Məhkəmə qərarları › İş №2(107)-227/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-227/2023

19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-227/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X5 qarşı “maddi ziyan” tələbi barədə mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2022- ci il tarixli qərardadından cavabdeh X3 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-843/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdeh X2 2720 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X6 göstərilən qətnamədən apellyasiya şikayəti vermişdir. Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2022- ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh X5 qarşı “maddi ziyan” tələbi barədə mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(033)-843/2020 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 843/2020 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadına əsasən onun tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya şikayətinin geri qaytarılması üçün əsas kimi qeyd olunmuşdur ki, məhkəmənin 01 oktyabr 2020-ci il tarixli 2(033)-843/2020 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə 07 oktyabr 2020-ci il tarixdə ünvanına göndərilmiş və ailə üzvü Cəfərova Qənimə tərəfindən xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. Qənimə Cəfərova onun anasıdır. Xəbərnamədəki imza onun ailə üzvü kimi qeyd olunmuş Qənimə Cəfərovaya məxsus deyildir. Bunun üçün zərurət yaranarsa anası Qənimə Cəfərovanın məhkəmədə iştirakı və sonuncudan imza nümunələrinin götürülməsi tərəfindən təmin olunacaqdır. İmza nümunələri götürüldükdən sonra iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsinə etirazı yoxdur. Bunun üçün Zaqatala Rayon Məhkəməsinin qərardadı ləğv olunmalı, mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin mülki Kollegiyasına göndərilməlidir. Zaqatala Rayon Məhkəməsinin qərardadını ləğv edərək mülki işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2022- ci il tarixli qərardadı ilə, cavabdeh X4 Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(033)-843/2020 saylı qəradadından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)- 843/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü mаddəsində göstərilmişdir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, məhkəmənin 01 oktyabr 2020-ci il tarixli, 2(033)-843/2020 saylı qətnaməsinin surəti cavabdehin ünvanına poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə göndərilmiş və qətnamə cavabdehin ailə üzvü olan Cəfərova Qənimə tərəfindən xəbərnaməyə imza edilməklə xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəyə minmişdir. Cavabdeh X4 məhkəməyə müraciəti nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-843/2020 saylı qətnaməsinin surəti 24 oktyabr 2022-ci il tarixdə təkrarən ona göndərilmişdir. Cavabdeh X7 qətnamənin rəsmi qaydada ona verilməsindən iki il müddət keçdikdən sonra qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilməsinin üzürlü səbəblərdən baş verdiyini qeyd etməmiş və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət etməmişdir. Cavabdeh qətnamədən vaxtında apellyasiya şikayəti verə bilmədiyinin səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən və qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərdən baş verdiyini əsaslandıra bilmədiyindən məhkəmə hesab edir ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin cavabdeh tərəfindən buraxılması üçün üzürlü səbəb yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-843/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2022ci il tarixli, 2(033)-843/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(033)-843/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar