Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-226/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlundan, Hakimlər–Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(037)-813/2018 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(037)-813/2018 saylı qətnaməsi (hakim Hümbət Səlimov) ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 80***-******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 47,62 AZN əsas, 40,45 AZN faiz, 5 AZN cərimə borcu, cəmi 93,07 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın 5,40 manatının alınıb iddiaçı "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 249,62 AZN əsas, 40,45 AZN faiz, 52,20 AZN cərimə borcu, cəmi 342,27 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın tutulması və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 8-0***-******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən «FİNtrend» X1 təşkilatından illik 35 faizlə 24 ay müddətinə 669 manat kredit götürmüşdür. «FİNtrend» X1 Təşkilatı ilə «xxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 №li müqaviləyə, xx xxxxxxx 2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə «FİNtrend» X1 təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxx» ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməkdən boyun qaçırmışdır. 2020-ci ilin avqustun 11-dək Cavabdeh banka xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 249,62 AZN əsas borcu, 40,45 AZN faiz borcu və 52,20 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 342,27 AZN borcu vardır. Xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırtmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, «FİNtrend» X1 təşkilatı ilə bağladığı xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən illik 35 faizlə 24 ay müddətinə 669 manat kredit götürmüşdür. «FİNtrend» X1 Təşkilatı ilə «xxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 №li müqaviləyə, xx xxxxxxx 2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən onunla «FİNtrend» X1 təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxx» ASC-yə ötürülmüşdür. Maddi vəziyyətinin ağır olması ilə əlaqədar kredit borcunu vaxtında ödəyə bilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, xx xxxxxxxx 2020-ci il tarixdə kredit borcunun 202 manatını ödəmişdir. Qalan borcunu da ödəyəcəkdir. Lakin 52,20 AZN cərimə borcu əsassız olaraq hesablanmışdır. O, cərimənin silinməsini istəyir. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsini əsas, faiz və cərimə borcunun tutulası hissəsində qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh etdiyi ödənişə əsasən məhkəmə tərəfindən aparılış hesablamalar üzrə cavabdehin əsas, faiz və cərimə borcunun məbləğləri düzgün müəyyən edilməmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdə banka 202 manat məbləğində ödəniş etmişdir. Banka ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə münasibətlər davam etdiyindən və iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilmədiyindən bank tərəfindən məhkəməyə müraciət olunandan sonrada da yəni işə məhkəmə tərəfindən baxılarkən də kredit müqaviləsinə uyğun olaraq faiz və cərimə hesablanmışdır. Odur ki, Cavabdeh tərəfindən aparılmış 202 manat məbləğində ödənişdən 79.94 manat əsas borcuna, 122.06 manat isə faiz və cərimə borcuna silinmə aparılmışdır. Lakin məhkəmə müqavilə üzrə öhdəliklərin davam etməsini və bankın cavabdeh tərəfindən aparılmış ödənişin necə silinməsini müəyyən etməyərək, öz mülahizəsi əsasında hesablamlar apararaq Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, kredit müqaviləsi üzrə 47.62 manat əsas kredit borcunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(063)217/2017 saylı qətnaməsinin qismən, Cavabdeh əsas, faiz və cərimə borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(037)- 813/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixdə bağlanmış 8-0***-******* nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “FİNtrend” X1 Təşkilatı tərəfindən 24 ay müddətinə, 35 faizlə 669 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh xx.xx.2018-ci il tarixli 8-**********6 nömrəli kredit müqaviləsi üzrə borcu 249,62 manat əsas, 40,45 manat faiz borcu, 52,20 manat cərimə borcu olmaqla cəmi 342,27 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “FİNtrend” X1 Təşkilatı ilə «xxxx» ASC arasında bağlanmış 0004 nömrəli, xx xxx 2018-ci il tarixli tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, “FİNtrend” X1 Təşkilatı razılaşdırılmış müqavilələrə əsasən Borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilməmiş faizləri həmçinin ödənilməmiş təcili və artırılmış faizləri cərimə sanksiyalarını «xxxx» ASCyə güzəşt etmişdir. İş materiallarına əlavə edilmiş 68106 nömrəli qəbzdən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına 202 manat kredit ödənişi etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən «FİNtrend» X1 təşkilatından illik 35 faizlə 24 ay müddətinə 669 manat kredit götürmüşdür. «FİNtrend» X1 Təşkilatı ilə «xxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 №li müqaviləyə, xx xxxxxxx 2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə «FİNtrend» X1 təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxx» ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməkdən boyun qaçırmışdır. 2020-ci ilin avqustun 11-dək Cavabdeh banka xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 249,62 AZN əsas borcu, 40,45 AZN faiz borcu və 52,20 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 342,27 AZN borcu vardır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Sаdаlаnаn hüquq nоrmаlаrınа əsаsən, iddiаçının bоrcаlаnа qаrşı əsаs bоrcun və fаiz bоrcunun ödənilməsi tələbi əsаslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiаnı təmin edərək, Cavabdeh 47,62 AZN əsas, 40,45 AZN faiz, 5 AZN cərimə borcu, cəmi 93,07 AZN borcun tutularaq iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi nəticəsinə gəlmişdir. Belə ki, Cavabdeh kredit müqavilə üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamış, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(037)-813/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "İddiaçı" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(037)-813/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-226/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-226/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver