Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2319/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiаçı - BOKT “xxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1414/2020 saylı qərardadından iddiаçı BOKT “xxxxxxxx” MMC tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 169,28 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1414/2020 saylı qərardadı ilə (hakim Günay Cavadova) iddiaçı BOKT “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin ödənilməsi tələbinə dair mülki işin icraatına Cavabdeh2 aid hissədə xitam verilmişdir. İddiаçı BOKT “xxxxxxxx” MMC Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1414/2020 saylı qərardadından şikayət verərək hüquqi varislik müəyyən edilənədək iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1414/2020 saylı qərardadı ilə iddiаçı BOKT “xxxxxxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT “xxxxxxxx” MMC şikayətin təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)- 1414/2020 saylı qərardadının ləğv edilməsini və ölmüş Cavabdeh2 hüquqi varisləri müəyyən edilənədək iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1414/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx xxxx 2017-ci il tarixdə ölmüşdür. İddiаçı BOKT “xxxxxxxx” MMC-nin Cavabdeh2 qarşı qaldırdığı iddia tələbi xx xxxx 2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Göründüyü kimi, iş üzrə cavabdeh sayılan iddiaçı Cavabdeh2 xx xxxx 2017-ci il tarixdə ölməsinə baxmayaraq, iddiaçı sonuncunun vəfatından 3 ildən artıq vaxt keçdikdən sonra ona qarşı iddia qaldırmışdır. Halbuki iddiaçı həmin iddianı vəfat etmiş Cavabdeh2 vərəsələrinə qarşı qaldırmalı idi. Şikayətin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əgər Cavabdeh2 məhkəmədə iddia qaldırıldıqdan sonra ölsəydi, Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə əsasən, onunhüquqi varisi müəyyən edilənədək iş üzrə icraatı dayandırılmalı idi. Cavabdeh2 isə hazırkı işdə tərəf olmamışdır. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərindən hazırkı mübahisəyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə daxil olduğu zaman Cavabdeh2 artıq öldüyündən , o, hazırkı iş üzrə tərəf olmamış və iş üzrə tərəf olmadığından sıradan çıxmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Deməli, iddiaçı hazırkı iddianı vəfat etmiş borclu Cavabdeh2 vərəsələrinə qarşı qaldırmaq imkanını itirməmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1414/2020 saylı qətnaməsi ilə iddia tələbi digər cavabdeh (zamin) Cavabdeh1 münasibətdə təmin edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1414/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı Qərara aldı: İddiаçı BOKT “xxxxxxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1414/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər tələbləri təmin olunmadığı hallarda rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-2319/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2319/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver