Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2295/2021 13.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 hüquqi varisi Cavabdeh qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 saylı evə istifadə hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X2 hüquqi varisi Cavabdeh qarşı ünvan 1 saylı evə istifadə hüququnun müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini və mülki işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadı ilə iş üzrə İddiaçı Yevlax Rayon Məhkəməsinin 2(039)- 2092/2021 №-li, 12 oktyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə 7 (yeddi) gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsini qərara alarkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qənaməsinin surəti ilə müəyyən olunur ki, həmin qətnamə ilə Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 saylı evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. İddiaçı Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 saylı evə məhkəmə qətnaməsi ilə, özündə evdən istifadə hüququnu da əks etdirən mülkiyyət hüququ üzrə payı müəyyən edildiyindən, yenidən istifadə hüququnun müəyyən edilməsinə zərurət aradan qalxmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsi ilə (hakim G. Cavadova) ilkin iddia qismən və qarşılıqlı iddia tam təmin edilmişdir. X1 və X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılmış və həmin yaşayış evinin 5 / 20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X9; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X6; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X4; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X7 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1 / 8 hissəsinə X8 payları müəyyən edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Hazırki iş üzrə iddia isə ünvan 1 saylı evə istifadə hüququnun müəyyən olunması barədədir. Yəni, sözü gedən fərdi yaşayış evinin yerdə qalan hissəsi ilə bağlı məsələ açıq qalır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadı tam, Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadı isə İddiaçı verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 401-ci maddəsinə sasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini və ya qərardadını dəyişdirmədən saxlamaq və yaxud qərardadı ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək barədə məhkəmə aktı qəbul etdikdən sonra, bunlardan şikayət olmadıqda, iş apellyasiya instansiyası məhkəməsi aktının təsdiq edilmiş surəti ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 399, 400 və 401-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadı tam, Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadı isə İddiaçı verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdeh X2 hüquqi varisi Cavabdeh qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-2295/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2295/2021
13.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver