Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-236/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh Ərşad oğlu, X7, X8, X11, X4 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1103/2018 nömrəli qətnaməsindən Cavabdeh Ərşad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Vəzirxan Məlikov) xx xxx 2018-ci il tarixli, 2(039)-1103/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.271114.00007 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh Ərşad oğlu və X1 İddiaçı ASC-nin xeyrinə əsas borc 2644.96 manat, faiz borcu 624.70 manat olmaqla cəmi 3269.66 manat məbləğində kredit borcunun tutulması, tutmanın Cavabdeh Ərşad oğlu və X5 məxsus Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə (0.16 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması və borcun Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinin (0.16 ha torpaq sahəsi ilə birlikdə) açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh Ərşad oğlu və X5 məxsus Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə (0.16 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdə və onun satışından 1 ay sonra həmin fərdi yaşayış evinə (torpaq sahəsilə birlikdə) onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin DƏDRX-da qeydiyyata alınmasına görə 31 manat xərcin cavabdehlərdən tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC-nin nümayəndəsi N.E.Məmmədov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.271114.00007 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh Ərşad oğlu və X1 İddiaçı ASC-nin xeyrinə əsas borc 2644.96 manat, faiz borcu 624.70 manat olmaqla cəmi 3269.66 manat məbləğində kredit borcunun tutulması, tutmanın cavabdehlər Cavabdeh Ərşad oğlu və X5 məxsus Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə (0.16 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi və borcun həmin əmlakın açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutma Cavabdeh Ərşad oğlu və X5 məxsus Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə (0.16 ha torpaq sahəsi ilə birlikdə) yönəldildikdə və onun satışından 1 ay sonra həmin fərdi yaşayış evinə (torpaq sahəsilə birlikdə) onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi, fərdi yaşayış evindən çıxarılmaları və evin boşaldılması, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin DƏDRX-da qeydiyyata alınmasına görə 31 manat xərcin cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi X15 iddianı müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.271114.00007 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh Ərşad oğluna 24 ay müddətinə illik 30% ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X6 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.271114.00007 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh Ərşad oğlu və X7 (ipoteka qoyan) arasında xx xxxxxx 2014-ci il tarixli 115.CL.271114.00007/b saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə (0.16 ha torpaq sahəsi ilə birlikdə) ipoteka hüququ verilmiş və ipotekanın qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh Ərşad oğlunun xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.271114.00007 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə olan borcu - əsas borc 2644.96 manat, faiz borcu 624.70 manat olmaqla, cəmi 3269.66 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, mülkiyyətçiyə borcun ödənilməsi tələbi ilə girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair bildiriş verilmişdir. İddiaçı ASC kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişlər. Onlara bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə də icra etməmişlər. Odur ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh Ərşad oğlu, X7, X8, X11, X4 və X6 birinci instansiya məhkəməsi iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin mülahizəsini nəzərə alaraq Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1103/2018 nömrəli qətnaməsindən Cavabdeh Ərşad oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin həqiqi hallarını araşdırmamışdır. O, bu günə qədər ödənişlərini edir və hal-hazırda 1700 manat borcu qalıb. 1700 manat borca görə qətnamədə göstərilən 0.16 ha torpaq sahəsinin və fərdi yaşayış evinin satılması haqsızlıqdır. Bugünə qədər ödənilən məbləğ nəzərə alınmalıdır. Bank tərəfindən hesablanmış borcların araşdırılması üçün heç bir tədbir görülməmişdir. O, götürülən kreditin çox hissəsini ödəmişdir. Bank isə haqsız yerə ona qarşı belə bir iddia qaldırmışdır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1103/2018 nömrəli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh Ərşad oğlu, X7, X8, X11, X4 və X6 məhkəmə iclasına təkrar gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh Ərşad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1103/2018 nömrəli qətnaməsi dəyişdirilməli və iddia tələbi təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh Ərşad oğlu arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli 115.LN.2102.271114.00007 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh Ərşad oğluna 24 ay müddətinə illik 30 % ilə 5000 manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İşdə olan xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.271114.00007/b saylı ipoteka müqaviləsindən və əlavə edilmiş razılaşmadan görünür ki, kredit öhdəliklərinin icrasının təminatı üçün Cavabdeh Ərşad oğlu və X3 birgə mülkiyyətində olan, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi 0.16 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. İşdə olan İddiaçı ASC ilə Cavabdeh Ərşad oğlu arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli 115.LN.2102.271114.00007 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh Ərşad oğlu bank qarşısında öz öhdəliklərini yerinə yetirmədiyi halda məsuliyyəti X7, X8, X11, X4 və X6 öz üzərlərinə götürmüşlər. İşdə olan DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, RX ******* saylı çıxarışdan görünür ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi 0.16 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli, 771 saylı arayışından görünür ki, Cavabdeh Ərşad oğlu həqiqətən də Yevlax rayonu Qoyunbinəsi kəndində ailə üzvləri - X7, X8, X11, X4 və X6 ilə birlikdə yaşayır. İşdə olan Yevlax rayonu DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, RX ******* saylı çıxarışdan görünür ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi 0.16 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh Ərşad oğlu və X3 birgə mülkiyyətindədir. İşdə olan xx.xx.2018-cı il tarixli, 012 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Ərşad oğlu ipoteka predmeti olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə (0.16 ha torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli, 329 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Ərşad oğlu ipoteka predmeti olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2018-cı il tarixli, 06 saylı bildiriş məktubundan görünür ki, Cavabdeh Ərşad oğlu ipoteka predmeti olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2018-cı il tarixli, 07 saylı bildiriş məktubundan görünür ki, Cavabdeh Ərşad oğlu ipoteka predmeti olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2018-cı il tarixli qəbzdən görünür ki, iddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh Ərşad oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.271114.00007 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh Ərşad oğluna 24 ay müddətinə illik 30% ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh Ərşad oğlu və X7 (ipoteka qoyan) arasında xx xxxxxx 2014-ci il tarixli 115.CL.271114.00007/b saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə 0.16 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş, ipotekanın qeydiyyatı xx.xx.2014-cü il tarixli RX-0520168 nömrəli çıxarışla təsdiqlənmişdir. Bundan başqa, kredit öhdəliklərinin icrasının əlavə təminatı olaraq İddiaçı ASC ilə X7, X8, X11, X4 və X6 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Ərşad oğlunun xx xxxxxx 2014-cü il tarixli 115.LN.2102.271114.00007 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018ci il tarixə olan borcu - əsas borc 2644.96 manat, faiz borcu 624.70 manat olmaqla, cəmi 3269.66 manat məbləğində təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldiləcəyi barədə mülkiyyətçiyə bildiriş verilmişdir. İddiaçı ASC kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci mаddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsində göstərilir ki, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Cavabdeh Ərşad oğlunun qalan kredit borcu ilə bağlı tələbin ipoteka qoyulmuş evə (0.16 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsini və həmin daşınmaz əmlakın açıq hərrac vasitəsi ilə satılmasını qət etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin hansı ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmalı olması göstərilməmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində “ilkin satış qiyməti” anlayışının daşıdığı mənaya aydınlıq gətirilmişdir. Belə ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9, 39.3 və 39.3.3-cü maddələrinin birgə təfsiri baxımından məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiyməti kimi onun məhz likvid dəyəri əsas götürülməlidir. Apellyasiya baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ipotekа predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün ekspertiza təyin edilmiş, qiymətləndirmənin aparılması “xxxx” MMC-yə həvalə olunmuşdur. “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli, 02-05/21 nömrəli “daşınmaz əmlakın likvid dəyərinin müəyyən edilməsi barədə” ekspert rəyi ilə fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, tikilinin konstruksiyası, faktiki ölçüləri, tikili və qurğuları, aşınması, üzərində yerləşdiyi torpaq sahəsinin ölçüsü, kateqoriyası, təyinatı və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, X12 və X3 mülkiyyətində olmaqla Yevlax rayonu Qoyunbinəsi kəndində xüsusi mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52,3 kv.metr yaşayış sahəsi və 21,5 kv.metr yardımçı sahə olmaqla 73,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin (0,16 ha torpaq sahəsi ilə birlikdə) xx xxxxxx 2021-ci il tarixinə likvid dəyəri 18.000 (on səkkiz min) manat müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutulmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, Cavabdeh Ərşad oğlu üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu bardədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satış yolu ilə realizə edilir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etdiyindən cavabdehlərdən banka olan borcu və bank tərəfindən ödənilmiş dövlət rüsumunu və digər xərcləri tələb etməkdə haqlıdır. Mülki-Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi istisna olmaqla qalan məsələlərdə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh Ərşad oğlu apellyasiya şikayətində kredit ödənişlərini indiyədək davam etdirdiyini və 1700 manat məbləğində borcunun qaldığını bildirsə də, lakin bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yaxud iddiaçıdan müvafiq arayış alıb məhkəməyə göndərməmişdir. İşdə olan maliyyə arayışından isə görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılan ərəfədə Cavabdeh Ərşad oğlunun xx.xx.2018-ci il tarixə 2644.96 manat əsas borc və 624.70 manat faiz borcu olmaqla cəmi 3269.66 manat kredit borcu olmuşdur. Həmin vaxtdan sonra cavabdeh tərəfindən kredit borcu üzrə ödənişlər edilməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin hansı ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmalı olması göstərilmədiyindən bu pozuntunun aradan qaldırılması zəruriliyini apellyasiya şikayətinin qismən təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə əsas verən hal hesab edir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq ipotekа predmetinin qiymətləndirilməsi üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 300 (üç yüz) manat pul vəsaiti Cavabdeh Ərşad oğlundan alınaraq “xxxx” MMC-nin bank hesabına ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh Ərşad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1103/2018 nömrəli qətnaməsi Yevlax rayonu Qoyunbinəsi kəndində xüsusi mülkiyyətdə olan 1 mərtəbəli, 2 otaqlı, 52.3 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahə olmaqla 73.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin (0.16 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) açıq hərracda ilkin satış qiymətinin 18.000 (on səkkiz min) manat məbləğində müəyyən edilməsi göstərilməklə dəyişdirilməli, habelə ipotekа predmetinin qiymətləndirilməsi üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 300 (üç yüz) manat pulun Cavabdeh Ərşad oğlundan alınaraq “xxxx” MMC-nin bank hesabına ödənilməsi qət edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ərşad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1103/2018 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh Ərşad oğlu və X3 mülkiyyətində olmaqla Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52.3 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahə olmaqla 73.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin (0.16 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) açıq hərracda ilkin satış qiyməti 18.000 (on səkkiz min) manat məbləğində müəyyən edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(039)-1103/2018 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılasın. İpotekа predmetinin qiymətləndirilməsi üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 300 (üç yüz) manat pul vəsaiti Cavabdeh Ərşad oğlundan alınaraq “xxxx” MMC-nin bank hesabına ödənilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-236/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-236/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver