Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2311/2020 03.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1445/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxx 2020-ci il tarixli 2(039)-1445/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 2500 manat borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) borc olaraq almış olduğu 2500 (iki min doqquz yüz) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh xx xxx 2020-ci il tarixdə ondan 2500 manat borc pul almışdır. Həmin pulu ona xx xxxx 2020-ci il tarixədək qaytarmalı idi. Hətta cavabdeh bu barədə ona yazılı qəbz də vermişdir. Lakin cavabdeh pulu qaytarmaqdan imtina edir. Dəfələrlə pulunu istəsə də, cavabdeh borc aldığı pulu qaytarmır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı borc pul almış və ona yazılı qəbz vermişdir. Lakin borcun məbləği 2500 manat yox 1550 manat olubdur. Yeganə pulu ona faizlə verdiyindən qəbzdə 2500 manat yazdırmışdır. Hazırda onun Yeganəyə cəmi 1550 manat borcu var. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1445/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin faktiki hallarına daha dəqiq və ətraflı araşdıraraq iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, məhkəmə iclasında da iştirak edərək İddiaçı 1550 manat borc pul aldığını, ancaq iddiaçı həmin pulun üstünə faiz gələrək 2500 manat olduğunu deyir. Bunu sübut edəcək şahidləri də olsa da, ancaq məhkəmə həmin şahidlərə ehtiyac olmadığını, yalnız yazılı sübutların təqdim edilməsini istəmişdir. Ancaq düşünür ki, bu onun qanunla qorunan hüquqlarının pozulmasıdır. Cavabdehdən isə bu çarəsizliyindən istifadə edərək şişirdilmiş məbləği tələb etmişdir. Əlavə olaraq işin faktiki hallarının daha dəqiq araşdırılmasını və ədalətli qərar verilməsini xahiş edir. Hesab edir ki, işə baxan məhkəmə bütün bu işin həqiqi hallaırını nəzərə almamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə onun vəziyyəti olduqca ağırlaşdırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 1445/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üçürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan baxıb şikayət üzrə yenidən qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən əl yazısı ilə icra edilmiş və imzası ilə təsdiq edilmiş xx xxx 2020-ci il tarixli Qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2500 manat borc aldığını, həmin borc məbləğini xx.xx.2020-ci ildə qaytaracağını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. İddiaçı cavabdehdən 2500 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 1550 manat borc aldığını etiraf etmiş, iddiaçının ona pulu faizlə verdiyinindən qəbzdə 2500 manat yazıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat, borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. İddiaçı cavabdehə borc pul verdiyini iddia edir və həmin məbləğin qaytarılmasını tələb edir. Belə olan halda iddia tələbinin qanuni əsasını Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddədə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə edir və həyаtа keçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. 385.1-ci mаddəsinin tələbinə görə, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli, xidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа оlmаqlа, öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 445-ci mаddəsinin tələbinə görə, icrаnı gecikdirmiş bоrclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditоr qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi iddiaçı cavabdehin borclu olduğu 2500 (iki min beş yüz) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində pulun məbləğinin 1550 manat olmasını və pulun faizə verilməsini bildirsə də, bu barədə nə birinci instansiya məhkəməsinə sübut təqdim etməmiş, nə də apellyasiya şikayətinə hər hansı sübut əlavə edə bilməmişdir. Bununla da, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olması təsdiq olunur. Məhkəmə kollegiyasına görə iddiaçının tələbi iş materiallarında olan sübutlarla sübut olunduğuna görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X3 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, o cümlədən təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X3 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1445/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-1445/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2311/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2311/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver