Məhkəmə qərarları › İş №2(107)-2317/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2317/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2317/2020 20.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair" mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin “şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə” xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadından iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq həracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq həracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadından iddiacı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayət verilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiаçının nümayədəsi Samir Muradzadə şikаyət verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadının surəti poçt vasitəsilə iddiacı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə sözügedən qərardadın surəti iddiacı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Bununla da qərardadın surəti xx.xx.2020-ci il tarixdə iddiacı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 267.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-in XXİ fəslində (Məhkəmə qərardadları) qərardadlardan verilən şikayətin geri qaytarılmasını nəzərdə tutan norma mövcud deyildir. Həmin Məcəllənin 13.4-ci maddəsinə görə isə, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-in 363-cü maddəsi məhkəmə qətnamələrindən verilən apelyasiya şikayətinin geri qaytarılması əsaslarını və qaydasını tənzimləyir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qərardaddan şikayət vermə müddətini ötürdüyündən və bunun üzrlü səbəbdən baş verməsinə dair məhkəməyə sübut təqdim etmədiyindən, şikayət geri qaytarılmalıdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin barəsində şikayət verilən xx xxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadı iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi qaydada alınandan sonra iddiaçının həmin qərardaddan 10 gün müddətində, yəni xx.xx.2020-ci il tarixədək şikayət vermək hüququ olmuş, lakin iddiaçının sözügedən qərardaddan şikayəti Yevlax Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş, beləliklə də şikayətin verilmə müddəti 7 gün ötürülmüşdür. İddiaçı prosessual müddətin üzrlü səbəbdən ötürülməsi və həmin müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət verməmişdir. Ona görə də məhkəmə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-297/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar