Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2349/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi tələbinə dair” mülki iş üzrə iddianın təmin tədbiri barədə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1806/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə İddiaçı ərizə ilə müraciət edərək iddianı təmin tədbiri kimi Cavabdeh ünvan 1 ünvanında yaşadığı evin həyətində qanunsuz saxlanılan “KİA-Picanto” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Ağdaş rayon Polis Şöbəsinin avtomobillərin müvəqqəti saxlanma meydançasına yerləşdirilməklə üzərinə həbs qoyulmasına, həmin minik avtomobili ilə əlaqədar cavabdehin və yaxud da başqa şəxslərin hər hansı hərəkətlər etməsinə (avtomobili satmasına, ipoteka qoymasına, bağışlamasına, dəyişməsinə və s.) qadağa qoyulmaqla iddianı təmin etmə tədbirinin görülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1806/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh yaşadığı ünvan 1 ünvanında saxlanılan “KİA-Picanto” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması, həmin minik avtomobili ilə əlaqədar cavabdehin və yaxud da başqa şəxslərin hər hansı hərəkətlər etməsinin (avtomobili satmasının, ipoteka qoymasının, bağışlamasının, dəyişməsinin və s.) qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1806/2020 nömrəli qərardadından Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilməsini və “KİA- Picanto” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə əsassız olaraq qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1806/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli, 2(014)- 1806/2020 saylı qərardad yaşadığı ünvana xx.xx.2020-ci il tarixində daxil olmuşdur. Məhkəmə tərəfindən həmin qərardadın qəbul edildiyi məhkəmə iclası onun iştirakı olmadan keçirilib. İddiaçı sözügedən avtomobilə heç bir əlaqəsinin olmamasını bildirməyib. Məhkəmənin qərardadı qanun pozuntusu ilə qəbul edilib, bu qərardad əsassız və ədalətsizdir. Belə ki, onun cavabdehlə borcla bağlı müqaviləsi yoxdur və ola da bilməz. O heç kimlə pul məbləği ilə bağlı borc müqviləsi bağlamamışdır. xx.xx.2020-ci il tarixində iddiaçı X1 Rayon Məhkəməsində ona qarşı “borc və faiz tələbinə dair” əsassız olaraq, iftira yoluyla iddia qaldırmışdır. Məhkəmənin inzibati binasında 2(014)-1806/2020 nömrəli mülki işə məhkəmə iclas zalında baxılmış və ona qarşı ədalətsiz, qərəzli qərardad qəbul edilmişdir. Hesab edir ki, iddiaçının xeyrinə qəbul edilən qərardad ədalətsizdir və qanuna uyğun deyildır. Ona görə də şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1806/2020 nömrəli qərardadı ləğv edilərək iddianın təmin tədbiri kimi ünvan 1 ünvanında saxlanılan “KİA-Picanto” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə iddiaçının vəsatəti rədd edilməlidir. Belə ki, Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, formalaşmış təcrübəyə əsasən məhkəmə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi təmin tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə dərəcədə əlaqəli və mütənasib olduğunu araşdırmalıdır. Bu zaman məhkəmə həm də əmin olmalıdır ki, iddianı təmin tədbirinin görülməməsi iddia tələbinin təmin olunması halında məhkəmə qərarının icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Təmin etmə tədbirlərinin irəli sürülmüş iddia tələbinə mütənasibliyi baxımından hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya, yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Görülmüş təmin tədbirləri MPM-in 157-ci maddəsində göstərilən məqsədlərə uyğun olmalıdır. Bu maddədə nəzərdə tutulmuş məqsədlərə uyğun gəlməyən iddianı təmin tədbirlərinin görülməsinə yol verilmir. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, konkret halda iş materiallarında üzərinə həbs qoyulması tələb edilən avtomobil barəsində zəruri məlumatlar yoxdur. Belə ki, avtomobilin dövlət qeydiyyat nişanının seriyasından görünür ki, həmin avtomobil Sumqayıt şəhər DYP orqanında qeydiyyatdadır, yəni mübahisəli avtomobilin mülkiyyətçisi Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxsdir. Deməli, Ağdaş şəhərində qeydiyyatda olan Cavabdeh sözügedən avtomobilin mülkiyyətçisi deyil və onun bu avtomobilə nə kimi aidiyyətinin olması bilinmir. İddiaçı da ərizəsində mübahisəli avtomobilin cavabdehin yaşadığı ünvanda qanunsuz saxlanıldığını qeyd etsə də, lakin bu avtomobili cavabdehin necə əldə etməsini, onun həmin avtomobilə nə kimi aidiyyətinin olmasını aydınlaşdırmamışdır. Ona görə də sözügedən avtomobilin üzərinə həbs qoyulması başqa şəxsin mülkiyyət hüququnu poza bilər. Digər tərəfdən isə, üzərinə həbs qoyulması tələb edilən avtomobilin cavabdehin mülkiyyəti olmadığını ehtimal etməyə əsas olduğundan gələcəkdə iddia tələbinin təmin ediləcəyi halda belə, həmin avtomobilə tutmanın yönəldilməsi qeyri-mümkün görünür. Bu da sözügedən avtomobil barəsində iddianın təmin tədbirinin görülməsini əhəmiyyətsiz edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “iddianın təmin tədbiri barədə” ərizəni qismən təmin edərək Cavabdeh yaşadığı ünvan 1 ünvanında saxlanılan “KİA-Picanto” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmasına dair qərar qəbul etməsi əsaslı və işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyаsının qənaətincə, birinci instansiya məhkəməsinin iddianın təmin tədbiri barədə qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qismən əsaslı sayılmaqla təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1806/2020 nömrəli qərardadı ləğv edilməli və İddiaçı “iddianın təmin tədbiri barədə” ərizəsi rədd edilməlidir. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1806/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi tələbinə dair” mülki iş üzrə İddiaçı “iddianın təmin tədbiri barədə” ərizəsi rədd edilsin. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2349/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2349/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver