Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2263/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1189/2020 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Osmanov Mövlüd Ədil oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1189/2020 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı ”alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, xx xxx 2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 110 (bir yüz on) manat alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək xx xxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 60 manat məbləğində aliment miqdarının artırılaraq hər ay sabit pul məbləğində 200 manat müəyyən edilməsi və Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(075)1339/2015 nömrəli qətnaməsinə əsasən iddiası qismən təmin edilmiş, xx xxxxxxx 2001-ci il tarixdə anadan olmuş Mövlüdlü Ellada Qalib qızı və xx xxx 2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 60 manat aliment tutularaq ona ödənilməsi qərara alınmışdır. Artıq uşağı Ellada yetkinlik yaşına çatmış, digər uşağı Aydanın isə 16 yaşı vardır. 60 manat aliment hazırkı dövrə görə çox aşağıdır, uşağına baxması üçün kifayət etmir. Uşaqlarının günü-gündən tələbatları artır. Uşaq normal qaydada yeməli, müalicə olunmalı, uşağa pal-paltar alınmalı və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Belə bir vəziyyətdə 60 manat aliment məbləği ilə uşağına baxması çox çətindir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, xx xxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 60 manat məbləğində aliment miqdarının artırılaraq hər ay sabit pul məbləğində 200 manat müəyyən edilməsi və Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh nümayəndəsi Osmanov Mövlüd Ədil oğlu izahatında göstərmişdir ki, həqiqətən nümayəndəsi olduğu Cavabdeh xx xxxx 1998-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə İddiaçı ilə ailə qurmuş, onların birgə nikahdan xx xxxx 2000-ci il tarixdə Əflatun, xx xxxxxxx 2001-ci il tarixdə Ellada və xx xxx 2004-cü il tarixdə Aydan adlı uşaqları anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan səmimi ailə münasibətləri pisləşmiş və aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra uşaqlarından Əflatun cavabdehin, Ellada və Aydan isə iddiaçının himayəsində qalmışlar. Sonradan iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2011ci il tarixli qətnaməsinə əsasən xx xxxxxxx 2001-ci il tarixdə anadan olmuş Mövlüdlü Ellada Qalib qızı və xx xxx 2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 40 manat müəyyən edilmişdir. Bundan bir müddət sonra Cavabdeh da İddiaçı qarşı himayəsində olan Əflatunun yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən isə xx xxxx 2000-ci il tarixdə anadan olmuş Əflatunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Elmiradan hər ay 40 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Sonradan cavabdehin hər uşaq üçün iddiaçıya ödədiyi alimentin məbləği artırılaraq 60 manat, həmçinin, iddiaçının da xx xxxx 2000-ci il təvəllüdlü Mövlüdlü Əflatun Qalib oğlunun saxlanılması üçün cavabdehə ödədiyi alimentin məbləği 60 manat müəyyən edilmişdir. X5 istisna olmaqla digər uşaqlar yetkinlik yaşlarına çatmışlar. Cavabdehin sabit qazancı yoxdur. Cavabdeh 233 manat pensiya alır. Cavabdeh digər ailəsindən olan uşağına görə də 50 manat aliment ödəyir. Buna görə də iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1189/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Osmanov Mövlüd Ədil oğlu apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1189/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə iştirak etməmiş və heç bir əsas, dəlil qoymamışdır. Məhkəmə isə onun qoyduğu dəlil və sübutları nəzərə almamış, araşdırmamışdır. Əgər araşdıraraq qəbul etsəydi nəzərə alardı ki, Cavabdeh İİ qrup əlil və ruhi xəstədir və onunla anası tərəfindən idarə olunur. Bununla yanaşı, cavabdehin 230 manat pensiya almaqla ikinci nikahdan olan uşağına da aliment verməsi alimentlərin onun pensiyasının təxminən 70 faizini təşkil etməsi deməkdir. Məhkəmə düzgün, obyektiv araşdırsaydı bilərdi ki, cavabdehin oğlu hal-hazırda böyüyüb və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir və onun xərci iki azyaşlı uşağın xərcindən 2 dəfə artıqdır. Nəzərə alsaydı bilərdi ki, cavabdeh xəstə, Şəki rayon Psixiatriya Xəstəxanasının müşahidəsindədir və gündəlik dərmanlarla müalicə alır. Diaqnozu isə üzvi mənşəli şəxsiyyət pozuntusudur ki, hər daim nəzarətsiz qalarsa ziyanlıq törədə bilər. Nəzərə alsaydı bilərdi ki, bir ahıl, pensiyaçı insan, ata olaraq bu xərcləri ödəmək üçün o, ayın 10 gününü hələ indi yarıac, yarıtox yaşayır, ailələri üçün bu ağır bir dərddir. Təəssüf ki, hakim uşaqlardan birinin xəstə atanın himayəsində olaraq, baba və nənənin tərbiyəsi ilə böyüyüb, təhsil alaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunaraq, hazırda orada təhsil almasını diqqətəlayiq hesab etmir, xərclərini nəzərə almır. Bundan başqa hakim ailənin şəhid ailəsi, onun şəhid atası olmağını belə diqqətəlayiq saymamaqla şəhidin ruhuna, şəhid ailəsinə hörmətsizlik edərək məlum qətnaməni qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Osmanov Mövlüd Ədil oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1189/2020 nömrəli qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və onlar gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəki Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(075)-1339/2015 saylı qətnaməsindən görünür ki, xx xxxxxxx 2001-ci il tarixdə anadan olmuş Mövlüdlü Ellada Qalib qızı və xx xxx 2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 60 manat müəyyən edilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(075)-2216/2015 saylı qətnaməsindən görünür ki, xx xxxx 2000-ci il təvəllüdlü Mövlüdlü Əflatun Qalib oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 60 manat aliment tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Şəki şəhər filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ikinci qrup əlil olmaqla 233,20 manat məbləğində pensiya alır. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli 573 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə xx xxxx 1998-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahdan xx xxxx 2000-ci il tarixdə Əflatun, xx xxxxxxx 2001-ci il tarixdə Ellada və xx xxx 2004-cü il tarixdə Aydan adlı uşaqları anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan səmimi ailə münasibətləri pisləşmiş və aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra uşaqlardan Əflatun cavabdehin, Ellada və Aydan isə iddiaçının himayəsində qalmışlar. Sonradan iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxxx 2001-ci il tarixdə anadan olmuş Mövlüdlü Ellada Qalib qızı və xx xxx 2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdehndan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 40 manat müəyyən edilmişdir. Bundan bir müddət sonra Cavabdeh İddiaçı qarşı himayəsində olan Əflatunun yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli qətnaməsinə əsasən isə xx xxxx 2000-ci il tarixdə anadan olmuş Əflatunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 40 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(075)-1339/2015 nömrəli qətnaməsinə əsasən xx xxxxxxx 2001-ci il tarixdə anadan olmuş Mövlüdlü Ellada Qalib qızı və xx xxx 2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan alimentin məbləği 60 manata artırılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(075)-2216/2015 nömrəli qətnaməsinə əsasən xx xxxx 2000-ci il təvəllüdlü Mövlüdlü Əflatun Qalib oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 60 manat aliment tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək alimentin miqdarının artırılması haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “X4” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X4 BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. X2 xx xxxxxx 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. X4 Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və X4 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci mаddəsinə görə, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx xxxxxx 2020-ci il tarixdən yaşayış minumumu uşaqlar üçün artırılaraq 170 (bir yüz yetmiş) manat müəyyən edilmişdir. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə mövcud bazar qiymətlərini nəzərə aldıqda görünür ki, bir nəfər uşağın saxlanılması üçün qət edilmiş 110 manat sabit pul məbləğində aliment məbləği ağlabatandır və heç də çox deyildir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, o cümlədən uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, nümayəndə cavabdehin hər ay 110 manat məbləğində alimenti ödəməyə imkanının olmamasını təsdiq edən sübut təqdim etməmişdir. Cavabdeh tərəfin göstərdiyi digər hallar isə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X7 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1189/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(075)-1339/2015 nömrəli qətnaməsinə əsasən xx xxx 2004-cü il tarixdə anadan olmuş X1 üçün 60 manat aliment almışdır. Hazırkı iddiada alimentin məbləğinin 200 manata artırılması tələb edilir. Deməli, artırılması tələb olunan məbləğ 140 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (140 x 12 ay = 1680 manat) təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi Osmanov Mövlüd Ədil oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1189/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2263/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2263/2020
19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver