Məhkəmə qərarları › İş №2(107)-2256/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2256/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2256/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-1059/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxx 2020-ci il tarixli, 2(014)- 1059/2020 nömrəli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(016)-626/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyirinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh xx xxxxxxxx 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ər-arvad münasibətlərindən xx xxxxxxxx 2011-ci ildə anadan olmuş X1 üçün cavabdehdən tutulan alimentin miqdarının artırılıb hər ay 170 manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə ər-arvad münasibətlərindən xx xxxxxxxx 2011-ci ildə anadan olmuş İlkin adlı uşağın saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh fərdi əməklə məşğul olduğu üçün gəliri kifayət qədərdir. Uşaq böyüdükcə tələbatı artır. Məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin məbləği uşağın normal inkişafına, sağlam şəraitdə böyüdülməsinə vaxtlı-vaxtında müayinə və müalicə olunmasına yetmir. Buna görə də alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Odur ki, iddia tələbinin təmin edilməsi və cavabdehdən hər ay uşağın saxlanılması üçün 170 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o özü heç bir yerdə işləmir. İİ qrup əlildir. Hər ay 130 manat pensiya alır. Tələb edilən alimenti ödəmək iqtidarında deyil. Belə ki, ikinci dəfə ailə qurmuş və həmin nikahdan da üç uşağı vardır. Hazırda 120 manat alimenti çox çətinliklə ödəyir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-1059/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apellyasiya şikayəti İddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, hazırda bir uşağın saxlanması üçün yaşayış minumumu 170 manat müəyyən edilmişdir. Cavabdeh isə 2011ci ildən, yəni uşaqları anadan olduğu dövrdən onunla bir dəfə maraqlanmış, 2017-ci ildən hazırkı tarixə kimi isə uşaqla heç maraqlanmamışdır. Cavabdeh uşağı ilə maraqlanmaq, onun maddi ehtiyacını qarşılamaq əvəzinə, 120 manat aliment ödəməklə guya valideynlik borcunu yerinə yetirdiyini düşünür. Artıq cavabdehin hərəkətləri dözülməzdir. Çünki, uşağı başqaları kimi atası olduğunu hiss etməlidir. 130 manat alimentlə isə indiki dövrdə onun tələbatlarını qarşılamaq olduqca çətindir. Uşağı oxuduğu məktəbin yaşıdları arasında birincilərindən biridir. Hazırlığa gedir, ona kitabı, dəftəri, geyimləri alınır, hazırlıq kurslarına getdiyi üçün hər ay 150 manata yaxın məbləğdə pul verilir. Demək olar ki, uşağının aylıq xərcləri 250-300 manatdan çox olur. O özü işləyib xərcləri qarşılamağa çalışsa da, aldığı 300 manat əmək haqqı ilə bunları qarşılamaqda çətinlik çəkir. Həmçinin valdeynləri də heç bir yerdə işləmir, çox kasıb bir ailənin üzvüdür. İddiaçının valideynləri, atası xəstəxanada işləyir, taksi fəaliyyəti ilə məşğul olur, anasının xəstəliyi ilə qrupu vardır, müəyyən qədər pensiya alır, cavabdeh də həmçinin qrupu ilə bağlı pensiya alır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-1059/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Ağsu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2011-ci il təvəllüdlü X1 üçün hər ay 120 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinin arayışından görünür ki, Cavabdeh 2-ci qrup əlildir, hər ay 130 manat pensiya alır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 xx xxxx 2012-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Evləndikdən sonra qadın ərinin Əsədova soyadını qəbul etmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxx 2013cü il təvəllüdlü X10, xx xxxxxx 2015-ci il təvəllüdlü X11 və xx xxxxxx 2017-ci il təvəllüdlü X4 valideynləri Cavabdeh və X5r. İşdə olan Ağsu RİHB-in Ağsu şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh heç bir yerdə işləmir. İşdə olan Ağsu RİHB-in Ağsu şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh aşağıdakı tərkibdə ailə üzvləri vardır: həyat yoldaşı X6,övladları X10, X11 və X9. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşağın mənafeyi və 2020-ci ildə uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə İlkin adlı uşağın 18 yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat aliment tutulmalıdır. Belə ki, hazırkı iş üzrə iddiа tələbinin hüquqi əsаsını Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 112-ci mаddəsi təşkil edir. Həmin normaya əsasən, ... məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аilə Məcəlləsinin 75-ci mаddəsinə görə, vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr... Vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci mаddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin mаddi və аilə vəziyyəti, diqqətəlаyiq оlаn digər hаllаr nəzərə аlınmаqlа uşаğın əvvəlki təminаt səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnmаsı əsаs tutulаrаq müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ər-arvad münasibətlərindən xx xxxxxxxx 2011-ci ildə X12 adlı uşaqları anadan olmuşdur. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(016)-626/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx xxxxxxxx 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün alınan alimentin miqdarının hər ay sabit pul məbləğində 120 manat müəyyən edilməklə İddiaçı verilməsi qət edilmişdir. Tərəflər 2012-ci ildən ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. Cavabdeh 2012-ci ildə yeni nikaha daxil olmuş və bu nikahdan da 3 uşağı vardır. İddiaçı qət edilmiş aliment məbləği ilə himayəsində olan azyaşlı uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddiasını müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2011-ci il təvəllüdlü X2 üçün əvvəllər təyin olunmuş alimentin miqdarını 120 manatdan 130 manata artırmaqda düzgün etmişdir. Belə ki, qeyd olunduğu kimi, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. MPM-in 77.1-ci mаddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Qeyd olunan normaların tələbləri kontekstində cavabdehdən tutulan alimentin məbləğinin 120 manatdan 170 manata artırılması üçün əvvəlki aliment təyin olunandan sonrakı dövrdə cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik nəticəsində onun ya gəlirinin (qazancının) əhəmiyyətli dərəcədə artması, ya da xərclərinin kəskin azalması müəyyən olunmalı və həmin halların baş verməsini iddiaçı sübut etməlidir. Lakin iddiaçı cavabdehdən tutulan alimentin məbləğinin 120 manatdan 170 manata artırılması barədə tələbini ilk növbədə uşağın saxlanması üçün yaşayış minimumunun 170 manat müəyyən olunması ilə, daha sonra isə uşağın xərclərinin artması, o cümlədən uşağın hazırlıq kurslarına getməsi, ona əlavə kitab-dəftər, dərs ləvazimatları, geyimlər alınması ilə əsaslandırmışdır. Halbuki, qanunvericiliyin tələbinə görə iddiaçı həm də cavabdehin maddi vəziyyətində müsbət dəyişikliyin baş verməsini, onun hər ay 50 manat əlavə aliment ödəmək imkanının yaranmasını təsdiqləyən faktları və sübutları məhkəməyə təqdim etməli idi. İşin faktiki hallarından isə müəyyən olunan budur ki, cavabdeh 2-ci qrup əlildir və 130 manat müavinət alır, onun himayəsində daha 3 azyaşlı uşaqları var. Cavabdeh məhdud əmək qabiliyyətli olduğundan ondan məhsuldar əmək fəaliyyəti ilə məşğul olmasını tələb etmək mümkün deyildir. Bundan başqa, uşağın hazırlıq kurslarına getməsi onun zəruri tələbatına aid edilə bilməz və hər bir valideyn uşağı üçün maddi imkanı ilə uzlaşan həcmdə əlavə xərclərə yol verə bilər. Cavabdehin digər ailə üzvlərinin (ata-anasının) gəlirə malik olmaları isə onların hesabına cavabdehdən tutulan alimentin miqdarının artırılması üçün əsas ola bilməz. Onu da qeyd etmək lazım gəlir ki, uşağı saxlamaq hər iki valideynin borcudur və uşağın saxlanması üçün yaşayış minimumu xərcinin təkcə ata tərəfindən ödənilməli olması barədə iddia əsassızdır. Şərh olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulan alimentin miqdarının 120 manatdan 130 manata, yəni 10 manat məbləğində artırılması əsaslı, tərəflərin maddi və ailə vəziyyətlərinə uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin alimentin miqdarının az artırılması, iddia tələbinin tam təmin edilməli olması barədə dəlilləri ilə razılaşmır və həmin dəlilləri qəbuledilməz sayır. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Hazırkı iş üzrə iddianın qiyməti il ərzində iki min manatdan az olduğundan bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi isə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilmədən, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-1059/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-1059/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar