Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2282/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızının nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızının Cavabdeh qarşı "alimentin məbləğinin artırılması tələbinə dair" mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1254/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1254/2020 nömrəli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, xx xxx 2004-cü il təvəllüdlü X15 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat alimentin tutularaq İsmayılova (Hacıyeva) Təranə Əlikram qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2004-cü il təvəllüdlü X15 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2002-ci il tarixdə nikahlarını rəsmi şəkildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxx 2004-cü il tarixdə X15 və xx xxxxxx 2008-ci il tarixdə X10 adlı övladları anadan olmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(075)-1703/2011 saylı qətnaməsi ilə xx xxx 2004-cü il təvəllüdlü X15 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən 9 ilə yaxın müddət ərzində himayəsində olan uşaqların tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşaqların çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızının nümayəndəsi X8 iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh göstərmişdir ki, həqiqətən də iddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızı ilə birgə nikahlarından xx xxx 2004-cü il tarixdə X15 və xx xxxxxx 2008-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(075)-1703/2011 nömrəli qətnaməsi ilə xx xxx 2004-cü il təvəllüdlü X15 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin iddiaçıya verilməsi qət edilmişdir. 2012-ci ildə məhkəmə hökmü ilə 1 il 6 ay müddətinə, 2017-ci ildə isə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilmişdir. İkinci dərəcə əlilliyi olduğuna görə hər ay 130 manat müavinət alır və ağır işlərdə işləyə bilmir. Əlavə iş yeri və gəliri yoxdur. Bundan başqa, yenidən nikaha daxil olmuşdur və həmin nikahdan da bir uşağı var. Həmçinin, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(075)-1703/2011 nömrəli qətnaməsi ilə də 10500 manat məbləğində yığılmış aliment borcu vardır ki, onu da ödəyə bilmir. Övladlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. Lakin keçən müddət ərzində maddi vəziyyətində hər hansı müsbət dəyişiklik olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1254/2020 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbini qismən təmin etməsi qanunsuz və əsassızdır. Eyni zamanda, hakim qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi heç yerdə işləməməsini, qazancının olmamasını, heç bir daşınar və daşınmaz əmlakının olmamasını, X11 ilə xx xxxxxx 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə yeni ailə həyatı qurmağını, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X14 adlı övladlarının olmasını, İİ qrup əlil olmasını, hər ay 130 manat sosial müavinət almasını və əmək qabiliyyətinin olmamasını, bu səbəbdən də özünün minimum tələbatını ödəyə bilməməsini və sair halları nəzərə almamışdır. Məhkəmə qətnaməsi ilə əvvəl müəyyən edilmiş alimentlə bağlı yaranmış borc məbləğini də ödəyə bilmir. Bundan başqa, iddiaçı İsmayılova (Hacıveva) Təranə Əlikram qızı X13 kompüter müəllimi işləyir və normal aylıq qazanca malikdir. Bütün bu halları məhkəmə araşdırmamış və hüquqi qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır, bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. İddiaçı tərəfindən isə cavabdehin (yəni onun) maddi vəziyyətinin dəyişməsi, aylıq qazancının və digər gəlirlərinin olması, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(075)-1703/2011 nömrəli qətnaməsi ilə aliment müəyyən edildikdən sonra onun qazancının artması, maddi vəziyyətində dəyişikliklərin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Hazırda o, imkanı və qazancı olmadığı üçün iş olanda fəhləlik edərək əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimenti çətinliklə ödəyir. Məhkəmə tərəfindən ədalətsiz olaraq alimentin miqdarı 150 manata qaldırılmışdır. Belə olduqda 150 manat aliment məbləğini o necə ödəyəcəyək... Mümkün olmayan aliment miqdarının müəyyən edilməsi tərəfindən alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Göründüyü kimi, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1254/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə iddiaçı İsmayılova (Hacıyeva) Təranə Əlikram qızı və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin nümayəndələrinin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1254/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(075)-1703/2011 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İsmayılova (Hacıyeva) Təranə Əlikram qızının arasında xx xxxxxx 2002-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxx 2004-cü il təvəllüdlü X15 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 anaları İsmayılova (Hacıyeva) Təranə Əlikram qızının yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin tutularaq İsmayılova (Hacıyeva) Təranə Əlikram qızına verilməsi qət edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, xx xxx 2004-cü il təvəllüdlü X15 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 ataları Cavabdeh, anaları isə İsmayılova (Hacıyeva) Təranə Əlikram qızıdır. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İİ dərəcə əlildir. İşdə olan DMSF-nin Şəki şəhər fialialı tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İİ dərəcə əlilliyə görə 130 manat müavinət alır. İşdə olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2016-cı il təvəllüdlü X9 atası Cavabdeh, anası isə X6r. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddia qismən təmin edilməli, xx xxx 2004-cü il təvəllüdlü X15 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(075)- 1703/2011 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə alimentin miqdarının artırılması zəruriliyini belə əsaslandırmışdır ki, cavabdehin maddi vəziyyətinin aşağı olmasına baxmayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx xxx 2004-cü il təvəllüdlü X15 və xx xxxxxx 2008-ci il təvəllüdlü X7 ilk dəfə alimentin təyin edilməsindən 9 ilə yaxın müddət keçmişdir. Həmin müddətdə məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat məbləğində aliment tutulmuşdur. Hazırkı mülki dövriyyə şəraitində 50 manatla bir uşağın çox cüzi tələbatlarını təmin etmək mümkündür. Xüsusən də, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin miqdarının artırılması zəruriliyi ilə yanaşı həm də nəzərə almışdır ki, cavabdeh yenidən nikaha daxil olmuş və bu nikahdan da bir uşağı vardır. Habelə, cavabdeh 2-ci qrup əlil olmaqla məhdud əmək qabiliyyətli şəxsdir. Ona görə də məhkəmə saxlanılması üçün aliment tutulan uşaqların diqqətəlayiq mənafeləri (minimal və ən zəruri ehtiyacları) ilə aliment ödəyən valideynin (cavabdehin) maddi imkanları arasında ədalətli tarazlığı mümkün qədər təmin etmək baxımından alimentin məbləğini hər ay hər uşaq üçün 120 manat (cəmi 240 manat) məbləğinə artırmaqla kifayətlənmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçı razılaşsa da, lakin cavabdeh razılaşmayaraq həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində cavabdeh alimentin miqdarının hər hansı həcmdə artırılmasına etirazını bildirmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75-ci mаddəsinə görə, vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr... Vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşаq hüquqlаrı hаqqındа» Kоnvensiyаnın 3-cü mаddəsinə görə, sоsiаl təminаt məsələləri ilə məşğul оlаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti оrqаnlаr, yаxud qаnunvericilik оrqаnlаrı tərəfindən həyаtа keçirilib-keçirilməməsindən аsılı оlmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşаq hüquqlаrı hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnunun 3-cü mаddəsinə görə, uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğın zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə оlunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi fоrmаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən, uşağın Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq xərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq huququ vаrdır. “Аzərbаycаn Respublikаsındа 2020-ci il üçün yаşаyış minimumu hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununа əsаsən, 2020-ci ildə uşаqlаr üçün yаşаyış minimumu 170 mаnаt müəyyən оlunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx xxx 2004-cü il təvəllüdlü X15 və xx xxxxxx 2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarını onların maddi ehtiyaclarını qismən ödəyə biləcək həcmdə artırmaqla düzgün qərar qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı İsmayılova (Hacıyeva) X16ları bilavasitə saxlamaqla, onların qidalanma, təhsil, geyimlə təminat və başqa kommunalməişət qayğılarını çəkməklə bir valideyn kimi uşaqları qarşısında daha çətin və əziyyətli vəzifələri yerinə yetirir. Həmin vəzifələrin yerinə yetirilməsi onun əmək fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək imkanlarını xeyli məhdudlaşdırır. Belə vəziyyətdə uşağın maddi təminatının da əhəmiyyətli hissəsini ananın (iddiaçının) üzərinə qoymaq ədalətsiz olar. Ona görə də atadan (cavabdehdən) daha yüksək məbləğdə aliment ödənilməsinin tələb olunması təbii və başa düşüləndir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin alimentin miqdarının (məbləğinin) artırılmasına etirazının dəlilləri ilə razılaşmır və həmin dəlilləri qəbuledilməz sayır. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Prosessual normanın mənası baxımından hazırkı iş üzrə iddianın qiyməti alimentin tələb olunan artım fərqinin bir illik miqdarı (məbləği) ilə müəyyən olunmalıdır, yəni iddiaçı alimentin miqdarının hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat artırılmasını tələb etdiyindən iddianın qiyməti (aliment məbləği artımının illik məcmusu) iki min manatdan yuxarı (300 manat x 12 ay) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi isə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1254/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1254/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2282/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2282/2020
25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver