Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-233/2025 11.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X14 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1039/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 69000 ABŞ dolları (dolların manata olan məzənnəsinə uyğun olaraq 117300 manat) pul və 407,30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 117707,30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh oğlu X18 ilə "xxxx" MMC arasında 11 fevral 2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən X4 Yasamal yaşayış massivi, yaşayış evinin blok 7, mərtəbə 1, ümumi sahəsi 92, mənzil 625 izolə olunmuş 2 otaqlı mənzili "xxxx" MMC-yə 69000 ABŞ dolları məbləğində ödəniş etməklə əldə etmişdir. Lakin onların arasında notarial qaydada alqı-satqı müqaviləsi imzalanmamışdır. Həmin mənzilin əldə edilməsində İddiaçı X1 göstərmişdir. Sonradan mənzilin sənələşdirilməsi ilə bağlı çətinliklərin yaranması səbəbli onun alışı üçün ödənilmiş 69000 ABŞ dolları mənilzin tapılıb əldə edilməsində köməklik göstərmiş İddiaçı 2014-cü ildə tələb edilmişdir. İddiaçı da həmin pulu Cavabdeh ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X18 cavabdehin oğludur. O, 1996-cı ildə Moskva şəhərində biznes qurmuşdur. 2003-cü ildə Asimanı özü ilə ora aparmış və Asiman işçim olmuşdur. Asiman 2008-ci il tarixində özünə Bakı şəhərində yeni tikilən binalardan birində ev alınması ilə bağlı ona bildirmişdir. O da öz növbəsində Asimanın xahişini yerə salmamaq üçün "xxxx" MMC-yə məxsus Yeni Yasamal massivində yerləşən binalardan birində sahəsi 92 kv.metr olan 2 otaqlı mənzil almaqda köməklik göstərmişdir. 2014-cü il tarixində Binəqədi Rayon Məhkəməsində məhkəmə gedən müddətdə mənzilə görə ödənilmiş pulu ondan tələb etmişlər. Çünki, həmin mənzili Asimanın xahişi ilə o tapmış və Asimanın valideynləri baş verənlərin onun məsuliyyətsizliyi üzündən baş verdiyini düşünmüşlər. Dəfələrlə pulu ona deyil, MMC-yə ödənildiyini izah etməyə çalışsa da onlar bununla razılaşmaq istəməmiş və təkidlə pulu tələb etmişlər. O da öz növbəsində çıxılmaz vəziyyətdə qalıb mənzilin alınmasına görə ödənilən 69000 ABŞ dolları pulu (dolların manata olan məzənnəsinə əsasən 117300 manat) cavabdehə qaytarmaq məcburiyyətində qalmışdır. Bunun əvəzində isə Asiman qeyd olunan mənzilin onun adına rəsmiləşdirilməsindən ötrü etibarnamə verməli idi. 2017-ci ildən 2024-cü ilin iyul ayına kimi həmin mənzildən istifadə etmişdir. Lakin bu ilin əvvəlində Asiman öz qohumuna onun bioloji qardaşı olan, lakin sənədlə qardaşı oğlu sayılan Şahid1 etibarnamə vermiş, sonuncu da mənzilin qazın, işığın, suyun kəsdirərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsindən sənədlərin surətlərini götürərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə vermiş, kirayəşinləri evdən çıxarmışdır. Əgər ev Asimanın olsaydı, 2017-ci ildə Asimangil, atası və anası gələrdi icra məmurundan mənzili təhvil götürərdi. Əgər ev onun olmasaydı 9 il məhkəmələrdə sürünməzdi. Səsyazısında Asiman deyir ki, “bütün orijinal sənədlər səndədir, narahat olma”. Səsyazısında cavabdeh isə deyir ki, “Mürsələ də deyəcəm ki, bizim pulumuzu Əli verib, sən bizə pul verməmisən”. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iş gedərkən müxtəlif tarixlərdə Asiman tərəfindən ona ayrı-ayrılıqda 2 etibarnamə verilmişdir. Lakin Asiman həmin pulun əvəzində Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Blok "7", mərtəbə "1", ümumi sahəsi 92 kv.metr, 625 nömrəli mənzilin (indiki ünvan: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 7-ci Alatava, "xxxx" MTK, Bina 92 K, mənzil 3) onun adına rəsmiləşdirilməsindən ötrü etibarnamə verməkdən imtina etmişdir. Hal-hazırda həm pulundan, həm də mənzilindən olmuşdur. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, o, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Asiman Zeynalov cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı "mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2434/2024 saylı, 21 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Bu səbəbdən zamanında qeyd olunan mənzilin alınmasına görə sonradan cavabdehə qaytardığı 69000 ABS dolları pulu (dolların manata olan məzənnəsinə əsasən 117300 manat) tələb edir. Bununla bağlı pulun 5 gün müddətində ödənilməsi ilə cavabdehə 04 iyul 2024-cü il tarixində bildiriş göndərmiş, lakin heç bir ödəniş olmamışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdehdən 69000 ABŞ dolları (dolların manata olan məzənnəsinə uyğun olaraq 117300 manat) pul və 407,30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 117707,30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil təmsil etmişdir. Eyni zamanda cavabdeh məhkəməyə teleqram göndərərək bildirmişdir ki, hal-hazırda səhhətində yaranmış problemlərlə bağlı Bakı şəhərində müalicə olunur. Həm də onu aldadaraq səsini gizli şəkildə yazaraq onu məhkəməyə vermiş şəxsi görmək belə istəmir. Bu səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmədə onu nümayəndəsi və vəkili təmsil edir. Nəzərə alınmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin vəkili/nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehin oğlu Asiman Zeynalov 11 fevral 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzili "xxxx" MMCdən əldə etmişdir. Tərəflər arasrnda mübahisə yarandığına görə Asiman "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilinin cavabdehin oğlu Asiman Zeynalova verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsi ilə "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli, 2(102)- 3899/2024 saylı qərarına əsasən cavabdeh tərəfin kassasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mənzillə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və mübahisələndirilə bilməz. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzil Asiman Zeynalova məxsusdur. Təxminən 1993-1994-cü illərdə iddiaçı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bizneslə məşğul olmuş və bir neçə ildən sonra Bakı şəhərinə qayıtmışdır. 1995-ci ildə isə cavabdehin həyat yoldaşının bacısı oğlu Şahid1 Moskva şəhərinə bizneslə məşğul olmağa getmiş və uzun müddət orada işləmişdir. Mürsəl cavabdehin övladları Asiman və Dadaşı öz yanına apararaq işə götürmüş və bir neçə dəfə onların maaşlarını Bakı şəhərində yaşayan yaxın qohumu olan iddiaçı vasitəsi ilə cavabdehə göndərmişdir. İddiaçı axırıncı dəfə 2011-ci ildə övladlarının maaşlarını ona gətirmiş, indi də həmin pulların guya Asiman tərəfindən mənzilin alınması üçün ödənilmiş pulların əvəzi olaraq avtomobilini sataraq öz cibindən ona qaytardığını iddia edir. Vəkil sorğusuna əsasən iddiaçının adına heç bir nəqliyyat vasitəsi olmamış və sonuncu heç bir avtomobil satmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehə məlumat verilmədən, xəbəri olmadan, cavabdehi aldadaraq, qanunsuz, əsassız yazılmış səs yazısının neçənci ildə, nə vaxt, harada, hansı şəraitdəicra olunduğu məlum deyildir. Ümumiyyətlə, söhbətin hansı məbləğdən getdiyi açıqlanmır. İddiaçı səs yazısında qeyd edir ki, avtomobilini sataraq mənzilin pulunu qaytarmışdır. Görəsən, burada hansı avtomobildən söhbət gedir? Görəsən, iddiaçı hansı avtomobilini, hansı qiymətə sataraq mənzilin pulunu cavabdehə qaytarmışdır? İddiaçının tələb etdiyi 69000 ABŞ dolları (dolların manata olan məzənnəsinə əsasən 117300 manat) məbləğində pulu həyatı boyu cavabdeh heç vaxt görməmişdir. Uzun illərdir ki, iddiaçın yazın qohumu Mürsəllə biznes mübahisəsi, mülk davası gedir. İddiaçı hesab edir ki, Moskva şəhərində ilk dəfə biznesi o qurmuş, sonradan Mürsəl və cavabdehin övladları Asiman ve Dadaş bu biznesə qoşulmuşlar. İddiaçı Asimanı da Mürsəllə aralarında yaranmış mübahisəyə qatmaq istəyir. Bu səbəbdən də iddiaçı 2008-ci ildə Asiman tərəfindən alınan mənzilin gah onun olduğunu iddia edir, gah da mənzilin pulunu tələb edir. Səs yazısında Asiman iddiaçıya deyir ki, “Heç kimə, heç nə verməyəcəm, aranızda (yəni Mürsəllə) yaranmış mübahisəni özünüz həll edin”. İddiaçı cavabdehi hədəf seçərək, onun yaşlı, savadsız qadın olduğundan istifadə edərək, cavabdehin qanunla qorunan hüquqlarını pozaraq, aldadaraq, səsini gizli şəkildə yazaraq ona qarşı məhkəmədə iddia qaldırmış, səs yazsını sübut kimi məhkəməyə təqdim etmişdir. İddiaçı iddia etdiyi pulları cavabdehin nəslində olan kişilərə deyil, heç bir sənəd və qəbz tələb etmədən savadsız qadına vermişdir? 2008-ci ildə Asiman tərəfindən mənzilin alınması üçün ödədiyi pulları iddiaçı cavabdehə qaytarmamışdır. İddiaçı bir neçə dəfə Mürsəl tərəfindən Moskva şəhərindən göndərilən övladlarının maaşlarını cavabdehə çatdırmışdır. Son dəfə belə hal 2011-ci ildə baş tutmuşdur. Bundan başqa iddiaçı cavabdehə heç vaxt nəyəsə görə pul verməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları qanunsuz şəkildə əldə edildiyindən sübut növü kimi qəbul edilə bilməz. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İddia tələbinin əsassız olması ilə yanaşı, əgər iddiaçı 2011-ci ildə mənzilin pulunu cavabdehə qaytarsaydı belə, iddia müddətini üzrsüz səbəbdən ötürərək 13 ildən sonra cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Yasamal Ryon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)-2956/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı dostları, cavabdehlər X5, X20 və X9 Asiman Zeynalova məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) xx.xx.2024-cü il tarixli, 2(037)- 1039/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, Cavabdeh dolların manata olan məzənnəsinə uyğun olaraq 117300 manat (69000 ABŞ dolları) pul və 407,30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 117707 (bir yüz on yeddi min yeddi yüz yeddi) manat 30 (otuz) qəpiyin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə 69000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh isə həmin pulun ona verilməsini etiraf etməsə də göndərdiyi teleqramda onu aldadaraq səsini gizli şəkildə yazıldığını qeyd edir və aldadıldğı barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh pulu iddiaçıya qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə ilk növbədə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə 69000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür.
9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinə dair sənədlərin əsillərinin hazırda iddiaçıda olması və bunu cavabdehin oğlu Asiman Zeynalovla iddiaçı arasında telefon danışığında öz əksini tapması, iddiaçı tərəfindən evin pulu ödənildiyi üçün evin onun olmasını Asimana bildirməsi və Asimanın da bu faktı qəbul edərək, evin sənədinin ona verdiyini, bu məsələyə onu qatmamalarını, qardaşı ilə öz məsələlərini həll etmələrini bildirməsi, eyni zamanda Cavabdeh evin pulunun verildiyini, oğluna ona etibarnamə verməklə evi onun adına keçirməsini bildirməsini, evin pulunun ona verilməsi tərəflər arasında qeydə alınan telefon danışıqlarında Cavabdeh tərəfindən də etiraf etməsi əks olunmuşdur. Belə olan təqdirdə iddiası tərəfindən iş materiallarına əlavə edilmiş sözügedən səs yazıları olan CD diskdə qeyd edilmiş səs yazılarının qanunsuz əldə edilməsi barədə isə cavabdeh tətəfindən məhkəməyə hər hanbsı sübut təqdim edilməməsini əsas tutaraq, məhkəmə sözügedən səs yazılarını mötəbər sübut növü kimi qəbul edir.
10. Məhkəmə cavabdeh tərəfindən hazırki tələbə iddia müddətinin tətbiqi barədə etiraz mülahizəsinə hüquqi qiymət verərək aşağıdakiləri qeyd etmişdir.
11. Hazırki mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mübahisəli mənzillə bağlı 2014-cü il tarixdən 2024-cü il tarixədək müxtəlif məhkəmə çəkişmələri olmuş, iddiaçı mübahisəli evin onun adına rəsmiləşdiriləcəyinə ümid etmiş, 2024-cü ilin iyul ayına qədər həmin mənzildən istifadə etmiş, həmin tarixdən sonra isə fərdi yaşayış evinin ona verilməyəcəyini bilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əsassız varlanma obyektinin qayatarılması barədə iki illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
12. İddia tələbinin qanuni əsası baxımından məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Cavabdeh iddiaçının 69000 ABŞ dolları pulunu iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı oldğundan məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir.
13. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 407,30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 376, 377.2, 378, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlu X18 xx.xx.2008-ciil tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə etmişdir. Tərəflər arasında mübahisə yarandığına görə oğlu Asiman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilinin oğluna, yəni iddiaçı X8 verilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsi ilə "xxxx" MMC-nin şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(102)- 3899/2014 saylı qərarına əsasən, cavabdeh tərəfin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mənzillə əlaqədar 2014-cüildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və mübahisələndirilə bilməz! Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzili oğlu X8 məxsusdur.
17. Çox maraqlıdır! Əgər iddiaçı Mahmudlu X7 Asiman Zeynal oğlu tərəfindən mənzilin alınması üçün ödənilmiş pulları ona qaytarmışdırsa: 1. Niyə görə İddiaçı dərhal, yəni 2011-ci ildə “SAFARİ-N MTK”-ya müraciət edərək, X18 ilə “SAFARİN MTK” arasında bağlanmış müqavilənin və maliyyə arayışının onun adına dəyişdirilməsini tələb etməmişdir? 2. Niyə görə İddiaçı 2011-ci ildə deyil, 13 il sonra, yəni 2024-cü ildə müstəqil tələb irəli sürməyən şəxs X10 cəlb edilməklə, cavabdeh “SAFARİ-N MTK”-ya qarşı X18 ilə “SAFARİ-N MTK” arasında bağlanmış müqavilənin dəyişdirilərək, onunla “SAFARİ-N MTK” arasında bağlanmasını və bağlanacaq müqaviləyə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhəkəmə iddia qaldırmışdır? 3. Niyə görə İddiaçı 2014-cü ildə oğlu Asimanın nümayəndəsi kimi məhkəmələrdə onu təmsil etmişdir? 4. Necə olur ki, X3 yaşayan, işləyən zaman, xx.xx.2015-ci il tarixdə İddiaçı 7 il müddətinə məhkəmədə onun nümayəndəsi olmaq, qət edilmiş əmlakı və pulları almaq səlahiyyəti vermişdir? 5. Ümumiyyətlə, o, İddiaçı mənzil alınması üçün pul verməmişdir və niyə görə o, evin pulunu ona qaytarmalı idi? Qeyd etmək istəyir ki, təxminən 1993-1994-cü illərdə hazırki mülki iş üzrə İddiaçı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bizneslə məşğul olmuş və bir neçə ildən sonra Bakı şəhərinə qayıtmışdır. 1995-ci ildə isə həyat yoldaşının bacısı oğlu- Şahid1 Moskva şəhərinə bizneslə məşğul olmağa getmiş və uzun müddət orada işləmişdir. Sonradan o, onun övladları X10 və X15 öz yanına apararaq, işə götürmüş və bir neçə dəfə onların maaşlarını Bakı şəhərində yaşayan yaxın qohumu, hazırki iş üzrə İddiaçı vasitəsilə ona göndərmişdir. İddiaçı axırıncı dəfə 2011-ci ildə uşaqlarının maaşlarını ona gətirmiş, indi də o pulların guya Asiman tərəfindən mənzilin alınması üçün ödənilmiş pulların əvəzi olaraq, avtomobilini sataraq, öz cibindən ona qaytardığını iddia edir (səs yazılarında o, avtomobilini sataraq, evin pulunu ona qaytardığını bidirir.). Tərəflərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə vəkil sorğusu göndərilərək, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı adına əvvəllər olmuş və hal-hazırda olan bütün nəqliyyat vasitələrinin qeydiyyatdan keçməsi barədə geniş hüquqi arayışın verilməsi xahiş olunmuşdur. Vəkil sorğusuna verilmiş cavab məktubundan görünür ki, 2011-ci illərdə İddiaçı adına heç bir nəqliyyat vasitəsi olmamış və o, heç bir avtomobil satmamışdır (etiraza əlavə olunur). İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, ona məlumat verilmədən, onun xəbəri olmadan, onu aldadaraq (O, bildirmişdir ki, onun davası onlarla deyil, onlara heç nə olmayacaq. Onun mülk davası qardaşı Şahid1lədır və onu məcbur etmişdir ki, səs yazılarında olan ifadələri versin), qanunsuz, əsassız yazılmış səs yazısının neçənci ildə, nə vaxt, harada, hansı şəraitdə icra olunduğu məlum deyildir. Ümumiyyətlə, söhbətin hansı məbləğdən getdiyi açıqlanmır. İddiaçı səs yazısında qeyd edir ki, avtomobilini satıb, mənzilin pulunu onlara qaytarmışdır. Görəsən, burada hansı avtomoibildən söhbət gedir? Görəsən, iddiaçı hansı avtomobilini, hansı qiymətə sataraq, mənzilin pulunu ona qaytarmışdır? İddiaçının ondan tələb etdiyi 69.000 ABŞ dolları (dolların manata olan məzənnəsinə əsasən 117.300 manat) məbləğində pulu həyatı boyu heç vaxt görməmişdir. Ümumiyyətlə, oğlu tərəfindən alınan mənzilin sahəsi sənədlərdə 92 kv.m olmasına baxmayaraq, faktiki 62 kv.m-dir. Bu səbəbdən mənzil sənədlərdə qeyd edildiyi kimi, 69000 ABŞ dollarına deyil, 35000 manata alınmışdır. Qeyd etmək istəyir ki, uzun illərdir ki, İddiaçı yaxın qohumu Şahid1 ilə biznes mübahisəsi, mülk davası gedir. İddiaçı hesab edir ki, Moskva şəhərində ilk dəfə biznesi o qurmuş, sonradan Mürsəl və onun övladları Asimanı və Dadaşı bu biznesə qoşulmuşlar. İddiaçı Asimanı da Şahid1 ilə aralarında yaranmış mübahisəyə qatmaq istəyir. Bu səbəbdən də 2008-ci ildə Asiman tərəfindən alınan mənzilin onun olduğunu iddia edir. Halbuki, oğlu Asimanla "xxxx" MMC arasında mənzillə bağlı məhkəmə çəkişməsi 2014-cü ildə bitmiş və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Bu barədə İddiaçı xəbəri olmuş, belə ki, o, etibarnamə əsasında oğlu Asimanı məhkəmələrdə təmsil etmişdir.
18. İndi də İddiaçı onu hədəf seçərək, onun yaşlı, savadsız qadın olduğundan istifadə edərək, onun qanunla qorunan hüquqlarını pozaraq, onu aldadaraq, səsini gizli şəkildə yazaraq, ona qarşı məhkəmədə iddia qaldırmış, səs yazısını sübut kimi məhkəməyə təqdim etmişdir. Səs yazısında konkret olaraq 69000 ABŞ dolları məbləğindən söz getmir.
19. Niyə görə biznes işlərini gözəl bilən, savadlı, gənc İddiaçı iddia etdiyi pulları nəslində olan kişilərə deyil, heç bir sənəd, qəbz tələb etmədən ona, savadsız qadına verir? Bir daha qeyd etmək istəyir ki, 2008-ci ildə oğlu Asiman tərəfindən mənzilin alınması üçün ödədiyi pulları İddiaçı ona qaytarmamışdır. O, bir neçə dəfə Moskva şəhərindən Şahid1 tərəfindən ona göndərilən uşaqlarının maaşlarını ona çatdırmışdır. Son dəfə belə hadisə 2011-ci ildə baş tutmuşdur. Bundan başqa, iddiaçı ona heç vaxt, heç zaman nəyə görəsə pul verməmişdir. Hesab edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları qanunsuz şəkildə əldə edildiyindən sübut növü kimi qəbuledə bilməz.
20. Hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən rədd edilməli idi. İddia tələbinin əsassız olması ilə yanaşı, iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. İddiaçı 2011-ci ildə mənzilin pulunu ona qaytarsaydı belə, iddia müddətini üzrsüz səbəbdən ötürmüş və 13 ildən sonra məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırmışdır.
21. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə əsassız və qanunusuzdur: Belə ki, qətnamədə qeyd edildiyi kimi, hazırkı mübahisə üzrə 69000 ABŞ dolları məbləğində pulun 2011-ci ildə cavabdehə (yəni ona) verilməsi sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəf 69000 ABŞ dolları məbləğində pulun ona verdiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim olunmuş yeganə sübut növü olan, əsassız və qanunsuzsəs yazısında hansı məbləğin, hansı şəraitdə, kimin yanında iddiaçı tərəfindən ona verilməsi vurğulanmır. Məhkəmədə aparılmış video görüntülərə nəzər salınsa, iddia ona verilmiş “Mənzil hansı qiymətə alınmışdır?” suallarına cavab verməkdə çətinlik çəkir. Onun, hətta şahid qismində məhkəməyə dəvət etdiyi, Bakı şəhərindən İsmayıllı rayonuna gətirdiyi, heç bir prosesdə iştirak etməyən, Hacı xanım anası X19 da eyni suala cavab verməkdə çətinlik çəkmişdir.
22. Lakin göründüyü kimi, iş materiallarında iddiaçı tərəfindən 69000 ABŞ dolları məbləğində pulun ona verilməsinə dair heç bir möhtəbər sübut yoxdur. Yuxarıda qeyd etdiyi kimi, uzun illərdir ki, iki qardaş – Şahid1 və İddiaçı arasında mülk davası gedir. Artıq bütün qohumlar, tanışlar onların bu hərəkətlərindən bezmişlər və onlara heç kim baş qoşmaq istəmir. İddiaçı onu, günahsız qadını hədəf seçərək, onun yaşlı, savadsız olmağından istifadə edərək, onu aldadaraq (onlarla heç bir işi yoxdur, onun avası qardaşı Mürsəllədir), səsini gizli şəkildə yazması və ona qarşı məhkəmədə haqsız iddia qaldırması ona çox pis təsir etmişdir. Bu səbəbdən həyatda, o cümlədən də məhkəmədə belə bir insanla rastlaşmaq istəmir.
23. Sözügedən mənzil heç vaxt İddiaçı istifadəsində olmamışdır. O, artıq 2014-cü ildə çox gözəl bilirdi ki, mənzil onun deyil, oğlu Asimanındır. Niyə görə İddiaçı mənzilin onun adına rəsmiləşdiriləcəyinə ümid edirmiş? Oğlu Asiman öz mənzilini niyə görə ona verməliydi? Hesab edir ki, burada heç bir əsassız varlanmadan söhbət belə gedə bilməz! Əgər getsə də belə yenə də 2 illik iddia müddəti ötürülmüşdür.
24. Etibarnamə əsasında oğlu Asimanı məhkəmələrdə təmsil edən İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən onun icazəsi olmadan evin sənədlərinin əsllərini götürmüşdür. Səs yazılarında isə oğlu Asiman ona bildirmək istəyir ki, onunla MTK arasında bağlanmış mənzilin sənədlərini məhkəmədən icazəsiz götürməkdə məqsədi nədir? Bilirsən ki, mənzil ona məxsusdur.
25. Göründüyü kimi, İsmayıllı Rayon Məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsaslandırılmayan, qanunsuz qətnamə qəbul edilmişdir.
26. Hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən rədd edilməli idi. İddia tələbinin əsassız olması ilə yanaşı, iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. İddiaçı 2011-ci ildə mənzilin pulunu ona qaytarsaydı belə, iddia müddətini üzrsüz səbəbdən ötürmüş və 13 ildən sonra məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Göründüyü kimi, pul tələbinə dair iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etsə də, ərizəsi hakim tərəfindən nəzərə alınmamışdır.
27. Lakin məhkəmə mülki işə baxarkən, hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, düzgün olmayan əsassız, qanunsuz qətnamə qəbul etmişdir.
28. Göründüyü kimi, mənzillə əlaqədar 2014-cü ildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylımənzilin oğlu X8 məxsus olmasını İddiaçı bilmişdir.
29. Belə ki, o, məhkəmələrdə oğlu Asimanın nümayəndəsi olmuşdur. 2024-cü ildə İddiaçı “X18 ilə cavabdeh “SAFARİ-NMTK” arasında bağlanmış müqavilənin dəyişdirilərək, onunla “SAFARİ-NMTK” arasında bağlanması və bağlanacaq müqaviləyə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2434/2024 saylı qətnaməsinə əsasən, onun iddia tələbi təmin edilməmişdir. Beləliklə, İddiaçı mənzilin oğlu Asimana məxsus olmasını 2014-cü ildə bilmiş və o dövrdə məhkəmə qətnamələrini mübahisələndirməmişdir. Qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.
30. Hesab edir ki, məhkəmə tərəfindən sübutlar qeyri obyektiv, qərəzli, birtərəfli araşdırıldığı üçün onlar düzgün qiymətləndirilməmiş, tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verilmiş və nəticədə əsassız, qanunsuz qətnamə qəbul edilmişdir.
31. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1039/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh apellyasiya şikayətinə əlavəsində apellyasiya şikayətində 7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsinin 2-ci bəndində tərəfindən mexaniki səhvə yol verildiyini cümlənin tamamlanmadığını göstərmiş, “Hesab edirəm ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş...” kimi yazılmış cümlənin “Hesab edirəm ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, qanunu pozmaqla əldə edilmiş səs yazıları sübut kimi götürülə bilməz” kimi qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı apellyasiya şikayətinə yazılı etirazında Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1039/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1039/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1039/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
38. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Apellyator İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)- 1039/2024 nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 69000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh isə həmin pulun ona verilməsini etiraf etməsə də birinci instansiya məhkəməsinə göndərdiyi teleqramda onu aldadaraq səsini gizli şəkildə yazıldığını qeyd edir, həmçinin birinci instansiya məhkəməsində tədqiq edilmiş səs yazısında evin pulunun iddiaçı tərəfindən ona verildiyini təsdiq etmiş, cavabdehin iddiaçı tərəfindən aldadılması halı isə müəyyən edilməmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.
46. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı onu aldadaraq, səsini gizli şəkildə yazması, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları qanunsuz şəkildə əldə edildiyindən sübut növü kimi qəbul edə bilməməsi, qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi götürülə bilməməsi, iddiaçı tərəfin 69000 ABŞ dolları məbləğində pulu ona verdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməməsi, 2008-ci ildə oğlu Asiman tərəfindən mənzilin alınması üçün ödədiyi pulları İddiaçı ona qaytarmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsinə göndərdiyi teleqramından, apellyasiya şikayətinin dəlillərindən müəyyən edildiyi kimi birinci instansiya məhkəməsində tədqiq edilməklə telefon danışıqlarının yazıldığı CD diskin məzmununda qeyd edilmiş evin pulunun iddiaçı tərəfindən cavabdehə verilməsinə dair cavabdehin etirafının ona aid olması Cavabdeh tərəfindən inkar edilməmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, «N.Əsədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
48. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı təqdim etdiyi CD diskdə qeydə alınan danışıqları sübut kimi qiymətləndirməkdə doğru nəticəyə gəlmişdir.
50. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin səs yazısında məbləğin hansı şəraitdə, kimin yanında iddiaçı tərəfindən ona verilməsinin vurğulanmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, məbləğin onun tərəfindən alınmasını etiraf edildiyi halda onun hansı şəraitdə və kimin yanında verilməsi iş üçün əhəmiyyət kəsb etmir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun İddiaçı mənzil alınması üçün pul verməməsi və niyə görə onun evin pulunu ona qaytarmalı olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı təqdim etdiyi CD diskdə qeydə alınan danışıqlarda İddiaçı evin pulunun ona verilməsi Cavabdeh özü tərəfindən etiraf edilmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia etdiyi pulları nəslində olan kişilərə deyil, heç bir sənəd, qəbz tələb etmədən nəyə görə ona verməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçıya həmin suala cavab verilməsi təklif edildikdə, sonuncu bunu Xurşuda ağbirçək kimi inamının olması, övladlarının qazanclarının Xurşud tərəfindən saxlanılması, həmin evin xəzinədarının (kassirinin) Xurşud olması ilə əsaslandırmışdır.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin səs yazısında konkret olaraq 69000 ABŞ dolları məbləğindən söz getməməsi, mənzilin sənədlərdə qeyd edildiyi kimi, 69000 ABŞ dollarına deyil, 35000 manata alınması, səs yazısında hansı məbləğin iddiaçı tərəfindən ona verilməsinin vurğulanmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan 11 fevral 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 Yasamal yaşayış massivi, yaşayış evinin blok 7, mərtəbə 1, ümumi sahəsi 92, mənzil 625 izolə olunmuş 2 otaqlı mənzili 69000 ABŞ dolları məbləğinə "xxxx" MMC-dən əldə etmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sözügedən mənzilin heç vaxt İddiaçı istifadəsində olmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(004)-2956/2024 nömrəli qətnaməsindən görünür ki, həmin mübahisə üzrə işə baxılarkən iddiaçı X6 nümayəndəsi cavabdehləri həmin mənzilə üçüncü şəxsin (İddiaçı) yerləşdirdiyini, cavabdehlərin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin tanışları olduqlarını göstərmişdir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi, iddiaçının 2011-ci ildə mənzilin pulunu ona qaytarsaydı belə, iddia müddətini üzrsüz səbəbdən ötürməsi və 13 ildən sonra məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2014-cü il tarixli, 2(001)1376/2014 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2014-cü il tarixli, 2(103) 2694/2014 nömrəli qətnamələrindən göründüyü kimi iddiaçı X6 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə baxılarkən cavabdehin oğlu X10 məhkəmədə hazırkı iş üzrə İddiaçı təmsil etmişdir ki, bu da X18 ilə İddiaçı arasında etibarlı münasibətlərinin olmasının göstəricisidir.
56. Kollegiya qeyd edir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
58. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
59. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
60. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
61. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
62. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
63. İş materiallarından İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının 2024-cü ilin əvvəllərində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməsinədək, həmçinin X6 İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin 7-ci bloku, 1-ci mərtəbəsində yerləşən 625 saylı mənzilinə yerləşdirilmiş cavabdehlər X5, X20 və X9 həmin mənzildən çıxarılmalarına dair 2024-cü ilin əvvəllərində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edənədək İddiaçı mübahisəli mənzil üzrə Cavabdeh ödədiyi pul vəsaitinə görə öz hüququnun pozulduğunu bilməsi halı müəyyən edilməmişdir.
64. Belə ki, işdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(004)- 2434/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
65. İşdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(004)-2956/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X5, X20 və X21 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin 7-ci bloku, 1-ci mərtəbəsində yerləşən 625 saylı mənzildən (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, yeni Yasamal yaşayış massivi, 7-ci Alatava “Safari-N MTK” bina 92K, 3 saylı mənzil) çıxarılmaları qət edilmişdir.
66. Göründüyü kimi hazırki iş üzrə iddia müddətinin axımı 2024-cü ilin əvvəlindən başlamış və 2 illik iddia müddəti keçənədək, yəni 29 iyul 2024-cü il tarixdə iddiaçı hazırkı iddia ərizəsini birinci instansiya məhkəməsinə təqdim etmişdir.
67. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir.
68. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməməsi, tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verilməsi, mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmaması, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
71. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, işin faktiki halları tam və hərtərəfli araşdırılmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1039/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1039/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.