Məhkəmə qərarları › İş №2(107)-24/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-24/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-24/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - «İddiaçı” ASC-in nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, ipoteka predmetinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və sair tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(033)-466/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiаçı «İddiaçı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə iddiaçı "İddiaçı" ASC arasında bağlanmış 19 fevral 2015-ci il tarixli 15036-0252/158067 saylı kredit muqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 19849,44 manat kredit borcu, 6011,50 manat kreditdən istifadəyə gorə faiz borcu, 121,20 manat cərimə borcu olmaqla cəmi 25982,14 manat borcun, həmçinin 30 manat dovlət rusumu alınaraq iddiaçı "İddiaçı" ASC-in xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 52,55 kv.m. ümumi sahəsi, 29,2 kv.m. yardımçı sahəsi, 23,35 kv.m. olan 2 otaqlı, 38 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh2 iddiaçı "İddiaçı" ASCyə olan kredit borcu, faiz, cərimə və dövlət rüsumunun ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 52,55 kv.m. ümumi sahəsi, 29,2 kv.m. yardımçı sahəsi, 23,35 kv.m. olan 2 otaqlı, 38 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlər tərəfindən bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızı tərəfindən ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tаrixli, 2(033)-466/2019 saylı qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin edilmiş, Cavabdeh2 ilə iddiaçı "İddiaçı" ASC arasında bağlanmış 19 fevral 2015-ci il tarixli 15036-0252/158067 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızından müştərək qaydada 19849,44 manat kredit borcu, 6011,50 manat kreditdən istifadəyə görə faiz borcu, 121,20 manat cərimə borcu olmaqla cəmi 25982,14 manat borcun, həmçinin 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "İddiaçı" ASC xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 52,55 kv.m. ümumi sahəsi, 29,2 kv.m. yardımçı sahəsi, 23,35 kv.m. olan 2 otaqlı, 38 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh2 iddiaçı "İddiaçı" ASC-yə olan kredit borcunun və dövlət rüsumunun ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 52,55 kv.m. ümumi sahəsi, 29,2 kv.m. yardımçı sahəsi, 23,35 kv.m. olan 2 otaqlı, 38 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlər tərəfindən bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızı tərəfindən ümumi qaydada icra edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tаrixli, 2(033)-466/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankdan götürdüyü məbləğin çox hissəsini ödəmişlər. Belə ki, banka hər dəfə ödəniş etdikdən sonra azalma getməmişdir. Ödənişlərin çox hissəsini bank faizlərə tuturdu. Bir neçə dəfə banka iradlarını bildirsələr də heç bir nəticə əldə olunmamışdır. Ona krediti ABŞ dolları ilə vermişdilər. 26 noyabr 2015-ci il tarixdə manata konvertasiya olunmuşdur. Həmin vaxt bank ona əlavə faizlər yazmaqla məbləği və faizləri artırmışdır. Halbuki, devalvasiyadan sonra bank güzəştə getməli idi və faizləri azaltmalı idi. Məhkəmə öz təşəbbüsü ilə ən azı maliyyə ekspertizası keçirməli idi. Bankın göstərdiyi rəqəmləri təmin etməklə məhkəmə, onların hüquqlarını pozmuşdur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tаrixli, 2(033)-466/2019 saylı qətnaməsinin ləğv edilməsini, 6011,50 manat faiz borcunun, 121,20 manat cərimə borcunun silinməsinə və əsas məbləğin müəyyən olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası mülki işin mаteriаllаrını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iş Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tаrixli, 2(033)-466/2019 saylı qətnaməsi iddia tələbinin Cavabdeh2 ilə iddiaçı "İddiaçı" ASC arasında bağlanmış 19 fevral 2015-ci il tarixli 15036-0252/158067 saylı kredit müqaviləsinin ləğv edilməsinin təmin edilməsi hissəsində ləğv edilməli və iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, «İddiaçı” ASC ilə Cavabdeh2 arasında 19 fevral 2015-ci il tarixli 15036-0252/158067 saylı kredit müqaviləsindən 36 ay müddətinə bağlanmışdır. Yəni həmin müqavilənin müddəti 19 fevral 2018-ci il tarixədək olmuşdur. İş materiallarından o da görünür ki, tərəflər 19 fevral 2015-ci il tarixli 15036- 0252/158067 saylı kredit müqaviləsinin icrasının təmin edilməsi üçün həmin müqaviləyə dəyişikliklər edilməsi barədə yeni müqavilər bağlamışlar. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almadan və tərəflər arasında bağlanmış 19 fevral 2015-ci il tarixli 15036-0252/158067 saylı kredit müqaviləsinin müddəti bitdikdən həmin sonra həmin müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul etmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən, əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, sözügedən kredit müqaviləsinin tərəfləri müqavilə əsasında yeni şərtlərlər barədə razılığa gəldiklərindən və müqavilənin müddəti bitdiyindən onun məhkəmə qaydasında baxılaraq ləğv edilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Həmin Məcəllənin 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tаrixli, 2(033)-466/2019 saylı qətnaməsi iddia tələbinin Cavabdeh2 ilə iddiaçı "İddiaçı" ASC arasında bağlanmış 19 fevral 2015-ci il tarixli 15036- 0252/158067 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilməli və iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 387, 391, 400-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tаrixli, 2(033)-466/2019 saylı qətnaməsi iddia tələbinin Cavabdeh2 ilə iddiaçı "İddiaçı" ASC arasında bağlanmış 19 fevral 2015-ci il tarixli 15036-0252/158067 saylı kredit müqaviləsinin ləğv edilməsinin təmin edilməsi hissəsində ləğv edilsin və iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər tələbləri təmin olunmadığı hallarda rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar