Məhkəmə qərarları › İş №2(107)-227/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-227/2020

15.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-227/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-549/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-549/2019 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “ona dəyən 6000 (altı min) manat dəyərində ziyanın cavabdehdən alınıbonun xeyrinə tutulması barədə” iddiası əsassız hesab edilərək rədd edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəyən 6000 (altı min) manat dəyərində ziyanın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o Qax rayonunun Turaclı kənd orta məktəbində xadimə işləyir. Aylıq maaşı 180 manat təşkil edir. Ailənin yeganə qazanc gətirəni odur. Ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün tanış və qohumlardan borc alaraq özünə hər biri 3000 manat olmaqla üç baş iribuynuzlu mal almışdır. xx.xx.2019-cu il tarixdə saat 08 radələrində üç baş malı magistral yolun kənarında yerləşən Zəkəriyyə və İlham adlı şəxslərə məxsus bağ sahəsində otarmış, axşam saat 19 radələrində isə heyvanları evə aparmaq üçün bağdan çıxaran zaman heyvanlar hürkərək magistral yolun kənarındakı çınqıllıqla qaçmağa başlamış, özü isə malların arxasınca çatmadığı üçün evə qayıdaraq oğlunu malların arxasınca göndərmişdir. Təxminən bir saatdan sonra saat 20 radələrində həmin heyvanların ikisini avtomobil vurduğunu eşitmişdir. Hadisə yerinə getdikdə isə iki baş malın tələf olduğunu görmüşdür. Malları vuran avtomobil isə aşaraq əzilmişdir. Həmin malları vuran avtomobili Cavabdeh idarə etmişdir. O, polis tərəfindən malları yolda özbaşına qoyduğu üçün 40 manat cərimə olunmuş, lakin həmin cəriməni ödəməmişdir. Malların tələf olması isə ailəsinin dolanışığına mənfi təsir göstərmişdir. Hesab edir ki, ona məxsus iki baş mal Cavabdeh idarə etdiyi avtomobili tərəfindən vurularaq yararsız hala düşdüyü üçün cavabdeh ona dəyən maddi ziyanı ödəməlidir. Cavabdeh isə ona dəymiş maddi ziyanı ödəməkdən yayınır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş 6000 (altı min) manat dəyərində ziyanın YusifovAzad İsmayıl oğlundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o xx.xx.2019-cu il tarixdə oğlu Kamil Yusifovun mülkiyyətində olan, etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə işdən çıxıb saat 20:45 radələrində evə gedərkən Qax rayonu Turaclı kəndinin qurtaracağında yolun kənarındakı qoz ağacının arxasından qəflətən cavabdeh İddiaçı məxsus 3 baş inək qaçaraq avtomobil yoluna çıxmış, avtomobili yayındırmaq istəsə də bütün cəhdləri boşa çıxmış və 2 baş inəyi vurmuşdur. Qəza nəticəsində idarə etdiyi oğluna məxsus avtomobil aşaraq əzilmişdir. Avtomaşın əzilib yararsız hala düşdüyündən mülkiyyətçiyə xeyli ziyan dəymişdir. Həmin hadisənin baş verməsinin səbəbkarı o deyil, inəkləri yolda nəzarətsiz qoyan cavabdeh İddiaçıdır. Ona görə də İddiaçı inəkləri yolda nəzarətsiz qoyduğu üçün yol polisi tərəfindən 40 manat cərimə edilmişdir. O, cavabdehə maddi ziyan vurmamışdır. Əksinə oğluna məxsus avtomobilə ciddi ziyan dəymişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Qax Rayon Məhkəməsi işin faktiki hallarına, sübutlara diqqət yetirmədən qətnamədə şablon xarakterli beynəlxalq məhkəmə təcrübəsindən sitat gətirməklə qətnamə çıxarmışdır. Onun iddia ərizəsində göstərdiyi xüsusatlar araşdırılmaqla cavabdehin əməlinə hüquqi qiymət verilməmişdir. Sözügedən qətnamədə cavabdeh şəxsin təqsirinin sübuta yetirilməməsi, maddi zərərə məruz qalmaması, səbəbli əlaqənin yoxlanılmaması qətnamənin əsassız olduğunun göstəricisidir. Ona görə də Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)- 549/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, cavabdehdən onun xeyrinə 6000 (altı min) manat məbləğində dəymiş zərərin ödənilməsinə köməklik edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-549/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-549/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx.xx.2019-cu il tarixli TP ******* saylı X5 Haqqında Qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilərək 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olan AE 714799 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Şamil oğlunun B kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. İşdə olan AC № 182915 seriyalı texniki pasportun surətindən görünür ki, “Mercedes- Benz C 180” minik markalı, 34-BD 464 qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İşdə olan ƏN-İİİ № 793553 saylı etibarnamənin surətindən görünür ki, X2 özünə məxsus “Mercedes-Benz C 180” minik markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobili atası Cavabdeh idarə etməyi etibar etmişdir. İşdə olan Seriya AZE 13240762 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qax rayonu Turaclı kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu Almalı kəndində qeydiyyatdadır İşdə olan xx.xx.2019-cu il tarixli, № ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu və 0.40 manat banka xidmət haqqı ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına vəAzərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə özünə məxsus malları yolda nəzarətsiz qoyduğu üçün iki baş inək həmin tarixdə Cavabdeh idarə etdiyi avtomobil tərəfindən vurulmuşdur. xx.xx.2019-cu ildə DİN-nin BDYP-nin rəis müavini YPXA-nın komandiri polis polkovniki B.Əhmədov tərəfindən onun izahatı alınmış, o öz izahatında tələf olmuş iki baş inəyin ona məxsus olduğunu, yolun kənarında yerləşən bağda inəkləri otardıqdan sonra saat 19 radələrində avtomobil yolunun kənarı ilə inəkləri evə aparan zaman onların hürkərək qaçdığını və bu səbəbdən də inəklərdən iki başını saat 20 radələrində avtomobil vuraraq tələf etdiyini etiraf etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı malları yolda nəzarətsiz qoyduğu üçün barəsində inzibati xəta haqqında qərar qəbul edilərək inzibati qaydada cərimə olunmuşdur. İddiaçı hazırda Cavabdeh ona dəymiş 6000 (altı min) manat məbləğində Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının maddi zərərə məruz qalması; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. İşin mübahisəsiz hallarından görünür ki, yuxarıda göstərilən hər üç haldan heç biri mövcud deyildir və iddiaçıya Cavabdeh tərəfindən hər hansı bir maddi ziyan dəyməmişdir. Əksinə iddiaçı malları yolda nəzarətsiz qoyduğu üçün iddiaçı inzibati məsuliyyətə cəlb olunmuş, barəsində X5 haqqında qərar qəbul edilərək inzibati qaydada cərimə olunmuşdur. Beləliklə də Cavabdeh İddiaçı maddi ziyan vurması sübuta yetirilməmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “ona dəyən 6000 (altı min) manat dəyərində ziyanın cavabdehdən alınıbonun xeyrinə tutulması barədə” iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-549/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-549/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar