Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-224/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)- 1618/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-1618/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2013-cü il tarixli 26R000002106 saylı kredit razılaşması üzrə 11984 ABŞ dolları 45 sent məbləğində əsas borcun ödəniş vaxtına olan məzənnəyə əsasən Azərbaycan manatı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, həmin kredit razılaşması üzrə 8084 ABŞ dolları 29 sent faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla cəmi 9084 ABŞ dolları 29 sent məbləğində pulun ödəniş vaxtına olan məzənnəyə əsasən Azərbaycan manatı ilə Cavabdeh1 tutulub İddiaçı QSCyə ödəniməsi, tələbin ipoteka predmeti kimi Cavabdeh1 mülkiyyətində Göyçay rayonu Potu kəndində olan 0,05 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 35.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən 21068 ABŞ dolları 74 sent məbləğində pulun ödəniş vaxtına olan məzənnəyə əsasən Azərbaycan manatı ilə və həmçinin, dövlət rüsumunun 10 manatı özünə aid edilməklə, iddiaçı tərəfindən çəkilmiş qalan (cəmi 50 manat) məhkəmə xərclərinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-1618/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-934/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)- 1618/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, xx xxxxxx 2013-cü il tarixli 26R000002106 saylı kredit razılaşması üzrə əsas borc 11984 ABŞ dolları 45 sent, faiz borcu 7549 ABŞ dolları 01 sent və cərimə borcu 200 ABŞ dolları olmaqla cəmi 19.733 ABŞ dolları 46 sent məbləğində pul vəsaitinin qətnamə icra olunan günə manata məzənnəsi ilə və cəmi 60 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh1 tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan və qiymətləndirici tərəfindən 55.000 manat məbləğində qiymətləndirilmiş Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 19.733,46 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamə icra olunan günə manata məzənnəsi ilə və məhkəmə xərclərinin ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə olunmuş məbləğdən bütün borc və xərclər çıxıldıqdan sonra qalan vəsaitin mülkiyyətçi Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılması, ev və torpaq sahəsinin boşaldılması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, idda tələbinin Cavabdeh1 münasibətdə qalan hissədə təmin edilməməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiasının cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-934/2019 nömrəli qətnaməsindən İddiaçı QSC və vəkili X2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-2590/20 nömrəli qərarı ilə İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-934/2019 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 26R000002106 saylı kredit razılaşması üzrə 11984 ABŞ dolları 45 sent əsas borc, 8084 ABŞ dolları 29 sent faiz borcu, 11593 ABŞ dolları 36 sent cərimə olmaqla cəmi 31662 ABŞ dolları 10 sent kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, 31662 ABŞ dolları 10 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, ipoteka predmetinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı QSC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26L000001010 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları kredit xətti açılmışdır. xx xxxxxx 2013-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26R000002106 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 2,0833 faiz olmaqla 30000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 26R000002106S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında 26M000000344 saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablamalara görə iddiaçıya xx xxxxxx 2013-cü il tarixli 26R000002106 saylı kredit razılaşması üzrə 11984 ABŞ dolları 45 sent əsas borc, 8084 ABŞ dolları 29 sent faiz borcu, 11593 ABŞ dolları 36 sent cərimə olmaqla, cəmi 31662 ABŞ dolları 10 sent kredit borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birinci instansiya məhkəməsi iclаsının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-1618/2018 nömrəli qətnaməsindən Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə MPM-in 185-ci maddəsinin tələblərini pozmuş, qətnamə çəkişmə prinsipi gözlənilmədən qəbul edilmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, o, qətnamənin borc məbləği və girovun qiymətləndirilməsi ilə bağlı hissəsi ilə razı deyil. Valyuta qalxana qədər İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməyinə baxmayaraq, iddiaçı ərizədə göstərir ki, cavabdehlər kreditin ödənilməsi üçün heç bir tədbir görməmişlər. Halbuki, o, dəfələrlə kreditor İddiaçı QSC-nin Göyçay fililında, eləcə də baş ofisində olmuşdur. Lakin Bank tərəfindən kredit ödənişlərini davam etdirmək üçün ona heç bir güzəşt təklif edilməmişdir. Ərizədən göründüyü kimi, iddiaçı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 11984.45 ABŞ dolları əsas borc olduğu halda tənasübsüz qaydada 8084.29 ABŞ dolları faiz borcu, 11593.36 ABŞ dolları cərimə hesablamışdır. Həmçinin kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, mülkiyyətində olan fərdi yaşayış evinə “xxxx” MMC tərəfindən hədsiz dərəcədə aşağı qiymət (35.000 manat) təyin edilmişdir. Çünki, regionda fəaliyyət göstərən daşınmaz əmlak üzrə mütəxəssislər (rieltorlar) də qiymətin real olmadığını söyləyirlər. Hesab edir ki, qiymətləndirici şirkət tərəfindən əmlaka qoyulmuş qiymət bugünki real bazar qiymətlərini əks etdirmədiyi üçün yenidən qiymətləndirmə keçirilməlidir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-1618/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı QSC-nin nümayəndəsinə, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-1618/2018 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 26L000001010 saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 26R000002106 saylı kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 aylıq 2,0833% hesablanmaqla 36 aylıq müddətə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2015ci il tarixli sazişə əsasən, ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən gğrünür ki, Cavabdeh2 və Cavabdeh3 borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 26M000000344 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipoteka qoyur. İpoteka predmeti Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evidir. İpoteka predmetinin qiyməti 16478 manat 70 qəpik məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Cavabdeh1 məxsus Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə İddiaçı QSC-nin ünvanladığı xx.xx.2018-cı il tarixli ərizəyə əsasən, Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Bildiriş bank tərəfindən xx.xx.2018-ci il tarixdə ipoteka qoyan Cavabdeh1 göndərilmiş və xx.xx.2018-ci il tarixdə bildiriş alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından görünür ki, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2018-cı il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli 26R000002106 saylı kredit razılaşması üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 11984 ABŞ dolları 45 sent əsas borc, 8084 ABŞ dolları 29 sent faiz borcu, 11593 ABŞ dolları 36 sent cərimə olmaqla cəmi 31662 ABŞ dolları 10 sent borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, cavabdeh Göyçay rayonu Potu kəndində Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 106,8 kv.m ümumi, 42,4 kv.m yaşayış, 64,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixinə bazar qiyməti 35.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz əmlak” Elektron Xidmətlər Portalından verilmiş xx.xx.2018-ci il tarixli bildirişə əsasən, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz əmlak” Elektron Xidmətlər Portalından verilmiş xx.xx.2018-ci il tarixli təsdiqetmə bildirişinə əsasən 20 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, xx xxxxxx 2013-cü il tarixli 26R000002106 saylı kredit razılaşması üzrə 11984,45 ABŞ dolları əsas borcun ödəniş vaxtına olan məzənnəyə əsasən Azərbaycan manatı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsini, həmin kredit razılaşması üzrə 8084,29 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla cəmi 9084,29 ABŞ dolları məbləğində pulun ödəniş vaxtına olan məzənnəyə əsasən Azərbaycan manatı ilə Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödəniməsini, tələbin ipoteka predmeti kimi Cavabdeh1 mülkiyyətində Göyçay rayonu Potu kəndində olan 0,05 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinə yönəldilməsini, həmin əmlakın ilkin satış qiyməti 35.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmasını, satıldıqdan sonra 1 ay ərzində torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılmasını, əldə edilən vəsaitdən 21068,74 (11984,45 + 9084,29) ABŞ dolları məbləğində pulun ödəniş vaxtına olan məzənnəyə əsasən Azərbaycan manatı ilə və həmçinin, dövlət rüsumunun 10 manatı özünə aid edilməklə, iddiaçı tərəfindən çəkilmiş qalan (cəmi 50 manat) məhkəmə xərclərinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməsini, qalan hissədə iddianın təmin olunmamasını qət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətində Cavabdeh1 həmin qətnamənin borc məbləği və girovun qiymətləndirilməsi ilə bağlı hissələri ilə razılaşmadığını bildirmişdir. Onun mövqeyinə görə, iddiaçı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 11984,45 ABŞ dolları əsas borc olduğu halda, tənasübsüz surətdə yüksək olan 8084,29 ABŞ dolları faiz borcu və 11593,36 ABŞ dolları cərimə hesablamışdır. Həmçinin kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan fərdi yaşayış evinə “xxxx” MMC tərəfindən hədsiz dərəcədə aşağı qiymət (35.000 manat) təyin edilmişdir. Əvvəlki apellyasiya icraatı zamanı Cavabdeh1 apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin aşağı məbləğdə müəyyən olunması ilə bağlı dəlilinə əsasən məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin yenidən qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 26 nömrəli rəydə Göyçay rayonu Potu kəndində Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 106,8 kv.m ümumi, 42,4 kv.m yaşayış, 64,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin xx xxxx 2019-cu il tarixinə bazar qiymətinin 55.000 manat təşkil etməsi göstərilmişdir. Əvvəlki apellyasiya icraatı zamanı həmçinin məhkəmə kollegiyası kredit xətti müqaviləsi üzrə zamin olan Cavabdeh2 və Cavabdeh3 kredit razılaşmasından və razılaşma üzrə ödəniş planından məlumatı olmadığından və razılığı alınmadığından, verilən kreditin faiz dərəcəsi onunla razılaşdırılmadığından, bütün bu halların onun üçün əlverişsiz nəticələrə səbəb olmasını Mülki Məcəllənin 477.0.1-ci maddəsinin müddəaları baxımından nəzərə alaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə zaminliyə xitam verilməli olduğundan iddia tələbi onlara aid hissədə təmin edilə bilməz. Ona görə də əvvəlki apellyasiya kollegiyаsı hesаb etmişdir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 aid hissədə təmin etməkdə haqlı olsa da, zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də təmin etməklə düzgün nəticəyə gəlmədiyindən Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-1618/2018 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin olunması hissəsində ləğv edilməli, iddia tələbi ləğv olunmuş hissədə rədd edilməlidir. Beləliklə, əvvəlki apellyasiya icraatı üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-934/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-1618/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, xx xxxxxx 2013-cü il tarixli 26R000002106 saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 11984 (on bir min doqquz yüz səksən dörd) ABŞ dolları 45 (qırx beş) sent, faiz borcu üzrə 7549 (yeddi min beş yüz qırx doqquz) ABŞ dolları 01 (bir) sent, cərimə borcu üzrə 200 (iki yüz) ABŞ dolları olmaqla, cəmi 19.733,46 ABŞ dolları (on doqquz min yeddi yüz otuz üç dollar 46 sent) məbləğində kredit borcunun qətnamə icra olunan günə manata məzənnəsi üzrə, habelə dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat pul vəsaitlərinin Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan və qiymətləndirici tərəfindən 55.000 manat məbləğində qiymətləndirilmiş Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 19.733,46 ABŞ dolları (on doqquz min yeddi yüz otuz üç dollar 46 sent) məbləğində pulun qətnamə icra olunan günə manata məzənnəsi üzrə, habelə dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat pulun ödənilməsinin təmin edilməsi, əmlakın satışındaın əldə olunmuş məbləğdən bütün xərclər çıxıldıqdan sonra qalan vəsaitin mülkiyyətçi Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılması, ev və torpaq sahəsinin boşaldılması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi, idda tələbinin Cavabdeh1 münasibətdə qalan hissədə təmin edilməməsi, eyni zamanda, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiasının cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-934/2019 nömrəli qətnaməsi ilə “ipoteka predmetinin ilkin satış qiyməti” hissəsində razılaşmayan və qətnaməni həmin hissədə ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-2590/20 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmamışdır. Belə ki, hazırkı iş üzrə ipoteka predmetinin dəyərinə dair iş materiallarında müxtəlif məlumatlar mövcuddur. Predmetin qiyməti tərəflərin bağladıqları ipoteka müqaviləsində 16.478,70 manat olaraq razılaşdırılmış, birinci instansiya məhkəməsində aparılan qiymətləndirmə ilə 35.000 manat, apellyasiya instansiyası məhkəməsində keçirilmiş qiymətləndirmə ilə 55.000 manat müəyyən edilmişdir. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini ən yuxarı olan məbləğdə - 55.000 manat müəyyən etmişdir. Halbuki, həmin predmetin bazar dəyəri deyil, likvid dəyəri müəyyən olunmalı idi. Likvid dəyər isə bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinqin keçirilməsi vaxtının məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir... Beləliklə, Ali Məhkəmənin Mülki kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məbləğlər arasındakı ciddi fərq nəzərə alınmadığı, ekspertiza təyin edilərkən predmetin bazar dəyəri ilə yanaşı likvid dəyəri aydınlaşdırılmadığı və məhz likvid dəyər əsas götürülmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsi düzgün tətbiq edilməmişdir. Ona görə də məhkəmə kollegiyası işə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-2590/20 nömrəli qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən baxarkən hesab edir ki, MPM-in 372.6-cı maddəsinə müvafiq olaraq hazırkı apellyasiya icraatı zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-934/2019 nömrəli qətnaməsinin yalnız ləğv edilən, yəni ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsi üzrə araşdırma aparılmalı, həmin qətnamənin qalan hissədə qüvvəsində (dəyişdirilmədən) saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-2590/20 nömrəli qərarının göstərişinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ipotekа predmetinin qiymətləndirilməsi üçün təkrar müstəqil qiymətləndirici dəvət edilmiş, qiymətləndirmənin aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinə “xxxx” MMC tərəfindən daşınmaz əmlakın likvid dəyərinin müəyyən edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 02-11/20 nömrəli ekspert rəyi təqdim olunmuşdur. Rəydən görünür ki, Cavabdeh1 mülkiyyətində olmaqla Göyçay rayonu Potu kəndində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 106,8 kv.metr ümumi, 42,4 kv.m yaşayış, 64,4 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin (həyətyanı torpaq sahəsi ilə birlikdə) xx xxxxxx 2021-ci il tarixinə likvid dəyəri 45.000 (qırx beş min) manat təşkil edir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində “ilkin satış qiyməti” anlayışının daşıdığı mənaya aydınlıq gətirilmişdir. Belə ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9, 39.3 və 39.3.3-cü maddələrinin birgə təfsiri baxımından məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiyməti kimi onun məhz likvid dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İpoteka predmetinin ilkin satış qiymətini hər iki tərəf mübahisələndirdiyinə görə bununla əlaqədar məhkəmə xərci onlar arasında bərabər bölünməlidir. Ona görə də ipotekа predmetinin təkrar qiymətləndirilməsi üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 300 (üç yüz) manat pulun 150 (bir yüz əlli) manatı Cavabdeh1, qalan 150 (bir yüz əlli) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınaraq “xxxx” MMCnin bank hesabına ödənilməlidir. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-2590/20 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)- 934/2019 nömrəli qətnaməsinin qüvvəsində saxlanılmış hissəsi üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-1618/2018 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsinin, xx xxxxxx 2013-cü il tarixli 26R000002106 saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 11984 (on bir min doqquz yüz səksən dörd) ABŞ dolları 45 (qırx beş) sent, faiz borcu üzrə 7549 (yeddi min beş yüz qırx doqquz) ABŞ dolları 01 (bir) sent, cərimə borcu üzrə 200 (iki yüz) ABŞ dolları olmaqla cəmi 19.733,46 ABŞ dolları (on doqquz min yeddi yüz otuz üç dollar 46 sent) məbləğində kredit borcunun qətnamə icra olunan günə manata məzənnəsi üzrə, habelə dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat pul vəsaitlərinin Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasının, tutmanın Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsinin, həmin əmlakın açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılmasının, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 19.733,46 ABŞ dolları (on doqquz min yeddi yüz otuz üç dollar 46 sent) məbləğində pulun qətnamə icra olunan günə manata məzənnəsi üzrə, habelə dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat pulun ödənilməsinin təmin edilməsinin, əmlakın satışındaın əldə olunmuş məbləğdən bütün xərclər çıxıldıqdan sonra qalan vəsaitin mülkiyyətçi Cavabdeh1 qaytarılmasının, ipoteka predmeti olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılmasının, ev və torpaq sahəsinin boşaldılmasının, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsinin, idda tələbinin Cavabdeh1 münasibətdə qalan hissədə təmin edilməməsinin, eyni zamanda, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiasının cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsinin qət edildiyi nəzərə alınmalı, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-2590/20 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-934/2019 nömrəli qətnaməsinin ləğv edilmiş hissəsi üzrə yeni qətnamə qəbul edilərək ipoteka predmeti olan Cavabdeh1 məxsus Göyçay rayonu Potu kəndində yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 2 otaqlı 106,8 kv.m ümumi, 42,4 kv.m yaşayış, 64,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilməsi, ipotekа predmetinin təkrar qiymətləndirilməsi üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 300 (üç yüz) manat pulun 150 (bir yüz əlli) manatının Cavabdeh1, qalan 150 (bir yüz əlli) manatının isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınaraq “xxxx” MMCnin bank hesabına ödənilməsi qət edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385, 387, 390, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-2590/20 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-934/2019 nömrəli qətnaməsinin qüvvəsində saxlanılmış hissəsi üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-1618/2018 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsinin, xx xxxxxx 2013-cü il tarixli 26R000002106 saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 11984 (on bir min doqquz yüz səksən dörd) ABŞ dolları 45 (qırx beş) sent, faiz borcu üzrə 7549 (yeddi min beş yüz qırx doqquz) ABŞ dolları 01 (bir) sent, cərimə borcu üzrə 200 (iki yüz) ABŞ dolları olmaqla cəmi 19.733,46 ABŞ dolları (on doqquz min yeddi yüz otuz üç dollar 46 sent) məbləğində kredit borcunun qətnamə icra olunan günə manata məzənnəsi üzrə, habelə dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat pul vəsaitlərinin Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasının, tutmanın Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsinin, həmin əmlakın açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılmasının, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 19.733,46 ABŞ dolları (on doqquz min yeddi yüz otuz üç dollar 46 sent) məbləğində pulun qətnamə icra olunan günə manata məzənnəsi üzrə, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat və xidmət haqqı kimi ödənilmiş 20 (iyirmi) manat pulun ödənilməsinin təmin edilməsinin, əmlakın satışındaın əldə olunmuş məbləğdən bütün xərclər çıxıldıqdan sonra qalan vəsaitin mülkiyyətçi (cavabdeh) Cavabdeh1 qaytarılmasının, ipoteka predmeti olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxarılmasının, ev və torpaq sahəsinin boşaldılmasının, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsinin, idda tələbinin Cavabdeh1 münasibətdə qalan hissədə təmin edilməməsinin, eyni zamanda, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiasının cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsinin qət edildiyi nəzərə alınsın. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-2590/20 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli, 2(107)-934/2019 nömrəli qətnaməsinin ləğv edilmiş hissəsi üzrə yeni qətnamə qəbul edilərək, ipoteka predmeti olan Cavabdeh1 məxsus Göyçay rayonu Potu kəndində yerləşən 0,05 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 2 otaqlı 106,8 kv.m ümumi, 42,4 kv.m yaşayış, 64,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilsin. İpotekа predmetinin təkrar qiymətləndirilməsi üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 300 (üç yüz) manat pulun 150 (bir yüz əlli) manatı Cavabdeh1, qalan 150 (bir yüz əlli) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınaraq “xxxx” MMC-nin bank hesabına ödənilsin. Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qalan hissədə təmin edilməsin. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-224/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-224/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver