Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2288/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh işin başqa məhkəməyə göndərilməsi haqqında vəsatətinin təmin edilməməsi barədə Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(037)-1138/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14.000 manat pulun və istilik sisteminə çəkilmiş 950 manat xərcin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək ünvan 1 ünvanında yaşadığı üçün mülki işin baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(037)-1138/2021 nömrəli qərardadı ilə Cavabdeh mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(037)-1138/2021 nömrəli qərardadı ilə şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(037)- 1138/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh ünvan 2 ünvanında yaşadığı üçün mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 4xli, 625 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(037)-1138/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(037)-1138/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 158, 263-264 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(037)-1138/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Məlikov Vəzirxan
Məhkəmə qərarları › İş №2(107)-2288/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2288/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver