Məhkəmə qərarları › İş №2(107)-2278/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2278/2020

26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2278/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-225/2020 nömrəli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Vəlhəd oğlu tərəfindən verilmiş apellyasiya şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli 2(035)-225/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Vəlhəd oğluna qarşı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Vəlhəd oğlundan müştərək qaydada maddi ziyana görə 5480 manat, mənəvi zərərə görə 300 manat, hüquqi xidmətə görə nümayəndəyə (vəkilinə) ödənilən 200 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 6010 (altı min on) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Vəlhəd oğluna (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6) qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən vurulan maddi ziyana görə 7549 manat, mənəvi ziyana görə 5.000 manat, hüquqlarının müdafiəsinə görə vəkilə ödədiyi 200 manat və ödədiyi dövlət rüsumuna görə 30 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Şahhüseynli bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 19 ha torpaq sahəsi 20 il müddətinə əkinçilik məqsədi ilə iddiaçıya icarəyə verilmişdir. İddiaçı həmin torpaq sahəsində həmişə növbəli olaraq yonca və taxıl əkib becərmişdir. 2019-2020-ci il mövsümü üçün iddiaçı həmin torpaq sahəsinin 3.5 ha hissəsində arpa, 1.5 ha hissəsində yonca, qalan hissəsində isə pambıq əkmişdir. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, cari ilin fevral ayının 16-dan başlayaraq hazırkı cavabdehlər başqaları ilə birlikdə iddiaçıya məxsus arpa və yonca əkinlərini özbaşına olaraq heyvanlara otarmaqla əkin sahəsini tamamilə məhv edərək, iddiaçıya maddi ziyan vurmuşlar və hazırda da ziyan vurmaqda davam edirlər. Dəfələrlə xəbərdarlıq edilməsinə və məhkəmədə iddia qaldırmasına baxmayaraq cavabdehlər qanunsuz hərəkətlərindən əl çəkməmişlər. Əksinə cavabdehlər iddiaçıya maddi ziyan vurulmasında xüsusi fəallıq göstərmiş və iddiaçıya qarşı edilən qanunsuz əməllərdə öndə getmişlər. Ona görə də iddiaçı maddi zərərin vurulmasında xüsusi canfəşanlıq etdikləri üçün iddiaya cavab verməli olan şəxs kimi hazırkı cavabdehləri seçmişdir. İddiaçı sözügedən əkinləri əkərkən gübrəyə görə 312 manat, arpa sahəsinin şumuna görə 140 manat, malaya görə 105 manat, toxuma görə 425 manat, səpinə görə 52 manat, suvarmaya görə 140 manat, yonca sahəsinin şumuna görə 60 manat, səpin puluna görə 30 manat, suvarmaya görə 60 manat xərcə çəkmişdir. Zərdab Dövlət X11 mütəxəssisi tərəfindən sözügedən əkin sahəsinə baxış keçirilmiş və iddiaçıya arpanın otarılması nəticəsində 4000-4200 manat, 1ci çalım yoncanın otarılmasına görə ***-**** manat, 2-ci çalım yoncanın otarılmasına görə 580-760 manat məbləğində maddi zərər vurulduğu müəyyən olunmuşdur. Bundan başqa iddiaçının min-bir əziyyət və xərc hesabına əkib yetişdirdiyi, özünün və ailəsinin dolanışıq mənbəyi hesab etdiyi əkinin ona sayğısızlıq göstərməklə, habelə qanunsuz olsa da özlərinin üstünlüklərini nümayiş etdirilməklə cavabdehlər tərəfindən heyvanlara otazdırılaraq məhv edilməsi iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya, yəni cavabdehlərin qanunsuz hərəkətləri qarşısında aciz duruma düşməsinə səbəb olmuşdur ki, nəticə etibarı ilə həm də iddiaçıya mənəvi zərər vurulmuşdur. Cavabdehlər qeyd edilən qanunsuz əməlləri ilə həm sahibkarlığın inkişafına, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına qarşı çıxırlar. Hesab edir ki, onun icarə hüquqlarına dövlət tərəfindən təminat verilməlidir. Heç kəsin özbaşınalığına yol verilə bilməz. Hamı qanun qarşısında məsuliyyət daşıyır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonu Şahhüseynli kəndində yaşayır. Birneçə kənd sakini, o cümlədən hazırkı İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də hazırkı iş üzrə digər cavabdehlər kimi, o da cari ilin fevral ayının 16-da özünün 05 baş inək heyvanlarını iddiaçının icarəyə götürdüyü sahəyə apararaq iki gün müddətində otarmışdır. Əslində təkcə onların deyil, kəndin bütün sakinlərinin heyvanları həmin yerə salınaraq sahə otarılmışdır. Əkin sahələri otarılarkən kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri orada olmuşdur. İddiaçının icarəyə götürdüyü yer örüş yeri olduğu üçün iddia tamamilə qanunsuzdur. İddiaçının əri Mənsim Pənahov əvvəllər kənd bələdiyyəsinin sədri olarkən səlahiyyətindən istifadə edərək camaatın torpağını qanunsuz mənimsəyərək öz arvadına icarəyə vermişdir. Sözügedən yerə onlardan başqa çoxlu sayda kənd sakinləri getdiyi halda iddiaçının nə üçün məhz onları cavabdeh kimi seçməsinin səbəbi ona aydın deyildir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonu Şahhüseynli kəndində yaşayır. Birneçə kənd sakini, o cümlədən hazırkı İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də hazırkı iş üzrə digər cavabdehlər kimi, o da cari ilin fevral ayının 16-da özünün 07 baş inək heyvanlarını iddiaçının icarəyə götürdüyü sahəyə apararaq iki gün müddətində otarmışdır. Əslində təkcə onların deyil, kəndin bütün sakinlərinin heyvanları həmin yerə salınaraq sahə otarılmışdır. Əkin sahələri otarılarkən kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri orada olmuşdur. İddiaçının icarəyə götürdüyü yer örüş yeri olduğu üçün iddia tamamilə qanunsuzdur. İddiaçının əri Mənsim Pənahov əvvəllər kənd bələdiyyəsinin sədri olarkən səlahiyyətindən istifadə edərək camaatın torpağını qanunsuz mənimsəyərək öz arvadına icarəyə vermişdir. Sözügedən yerə onlardan başqa çoxlu sayda kənd sakinləri getdiyi halda iddiaçının nə üçün məhz onları cavabdeh kmi seçməsinin səbəbi ona aydın deyildir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonu Şahhüseynli kəndində yaşayır. Birneçə kənd sakini, o cümlədən hazırkı İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də hazırkı iş üzrə digər cavabdehlər kimi, o da cari ilin fevral ayının 16-da özünün 08 baş inək heyvanlarını iddiaçının icarəyə götürdüyü sahəyə apararaq iki gün müddətində otarmışdır. Əslində təkcə onların deyil, kəndin bütün sakinlərinin heyvanları həmin yerə salınaraq sahə otarılmışdır. Əkin sahələri otarılarkən kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri orada olmuşdur. İddiaçının icarəyə götürdüyü yer örüş yeri olduğu üçün iddia tamamilə qanunsuzdur. İddiaçının əri Mənsim Pənahov əvvəllər kənd bələdiyyəsinin sədri olarkən səlahiyyətindən istifadə edərək camaatın torpağını qanunsuz mənimsəyərək öz arvadına icarəyə vermişdir. Sözügedən yerə onlardan başqa çoxlu sayda kənd sakinləri getdiyi halda iddiaçının nə üçün məhz onları cavabdeh kimi seçməsinin səbəbi ona aydın deyildir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonunun Şahhüseynli kəndində yaşayır. Bir-neçə kənd sakini, o cümlədən hazırkı İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də hazırkı iş üzrə digər cavabdehlər, o cümlədən digər kənd sakinləri cari ilin fevral ayının 16-dan başlayaraq heyvanları iddiaçının icarəyə götürdüyü sahəyə apararaq otarmışdır. Əkin sahələri otarılarkən, o özü şəxsən orada olmamışdır. İddiaçının icarəyə götürdüyü yer örüş yeri olduğu üçün iddia tamamilə qanunsuzdur. İddiaçının əri Mənsim Pənahov əvvəllər kənd bələdiyyəsinin sədri olarkən səlahiyyətindən istifadə edərək camaatın torpağını qanunsuz mənimsəyərək öz arvadına icarəyə vermişdir. Sözügedən yerə onlardan başqa çoxlu sayda kənd sakinləri getdiyi halda iddiaçının nə üçün məhz onları cavabdeh kmi seçməsinin səbəbi ona aydın deyildir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonu Şahhüseynli kəndində yaşayır. Birneçə kənd sakini, o cümlədən hazırkı İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də hazırkı iş üzrə digər cavabdehlər kimi, o da cari ilin fevral ayının 16-da atasına məxsus 06 baş inək heyvanlarını iddiaçının icarəyə götürdüyü sahəyə apararaq iki gün müddətində otarmışdır. Əslində təkcə onların deyil, kəndin bütün sakinlərinin heyvanları həmin yerə salınaraq sahə otarılmışdır. Əkin sahələri otarılarkən kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri orada olmuşdur. İddiaçının icarəyə götürdüyü yer örüş yeri olduğu üçün iddia tamamilə qanunsuzdur. İddiaçının əri Mənsim Pənahov əvvəllər kənd bələdiyyəsinin sədri olarkən səlahiyyətindən istifadə edərək camaatın torpağını qanunsuz mənimsəyərək öz arvadına icarəyə vermişdir. Sözügedən yerə onlardan başqa çoxlu sayda kənd sakinləri getdiyi halda iddiaçının nə üçün məhz onları cavabdeh kimi seçməsinin səbəbi ona aydın deyildir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonu Şahhüseynli kəndində yaşayır. Birneçə kənd sakini, o cümlədən hazırkı İddiaçı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə onların kənd sakini kimi maraqlarına uyğun deyildir. Belə ki, onların mal-qarası örüşsüz qalmışdır. Bu səbəbdən də kənd sakinləri, o cümlədən hazırkı iş üzrə digər cavabdehlər cari ilin fevral ayının 16-da şəxsi təsərrüfatlarında olan heyvanlarını iddiaçının icarəyə götürdüyü sahəyə apararaq iki gün müddətində otarmışdır. Özü şəxsən orada olsa da, heyvanlarını sahəyə 15 yaşında olan oğlu Vəlhəd aparmışdır. Əslində təkcə onların deyil, kəndin bütün sakinlərinin heyvanları həmin yerə salınaraq sahə otarılmışdır. Əkin sahələri otarılarkən kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri orada olmuşdur. İddiaçının icarəyə götürdüyü yer örüş yeri olduğu üçün iddia tamamilə qanunsuzdur. İddiaçının əri Mənsim Pənahov əvvəllər kənd bələdiyyəsinin sədri olarkən səlahiyyətindən istifadə edərək camaatın torpağını qanunsuz mənimsəyərək öz arvadına icarəyə vermişdir. Sözügedən yerə onlardan başqa çoxlu sayda kənd sakinləri getdiyi halda iddiaçının nə üçün məhz onları cavabdeh kmi seçməsinin səbəbi ona aydın deyildir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, o, hazırda Zərdab rayonu Şahhüseynli bələdiyyəsinin sədridir. Ondan əvvəl Zərdab rayon Şahhüseynli bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 19 ha torpaq sahəsi 20 il müddətinə əkinçilik məqsədi ilə hazırkı İddiaçı icarəyə verilmişdir. İddiaçı həmin torpaq sahəsində həmişə növbəli olaraq yonca və taxıl əkib becərmişdir. 2019-2020-ci il mövsümü üçün iddiaçı həmin torpaq sahəsinin 3.5 ha hissəsində arpa, 1.5 ha hissəsində yonca, qalan hissəsində isə pambıq əkmişdir. Lakin, cari ilin fevral ayının 16-dan başlayaraq hazırkı cavabdehlər, o cümlədən kəndin digər sakinləri özlərinə məxsus malqaranı iddiaçıya məxsus arpa və yonca sahəsinə salaraq otarmış və nəticədə iddiaçıya maddi ziyan vurmuşlar. Sözügedən əkin sahələri hazırda da otarılır. Hazırkı cavabdehlər iddiaçıya məxsus icarə torpağına heyvanları apararkən, o, şəxsən bələdiyyə sədri kimi kənd icra nümayəndəsi ilə birlikdə onların qabağına çıxaraq, onların bu hərəkətinin qanunsuz olduğunu və bu hərəkətlərindən çəkinmələrini demişdir. Lakin, hazırkı cavabdehlər onu eşitməmiş, heyvanları iddiaçının əkin yerinə salaraq otarmışlar. Həmin vaxt orada hazırkı cavabdehlərdən başqa kəndin digər sakinləri də olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, sözügedən torpaq sahəsi örüş deyildir, bələdiyyənin ehtiyat fonduna aid torpaqlardır. Zərdab rayonu Şahhüseynli kənd bələdiyyəsi sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən istifadə olunmasına etiraz etmir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, o, hazırda Zərdab rayonu Şahhüseynli kənd icra nümayəndəsi vəzifəsində işləyir. Şahhüseynli bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 19 ha torpaq sahəsi 20 il müddətinə əkinçilik məqsədi ilə hazırkı İddiaçı icarəyə verilmişdir. İddiaçı həmin torpaq sahəsində həmişə növbəli olaraq yonca və taxıl əkib becərmişdir. 2019-2020-ci il mövsümü üçün iddiaçı həmin torpaq sahəsinin 3.5 ha hissəsində arpa, 1.5 ha hissəsində yonca, qalan hissəsində isə pambıq əkmişdir. Lakin, cari ilin fevral ayının 16-dan başlayaraq hazırkı cavabdehlər, o cümlədən kəndin digər sakinləri özlərinə məxsus mal-qaranı iddiaçıya məxsus arpa və yonca sahəsinə salaraq otarmış və nəticədə iddiaçıya maddi ziyan vurmuşlar. Sözügedən əkin sahələri hazırda da otarılır. Hazırkı cavabdehlər iddiaçıya məxsus icarə torpağına heyvanları apararkən, o, şəxsən kənd icra nümayəndəsi kimi bələdiyyə sədri ilə birlikdə onların qabağına çıxaraq, onların bu hərəkətinin qanunsuz olduğunu və bu hərəkətlərindən çəkinmələrini demişdir. Lakin, hazırkı cavabdehlər onu eşitməmiş, heyvanları iddiaçının əkin yerinə salaraq otarmışlar. Həmin vaxt orada hazırkı cavabdehlərdən başqa kəndin digər sakinləri də olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, sözügedən torpaq sahəsi örüş deyildir, bələdiyyənin ehtiyat fonduna aid torpaqlardır İş üzrə Zərdab Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 2(035)- 225/2020 nömrəli qətnamə çıxarılmışdır. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-225/2020 nömrəli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən apellyasiya şikаyətləri verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-225/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını və cavabdehlərin əməlində cinayət tərkibi olduğu üçün xüsusi qərardad çıxarılaraq Zərdab Rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdeh5 apellyasiya şikayəti verərək Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-225/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 da ayrı ayrılıqda apellyasiya şikayəti verərək Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-225/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayətləri Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) X1 Pənahova tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-225/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər və onların gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zərdab rayon Dövlət Arxivi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arxiv arayışından görünür ki, Zərdab rayon Şahhüseynli bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 nömrəli iclasının protokolundan Çıxarışa əsasən kənd sakini İddiaçı bələdiyyənin ehtiyyat fondundan olan torpaq sahəsindən 20 il müddətinə 19 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. Zərdab rayon Şahhüseynli bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 11 №-li icarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bələdiyyəyə məxsus olan 19 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 20 il müddətinə İddiaçı icarəyə verilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-40xx xxx 90512018 olan Şəhadətnamədən görünür ki, Şahhüseynli bələdiyyəsinə məxsus olan 19 ha torpaq sahəsi Zərdab rayon Şahhüseynli bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 11 saylı qərarına və xx.xx.2003-cü il tarixli 11 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 20 il müddətinə İddiaçı icarəyə verilmişdir. Zərdab rayon İHB-nın Şahhüseynli kənd İƏD üzrə nümayəndəsi A.İsayev tərəfindən verilmiş 248 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus olan arpa və yonca sahəsi bir qrup kənd sakinləri tərəfindən iyun ayının ortalarına qədər otarıldığından oradan məhsul götürülməsi qeyri-mümkün olmuşdur. Yonca sahəsi təzə yonca olduğundan mal-qara ayaqlayaraq həmin sahəni məhv etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Zərdab Dövlət X11 Bitkiçilik şöbəsinin müdiri S.Rəhimov tərəfindən verilmiş İddiaçı icarəsində olan torpaqda əkdiyi 3.5 ha arpa, 1.5 ha yonca sahəsinin otarılması ilə əlaqədar əldən çıxmış gəlir barədə mütəxəssis rəyindən görünür ki, 2020-ci ildə rayon üzrə orta məhsuldarlığa (30.7 sentner) uyğun olaraq 10.3-10.6 ton arpa olmaqla bazar qiyməti ilə 4000-4200 manat ekvivalentində, hər hektardan orta hesabla 110 saman kipi (qiyməti 0.8-1.0 manat) 350 manat, yonca sahəsindən birinci çalım üçün orta məhsuldarlıq hər hektara 240-280 ədəd olmaqla 1.5 hektardan 360-420 ot kipi – orta qiyməti birinci çalım üçün hər kipə 2.5 manat olmaqla cəmi ***-**** manat, yonca sahəsindən ikinci çalım üçün orta məhsuldarlıq hər hektara 100-150 ədəd yonca kipi olmaqla 1.5 hektardan 150-200 ədəd yonca kipi - bir ədədinin orta qiyməti 3.8 manat olmaqla, cəmi 580-760 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinin, Şahhüseynli kənd icra nümayəndəsinin, Şahhüseynli kənd bələdiyyəsinin sədrinin və Cavabdeh6 Vəlhəd oğlunun (digər cavabdehlərə məlumat verilsə də, onlar yerində müayinə yerinə vaxtında gəlib çıxmamışlar) iştirakı ilə keçirilmiş yerində müayınə nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin bir hissəsində arpa və yonca əkini əkilmişdir. Həmin arpa və yonca sahələri heyvanlara otazdırılaraq tamamilə məhv edilmişdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, Zərdab rayon Şahhüseynli bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan ehtiyat fondu torpaqlarından 19 ha torpaq sahəsi 20 il müddətinə əkinçilik məqsədi ilə iddiaçıya icarəyə verilmişdir. İddiaçı ötən 17 il müddətində həmin torpaq sahəsində növbəli olaraq yonca və taxıl əkib becərmiş, məhsul əldə etmişdir. 2019-2020-ci il mövsümü üşün iddiaçı həmin torpaq sahəsinin 3.5 ha hissəsində arpa, 1.5 ha hissəsində yonca, qalan hissəsində isə pambıq əkmişdir. Lakin, cari ilin fevral ayının 16-dan başlayaraq hazırkı cavabdehlər, o cümlədən kəndin digər sakinləri özlərinə məxsus malqaranı iddiaçının iradəsinə zidd olaraq özbaşına sonuncuya məxsus arpa və yonca sahəsinə salaraq otarmış və nəticədə iddiaçıya həm maddi, həm də mənəvi zərər vurmuşlar. Dəfələrlə xəbərdarlıq edilməsinə və məhkəmədə iddia qaldırmasına baxmayaraq cavabdehlər qanunsuz hərəkətlərindən əl çəkməmişlər. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının icarə və mülkiyyət hüququna təminat verilməli, ona dəymiş ziyan mütəxəssis rəyində müəyyən edilmiş aşağı miqdar əsas götürülməklə, yəni arpanın otarılması nəticəsində 4000 manat, 1-ci çalım yoncanın otarılmasına görə 900 manat, 2-ci çalım yoncanın otarılmasına görə 580 manat miqdarında hesablanmaqla cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır. Kollegiya iddiaya hüquqi qiymət verərkən ilk növbədə maddi zərərin vurulması barədə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0.2-ci maddəsinə görə, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyyəyə məxsusdur. 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi Zərdab rayon Şahhüseynli bələdiyyəsinin mülkiyyəti olduğundan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda adı çəkilən normalarının tələbləri baxımından bələdiyyə həmin torpaq sahəsini iddiaçıya icarəyə verməkdə, iddiaçı isə bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirməkdə haqlı olmuşdur. Bundan başqa kollegiya cavabdehlərin hərəkətlərinin qanuni olub-olmamasına dair hüquqi dəyərləndirmə apararaq hesab edir ki, sözügedən icarə müqaviləsi ləğv olunmadığı halda cavabdehlərin iddiaçının icarəsində olmaqla əkin altında olan torpaq sahəsinə birbaşa müdaxilə etmələri qanunla qadağan olunan özbaşınalıqdır. Azərbaycan Respublikasının Kostitusiyasının 24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 17.1-ci maddəsinə görə, bütün dövlət hakimiyyəti orqanları, yerli özünü idarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 18-ci maddəsinə görə, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında və apellyasiya şikayətlərində iddianı qəbul etməsələr də, iddiaçının icarə və əmlak hüququna etdikləri müdaxilənin qanuni olmasını nə birinci instansiya məhkəməsində icraat dövründə, nə də apellyasiya şikayətlərində əsaslandıra bilməmişlər. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərin yuxarıda qeyd olunan hərəkətlərini iddiaçıya ziyan vurmağa yönəlmiş qanunla qadağan olunan özbaşınalıq kimi qiymətləndirmişdir. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında və apellyasiya şikayətlərində iddianı qəbul etmədiklərini bildirsələr də, bununla bağlı öz etirazlarını əsaslandıra bilməmiş, iddianın rədd olunması üçün nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Əksinə birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfin izahatı ilə yanaşı, cavabdehlərin özlərinin izahatları, məhkəmə iclasında şahid qismində dindirilən kənd icra nümayəndəsinin və kənd bələdiyyə sədrinin ifadələri, mütəxəssis rəyi və məhkəmə tərəfindən keçirilmiş yerində müayinənin nəticələrinə əsasən iddianın əsaslı olduğu sübut olunmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçıya məxsus əkin sahəsinin özbaşına otarılmasına aidiyyətləri və təqsirli olmaları sübut olunduğu üçün onların iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımaları barədə qənaətə gəlməkdə haqlı olmuşdur. “İnsan hüquqları və X5 haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatriadis Yunanıstana qarşı iş üzrə xx.xx.1999-cu il tarixli Qərar, n 31107/96, § 54). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanunu gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının icarə hüququ əsasında ona məxsus torpaq sahəsində əkmiş olduğu əkin onun mülkiyyəti olmuş, həmin əkindən gözlənilən fayda “İnsan hüquqları və X5 haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən onun üçün mülkiyyətin əldə edilməsinin “qanuni gözləntisi”ni təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1, 1096.2-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmişəmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə görə, vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin gübrəyə görə 312 manat, arpa sahəsinin şumuna görə 140 manat, malaya görə 105 manat, toxuma görə 425 manat, səpinə görə 52 manat, suvarmaya görə 140 manat, yonca sahəsinin şumuna görə 60 manat, səpin puluna görə 30 manat, suvarmaya görə 60 manat tələbinə dair hissədə iddia hüquqi qiymət verərək adıçəkilən xərclərin son məhsulun tərkib hissəsinə daxil olduğu və son məhsul yuxarıda qeyd olunan qaydada qiymətləndirilərək təmin edildiyi üçün ayrı şəkildə qiymətləndirilərək tələb edilməsinin qanunauyğun olmaması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, şahid ifadələrinə, məhkəmə tərəfindən keçirilmiş yerində müayinənin nəticələrinə və yuxarıda adı çəkilən iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək ziyanla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddianın mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissəsi üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. “İnsan Hüquqları və X5 haqqında Konvensiya”nın 41-ci maddəsinə görə mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilir ki, “Mənəvi zərər anlayışı” insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkənin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətlərin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 4-cü bəndinə görə, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası işin gerçək hallarını, yuxarıda istinad edilən “İnsan Hüquqları və X5 haqqında Avropa Konvensiyası”nın 41-ci maddəsinnin müddəalarını, mülki qanunvericilik normalarını, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qərarları ilə formalaşmış hüquqi mövqeləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iddiaçının min-bir əziyyət və xərc hesabına əkib yetişdirdiyi, özünün və ailəsinin dolanışıq mənbəyi hesab etdiyi əkinin ona sayğısızlıq göstərilməklə, habelə qanunsuz olsa da özlərinin üstünlüklərini nümayiş etdirilməklə cavabdehlər tərəfindən heyvanlara otazdırılaraq məhv edilməsinin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya, yəni cavabdehlərin qanunsuz hərəkətləri qarşısında aciz duruma düşməsi kimi qiymətləndirilməli olması, mülki qanunvericiliyin normalarının tələblərinə görə vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulmasının mənəvi zərərin əmələ gəlməsinə dəlalət etməsi barədə gəldiyi qənaət ilə razılaşır. Аzərbаycаn Respublikаsının MPM-nin 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın dəymiş ziyanın məbləğini mütəxəssis rəyində müəyyən edilmiş aşağı miqdar əsas götürülməklə, yəni arpanın otarılması nəticəsində 4000 manat, 1-ci çalım yoncanın otarılmasına görə 900 manat, 2-ci çalım yoncanın otarılmasına görə 580 manat miqdarında cəmin 5480 manat (4000+900+580 = 5480 manat) təmin etməkdə, mənəvi ziyan tələbi hissəsində isə tələbi qismən əsaslı hesab edərək mənəvi ziyanın məbləğini müəyyən edərkən cavabdehlərin hərəkətsizliyinin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, cavabdehlərin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq mənəvi ziyanı 300 (üç yüz) manat məbləğində qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir. Kollegiyanın fikrincə, iddiaçı hüquqi xidmətə görə nümayəndəyə (vəkilə) ödənilən 200 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğdə pulu da tələb etməkdə haqlıdır. Аzərbаycаn Respublikаsının MPM-nin 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X13 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayətləri təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-225/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Vəlhəd oğlu tərəfindən verilmiş apelyasiya şikаyətləri təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-225/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar