Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2246/2021 15.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(016)- 153/2018 saylı qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 22.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC- dən illik 25 faizlə, 18 ay müddətinə 4500 ABŞ dollar məbləğində kredit götürmüşdür. 08.04.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 3232.45 ABŞ dolları təşkil edir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. 13.07.2017-ci il tarixədək Cavabdeh1 banka 2148.12 ABŞ dolları məbləğində əsas, 894.81 ABŞ dolları məbləğində faiz, 531.71 ABŞ dolları məbləğində cərimə, cəmi 3574.64 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin məbləğin ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, həmin məbləğlərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim T.İsmayılov) 05 noyabr 2018-ci il tarixli 2(016)-153/2018 saylı qətnаməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.08.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 531.71 ABŞ dolları məbləğində dəbbə pulu 31.00 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq olaraq 22.08.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2148.12 ABŞ dolları məbləğində əsas, 894.81 ABŞ dolları məbləğində faiz, 31.00 ABŞ dolları məbləğində cərimə, cəmi 3073.93 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumundan 25.8 manat məbləğində pul alınaraq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 14 faizi, yəni 4.2 manatnın iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 oğlu apellyasiya şikayəti vermişdir Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya instansiya məhkəməsi təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə cavab vermədiyindən, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki işin materialları araşdırılarkən reyestrdən (i/m səh. 61) görünür ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə 05 noyabr 2018-ci il tarixli 2(016)- 153/2018 saylı qətnaməsi cavabdehin qeydiyyatda olduğu ünvana-ünvan 1r 2021-ci il tarixdə Ağsu Rayon İcra və Probasiya şöbəsinə icra vərəqəsi verilmiş, 18 dekabr 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir (i/m səh. 62-65). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 19.10.2021-ci il tarixdə birinci instansiyası məhkəməsinə daxil olmuşdur Qeyd edilən tarixdən (hətta icra vərəqinin verildiyi tarixdən) müddətin axımı hesablandığı təqdirdə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin xeyli müddət sonra verildiyi müəyyən edilir. Lakin iş materiallarınadan müəyyən edilir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, qətnamənin cavabdeh X2 təqdim edilmə tarixini müəyyən etmədən, apellyasiya şikayətinin verilməsinin gecikmə səbəbini müəyyən etmədən, əlaqəli olaraq müvafiq icra işini tələb edib öyrənmədən və nəhayət cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin ; 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363.1 və 363.1.3-cü maddələrin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda sadalanan qanunvericiliyin tələbindən görünür ki, apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin buraxılmasına hüquqi qiymət vermədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Ağsu Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(016)-153/2018 saylı qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə hazırki vəziyyətdə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа şikayəti qəbul olunmamış hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrа аldı: Ağsu Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(016)-153/2018 saylı qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qəbul olunmamış ( qeyri-mümkün) hesab edilsin. Mülki iş prosessual müddətə hüquqi qiymət verilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2246/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2246/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver