Məhkəmə qərarları › İş №2(107)-226/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-226/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-226/2025 27.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) X6 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatında dayandırılması barədə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(033)-26/2024 nömrəli qərаrdаdındаn Cavabdeh4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 250 ədəd fındıq kolunun (ağacının) dəyərinin əvəzi olan 32500 (otuz iki min beş yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 187,5 (bir yüz səksən yeddi manat əlli qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 03 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "250 ədəd fındıq kolunun (ağacının) dəyərinin əvəzi olan 32500 (otuz iki min beş yüz) manat pulun və iddianın qalırılması üçün ödənilmiş 187,5 (bir yüz yeddi manat əlli qəpik) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan mülki işə baxılan zaman cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "onunla X2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış, 04 mart 2021-ci il tarixli, **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda” qeyd edilən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 03 fevral 2004-cü il tarixli müqavilənin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Qeyd olunan iş hazırda e-2(033)-1473/2024 saylı iş nömrəsi ilə məhkəmənin icraatındadır. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi məhkəmənin icraatında olan e-2(033)-1473/2024 nömrəli iş üzrə yekun məhkəmə qətnaməsi qəbul olunub, qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraatın dayandırılması ilə bağlıdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi eyni torpaq sahəsidir və e2(033)-1473/2024 nömrəli iş üzrə iddiaya baxılmadan hazırki işə baxılması mümkünsüzdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 258.1-ci maddəsində qeyd olunur ki, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254, 256 və 258-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən xahiş edir. Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-26/2024 nömrəli mülki iş üzrə icraatın, Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-1473/2024 nömrəli iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(033)-26/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair e-2(033)- 26/2024 saylı mülki iş üzrə icraat hazırda məhkəmədə baxılan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair 2(033)-1473/2024 saylı mülki iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin qərardaddan iş üzrə Cavabdeh4 şikаyət verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(033)-26/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(033)- 26/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin icraatına qəbul edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı onunla cavabdehlər X1, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 04 mart 2021-ci il tarixli, **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda” qeyd edilən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 03 fevral 2004-cü il tarixli müqavilənin etibarlı sayılmasını (bağlanmış hesab edilməsi) xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı cavabdehlər Cavabdeh4, AğaməmmədovaTuranə Həsənəli qızı, Cavabdeh2 və Cavabdeh3 Həsənəloiğlundan 250 ədəd fındıq kolunun (ağacının) dəyərinin əvəzi olan 32500 (otuz iki min beş yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 187,5 (bir yüz yeddi manat əlli qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi (verilməsi) barədə iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, mülki iş məhkəmənin icraatında 1 il 10 ay əsassız olaraq məhkəmənin icraatında saxlanılmış, xx.xx.2024-cü il tarixdə isə icraatın dayandırılması barədə qərardad çıxarılmışdır. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e- 2(033)-26/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, sonradan iddiaçı tərəfin vəsatəti ilə məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(033)-26/2024 saylı qərardadı ilə məhkəmənin 21 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün xx.xx.2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə işi yenidən təxirə salmaqla işin baxılmasını xx.xx.2024-cü il tarixə təyin etmiş, həmin tarixdə isə iddiaçı tərəf işin dayandırılması barədə qərardad qəbul edilməsi barədə məhkəməyə ərizə vermişdir. Belə çıxır ki, məhkəmə iddiaçı tərəfə işin dayandırılmasına əsas olan sübutların məhkəməyə təqdim edilməsinə yardım göstərməklə buna əsassız şərait yaratmışdır. Xatırladır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 04 mart 2021-ci il tarixli **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda qeyd edilən, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,32 ha kənd təsərrüatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 03 fevral 2004-cü il tarixli müqavilənin etibarlı sayılması (bağlanmış hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, İddiaçı iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "250 ədəd fındıq kolunun (ağacının) dəyərinin əvəzi olan 32500 (otuz iki min beş yüz) manat pulun və iddianın qalırılması üçün ödənilmiş 187,5 (bir yüz yeddi manat əlli qəpik) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı verilməsi tələbinə dair" e2(033)-26/2024 saylı mülki işlə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 04 mart 2021-ci il tarixli **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda qeyd edilən, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,32 ha kənd təsərrüatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 03 fevral 2004-cü il tarixli müqavilənin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair e-2(033)- 1473/2024 nömrəli mülki iş arasında hər hansı bağlılıq və ya mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılmasının ümumiyyətlə mümkün olmaması şərtləndirən asılılığın olması görünmür. Tələblərin hər birindən də görünür ki, həmin tələblər mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir və tələblərin ayrı-ayrılıqda baxılması bir-birini istisna etmir. Əksinə birinci tələb üzrə iş yekun mərhələsində olması və sonradan həmin tələb üzrə icraatın dayandırılması işin yalnız süründürməçiliyə gətirib çıxarır. Buna görə də hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında göstərilən tələblərini pozmuşdur. Zaqatala Rayon Məhkəməsinin hakimi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qərardadı qəbul edərkən prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, nəticədə prosessual hüquq pozuntusu ilə nəticələnən qeyri-obyektiv qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi, sonradan təqdim edilmiş iddia ərizəsində göstərilən torpaq sahəsində əkilmiş 250 ədəd fındıq kolunun dəyərinin əvəzi olan 32500 manatın və həmin məbləğə mütənasib dövlət rüsumunun ödənilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, 04 mart 2021-ci il tarixli, **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda” qeyd edilən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 03 fevral 2004-cü il tarixli müqavilənin etibarlı sayılmasına (bağlanmış hesab edilməsi) dair iddia tələbi ilə həmin torpaq sahəsində əkilmiş 250 ədəd fındıq kolunun dəyərinin əvəzi olan 32500 manatın ödənilməsinə dair tələblər bir-biri ilə əlaqəli tələblərdirlər. Belə ki, əgər 04 mart 2021-ci il tarixli, **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda” qeyd edilən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 03 fevral 2004-cü il tarixli müqavilənin etibarlı sayılmasına (bağlanmış hesab edilməsi) dair iddia tələbi ilə torpaq sahəsində əkilmiş 250 ədəd fındıq kolunun dəyərinin əvəzi olan 32500 manatın ödənilməsinə dair tələblər eyni torpaq sahəsinə aiddirlər. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər X1, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, cavabdehlərlə arasında bağlanmış 04 mart 2021-ci il tarixli, **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda” qeyd edilən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 03 fevral 2004-cü il tarixli müqavilənin etibarlı sayılmasına (bağlanmış hesab edilməsinə) dair iddiaya mahiyyəti üzrə baxılaraq qərar qəbul olunana və həmin qərar qanuni qüvvəsini alana qədər hazırki tələbə baxılması mümkün deyildir. Çünki, iddiaçının 250 ədəd fındıq kolunun dəyərinin əvəzi olan 32500 manatın ödənilməsinə dair iddia tələbinin taleyi 03 fevral 2004-cü il tarixli müqavilənin etibarlı sayılmasına (bağlanmış hesab edilməsinə) dair iddia üzrə qəbul ediləcək qərarın nəticəsindən birbaşa asılıdır. Belə olan halda, 250 ədəd fındıq kolunun dəyərinin əvəzi olan 32500 manatın ödənilməsinə dair iddia tələbi üzrə mülki iş uzun müddət həmin məhkəmənin icraatında olsa da, məhkəmə 03 fevral 2004-cü il tarixli müqavilənin etibarlı sayılmasına (bağlanmış hesab edilməsinə) dair tələbə baxılmasının nəticəsini gözləmədən qərar qəbul edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(033)-26/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(033)-26/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(033)-26/2024 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar