Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2252/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(046)-2287/2021 nömrəli qərardadından "xxxx" MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 1650.36 manat məbləğində borcun və 36.51 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(046)-2287/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMCnun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilməsinin izah edilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edərək işə mahiyyəti üzrə yenidən baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(046)-2287/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 Göyçay Rayon Məhkəməsinin e- 2(046)-2287/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qərardadın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(046)- 2287/2021 nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsinə əlavə etdiyi 26.10.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında qəbzin surətində iddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 37 manat dövlət rüsumunun ödənilməsi qeyd edilsə də, Elektron Məhkəmə Sisteminin dövlət rüsumunun yoxlanılması zamanı məlum olmuşdur ki, eyni qəbz nömrəsi ilə iddiaçı "xxxx" MMC tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 1 manat dövlət rüsumu ödənilmişdir. “X3” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsinin iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, "xxxx" MMC-nin iddia ərizəsinə əlavə etdiyi 26.10.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında qəbz “e-manat” ödəniş terminalı ilə ödənişin edildiyini təsdiq edən rəsmi sənəd hesab olunur və həmin sənədlə 37 manat dövlət rüsumunun ödənildiyi təsdiq olunur. Həmin ödənişin hər hansı səbəbdən Elektron Məhkəmə İnformasiya sistemində əks edilməməsi iddiaçının təqsiri hesab oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(046)-2287/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar vardır. Ona görə də, şikayət təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(046)-2287/2021 nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu mаddəsinə əsаsən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(046)-2287/2021 nömrəli qərаrdаdı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2252/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2252/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver