Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2262/2021 21.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(019)-830/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X4 və 28 noyabr 2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Rəhimov X8 Naira Novruz qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların saxlanmaları üçün təyin edilmiş alimentin miqdarının azaldılaraq 12 sentyabr 2010-cıı il tarixdə doğulmuş X4 və 28 noyabr 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması hər av hər uşaq üçün 70 (yetmiş) manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 04 oktyabr 2021-ci il tarixli, 2(019)- 830/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk iddiası qismən təmin olunması, Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-ci il tarixli 2(019)-2018/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, (artırılması), 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Balakən Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 2(019)-1252/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi (artırılması), 28 noyabr 2013- cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, ilk iddia qalan hissədə təmin olunmaması, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası təmin olunmaması, ilk iddia üzrə Cavabdeh 22.29 manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsin, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ilin dekabr ayının 06-da qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını isə 19 yanvar 2010-cu ildə Balakən rayonu İtitala kənd İƏD-də 01 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından 12 sentyabr 2010-cu il tarixdə X15 və 28 noyabr 2013-cü il tarixdə X16 adında iki uşaqları doğulmuşdur. 2015-ci ildə Cavabdeh ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-2018/2016 saylı 04 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona ödənilməsi qət edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin 2(019)-1252/2017 saylı 07 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 28 noyabr 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda 2016-cı və 2017-ci ildə müəyyən edilmiş alimentin məbləği ilə uşaqlarına baxmaq onun üçün çox çətindir. Cavabdeh fərdi əməklə məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X4 və 28 noyabr 2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 manat alimentin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 117 manat, Balakən Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən 28 noyabr 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 100 manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 02 sentyabr 2016-cı il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan onların 08 sentyabr 2018-ci il tarixdə Aişə, 15 oktyabr 2019-cu il tarixdə Mədinə, 22 oktyabr 2020-ci il tarixdə isə Ramazan adında övladları dünyaya gəlmişlər. X2 körpə olduğundan X6 onun qulluğu ilə məşğuldur və faktiki olaraq onun işləməsi mümkün deyildir. Ailəni dolandıran yeganə şəxs Cavabdehdur. Hazırda Cavabdeh. Ramazan oğlu tərəfindən X9 hər ay 117 manat və X10 hər ay 100 manat alimentin ödənilməsi onun öhdəliyində olan digər 3 övladının (Aişə, Mədinə, Ramazan) saxlanılmasında ciddi problemlər yaradır və onun tərəfindən uşaqlarının maddi tələbatının qarşılanmasını mümkünsüz edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İlk iddia qismən, qarşılıqlı iddia rədd edilərkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən hesab edir ki, qətnamə alimentin miqdarının artırılması tələbinə dair ilk iddiasının qismən təmin olunması hissədə ləğv edilməli, ilk iddia həmin hissədə rədd olunmalı, alimentin miqdarının azaldılması tələbinə dair qarşlıqlı iddianın təmin olunmaması hissədə ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Birinci instansiya məhkəmə qeyd olunan hallara hüquqi qiymət verərkən qarşılıqlı iddia üzrə iddiaçının öhdəliyində olan digər 3 övladının mənafeyini nəzərə almamışdır. İlk iddia üzrə iddiaçı ailə və ya maddi vəziyyətində dəyişiklik olması, uşaqların maddi tələbatının artması barədə məhkəməyə sübut təqdim etməmişdir. Qarşılıq iddia üzrə iddiaçı hazırda ikinci nikaha daxil olmasını, öhdəsində əlavə 3 uşağının olmasını, onların saxlanması üçün əlavə xərclərə məruz qalmasını əsas gətirmiş, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(019)-830/2021 saylı qətnaməsi İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk iddiasının qismən təmin olunması hissədə ləğv edilməsini, ilk iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini, Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(019)-830/2021 saylı qətnaməsi, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşlıqlı iddiasının təmin olunmaması hissədə ləğv edilməsini, uşaqların saxlanmaları üçün təyin edilmiş alimentin miqdarının azaldılaraq 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X4 və 28 noyabr 2013-cü il tarixdə doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 6825353 və ********** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator qətnamənin təmin olunmuş hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən 12 sentyabr 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay 117 manat alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(019)-1252/2017 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, 07 iyun 2017-ci ildən başlayaraq Cavabdeh 28 noyabr 2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (yüz) sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. DSİA Laqodexi Mülki Reyestr Xidməti tərəfindən 28 fevral 2017-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X17 28 noyabr 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 02 sentyabr 2016-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 107436 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 02 sentyabr 2016-ci il tarixdə 169 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Rəhimova soyadı verilmişdir. 1 saylı Bakı şəhəri “ASAN Xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30AZ- İV 205493, AZ-İV 369909 və AZ-İV 520051 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh ilə X7 birgə nikahından 08.09.2018-ci ildə X19, 15.10.2019-cu ildə X13 və 22.10.2020-ci ildə X12 anadan olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin (qarşılıqlı iddiaçının) göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apellyasiya şikayətində göstərdiyi, o cümlədən onun aylıq gəlirinin aşağı olması ilə bağlı dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Apellyasiya instansiya məhkəməsi sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdən görünür ki, cavabdeh alimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay bir uşaq üçün 117 manat, digəri üçün isə 100 manat aliment tutulması barədə məhkəmə qətnamələri mövcud idi. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(019)-830/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2262/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2262/2021
21.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver