Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2390/2020 02.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair ərizəsinin baxılmamış saxlanılması barədə mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-650/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayədəsi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2015-ci il tarixli 19 USD nömrəli kredit müqaviləsi üzrə 1095.18 ABŞ dolları əsas, 761.50 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış faiz, 928.64 ABŞ dolları borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan cərimə, 160.65 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 2945.97 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Mətanət Əliyev izahat verərək göstərmişdir ki, xx xxxxxx 2015-ci il tarixli 19 USD nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28% dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh1 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişlərini ödəniş cədvəlinə əsasən tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir.Cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərə əməl etmədiklərindən hazırda onların ləğv prosesində olan İddiaçı ASC-yə 1095.18 ABŞ dolları əsas, 761.5 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz, 928.64 ABŞ dolları müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 160.65 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 2945.97 ABŞ dolları məbləğində borcları yaranmışdır. O, xx xxxxxx 2015-ci il tarixli 19_USD nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməmiş 1095.18 ABŞ dolları əsas, 761.50 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz, 928.64 ABŞ dolları müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 160.65 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 2945.97 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, nümayəndəsi X2 işə Cavabdeh1 iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə Cavabdeh1 iştirakı olmadan baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, xx xxxxxx 2015-ci il tarixli 19_USD nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 24% dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 həmin vaxtdan başlayaraq bir il müddətində hər ay vaxtlı vaxtında kredit borcunu ödəmişdir. Sonradan bank bağlandığından Cavabdeh1 kredit borcunu hara ödənilməsini bilmədiyindən aylıq ödənişləri dayandırmışdır. Bir müddət sonra Cavabdeh1 bankın əməkdaşı Polad adlı şəxsdən götürdüyü kreditə görə ödəməli olduğu aylıq ödənişləri necə ödəyəcəyini soruşmuşdur. Bankın əməkdaşı Cavabdeh1 ödəməli olduğu aylıq ödənişlərin hara ödənilməsi ilə bağlı məlumatının olmadığını bildirmişdir. Sonradan Cavabdeh1 bir neçə dəfə bankın əməkdaşından kredit ödənişlərinin ödənilməsi ilə bağlı maraqlansa da heç bir nəticəsi olmamışdır. Ona görə də Cavabdeh1 kredit borcunu ödəməmişdir. Cavabdeh1 ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşərək restrukturizasiya olunsa da bank tərəfindən qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılmasına dair Cavabdeh1 xəbərdarlıq bildirişi göndərilməmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xəbərdarlıq bildirişinə əlavə edilmiş qəbzdə Cavabdeh1 soyadının qarşısında olan imza Cavabdeh1 tərəfindən icra edilməmişdir. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 birinci instansiya məhkəməsinə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə Cavabdeh2 iştirakı olmadan baxılması qərara alınmışıdır. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-650/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiаçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayədəsi X1 şikаyət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-650/2020 nömrəli qərardadının ləğv edilməsini, mülki işin növbəti məhkəmə iclasına təyin edilməsi barədə qərardad qəbul edilməsini, şikayət təmin edilmədikdə isə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-650/2020 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-650 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-650/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh1 1861.8 manat qalıq borcu qalmışdır. Hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 1095.18 ABŞ dolları əsas, 761.50 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış faiz, 928.64 ABŞ dolları borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan cərimə, 160.65 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 2945.97 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumu tələb olunur. Cavabdeh1 ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşsə də, kredit borcunun restrukturizasiya olunması, bank tərəfindən qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması barədə cavabdehlərə bildirişlərin göndərilibgöndərilməməsini, bildirişlərin onlar tərəfindən alınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Cavabdeh1 İddiaçı ASC bağlandığından aylıq ödənişlərin hara ödənilməsi barədə məlumat əldə edə bilməmişdir. Hazırkı iddia ərizəsi icraata götürüldüyündən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-650/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayədəsi X1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-650/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2390/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2390/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver