Məhkəmə qərarları › İş №2(107)-2245/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2245/2020

19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2245/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-264/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli 2(035)-264/2020 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “evə köçürülmə və evdə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilərək İddiaçı və uşaqları xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X4 ünvan 1 1 ev 2 ünvanda yerləşən 2 otaqlı evin iddiaçının gəlin gəldiyi otağına köçürülməsi və onların həmin evdən istifadə hüquqlarının tanınması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək onun, eləcə də xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X4 2004-cü ildə gəlin gəldiyi hazırda Cavabdeh yaşadığı ünvan 1 1 ev 2 ünvanda yerləşən 2 otaqlı, kürsülüyü 0.6 metr, ümumi sahəsi isə 123.98 kv.metr olmaqla 1985-ci ildə inşa edilmiş evə köçürülməklə həmin evdən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehin qardaşı X5 ilə xx.xx.2004-cü ildə ailə qurmuş və hazırda haqqında mübahisə qaldırılan ünvan 1 1 ünvanda yerləşən 2 saylı evə gəlin gəlmişdir. Həmin ev iki otaqdan ibarət olmuşdur. Bir otağında iddiaçının qayınanası, bir otağında isə iddiaçı əri Mehmanla yaşamış, onların həmin evdə iki uşaqları, xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X11 doğulmuşdur. Uşaqlarda həmin evdə yaşamışlar. Cavabdeh isə həmin vaxtlar Rusiya Federasiyasında yaşamışdır. İddiaçının qayınanası 2006-cı ildə vəfat etmişdir, onun yas mərasimini İddiaçı əri Mehman ilə birlikdə təşkil etmişlər. İddiaçının əri Mehman Cəfərov xx.xx.2008-ci ildə vəfat etmişdir. Ərinin vəfatından sonra uşaqları azyaşlı olduqlarından, habelə qonşuluqda yaşayan, iddiaçının mərhum ərinin əmisi ruhi xəstə olduğundan iddiaçı həmin evdə tək qalmaqda ehtiyatlanmış və 2009-cu ilin payız aylarından uşaqları ilə birlikdə ata evinə qayıdıb orada müvəqqəti yaşamaq məcburiyyətində qalmışdır. Lakin, iddiaçı mütamadi olaraq sözügedən evə gedib-gəlmiş, təmizlik işlərini görmüşdür. Sonradan cavabdeh Rusiya Federasiyasından gəlmiş və iddiaçının həmin evə gedibgəlməsinə və yaşamasına imkan verməmişdir. Hazırda cavabdeh də ailə qurmaqla həmin evin bir otağında ailəsi ilə birlikdə yaşayır. İddiaçının cehiz əşyaları və geyim əşyaları hazırda da sözügedən evin gəlin köçdüyü otağındadır. Həmin otağın qapısı iddiaçının özü tərəfindən qıfıllanmış və açarı iddiaçıdadır. Cavabdeh sözügedən evin bir otağında yaşasa da, iddiaçıya məxsus otaqdan istifadə etmir. Həmin otaq hazırda da iddiaçının sərəncamındadır. Hesab edir ki, iddiaçı həmin evə gəlin gəlməklə hazırda orada qeydiyyatda olduğundan, əvvəllər həmin evdə yaşadığından və orada uşaqlarını dünyaya gətirdiyindən, hazırda da cehiz əşyaları həmin evin bir otağında (gəlin gəldiyi otağında) olduğundan iddiaçının həmin evdən istifadə hüququ yaranmışdır. Cavabdehin iddiaçını həmin evə buraxmaması qanunsuzdur və iddiaçının istifadə hüququnu pozur. Hesab edir ki, iddiaçı sözügedən evin gəlin köçdüyü otağına uşaqları ilə köçürülməli və onun evdən istifadə hüququna məhkəmə tərəfindən təminat verilməlidir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə izahatında əlavə olaraq bildirmişdir ki, həqiqətəndə iddiaçının ünvan 2 mənzil 15 ünvanda yerləşən iki otaqlı evi olmuş, lakin həmin evi uşaqlarını dolandırmaq üçün xx.xx.2014-cü ildə məcbur olub satmışdır. Hazırda iddiaçının özünə məxsus başqa yaşayış evi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı onun qardaşı Mehmanla 2004-cü ildə ailə qurmuşdur. İddiaçının Mehmanla toyu Bakı şəhərində olmuşdur. Onların ünvan 3 mənzil 15 ünvanında yerləşən mənzilləri vardır. Anası 2006-cı ildə, qardaşı Mehman isə 2008-ci ildə vəfat etmişdir. Özü əvvəllər Rusiya Federasiyasında yaşamış, 2010-cu ildən isə Zərdab rayonuna gəlib hazırda sözügedən evin bir otağında ailəsi ilə yaşayır. Özü əlavə bir otaq qızları üçün tikmişdir. Sözügedən evin bir otağında isə hazırda da idiaçının cehiz əşyaları yerləşir və həmin otağın qapısı iddiaçı tərəfindən bağlanmışdır. İddiaçının hazırda haqqında mübahisə qaldırılan evdə qeydiyyatda olmasına, əvvəllər həmin evdə yaşamasına və orada iki uşaq dünyaya gətirməsinə, hazırda da cehiz əşyalarının həmin evin bir otağında olmasına baxmayaraq iddiaçının həmin evə köçüb yaşamasını istəmir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-264/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qətnamə çıxarılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-264/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişlər. Məhkəmənin xidməti telefonu ilə əlaqə saxlayaraq xəstəliklə bağlı məhkəmə iclasına gələ bilməyəcəklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 ilə X7 аrаsındа xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 210 nömrə ilə qeyd edilməklə rəsmi nikаh bаğlаnmış, ərə Cəfərov, аrvаdа Cəfərova sоyаdı verilmişdir. Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan və Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 və İddiaçı birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X11 doğulmuşdur. Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı, X10, X2 şəhəri Nizami küçəsi dalan 1, 2 nömrəli evdə qeydiyyatdadırlar. Hazırda həmin evdə Cavabdeh qeydiyyatda olmaqla, orada yaşayır, həmin ev iki otaqdan ibarətdir. Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən 168 saylı, xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə göndərilən xx.xx.2014-cü il tarixli, 4-Ə-1-58 reyestrlə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 179, mənzil 15-də yerləşən ümumi sahəsi 49.70 kv.m., yaşayış sahəsi 29.56 kv.m.-dən ibarət iki otaqlı mənzil İddiaçı, X10, X11 tərəfindən X8 hərəkət etmək üçün verilmiş etibarnaməyə əsasən sonuncu tərəfindən X1. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə nəticəsində müəyyən olunmuşdur ki, haqqında iddia qaldırılan ev iki otaqdan və əlavə artırmadan ibarətdir, bir otağında cavabdeh ailəsi ilə birgə yaşayır, evin digər otağında isə iddiaçının cehiz əşyaları olmaqla qapısı bağlıdır. Cavabdeh açarın onda olmadığını və otaqda iddiaçıya məxsus hansısa əşyaların olduğunu, lakin həmin əşyaların nədən ibarət olmasını bilmədiyini bildirmişdir. Azərbayan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən, ər-arvadın hüquq və vəzifələri nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixdə dərc edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx xxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığının» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməli olduğu göstərilmişdir. İşin gerçək halları belədir ki, iddiaçı cavabdehin qardaşı Mehman Cəfərovla xx.xx.2004-cü ildə faktiki olaraq ailə qurmuş, hazırda haqqında mübahisə qaldırılan ünvan 1 1 ev 2 ünvanda yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan, həmin vaxt Mehmanın anası ilə birgə yaşadıqları evə gəlin gəlmiş, həmin evdə yaşamış, iddiaçının Mehman Cəfərovla birgə nikahlarından həmin evdə iki uşaqları, xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X11 doğulmuşdur. Nikahlarını xx xxxxxx 2006-cı ildə rəsmiləşdirmişlər. İddiaçının qayınanası 2006-cı ildə, əri Mehman isə xx.xx.2008-ci ildə vəfat etmişlər. Ərinin ölümündən sonra qardaşının yaşadığı atası evinə köçərək orada yaşasa da, əmlakları mərhum əri ilə birlikdə yaşadıqları evin bir otağında qalmışdır, hazırda da oradadır, həmin otağın açarı isə özündədir. Cavabdeh isə həmin vaxtlar Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh 2010-cu ildə Rusiya Federasiyasından qayıtmış və iddiaçının həmin evə gedib-gəlməsinə və yaşamasına icazə verməmişdir. İddiaçı da məhkəmədə iddia qaldıraraq, onun, eləcə də xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X4 2004-cü ildə gəlin gəldiyi, hazırda cavabdehin yaşadığı ünvan 1 1, ev 2 ünvana yerləşən 2 otaqlı, kürsülüyü 0.6 metr, ümumi sahəsi isə 123.98 kv.metr olmaqla 1985-ci ildə inşa edilmiş evə köçürülməklə həmin evdən istifadə hüquqlarının tanınmasını tələb edir. İddiaçı tələbini əsaslandıran hallar kimi cavabdehin qardaşı X5 ilə xx.xx.2004-cü ildə ailə qurduğunu, hazırda haqqında mübahisə qaldırılan ünvan 1 1 ünvanda yerləşən 2 saylı evə gəlin gəldiyini, həmin evin iki otaqdan ibarət olduğunu, bir otağında əvvəllər qayınanasının yaşadığını, bir otağında isə əri Mehmanla yaşadığını, onların həmin evdə iki uşaqlarının doğulduğunu, hazırda atası evində yaşadığını və yaşamağa yerinin olmadığını, qanunvericiliyin tələblərinə əsasən həmin evdən onun uşaqları ilə birlikdə istifadə hüquqlarının olduğunu bildirir. Cavabdeh isə iddiaçının həmin evdən istifadə hüququnun yaranmadığını əsas göstərərək iddianı qəbul etmədiyini, iddiaçının Mehmanla toyunun Bakı şəhərində olduğunu, onarın ünvan 3, mənzil 15 ünvanında mənzillərinin olduğunu bildirir. İddiaçı isə həqiqətəndə iddiaçının ünvan 2 , mənzil 15 ünvanda iki otaqlı evinin olduğunu, lakin həmin evi uşaqlarını dolandırmaq üçün xx.xx.2014-cü ildə məcbur olub satdığını bildirir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “iddiaçının dəlilləri əsaslıdır. Belə ki, işin məhkəmə iclasında müəyyən olunmuş halları ondan ibarətdir ki, 1) iddiaçı cavabdehin qardaşı Mehman Cəfərovla ailə quraraq sözügedən evə gəlin gələrək, həmin evdə yaşamaqla evdən istifadə hüququ əldə etmişdir, 2) iddiaçı həmin evdə iki övlad dünyaya gətirmişdir, 3) iddiaçının övladları və özü ərinin ölümünə kimi həmin evdə yaşamış və iddiaçının cehiz əşyaları (əmlakları) hazırda da sözügedən evin bir (gəlin köçdüyü) otağındadır, 4) iddiaçının cehiz əşyalarının (əmlaklarının) hazırda da yerləşdiyi otağın (iddiaçının gəlin köçdüyü otaq) qapısı iddiaçı tərəfindən qıfıllanmaqla iddiaçının özünün ixtiyarındadır. 5) cavabdeh 2010-cu ildən bəri həmin evdə yaşamasına rəğmən iddiaçının cehiz əşyalarının (əmlaklarının) hazırda da yerləşdiyi otağın (iddiaçının gəlin köçdüyü otağın) qapısının iddiaçı tərəfindən qıfıllanmaqla bağlı saxlanmasına etiraz etməyərək iddiaçının həmin otaq üzərində ixtiyarlı olmasını qəbul etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı Fənarə Qasımova 2004-cü ildə sözügedən evə gəlin kimi köçürülərək həmin evdə əri Mehman və qayınanası ilə birgə yaşadığından və həmin evdə dünyaya iki uşaq gətirdiyindən, hazırda da iddiaçıya məxsus cehiz əşyaları sözügedən evdə olduğundan, iddiaçının həmin evdən istifadə etmək hüququ yaranmışdır. Habelə X16 Məhkəməsinin “X6rşı” xx.xx.1986-cı il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən məhkəmə hesab edir ki, iddiaçı uzun müddət həmin evdə yaşamadığına baxmayaraq, gəlin köçdüyü otaq əşyaları içərisində olmaqla qapısı onun tərəfindən qıfıllanmaqla iddiaçının özünün ixtiyarında olduğundan onun həmişə ora qayıtmaq fikiri olmuşdur, bundan başqa onun həm gəlin olaraq, həm də uşaqlarının qohumluq əlaqələri xətti ilə evin sahibləri ilə daimi əlaqələri mövcuddur ki, həmin əlaqələr iddiaçının sözügedən evi öz evi hesab etmək üçün yetərlidir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını və X16 Məhkəməsinin“X6rşı” xx.xx.1986-cı il tarixli qərarındakı hüquqi mövqeyini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, işdə olan Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən birinci instansiya məhkəməsinə 168 saylı xx.xx.2020-ci il tarixli məktubla göndərilən xx.xx.2014-cü il tarixli 4-Ə-1-58 reyestrlə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 mənzil 15-də yerləşən ümumi sahəsi 49.70 kv.m., yaşayış sahəsi 29.56 kv.m.-dən ibarət olan iki otaqlı mənzil İddiaçı, X10, X11 tərəfindən X8 hərəkət etmək üçün verilmiş etibarnaməyə əsasən sonuncu tərəfindən X1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılır. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cüi maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmə kolegiyasının araşdırmaları zamanı müəyyən edilmiş hallardan görünür ki, iddiaçının ünvan 3, mənzil 15-də daimi yaşayış yeri olmuş, həmin mənzil iddiaçının mülkiyyətində olmuş, həmin evi hansısa məqsədlər üçün satmışdır. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan digər mənzildə yaşayış sahəsi olmuşdur. Belə olan halda, o, hal-hazırda istifadə hüququ əldə etməklə köçmək istədiyi evdən istifadə hüququnu itirmişdir və həmin hüququn bərpa olunması üçün əsaslar yoxdur. Yuxarıda göstərilən qanun normalarının və qərarların tələbinə görə iddiaçının hazırkı iş üzrə iddia tələbinin qanuni əsası olmadığından onun iddiası təmin edilməməlidir. İddia tələbi azyaşlı uşaqlara aid olan hissədə də təmin edilə bilməz, ona görə ki, iddiaçının əri ölmüş, azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X11 onun himayəsində olduğundan uşaqların yaşayış yeri Mülki Məcəllənin 27.2-ci maddəsinə görə iddiaçının yaşayış yeridir. Həmin maddədə göstərilir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. MPM-nin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X16 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsində göstərilir ki, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(035)-264/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-264/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar