Məhkəmə qərarları › İş №2(107)-2357/2019

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2357/2019

26.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2357/2019 26.08.2019 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Quliyev İnşallah Fərrux oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikintiyə xərclənmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(025)- 672/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(025)-672/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 39.480 (otuz doqquz min dörd yüz səksən) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin M/H: AZE03NABZ********************, SWİFT İBAZAZ2X, İBAN AZ61İBAZ********************, VÖEN **********, Hesablaşma nömrəsi ABB Nərimanov filialı kod 805540 hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı «tikintiyə xərclənmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 40000 (qırx min) ABŞ dolları və qalanın (hasarın) tikintisinə xərclənmiş 5000 (beş min) manat pul vəsaitinin məcburi alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 2005-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxx 2006-cı il tarixdə Elton adlı uşaq doğulmuşdur. Cavabdeh onun ikinci ailəsidir. Birinci nikahdan isə xx xxxx 1996-cı il tarixdə Elturan adlı uşaq anadan olmuşdur. Nikahları pozulan zaman həmin uşaq onun himayəsində saxlanılmışdır. Rövşənlə ailə quran zaman birinci nikahdan 10 yaşında uşağının olduğunu, uşağı da özü ilə götürəcəyini ona bildirmişdir. Cavabdeh onun fikrinə etiraz etməmiş və razılıq vermişdir. Hətta öz həyətində ona ev tikmək üçün torpaq sahəsi verəcəyinə də söz vermişdir. Buna görə aralarında nikahın bağlanmasına razılıq vermişdir. Nikahdan sonra həmin uşağı evə gətirmişdir. Elturan məktəbə cavabdehlə yaşadıqları evdən getmişdir. Rövşənlə 12 il birgə yaşamış,həmin dövrdə onun göstərdiyi 0,03 ha torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. Cavabdeh ona ev tikmək üçün torpaq sahəsi versə də, evin tikintisi 2006-cı ildən atasının vəsaiti hesabına aparılmışdır. Həmin ev, Elturanın yaşaması məqsədi ilə inşa olunmuşdur. Tikinti işlərini mərhum atasının nəzarəti altında Qəbələ rayonun Çarxana kəndindən olan Abulfət adlı usta aparmışdır. Tikintiyə lazım olan materialları usta özü almış, dəyərini sonra atası ödəmişdir. Evin ikinci mərtəbəsində bir otaq və mətbəx, birinci mərtəbəsində isə hamam və ayaqyolu hazırdır. Son tamamlama işlərinin yekunlaşdırılması mərhələsində cavabdehin günahı ucbatından ailə münasibətləri pozulduğundan, bir müddət faktiki olaraq ayrı yaşamışlar. xx.xx.2016-cı il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Tikintinin yerləşdiyi torpaq sahəsi Rövşənin adına olmadığı üçün evi adına rəsmiləşdirilməklə mülkiyyətə dair müvafiq sənəd ala bilməmişdir. Tikintinin sökülərək götürülməsi isə istifadə olunan materialların yararsız hala düşməsinə və xərclənin vəsaitin itkisinə səbə ola bilər. Onu da qeyd edir ki, tikinti üçün ustaya 3000 ABŞ dolları məbləğində pul ödəmişdir. Evin tikintisində işlədilən taxta materiallarına 2200 ABŞ dolları, dam örtüyünə istifadə olunan 150 ədəd şiferə 750 manat, 8000 ədəd mişar daşına 5000 manat xərcləmişdir. Tikinti zamanı 15 ton sement, 200 manat dəyərində 4 maşın qrabil və çaydaşı, hər birinin dəyəri 100 manat təşkil edən 2 ədəd plastik materialdan qapı, dəyəri 100 manat olan 2 ədəd şam taxtasından hazırlanmış qapı, 200 ABŞ dolları dəyərində 2 ədəd 150-lik dəmir boru istifadə edilmişdir. Suyun çəkilməsi üçün 200 manat, evin altında olan girişə dəmir qapı qoyulması üçün (darvaza) 300 manat, həyətin giriş qapısına 300 manat məbləğində pul xərcləmişdir. Bundan başqa 100 manata unitaz (xüsusi quruluşlu çanaq), 100 manata kafel, 150 manata 2 tonluq çən alınmışdır.Evin tikintisinə 35000 ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Həmin vəsait Rusiya Federasiyasında yaşayan bacısı Müşviqə Pənahova tərəfindən ona kömək məqsədi ilə verilmişdir. Atası isə tikintiyə nəzarəti həyata keçirtmişdir. Hesab edir ki, evin tikilməsi üçün xərclənmiş pul vəsaitini cavabdeh ona könüllü qaytarmadığına görə sonuncu tərəfindən ona ödənilməlidir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, göstərmişdir ki, xx xxxxx 2005-ci ildə cavabdehlə ailə qurmuşdur. Həmin nikahdan Elturan adlı uşaq doğulmuşdur. Bundan əvvəlki nikahdan bir uşağı olmuşdur. Rövşənlə ailə quranda birinci nikahdan uşağının olduğunu ona bildirmiş və sonuncunun razılığı ilə nikahdan sonra uşağı evə gətirmişdir. Ailə qurulduqdan bir müddət sonra Rövşənin razılığı ilə həytin bir tərəfində əvvəlki nikahdan olan uşağa ev tikmişdir. Evin tikintisinə sərf olunan pul vəsaitini Rusiya Federasiyasında yaşayan bacısı ona göndərmiş, tikinti işlərinə isə mərhum atası nəzarəti həyata keçirmişdir. Evin, hasarın tikilməsinə 40000 ABŞ dolları və 5000 manat mələğində pul vəsaiti xərclənmişdir. Həmin vəsaitə cavabdeh tərəfindən heç bir köməklik göstərilməmişdir. Evin bütün kommunal xərcləri (qaz, işıq və s.) atası tərəfindən ödənilmişdir.Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən etiraf edərək çıxışında göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış nikahdan Elton adlı uşaq doğulmuşdur. Hazırda mübahisələndirilən evin tikintisində usta olaraq onun özü işləmişdir. Tikinti işlərində qardaşları da köməklik göstərmişlər. Evin tikintisinə 40000 ABŞ dolları, hasarın tikintisinə 5000 manat məbləğində pul vəsaiti xərclənməmişdir. Tikintiyə çəkilmiş xərc olaraq iddiaçıya 10000 manatdan artıq pul ödəyə bilmir. Hasarı isə o tikmişdir və iddiaçı ora hər hansı xərc çəkməmişdir. Qeyd olunanlara əsasən ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X4 şahid qismində ifadəsində göstərmişdir ki, o, iddiaçının atası ilə dostluq münasibətlərində olmuşdur. Evin tikilməsinə dair təklifi Mətanətin atası etmişdir. Ev onun əvvəlki nikahdan olan uşağın yaşaması üçün tikilmişdir. Tikintiyə sərf olunan materialların alınması məqsədi ilə tələb olunan pul vəsaitini X3 Moskva şəhərində yaşayan bacısı göndərmişdir.Həmin pulu iddiaçının atası İldırım ona vermiş və o, materialları alıb tikinti işlərini aparmışdır.Hər dəfə materiallar alınanda Rövşən də onunla getmişdir. Tikinti işləri 2006-cı ildə aparılmış və 3 ay çəkmişdir.Evin özülündən damına kimi bütün tikinti işlərini usta kimi özü etmişdir. Rövşən isə fəhlə kimi zəhmət haqqını alaraq tikintidə işləmişdir. Evin qapı və pəncərələrini başqa ustalar quraşdırmışlar. Hasarı da başqı ustalar çəkmişdir. Tikintiyə 43-45 min ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Usta kimi ona 3000 manat məbləğində pul ödənilmişdir.Cavabdeh Rövşənin qardaşları tikintidə fəhlə kimi işləməmişlər. Birinci instansiya məhkəməsinin iclasında X21 şahid qismində ifadəsində göstərmişdir ki, o, cavabdehin əmisi oğludur. Tərəflər arasında mübahisələndirilən evin tikildiyi torpaq sahəsini əmisi və mərhum atası alıb bibisinə vermişdir. Bibisi tək yaşadığından cavabdehi özünə baxmaq üçün himayəsinə götürmüşdür. Bibisi vəfat edəndən sonra vərəsə olaraq onların həmin torpaq sahəsindən payları müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsinin iclasında Çərkəzov Cavid Əmirsöyün oğlu şahid qismində ifadəsində göstərmişdir ki, Rövşənlə iş yoldaşı olmuşdur. Buna görə də onun xahişi ilə həyətin hasarını çəkmiş, evi isə bir yerdə tikmişlər. Evin tikintisində usta işlərini Rövşən, suvaq və qaz işlərini isə özü pulsuz görmüşdür. Abulfət də cavabdehlə bir yerdə usta işləmişdir Birinci instansiya məhkəməsinin iclasında X19 şahid qismində ifadəsində göstərmişdir ki, Rövşən onun qardaşıdır. Evin tikintisində əvvəldən qardaşına köməklik etmişdir. Pulsuz evin suvağını və döşəməsini vurmuşdur. Tikinti materiallarını da qardaşı almışdır. Evin iki otağı hazırdır. Birinci instansiya məhkəməsinin iclasında X22 şahid qismində ifadəsində göstərmişdir ki, iddiaçı onun qızıdır. Mətanət cavabdehlə nikaha daxil olub ikinci dəfə ailə qurandan sonra Rövşənin razılığı ilə ayrılmış torpaq sahəsində ev tikməyə başlamışlar. Evin tikilməsinə sərf olunan vəsaiti X8 şəhərində yaşayan qızı göndərmiş, tikinti işlərinə nəzarəti isə mərhum əri İldırım etmişdir. Rövşən tikintiyə bir manat xərcləməmişdir. O, gündəlik pulunu alaraq fəhlə kimi tikintidə çalışmışdır. Birinci instansiya məhkəməsinin iclasında X20 şahid qismində ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. Rövşən onunla Moskva şəhərinə gedərək işləmişdir. Lakin evin tikintisinə xərclənən pul vəsaitini Moskva şəhərində yaşayan bacısı ödəmişdir. Cavabdeh evə heç bir pul vəsaiti xərcləməmişdir. Rövşən onun yanında Moskva şəhərində işləyən zaman ona 1000 manat pul vermiş, lakin həmin pulu da bacısının adına göndərmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsindən narazıdır, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə işə başdansovdu, birtərəfli baxaraq, ədalətçilik prinsiplərindən kənar qərar qəbul etməklə onun qanuni tələbinin təmin edilməsinə təşəbbüs göstərməmişdir. Ona qarşı qərəzli qərar qəbul etmişdir. Mübahisəli ev rəhmətlik bibisi X9 məxsus olmaqla, vərəsə kimi ona qalmışdır. Digər tərəfdən də, həmin evin tikilməsində əsas xidmət və xərclər onun tərəfindən edilmişdir. Belə olan halda İddiaçı tərəfindən ondan pul tələbi qanunsuz və əsassız hesab edilməli, ləğv edilməlidir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(025)- 672/2019 nömrəli qətnaməsini ləğv edib və üzərinə qət edilmiş evin tikintisi üçün 39.480 manat məbləğində şişirdilmiş rəqəmin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli, 2(025)-672/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı və Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(025)-672/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 40000 (qırx min) ABŞ dolları və qalanın (hasarın) tikintisinə xərclənmiş 5000 (beş min) manat pul vəsaitinin məcburi alınıb onun xeyrinə ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 19740 (on doqquz min yeddi yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun yarısı-15 (on beş) manat alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı iddiaçı aid edilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan «X1» MMC-nin xx xxxx 2019-cu il tarixli, 05/19 nömrəli «Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabat»ında ünvan 1 saylı ünvanda inşa olunmuş ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin (tikinti materiallarının dəyəri, yol xərci, usta xərci və s.) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 39.480 (otuz doqquz min dörd yüz səksən) manat təşkil etdiyi göstərilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(025)-1079/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X6 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracəit etmişdir. Qətnamə ilə iddia təmin edilmiş və Cavabdeh ilə X10 arasında Qəbələ rayon İHB-nın Kürd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 2005-ci il aprelin 21-də qeydə alınmış 04 nömrəli nikahın pozulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2, 14.2.7, 386.1, 439.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddələrinə görə, mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxx 2005-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Həmin nikah məhkəmənin xx xxxxxx 2016-cı il tarixli, 2(025)-1079/2017 saylı qətnaməsi əsasında pozulmuşdur. İddiaçı Cavabdeh ilə ailə quruqdan sonra sonuncu heç bir mülkiyyət sənədi olmadan və ona məxsus olmayan torpaq sahəsində İddiaçı birinci nikahdan olan Elturan adlı uşağın yaşaması üçün fərdi yaşayış evinin tikilməsinə razılıq vermişdir. Bundan sonra İddiaçı mərhum atası tanıdığı usta X2 tikinti işlərinə cəlb etmiş və X8 şəhərində yaşayan bacısı X5 göndərdiyi pul vəsaiti hesabına evin tikintisini başa çatdırmışdır. Bu zaman tərəflər üzərinə heç bir müqavilə öhdəliyi götürməmişlər. Cavabdehin yaşadığı həyətdə tikilmiş fərdi yaşayış evinə nikahları məhkəmədə pozulmasından sonra mülkiyyət sənədinin əldə olunması torpaq sahəsinin Cavabdeh mülkiyyətində olmaması səbəbindən mümkün olmamışdır. Evin tikintisinə çəkilmiş xərcin iddiaçıya cavabdeh tərəfindən könüllü qaytarılmasına dair tərəflər arasında heç bir razılıq da əldə olunmamışdır. Bir sözlə, cavabdeh iddiaçının çəkdiyi xərc hesabına tikilmiş fərdi yaşayış evini heç bir hüquqi (müqavilə) əsası olmadan əldə etmişdir. «X1» MMC ünvan 1 saylı ünvanda inşa olunmuş ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin (tikinti materiallarının dəyəri, yol xərci, usta xərci və s.) 39480 (otuz doqquz min dörd yüz səksən) manat məbləğində qiymətləndirmişdir. Cavabdeh etirazının əsası kimi evin tikintisinə pul vəsaiti xərclədiyini, tikinti işlərini usta olaraq icra etdiyini, materiallar aldığını göstərsə də istinad etdiyi hallara dair heç bir sübütü məhkəməyə təqdim etməmişdir. O, iddianı qismən qəbul edərək tikintiyə çəkilən xərci mübahisələndirməklə, iddiaçıya tikinti xərclərinə görə 10000 manat məbləğində pul ödəyə biləcəyini göstərmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia fərdi yaşayış evinin tikintisinə xərclənmiş vəsaitin cavabdehdən alınmasına dair hissədə qismən əsaslı olduğundan təmin olunmalı və Cavabdeh evin tikintisinə xərclənmiş vəsait olaraq 39,480 (otuz doqquz min dörd yüz səksən) manat məbləğində pul alınaraq iddiaçı X6 verilməlidir Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən məhkəməyə təqdim olunan şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, şahidlərin bir - X21 hazırkı iddia tələbinə dair heç bir ifadə verməyərək, tikintinin aparıldığı torpaq sahəsindən ona pay ayrılmasını xahiş etmişdir. Digər şahidlər isə (Çərkəzov Cavid Əmirsöyün oğlu və X19) cavabdehin məhkəməyə verdiyi ifadələrlə ziddiyyət təşkil edən ifadələr verərək, tikintinin yalnız cavabdehin vəsaiti hesabına aparıldığını, bütün tikinti işlərinin də onlar tərəfindən həyata keçirildiyini bildirsələrdə, cavabdeh özü tikintinin iddiaçının vəsaiti hesabına aparıldığını qismən etiraf etmiş, ümumi xərcin isə təqribən 10000 manat təşkil etdiyini və o xərcidə iddaçıya ödəyə biləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “hasarın çəkilməsi üçün 5000 manat tələbi” ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə təqdim etdiyi şahidlərdə “hasarın” tikintisində iştirak etmədiklərini və bununla bağlı çəkilmiş xərclərin kimin tərəfindən ödənildiyini bilmədiklərini qeyd etmişlər. Bununla yanaşı şahid X4 da “hasarın” cavabdeh tərəfindən tikildiyini ifadəsində qeyd etmişdir. Belə olan halda məhkəmə iddia tələbinin həmin hissədə tımin olunmamasını ədalətli və əsaslı hesab edir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 39,480 (otuz doqquz min dörd yüz səksən) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin M/H: AZE03NABZ********************, SWİFT İBAZAZ2X, İBAN AZ61İBAZ********************, VÖEN **********, Hesablaşma nömrəsi ABB Nərimanov filialı kod 805540 hesabına köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan, həmçinin tərəflərin qarşılıqlı münasibətlərinə və işin faktiki hallarının əsasını təşkil edən cavabdehin mənafeyinə uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla gəldiyi yekun nəticə ilə razılaşmır. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 32.2.1-ci maddəsinə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2357/2019 nömrəli sorğusuna Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı X34 tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş JN-2311F, KOD 40601004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X11 Qəbələ rayon AİK-nın xx xxxxxx 2011-ci il tarixli, 3 saylı qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2357/2019 nömrəli sorğusuna Qəbələ rayon İHB-nın Qəbələ şəhər X28 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 99 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 saylı ünvanında mərhum X12 adına olan həyətyanı torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Həmin evlərdən biri mərhum X12 oğlu X19 tərəfindən təzə tikilir, hələ hazır deyil və orada yaşayış yoxdur. Digər ev isə keçmiş illərdə tikilmiş birmərtəbəli yer evidir. Həmin evdə halhazırda mərhum X12 həyat yoldaşı X15, oğlu X13 ailəsi və oğlu Cavabdeh yaşayır. JN- 2311F, KOD 40601004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhumə X11 verilmiş 0,06 ha torpaq sahəsində keçmiş illərdə tikilən bir mərtəbəli yer evi və Cavabdeh tərəfindən təzə tikilmiş yaşayış üçün tam hazır olmayan iki mərtəbəli yaşayış evi vardır. Hal-hazırda həmin evlərdə yaşayış yoxdur. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 saylı ünvanında Cavabdeh anası X7 və mərhum atası X16 məxsus biri köhnə tikili olmaqla iki yaşayış evi, həmçinin Cavabdeh mərhum bibisi X11 məxsus olan 0,06 ha torpaq sahəsində inşa edilmiş biri köhnə tikili olmaqla iki fərdi yaşayış evi mövcuddur. İddiaçı Cavabdeh ilə xx xxxxx 2005-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə X11 məxsus olan 0,06 ha torpaq sahəsində inşa edilmiş köhnə evə gəlin gəlmiş, cavabdeh ilə birgə nikahda olduğu müddətdə həmin torpaq sahəsində hal-hazırda mövcud olan ikinci yaşayış evini tikmişlər. X18 ölənə qədər hazırki iş üzrə cavabdeh olan Cavabdeh onunla birlikdə yaşamış, birincinin ölümündən sonra mirası birinci və ikinci növbəli vərəsələr mövcud olub-olmamasından asılı olmayaraq qəbul edən olmamış, növbəti vərəsə kimi Cavabdeh mirası faktik olaraq qəbul etmişdir. Cavabdeh bibisindən miras qalmış torpaq sahəsi üzərində hazırki iddiaçı ilə birlikdə bu iş üzrə mübahisələndirilən yeni evi tikmişlər. Tərəflər arasındakı nikah pozulmuş və iddiaçı qeyd olunan evi məcburiyyətdən daimi yaşamaq üçün tərk etmişdir. Ev hazırki iş üzrə cavabdehin sahibliyində və istifadəsində qalmışdır. Ev tərəflərin birgə nikahı dövründə və onların birgə vəsaiti hesabına tikilmişdir, həmin evin tikintisinə 39480 manat xərc çəkilmişdir, ev hal-hazırda cavabdehdə qaldığından iddiaçı həmin evə çəkilmiş bütün xərci deyil onun yarısını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsinin qətnаməsi fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı və Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(025)- 672/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 40000 (qırx min) ABŞ dolları və qalanın (hasarın) tikintisinə xərclənmiş 5000 (beş min) manat pul vəsaitinin məcburi alınıb onun xeyrinə ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 19740 (on doqquz min yeddi yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun yarısı-15 (on beş) manat alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı iddiaçı aid edilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(025)-672/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehdən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 40000 (qırx min) ABŞ dolları və qalanın (hasarın) tikintisinə xərclənmiş 5000 (beş min) manat pul vəsaitinin məcburi alınıb onun xeyrinə ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 19740 (on doqquz min yeddi yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun yarısı-15 (on beş) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı iddiaçı aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli İnşallah Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar