Məhkəmə qərarları › İş №2(107)-23/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-23/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-23/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Sadıqzadə Nofəl Mahir oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Talıbov Telman Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cаvаbdeh Cavabdeh qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması, borcun və ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikasının DİN BDYPİ QİS tərəfindən verilmiş AB 959095 nömrəli şəhadətnamə əsasında cavabdeh Əsmənzadə Səbuhi Məmməd oğluna məxsus Ban KNAPC8123D7417840, Ağ rəngli buraxılış ili 2013cü il olan KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına alınaraq ona ödənilməsi tələbinə dаir mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(075)-401/2014 nömrəli qətnaməsindən cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(075)-401/2014 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 1608 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 18269,34 manat əsas borc və 1421,89 manat faiz borcu olmaqla, cəmi 19699,21 manat məbləğində borcun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan və joteka ilə yüklü edilmiş Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **- EP-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan ipoteka ilə yüklü edilmiş Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə edilən vəsaitin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18 269.34 (on səkkiz min iki yüz altmış doqquz manat 34) manat əsas borc, 872.53 (səkkiz yüz yetmiş iki manat 53 qəpik) manat faiz borcu (cərimə daxil olmaqla) olmaqla cəmi 19 141.87 (on doqquz min yüz qırx bir manat 87 qəpik) manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus Azərbaycan Respublikas! DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB 959055 saylı şəhadətnamə əsasında Ban KNAPC8123D7417840, AG rəngli, buraxiliş ili 2013-cü il olan, KİA SPORTAGE markalı, ** EP *** qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi və açıq hərracdan satılması, ümumillikdə cəmi 19 141.87 (on doqquz min yüz qırx bir manat 87 qəpik) manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh məxsus Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB 959055 saylı şəhadətnamə əsasında Ban KNAPC8123D7417840, AG rəngli, buraxiliş ili 2013-cü il olan, KİA SPORTAGE markalı, ** EP *** qeydiyyat nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına alınaraq İddiaçı ASC-nə ödənilməsi bərədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi İsmayılov Emin Həsən oğlu iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18269,34 manat əsas borc və 1421,89 manat faiz borcu olmaqla, cəmi 19699,21 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB 959095 nömrəli şəhadətnamə əsasında Cavabdeh məxsus Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi və açıq v hərracdan satılması, ümumlikdə 19699,21 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB 959095 nömrəli şəhadətnamə əsasında Cavabdeh məxsus Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, 99-EP- 095 qeydiyyat nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi İsmayılov Emin Həsən oğlu iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 53- cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC məhkəməyə xx xxx 2014-cü il tarixdə daxil olmuş teleqramında işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsmayılov Emin Həsən oğlu bankın iddiasını müdafiə edərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxx 2013-cü il tarixli, 1608 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh avtomobil alınması məqsədi ilə illik faiz dərəcəsi 18 faiz olmaqla 1095 gün müddətinə 20000 manat məbləğində kredit vermişdir. Elə həmin tarixdə də kreditin öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında ipoteka müqaviləsi bağlanmışdır. xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh kreditdən təyinatı üzrə istifadə etməklə aldığı Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **- EP-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh xx xxxx 2013-cü il tarixli, 1608 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. Cavabdeh ilə müqavilə bağladıqdan sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini gecikdirmişdir. Cavabdeh ilə dəfələrlə görüşlərin keçirilməsinə və xəbərdarlıqların edilməsinə baxmayaraq o, öhdəliklərini icra etməmişdir. Cavabdeh banka ödənilməmiş 18269,34 manat əsas borc və 1421,89 manat faiz borcu olmaqla, cəmi 19699,21 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi əsasında borc məbləği ödənilmədiyindən və kredit müqaviləsinin şərtləri pozulduğundan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyətləri vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qeyd olunan iş üzrə ona məlumat verilməmiş və məhkəmə iclaslarında iştirakı təmin olunmamış, hüquqlarını həyata keçirtmək üçün şərait yaradılmamışdır. Eyni zamanda cavabdeh kimi ondan tutulmalı olan məbləğin əsasının nə olması ona məlum deyil. Belə ki, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili 2013-cü ilin iyun ayında alsa da, 4 ay sonra, 2013-cü ilin sentyabr ayında adını xatırlamadığı şəxsə mülki etibarnamə ilə satmışdır. Avtomobili satmağının səbəbi isə avtomobilə görə olan kreditin ödənişini edə bilməməsi idi. Hazırda da, bu avtomobil onda deyil və hesab edir ki, banka olan kredit borcunu avtomobilin faktiki istifadəçisi ödəməlidir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli, 2(075)-401/2014 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun tutulmasının qeyd olunan avtomobilin faktiki istifadəçisinə yönəlməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Talıbov Telman Məhəmməd oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Sadıqzadə Nofəl Mahir oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli, 2(075)-401/2014 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdehməhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(075)-401/2014 nömrəl qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı ASC-nin cаvаbdeh Cavabdeh qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması, borcun və ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikasının DİN BDYPİ QİS tərəfindən verilmiş AB 959095 nömrəli şəhadətnamə əsasında cavabdeh Əsmənzadə Səbuhi Məmməd oğluna məxsus Ban KNAPC8123D7417840, Ağ rəngli buraxılış ili 2013-cü il olan KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına alınaraq ona ödənilməsi tələbinə dаir iddiası qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 1608 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik faiz dərəcəsi 18 faiz olmaqla, 1095 gün müddətinə ödənilmək şərti ilə Cavabdeh avtomobil almaq məqsədi ilə 20000 manat kredit verilmişdir. İşdə olan AB N 909590 nömrəli Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 1608 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 1608 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh kreditdən təyinatı üzrə istifadə etməklə aldığı Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuşdur. İşdə olan Şəki şəhəri Otaq eşiyi küçəsi ev 34A-da yaşayan Cavabdeh göndərilmiş xx xxxxxx 2013-cü il tarixli bildirişdən və həmin bildirişin qeydiyyata alınması barədə xx xxxxxx 2013-cü il tarixli ərizədən görünür ki, Şəki şəhəri Otaq eşiyi küçəsi ev 34A-da yaşayan Cavabdeh göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli bildiriş xx xxxxxx 2013-cü il tarixli ərizə əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat İmtahan Şöbəsində 28 dekabr - 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Mülki işin materiallarından görünür ki, borc və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia ərizəsi xx xxxxxx 2014-cü ildə Şəki Rayon Məhkəməsinə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası xx xxxxxx 2014-cü il tarixə, saat 15:30-a Şəki Rayon Məhkəməsinin binasına təyin edilmişdir. xx xxxxxx 2014-cü ildə tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqsədi ilə məktub göndərilmişdir. Lakin, cаvаbdeh Cavabdeh ünvan 1 ünvanına göndərilmiş məktub zərfin üzərinə “Bakı şəhərində yaşayır” qeydi edilməklə məhkəməyə qaytarılmışdır. xx xxxxxx 2014-cü ildə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclası keçirilmiş işə məhkəmə iclasında baxılması xx xxxx 2014-cü il tarixə saat 12:30-a təyin edilmişdir. xx xxxxxx 2014-cü məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqsədi ilə tərəflərə məktub göndərilmişdir. Lakin, cаvаbdeh Cavabdeh ünvan 1 ünvanına göndərilmiş məktub zərfin üzərinə “Bakı şəhərində yaşayır” qeydi edilməklə məhkəməyə qaytarılmışdır. Müvafiq olaraq xx xxxx 2014-cü ildə və xx xxxxx 2014-cü ildə cavabdehin iştirakı təmin edilmədən məhkəmə iclasları keçirilmiş, nəticədə xx xxx 2014-cü ildə yekun məhkəmə baxışı keçirilmiş və qətnamə cаvаbdehin məhkəmə prosesində iştirakı təmin edilmədən qəbul edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxxx 2013cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 1608 nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh həmin iddiaçı bank tərəfindən kreditdən təyinatı üzrə istifadə etməklə avtomobil almaq məqsədi ilə illik faiz dərcəsi 18 faiz olmaqla 20000 manat məbləğində kredit verilmiş və o, 1095 gün ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxx 2013-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə özü arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 1608 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 1608 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh kreditdən təyinatı üzrə istifadə etməklə aldığı Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobili ipotekaya qoyulmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xx xxxxxx 2013-cü il tarixli bildirişin qeydiyyata ahnması barədə xx xxxxxx 2013-cü il tarixli ərizə Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat İmtahan Şöbəsində xx xxxxxx 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Müqavilə üzrə öhdəlik İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı İ ' Cavabdeh üçün də məcburi olmasına baxmayaraq Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən kredit müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələr borc alan tərəfindən yerinə yetirilmədiyi hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanı yönəltmək hüququ vardır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən üzürlü səbəblər olmadan iddiaçı qarşısında götürdüyü öhdəlik icra olunmamış, bunun müqabilində öhdəliyin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmiş avtomobilə tutmanın yönəldilməsi tələbi iddiaçı tərəfindən irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi HaqqındaKonvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinin tələbinə görə ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinin tələbinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, bоrc müqаviləsinin prеdmеti pul məbləği оlduqdа,о, krеdit müqаviləsi аdlаnır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.2-ci maddələrinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbinə əsasən ipoteka qoyana müvafiq bildiriş göndərilərək həmin bildirişin dövlət orqanında qeydiyyata alınması barədə ərizə ilə müraciət edilmişdir. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinin tələbinə görə məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnu təsbit edən konstitusiya normaları çərçivəsində əmlakla bağlı hüquqların reallaşdırılması isə mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı kimi hüquq prinsipləri üzərində qurulur. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi).Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadları ilə hazırkı iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 1608 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh iddianın verildiyi xx xxxxxx 2014-cü il tаrixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılıqda göstərilməklə hansı borcları (əsas borc, faiz borcu, cərimə borcu və sair) və cəmi nə qədər borcu olduğunu müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası və xx xxxx 2013-cü il tarixli 1608 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş, Ban KNAPC8123D7417840, AG rəngli, buraxiliş ili 2013-cü il olan, KİA SPORTAGE markalı, ** EP *** qeydiyyat nişanlı avtomobilinin hazırki vəziyyyətdə satış qiymətinin və eyni il buraxılışlı, eyni texniki göstəricilərə malik, saz vəziyyətdə olan KİA SPORTAGE markalı avtomobilin hal-hazırda qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizаsı təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin eyni tarixli başqa qərardadı ilə mülki iş üzrə icraatın ekspertizanın rəyləri məhkəməyə dаxil olаnаdək dаyаndırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 16278 nömrəli məhkəmə ekspertizasının rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 1608 nömrəli kredit müqaviləsi üzrə borcalanın İddiaçı ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2014-cü il tarixə -əsas kredit borcu----------------18.219,34 manat; - faiz borcu-----------------------------929,19 manat. xx.xx.2014-cü il tarixə (sonuncu ödəniş tarixi) -əsas kredit borcu----------------18.219,34 manat; - faiz borcu-----------------------------842,22 manat. Tədqiq edilən “Kia Sportage” markalı, 2013-cü il buraxılışlı, mühərrik gücü 2400 sm3 olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 27.000,00 (iyirmi yeddi min) manat müəyyən olunur. (Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır) Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 103.1-ci mаddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətlərinin qismən təmin edilməsinə əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cаvаbdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(075)-401/2014 nömrəl qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı ASC-nin cаvаbdeh Cavabdeh qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması, borcun və ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikasının DİN BDYPİ QİS tərəfindən verilmiş AB 959095 nömrəli şəhadətnamə əsasında cavabdeh Əsmənzadə Səbuhi Məmməd oğluna məxsus Ban KNAPC8123D7417840, Ağ rəngli buraxılış ili 2013-cü il olan KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına alınaraq ona ödənilməsi tələbinə dаir iddiası qismən təmin edilməli, Cavabdeh xx xxxx 2013-cü il tarixli, 1608 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 18.219,34 manat əsas borc və 929,19 manat faiz borcu olmaqla, cəmi 19.148,53 (on doqquz min bir yüz qırx səkkiz manat əlli üç qəpik) manat məbləğində borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, Cavabdeh tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan və ipoteka ilə yüklü edilmiş Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **- EP-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməli, Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan və ipoteka ilə yüklü edilmiş Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 27000,00 (iyirmi yeddi min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməli və satışdan əldə edilən vəsait Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilməli, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(075)-401/2014 nömrəlqətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin cаvаbdeh Cavabdeh qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması, borcun və ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikasının DİN BDYPİ QİS tərəfindən verilmiş AB 959095 nömrəli şəhadətnamə əsasında cavabdeh Əsmənzadə Səbuhi Məmməd oğluna məxsus Ban KNAPC8123D7417840, Ağ rəngli buraxılış ili 2013cü il olan KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına alınaraq ona ödənilməsi tələbinə dаir iddiası qismən təmin edilsin. Cavabdeh xx xxxx 2013-cü il tarixli, 1608 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 18.219,34 manat əsas borc və 929,19 manat faiz borcu olmaqla, cəmi 19.148,53 (on doqquz min bir yüz qırx səkkiz manat əlli üç qəpik) manat məbləğində borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan və ipoteka ilə yüklü edilmiş Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan və ipoteka ilə yüklü edilmiş Ban KNAPC8123D7417840, Ağ rəngli, buraxılış ili 2013-cü il olan, KİA SPORTAGE markalı, **- EP-*** qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 27000,00 (iyirmi yeddi min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə edilən vəsait Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilsin. İddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar