Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2318/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(039)-1580/2020 nömrəli qərardadından iddiaçı BOKT İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı BOKT «xxxxxxxx» MMC Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2344.83 manat, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 234.48 manat olmaqla, ümumilikdə 2579.31 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 190 manat dəyərində olan çəkisi 16 qram olan 583 əyyar dəst 1 (bir) qaşı yox üzük, 45 manat dəyərində olan çəkisi 20.1 qram olan 583 əyyar saat qolbağı qızıl deyil 77111 nömrəsi və 65 manat dəyərində olan çəkisi 5 qram olan 585 əyyar boyunbağlı+klon qızıl-ziynət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh göndərilmiş məhkəmə bildirişi poçt zərfinin üzərinə onun ölməsi barədə yazılmış qeydlə geri qaytarılmışdır. İşdə olan Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 518 saylı arayışından məlum olur ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxxxx 2020-ci il tаrixli 2(039)-1580/2020 nömrəli qərardadı ilə iddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair 2(039)-1580/2020 saylı mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan iş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC şikayət verərək iş üzrə icraata xitam verilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)- 1580/2020 saylı qərardadının ləğv edilməsi və həmin iş üzrə hüquq varisliyinin müəyyənləşdirilməsi üçün iş üzrə icraatı dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1580/2020 nömrəli qərardadı ilə iddiaçı BOKT «xxxxxxxx» MMC-in şikayəti təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, BOKT “ xxxxxxxx” MMC-i tərəfindən Cavabdeh kreditin, cərimə borcunun və dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edilmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə Təşkilata daxil olan Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-1580/2020 saylı qərardadına əsasən onlara məlum olub ki, cavabdeh tərəfin vəfat etdikdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməməsi əsas gətrilməklə BOKT “xxxxxxxx” MMC-nin borc tələbinə dair iddia ərizəsi üzrə mülkü işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7. maddəsinə əsasən iş üzrə şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə Hakim iş üzrə icraata xitam verir. Maddədəndə göründüyü kimi “hüquq varisliyinə yol verməzsə” Hakim iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-nin 254.1.1. maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə Hakim iş üzrə icraatı dayandırmalıdır. Hesab edirlər ki, bu halda hüquq varisliyinin müəyyənləşdirilməsi üçün məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı BOKT «xxxxxxxx» MMC-in nümayəndəsi X2 izahatında şikayətin təmin edilərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-1580/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(039)-1580/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1580/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi, iş üzrə tərəf olan iddiaçı Cavabdeh xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 261.0 və 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İstinad edilən qanunvericilik normasından göründüyü kimi, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 518 saylı arayışından görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. BOKT «xxxxxxxx» MMC isə hazırkı iddia tələbi ilə xx xxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh ölümündən iki il bir ay müddət keçdikdən sonra ona qarşı iddia qaldırmışdır. Belə olan halda, Azərbaycan Respublikası MPM-in 261.0 və 261.0.7-ci maddələrinin tələbləri hazırkı halda tətbiq edilə bilməz. Çünki, Cavabdeh öldüyü zaman iş üzrə tərəf olmamışdır. Kollegiya hesab edir ki, iddiaçı BOKT «xxxxxxxx» MMC ölmüş şəxsi məhkəməyə verdiyi üçün iş üzrə icraata xitam verilmişdir. İddiaçı BOKT «xxxxxxxx» MMC-in cavabdehin vərəsələrini müəyyən edərək onlara qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə heç bir əsas yoxdur. Azərbаycаn Respublikаsı MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(039)-1580/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1580/2020 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə r а r а а l d ı : Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(039)-1580/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1580/2020 qərardadları dəyişdirilmədən saxlanılsın. İddiaçı BOKT İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. Hazırkı qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2318/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2318/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver