 17/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh Fəzli oğlu şikayət verərək Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadının ləğv edilməsini, Çallı bələdiyyəsinin ona qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair iddiasına Zərdab Rayon Məhkəməsində baxılmasına etirazının təmin edilməsini, iddianın aidiyyatı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Fəzli oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərardadı ilə, məhkəmənin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və 2(035)-17/2021 saylı mülki iş baxılması üçün X1 göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, bildirir ki, “icarə müqaviləsinə xitam verilməsinə və torpaq sahəsindən istifadəyə məhdudiyyət qoyulmasına dair" iddialar üzrə mübahisələr inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Odur ki, Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadının ləğv edilməsini, Çallı bələdiyyəsinin ona qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair iddiasına Zərdab Rayon Məhkəməsində baxılmasına etirazının təmin edilməsini, iddianın aidiyyatı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18 may 2021-ci il 2(107)-906/2021 nömrəli qərardadı ilə Cavabdeh Fəzli oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 18 may 2021-ci il 2(107)-906/2021 nömrəli qərardadından narazı qalan Cavabdeh Fəzli oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(102)- 4596/201 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 18 may 2021-ci il 2(107)-906/2021 nömrəli qərardadı ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, Mülki Prossesual Məcəllənin 269.3-cü maddəsinin məzmunundan görünür ki, aidiyyət haqqında qərardaddan şikayət verildikdə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadı aidiyyət haqqında qərardad olduğundan birinci instansiya məhkəməsi cavabdehin həmin qərardaddan verdiyi şikayəti baxılması üçün, kassasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda prosessual hüquq normalarının tələblərini pozaraq apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prоsessuаl Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Fəzli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərardadı və həmin apellyasiya şikayətinin icraata qəbul olunması barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 2(107)-906/2021 nömrəli qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh Fəzli oğlununun Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadından vermiş olduğu şikayətə yenidən baxılması üçün hazırkı mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxаrıdа qeyd оlunаnlаrа və Mülki Prоsessuаl Məcəllənin 402.2.5-ci maddəsinə əsаsən, məhkəmə kоllegiyаsı qərаrа аldı: Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(035)-17/2021 saylı qərardadı və Mülki Prоsessuаl Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 2(107)-906/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılaraq Cavabdeh Fəzli oğlununun Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadından vermiş olduğu şikayətə yenidən baxılması üçün Zərdab Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-2238/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2238/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver