Məhkəmə qərarları › İş №2(107)-235/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-235/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-235/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)-4/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)- 4/2021 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia qismən təmin olunmuş, Cavabdeh 2994 manat əsas borc və 50 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 3064 manat (üç min altmış dörd manat) borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 5724 manat əsas borcun və 3000 manat faiz üzrə borcun, cəmi 8724 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmənin 16 fevral 2017-ci il tarixli əmri ilə ərizə təmin edilmiş, Cavabdeh etiraz ərizəsinə əsasən məhkəmənin 17 dekabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iş üzrə icraat təzələnərək baxılması üçün təyin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Borclu Cavabdeh ilə aralarında bağlanmış 01 noyabr 2014-cü il tarixli borc müqaviləsinə əsasən VAZ-2106 markalı ** XE *** alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 01 noyabr 2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 5724 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh 01 noyabr 2014-cü il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Cavabdehnun maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 3000 manatını tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh 01 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5724 manat əsas borcun və 3000 manat faiz üzrə borcun, cəmi 8724 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 20 manat dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasnda iştirak edə bilmədiyini bildirərək işə iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki,o, iddiaçı ilə 2014-cü ildə müqavilə bağlayaraq avtomobil alınması məqsədi ilə 5724 manat faizsiz kredit götürmüşdür. Həmin borc müqaviləsi üzrə borcunu tamamilə ödəyib qurtarmışdır. Lakin iddiaçı onun etdiyi ödənişlər üzrə ona qəbz verməmiş, onu aldatmışdır. 08 fevral 2017-ci il tarixdə onun Azərbaycan Respublikasında olmamasından istifadə edən iddiaçı Ağdaş Rayon Məhkəməsinə borc tələbi ilə bağlı məhkəmə əmrinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, ümumilikdə 8724 manat borcun və 20 manat dövlət rüsumu olmaqla ondan məhkəmə qaydasında pul məbləğinin tutulması və ona ödənilməsini xahiş etmişdir. 16 fevral 2017-ci il tarixdə məhkəmə əmrinə dair ərizə təmin edilmişdir.O,Azərbaycana qayıdandan sonra və Dost MMC-də işləyən zaman onun əmək haqqısından icra və probasiya şöbəsi pul tutarkən bilmişdir ki, onun barəsində məhkəmə əmri mövcuddur.Odur ki, o,12 dekabr 2020-ci il tarixdə məhkəməyə məhkəmə əmrinin ləğvi barədə ərizə vermiş və məhkəmə əmri ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Qeyd etmək istəyir ki, o,Türkiyədə qızı gildə yaşayarkən cavabdeh oğlundan müxtəlif qanunsuz yollarla onun mobil telefonunu almış və onu sərhəddə tutduracağı hədəsi ilə ondan 10 ay müddətinə 200 manat pul almışdır. Nəzərə çatdırır ki, o, cavabdehə borclu olmadığını bilsə də, sərhədi keçərkən həbsə alına biləcəyindən qorxaraq 10 ay müddətində cavabdehə 200 manat pul göndərməyə məcbur olmuşdur. Qeyd edir ki, məsləni tamamilə həll etmək üçün o,vətənə qayıtmış və məhkəmə əmrinə etiraz etsə də, məhkəmə işin birdəfəlik həllinə mane olaraq iddianı baxılmamış saxlamış,daha sonra isə iş üzrə icraatı təzələyərək iddiaçının xeyirinə qərar çıxarmışdır. Qeyd edir ki, vətənə bu məsələnin həlli üçün qayıdarkən Nidə Ağ saray şəhərindən Ankara şəhərinin Hava limanına qədər avtobus Azərbaycan manatı ilə 30 manat, Ankaradan təyyarə ilə Bakıya gələrkən biletə 310 manat və Bakıdan Ağdaşa gələrkən 15 manat xərci caavbdehin günahı ucbatından çəkmişdir. İddiaçının hərəkəti ilə ona ciddi zərər vurmuş və ondan 2730 manat pul məbləği almışdır. İşin faktiki halları ilə bağlı bildirir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi 24 ay olmuşdur və ödənişlər vaxtında ödənilmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Sadəcə olaraq o, borcu ödəyərkən heç bir kassa mədaxil qəbzləri iddiaçı ona verməmişdir. O, borcu ödəyib qurtarsa da, cavabdeh ona təmizlik kağızı verməmişdir. Hesab edir ki, iddia əsassızdır odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, işlədiyi yer üzrə cavabdeh ilə qonşudur. Cavabdeh İddiaçı borcu var idi. Cavabdeh Türkiyədə olarkən ona 10 ay müddətində hər ay 200 manat olmaqla Dəmirbank vasitəsi ilə pul göndərmiş və o da həmin pulu Cavabdeh borcu üçün İddiaçı vermişdir. Ümumilkdə Cavabdeh İddiaçı borc üzrə ödəniş etmək üçün cəmi 2000 manat pul göndərmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli N°2(014)-04/2021 saylı qəbul etdiyi qətnaməsindən görünür ki, iddiaçı X1 borcun və faizin ödənilməsi tələbi haqqında mülki iş üzrə ərizə ilə məhkəməyə müraciət etmiş və “VAZ 2107” markalı 90XU411 dövlət nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə sənəd məhkəməyə təqdim edə bilməmişdir. Yəni onun borcunun olmasını heç bir sənədlə sübuta yetirə bilməmişdir. Ödənişlə bağlı cavabdehliyini tam bitirəndən sonra guya iddiaçı Ələkbarov Seymurun razılığıyla Əhmədov Kamran sərəncam vermək hüququyla bağlı etibarnamə vermək üçün özünün də səlahiyyət müddətinin bitdiyini əsas gətirərək bu etibarnamənin, yəni avtomobilin ilkin sahibi X2 almalı olduğunu bildirmişdir. Bu faktla bağlı iddianın əsassız olması sübutdur. Yəni iki nəfərin razılığı onu sübut edir ki, borc tam olaraq ödənilmişdir ki, o, avtomobili etibarnamə almaq yoluyla iddiaçının razılığıyla onların adından çıxartdırıb öz mülkiyyətinə daxil etmişdir. İddiaçı Ələkbarov Seymur açıq aşkara borcun ödənilməməsini sübut edə bilmir. Ona görə də, sübutlar qəbul edilərək Apellyasiya şikayətinə baxılmasını, Ağdaş rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli N°2(014)-04/2021 saylı “Borcun ödənilməsi tələbi haqqında” iddiasına dair mülki iş üzrə borcun silinməsini, yəni qətnamənin ləğv edilməsini və təqdim olunmuş sübutlar əsasısnda mülki iş üzrə yeni ədalətli qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)- 4/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan tərəflər arasında 01 noyabr 2014-cü il tarixli borc müqaviləsinə əsasən VAZ-2106 markalı ** XE *** alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 01 noyabr 2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 5724 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Okean cehiz mağazasının qəbzlərindən görünür ki, Cavabdeh borc üzrə 80 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra və Probasiya şöbəsinin 26 iyul 2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktutundan görünür ki, Cavabdeh əmək haqqısından Ağdaş Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün 650 manat tutularaq İddiaçı Rafail oğluna verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2 və 467-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə borc müqaviləsi bağlamış və borc üzrə məhkəmə iclasında dindirilmiş şahid vasitəsi ilə iddiaçıya 2000 manat, icra və probasiya şöbəsi cavabdehin əmək haqqısından 650 manat tutmaqla, həmçinin cavabdeh tərəfindən 80 manat olmaqla, iddiaçıya cəmi 2730 manat pul ödənilmişdir. Cavabdeh iddiaçıya borc üzrə ödəniş edib qurtardığını bildirsə də, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçıya borc üzrə 2730 manat ödəniş edilmiş, belə olan halda əsas borcun məbləğində ödəniş edilmiş məbləğ çıxılaraq əsas borc 2994 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə tələb edilən 3000 manat faiz borcu yox, dəbbə puludur,belə ki,tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 2994 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 3000 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 3000 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən – 3044 manat həcmində təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən – 3044 manat həcmində təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırki iş üzrə Cavabdeh “borc müqaviləsi” adlı kağıza imza etməklə aldığı 5724 manat borcu tam həcmdə qaytarmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)-4/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)- 4/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar