Məhkəmə qərarları › İş №2(107)-224/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-224/2020

07.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-224/2020 07.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X8 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, cavabdeh X3 nümayəndəsi və vəkili X5 (cavabdeh tərəf “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə “online” iştirak edir) iştirakı ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dаir mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-821/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ondan almış olduğu 5300 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehin həyat yoldaşı Cavabdeh2 iş üzrə cavabdeh kimi cəlb edilməsi xahiş etmiş və Cavabdeh2 cavabdeh kimi cəlb edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-821/2019 nömrəli (hakim R.Əlizadə) qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərə xx xxxxxx 2018-ci il tarixdə iki dəfə 2900 manat və 2400 manat borc pul verimişdir. Həmin pullar verilərkən ona yazılı qəbzlər verilmişdir. Həmin qəbzlərdə borcun verilməsi qeyd edilmişdir. Qəbzlər Ceyhunun adından yazılsa da, qəbzləri Aynur yazmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış, cavabdehin yalan ifadəsinə əsaslanmışdır. Məhkəmə səhv qənaətə gələrək, qeyri-obyektiv, qərəzli, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət vermədən, tam araşdırmadan qeyri-obyektiv qənaətə gəlmişdir və hüquqlarını pozan qətnamə çıxarılmışdır. O, Cavabdeh1 borc pul vermişdir. Pullar verilərkən cavabdeh tərəfindən iddiaçıya yazılı qəbzlər verilmişdir. Hazırda hesab edir ki, həmin borc birgə veridiyindən cavabdehlər birgə məsuliyyət daşıyıllar. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, qeyd olunan pul məbləğini Cavabdeh1 versə də, qəbzləri Ceyhunun arvadı Aynurə yazıb imzalamışdır. O, da cavabdehlərə inanaraq həmin pulu vermişdir. Lakin həmin vaxtdan xeyli illər keçməsinə baxmayaraq cavabdehlər qeyd olunan pulu qaytarmırlar. O, ekspert tərfindən verilmiş rəylərlə də razılaşmır. Belə ki, əminliklə deyə bilər ki, qəbzdəki imza və xətt cavabdeh Aynur Niftalıyevə məxsusdur. Belə ki, o Aynurun məktəbdə oxuyan uşağının gündəliyindən telefonu vasitəsilə fotoşəkil çəkmişdir. Həmin gündəlikdə olan imza ilə qəbzdəki imzalar eynidir. İddiaçı sonda apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, apelyasiya icraatı zamanı cavabdeh Aynur Niftalıyevə münasibətdə məhkəmə xətşünaslıq ekspertizası təyin edilsə də, qərarda və rəydə cavabdehin uşağına məxsus olan gündəlikdən çıxarılmış sənədlərə heç bir hüquqi qiymət verilməmiş, rəydə yalnız eksperimental imza nümunələri yoxlanılmışdır. Halbuki, dərs gündəliyində olan imzalarla qəbzdəki imzalara vizual baxış keçirildikdə həmin imzaların eyni şəxs tərəfindən icra edildiyini müəyyən etmək mümkündür. Hesab edir ki, verilmiş rəylər obyektivliyi əks etdirmir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasına “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə “online” qaydada qoşulmuş X3 nümayəndəsi və vəkili X9 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırki iş üzrə hər iki cavabdehin imzalarının yoxlanılması məqsədilə bağlı məhkəmə xətşünaslıq eksperizaları təyin edilmiş və verilmiş rəylərdə imza və xəttin cavabdehlərə məxsus olmadığı müəyyən edilmişdir. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və X6 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mülki Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən sənədlər: Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş seriya AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X6 xx xxxxxx 1985-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, Mübariz Əliyev küçəsi m. 53-də qeydiyyatdadır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-821/2019 saylı qərardadından məlum olur ki, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 10000 saylı ekspert rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində yerləşən olan dama-dama dəftər vərəqi üzərində “Qəbz Mən X1 Ləman Əziz qızından 2400 (iki min dörd yüz manat) borc pul aldım. Mən bu borcumu 2 ay müddətinə qaytaracam, İmza Cavabdeh1 xx.xx.2018 də AZE 07871222 055889-44” sözləri ilə bitən yazılar; 9-cu vərəqində olan dama-dama dəftər vərəqi üzərində “Qəbz Mən Cavabdeh1 İddiaçı 2900 (iki min doqquz yüz manat) borc pul aldım. Mən bu borcumu 2 ay müddətinə qaytaracam İmza Cavabdeh1 xx.xx.2018 də AZE 07871222 055889-44-44” sözləri ilə bitən yazılar – X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci və 9-cu vərəqlərində olan X6 ilə İddiaçı adlarından olan xx xxxxxx 2018-ci il tarixli borc qəbzlərində “İmza:” qrafaları qarşısındakı imzalar – X6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissədində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli və düzgün araşdırmağa çaışmışdır. Bununla bağlı apelyasiya icraatı zamanı qeyd olunan mübahisəli “qəbzlərdəki” imzanın və xətt nümunələrinin ikinci cavabdeh Aynur Niftalıyevə məxsus olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart.2020ci il tarixli, 4678 nömrəli ekspert rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş, mülki işin 24cü vərəqində olan 2900 manat pula dair xx.xx.2018-ci il tarixli “Qəbz” də olan yazılar, imzalar və mülki işin 25-ci vərəqəsində olan 2400 manat pula dair xx.xx.2018-ci il tarixli “Qəbz” də olan yazılar və imzalar-öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

2. ekspertizaya təqdim edilmiş, mülki işin 70-ci vərəqində olan 2900 manat pula dair xx.xx.2018-ci il tarixli “Qəbz” də olan yazılar, imzalar və mülki işin 71-ci vərəqəsində olan 2400 manat pula dair xx.xx.2018-ci il tarixli “Qəbz” də olan yazılar və imzalar-öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. 3.ekspertizaya təqdim olunmuş mülki işin 24-cü vərəqəsində olan 2900 manat pula dair xx.xx.2018-ci il tarixli “Qəbz”də olan yazılar, imzalar və mülki işin 25-ci vərəqəsində olan 2400 manat pula dair xx.xx.2018-ci il tarixli “Qəbzdə” olan yazılar və imzalar; mülki işin 70-ci vərəqində olan 2900 manat pula dair xx.xx.2018-ci il tarixli “Qəbz” də olan yazılar, imzalar və mülki işin 71-ci vərəqəsində olan 2400 manat pula dair xx.xx.2018-ci il tarixli “Qəbz”də olan yazılar və imzalar- Cavabdeh2 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh1a xx.xx.2018-ci il tarixdə ümumilikdə 5300 (2400+2900) manat məbləğində borc pul verdiyini, həmin məbləğlə bağlı cavabdehlərin adından yazılı qəbz aldığını iddia etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddianın dəlilləri əsassız olduğundan, başqa sübutlarla təsdiqini tapmadığından iş materialında olan heç bir mötəbər sübutla təsdiq olunmadığından rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan “Qəbz”lərə gəldikdə kollegiya qeyd edir ki, iddiaçı həmin qəbzlıərdəki xətt və imzaların gah cavabdeh Ceyhun Niftallyeva, gah da sonuncunun arvadı Cavabdeh2 tərəfindən yazıldığını və imza edildiyini bildirsə də iddia tələbinin və apelyasiya şikayətinin bu dəlilləri iş üzrə verilmiş ekspert rəyləri ilə tamamilə təkzib olunur. Məhkəmə kollegiyası iddiaçı tərəfin “dərs gündəliyindən edilmiş çıxarışlarla” bağlı ekspertiza keçirilməsinə, rəydə həmin sənədlərə qiymət verilməməsinə dair mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əvvəla həmin sənədlər surət, həm də əldə olunma mənbəyi qeyrimüəyyən olmaqla eksperiza tədqiqatı üçün keçərli deyil. Çünki məhkəmə iclasında İddiaçı özü etiraf etmişdir ki, həmin sənədləri cavabdeh tərəfin xəbəri olmadan, cavabdehlərin uşağının dərs gündəliyindən öz fotoapatı ilə çəkərək əldə etmişdir. Məhkəmə kollegiya həmin sənədləri qeyri-mötəbər hesab edərək, iddiaçı tərəfin bu dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi yekun məhkəmə qərarında iş üzrə ekspertiza xərcinə münasibət bildirməmiş, apelyasiya şikayətində də bu məsələyə toxunulmamışdır. Bu səbəbdən məhkəmə kоllegiyаsı iddiа tələbinin təmin edilməməsini nəzərə аlаrаq, belə hesab edir ki, qeyd оlunаn məhkəmə ekspertizası xərci İddiaçı аid edilməli və məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 124 manat оndаn alınaraq Dövlət büdcəsinə- AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-821/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat İddiaçı alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ayaz Mahmudov

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar