Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2324/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(039)-2419/2021 nömrəli qərardadından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı sahəyə, ünvan 2 ünvanından zəhərli və çirkli hava vurulan hissənin, çirkab sularının axıdılması üçün açılmış dəliyin betonlatdırılması, mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxan eyvanın onlar tərəfə olan hissəsinin tam olaraq cüt daşla, öz tərəfinə olan hissənin isə 2 metr hörülməsi, onun mülkiyyətində olan fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində qeyri-qanuni olaraq aparılmış tikinti və qeyri-tikinti sahəsinin, kommunal xəttin sökülərək yerinin betonlatdırılması, yağış sularının yığılması, onlara tərəf axıdılmaması, giriş qapısına 1 metr məsafədə olan çirkab sularının axıdıldığı yerin ləğv edilməsi və matorun yerinin dəyişdiriməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(039)-2419/2021 nömrəli qərardadı ilə Tələbkar məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması, ərizəçiyə ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah olunması qərara alınmışdır. Qeyd olunan qərardad ilə razı olmayan Tələbkar qərardaddan şikayət verərək, Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 19 noyabr 2021- ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tаrixli, 2(039)-2419/2021 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-2419/2021 saylı iş üzrə qəbul etdiyi 19 noyabr 2021-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(039)- 2419/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Tələbkar məhkəmə əmrinin çıxarılması ilə bağlı ərizə ilə məhkəməyə müraciə etsə də, ərizədə borclu haqqında məlumatları qeyd etməmişdir. Ərizəçi, həmçinin, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi də ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Tələbkar hazırkı tələbinə əmr icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələblərinə və ya əmlakın tələb edilməsi üzrə işlərə əmr icraatı qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Hazırki tələb işə əmr icraatı qaydasında baxılması üçün yuxarıda göstərilən tələblərə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(039)-2419/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(039)-2419/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 275, 276, 278 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(039)-2419/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2324/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2324/2021
16.12.2021 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver