Məhkəmə qərarları › İş №2(107)-24/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-24/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-24/2022 28.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər "xxxx" Fərdi Şirkətinə və Əliyeva (Mehdiyeva) Təranə Arif qızı, X7, X9, X10 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanin ipoteka predmetlərinə yönəldilməsi, istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakların açıq hərracda satılması tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tаrixli, 2(046)-116/2019 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 13 noyabr 2019-cu il tаrixli, 2(046)-116/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" Fərdi Şirkətindən və Cavabdeh2 müştərək qaydada 14.02.2011-ci il tarixli 15R000002530 saylı kredit razılaşması üzrə 196340.78 ABŞ dolları əsas borc, 31742.39 ABŞ dolları faiz borcu və 190.50 ABŞ dolları cərimə borcu olmaqla cəmi 228273.67 ABŞ dolları məbləğində kredit borcunun, 13.12.2011-ci il tarixli 15R000003050 saylı kredit razılaşması üzrə 278557.37 ABŞ dolları əsas borc, 42334.64 ABŞ dolları faiz borcu və 452.95 ABŞ dolları cərimə borcu olmaqla cəmi 321344.96 ABŞ dolları məbləğində kredit borcunun və 24.10.2012-ci il tarixli 15R000003544 saylı kredit razılaşması üzrə 139758.99 ABŞ dolları əsas borc, 17516.02 ABŞ dolları faiz borcu və 289.78 ABŞ dolları cərimə borcu olmaqla cəmi 157564.79 ABŞ dolları məbləğində kredit borcunun, ümumilikdə hər üç kredit razılaşması üzrə 707183.42 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi ilə, 20 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumu, 84 manat xidmət haqqı əvəzinin tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 1.750.000 manat məbləğində müəyyən edilməsi, tutmanın Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 720.000 manat məbləğində müəyyən edilməsi, tutmanın Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 200.000 manat məbləğində müəyyən edilməsi, tutmanın Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 750.000 manat məbləğində müəyyən edilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcunun ödənilməsi, qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun kəsiri olan 10 manatın Cavabdeh2 alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə ekspertiza xərci olan 350 manat pul vəsaitinin 200 manatının İddiaçı QSC-dən, 150 manatının isə Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. işin halları: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və "xxxx" Fərdi Şirkətindən müştərək qaydada 15R000002530 saylı kredit razılaşması üzrə 202173.79 ABŞ dolları əsas borc, 119726.04 ABŞ dolları faiz borcu və 236190.50 ABŞ dolları cərimə borcu olmaqla cəmi 558090.33 ABŞ dolları məbləğində kredit borcunun, 15R000003050 saylı kredit razılaşması üzrə 286576.62 ABŞ dolları əsas borc, 161234.20 ABŞ dolları faiz borcu və 345452.95 ABŞ dolları cərimə borcu olmaqla cəmi 793263.77 ABŞ dolları məbləğində kredit borcunun və 15R000003544 saylı kredit razılaşması üzrə 140706.73 ABŞ dolları əsas borc, 66158.94 ABŞ dolları faiz borcu və 157289.78 ABŞ dolları cərimə borcu olmaqla cəmi 364155.45 ABŞ dolları məbləğində kredit borcunun, ümumilikdə hər üç kredit razılaşması üzrə 1715509.55 ABŞ dolları məbləğində kredit borcunun, 20 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqı əvəzinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə və Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyri-yaşayış binalarının və fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Əliyeva (Mehdiyeva) Təranə Arif qızı, X7, X9 və X2 həmin fərdi yaşayış evindən çıxarılması, boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı AccessBank QSC-nin nümayəndəsi qismində izahat vermiş X13 iddianın həciminin artırılması barədə 25.05.2018-ci il tarixli ərizədə göstərilən xüsusatları müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 26.09.2008ci il tarixdə AccessBank QSC ilə "xxxx" Fərdi Şirkəti arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən cavabdeh "xxxx" Fərdi Şirkətinə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 14.02.2011-ci il tarixli 15R000002530 saylı kredit razılaşmasına əsasən "xxxx" Fərdi Şirkətinə aylıq 1.6667 faiz olmaqla 60 ay müddətinə 450000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa 13.12.2011-ci il tarixli 15R000003050 saylı kredit razılaşmasına əsasən "xxxx" Fərdi Şirkətinə aylıq 1.5833 faiz olmaqla 60 ay müddətinə 450000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa 24.10.2012-ci il tarixli 15R000003544 saylı kredit razılaşmasına əsasən "xxxx" Fərdi Şirkətinə aylıq 1.3333 faiz olmaqla 60 ay müddətinə 150000 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 15.01.2010-cu il tarixdə bağlanmış 15M000000208 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh "xxxx" Fərdi Şirkətinin direktoru Əliyev X8 şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasını, 16.11.2009-cu il tarixdə bağlanmış 15M000000180 saylı ipoteka müqaviləsinə əsasən Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını, 16.11.2009-cu il tarixdə bağlanmış 15M000000181 saylı ipoteka müqaviləsinə əsasən Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini və 26.09.2008-ci il tarixdə bağlanmış 15M000000013 saylı ipoteka müqaviləsinə əsasən Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə AccessBank QSC arasında 27.09.2008-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" Fərdi Şirkəti kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya hər üç kredit razılaşması üzrə cəmi 1715509.55 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 20 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh qismində izahat vermiş Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, AccessBank QSC-dən kredit razılaşmalarına əsasən kredit götürmüşdür. ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə yüksəldiyinə görə banka olan borcunu qaytara bilməmişdir. Tələbin cərimə hissəsini və fərdi yaşayış evindən çıxarılma hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tаrixli, 2(046)-116/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və İddiaçı QSC tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(107)-480/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tаrixli, 2(046)-116/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(107)-480/2020 nömrəli qətnaməsindən İddiaçı QSC və vəkili X3, Cavabdeh2 və vəkili X4 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(102)-3435/2020 nömrəli qərarı ilə Cavabdeh2 və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, İddiaçı QSC-nin kassasiya şikayəti isə qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(107)-480/2020 nömrəli qətnaməsi qismən, yəni tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə borc məbləğinin müəyyən edilməsi, ipoteka qyoulmuş daşınmaz əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra cavabdehlərin çıxarılmalarının rədd edilməsi və ekspertiza xərclərinin bölüşdürülməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı QSC-nin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin qiymətləndirilməsi hissəsində, borc məbləğinin təmin edilməyən hissəsində, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Əliyeva (Mehdiyeva) Təranə Arif qızının, X1, X5 və X2 həmin fərdi yaşayış evindən çıxarılması, boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsinin təmin edilməməsi, hissəsində 200 manat ekspertiza xərcinin iddiaçıdan tutulması hissəsində düzgün olmayan qənaətə gəlmişdir. İş üzrə təkrar ekspertizalar keçirilməklə Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tаrixli, 2(046)-116/2019 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı Access Bank QSC-nin nümayəndəsi qismində izahat vermiş X13 bildirmişdir ki, ümumilikdə 21.000 ABŞ dolları ödənilib, bu da ekspert rəyində nəzərə alınıb. Ona görə də ekspert rəyi ilə razılaşır. Cavabdeh tərəf ipoteka predmeti olan əmlakları istədiyi qiymətə sata bilər. Bununla bağlı razılıq ərizəsi də yaza bilərik. Ümumi məbləğ çox olduğuna görə ödəniş edildiyi təqdirdə faiz və cərimə borcundan da silinmələr edilə bilər. Hazırda edilən ödənişlər cərimə və faizə gedir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 bildirmişdir ki, sonuncu qiymətləndirmə rəyi ilə razı deyil. İş materiallarında olan qiymətləndirmə rəylərində kəskin fərq var. Ona görə ipoteka predmetinin təkrar qiymətləndirilməsini istəyir. Əmlakların satışı ilə bağlı elan versə də alıcısı yoxdur. O, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi, 104 nömrəli fərdi yaşayış evini yarım milyona satdığa qoysa da, hazırda alıcı yoxdur. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(102)-3435/2020 nömrəli qərarı ilə Cavabdeh2 və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, İddiaçı QSC-nin kassasiya şikayəti isə qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(107)-480/2020 nömrəli qətnaməsi qismən, yəni tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə borc məbləğinin müəyyən edilməsi, ipoteka qyoulmuş daşınmaz əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra cavabdehlərin çıxarılmalarının rədd edilməsi və ekspertiza xərclərinin bölüşdürülməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.04.2018-ci il tarixli, 3416 saylı ekspert rəyinə əsasən 07.04.2016-cı il tarixə 15R000002530 sаylı kredit rаzılаşmаsı üzrə 196340,78 ABŞ dolları əsas borc, 31742,39 ABŞ dolları faiz borcu, 15R000003050 sаylı kredit rаzılаşmаsı üzrə 278557,37 ABŞ dolları əsas borc, 42334,64 ABŞ dolları faiz borcu, 15R000003544 sаylı kredit rаzılаşmаsı üzrə 139758,99 ABŞ dolları əsas borc, 17516,02 ABŞ dolları faiz borcu hesablanmışdır. Ekspert rəyi alındıqdan sonra İddiaçı QSC tərəfindən 29.05.2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə (iddia tələbinin həcmi artırılmışdır) dair ərizə verilmiş və maliyyə arayışı üzrə 17.05.2018-ci il tarixə cаvаbdehlər "xxxx" Fərdi Şirkətindən və Cavabdeh2 оğlundаn iddiаçı «АccessBаnk» Qаpаlı Səhmdаr Cəmiyyətinin xeyrinə - 15R000002530 sаylı kredit rаzılаşmаsı üzrə 202173,79 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 119726,04 ABŞ Dolları məbləğində faiz bоrcu, kreditin gecikdirilməsinə görə isə hesablanmış 236190,5 ABŞ Dolları məbləğində cərimə daxil olmaqla, cəmi 558090,33 ABŞ Dolları; - 15R000003050 sаylı kredit rаzılаşmаsı üzrə 286576,62 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 161234,2 ABŞ Dolları məbləğində faiz bоrcu, kreditin gecikdirilməsinə görə isə hesablanmış 345452,95 ABŞ Dolları məbləğində cərimə daxil olmaqla, cəmi 793263,77 ABŞ Dolları; - 15R000003544 sаylı kredit rаzılаşmаsı üzrə 140706,73 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 66158,94 ABŞ Dolları məbləğində faiz bоrcu, kreditin gecikdirilməsinə görə isə hesablanmış 157289,78 ABŞ Dolları məbləğində cərimə daxil olmaqla, cəmi 364155,45 ABŞ Dolları, ümumilikdə hər üç kredit razılaşması üzrə ******* (bir milyon yeddi yüz on beş min beş yüz doqquz) ABŞ dolları 55 (əlli beş) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 mаnаt məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması və sair tələblər irəli sürülmüşdür. Lakin, birinci instansiya məhkəməsi bunu nəzərə almamış, 17.05.2018-ci il tarixə artırılmış iddia tələbləri ətrafında araşdırma aparmamış və ekspert rəyi ilə 07 aprel 2016-cı il tarixə müəyyən edilmiş kredit borcunun tutulması qət edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, 13 avqust 2014-cü il tarixli sazişlərlə hər üç kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməklə müqavilələrin müddəti 72 aya qədər uzadılmış, 14.02.2011-ci il tarixli 15R000002530 sаylı kredit rаzılаşmаsının müddəti 14.02.2017-ci il tarixdə, 13.12.2011-ci il tarixli 15R000003050 sаylı kredit rаzılаşmаsının müddəti 13.12.2017-ci il tarixdə, 24.10.2012-ci il tarixli 15R000003544 sаylı kredit rаzılаşmаsının müddəti isə 24.10.2018-ci il tarixdə bitmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir Göyçay Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(046)-161/2019 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 03.06.2019-cu il tarixli 19/1-19, 19/2-19, 19/319 və 19/4-19 saylı rəylərdən görünür ki, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinin bazar dəyəri ******* manat, Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 700000 manat, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasının bazar dəyəri 780000 manat və Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 240000 manat təşkil edir. Həmin qiymətlər mübahisələndirildiyinə görə Göyçay Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(046)-161/2019 nömrəli qərardadı ilə mülki iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 18.09.2019-cu il tarixli ƏQ04/19 saylı rəylərdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinin bazar dəyəri ******* manat, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 720000 manat, Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 200000 manat və Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 750000 manat təşkil edir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 29.03.2019-cu il tarixli 18715 saylı ekspert rəyindən görünür ki, "xxxx" Fərdi Şirkətinin banka 14.02.2011-ci il tarixli 15R000002530 saylı kredit razılaşması üzrə 196340.78 ABŞ dolları əsas kredit borcu, 31742.39 ABŞ dolları faiz borcu, 13.12.2011-ci il tarixli 15R000003050 saylı kredit razılaşması üzrə 278557.37 ABŞ dolları əsas kredit borcu, 42334.64 ABŞ dolları faiz borcu 24.10.2012-ci il tarixli 15R000003544 saylı kredit razılaşması üzrə 139758.99 ABŞ dolları əsas kredit borcu, 17516.02 ABŞ dolları faiz borcu təşkil edir. Aparılmış ekspertizaların xərci 350 manat təşkil edir. Birinci instansiya məhkəməsi qətnaməsində ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən "xxxx" MMC tərəfindən verilmiş rəyləri əsas kimi qəbul etmişdir. Əvvəlki apellyasiya baxışında iddiaçı həmin qiymətləri apellyasiya qaydasında mübahisələndirmiş və apellyasiya məhkəməsinə "xxxx" MMC tərəfindən tərtib olunmuş rəyləri təqdim etmişdir ki, həmin rəylərə əsasən Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi, 104 nömrəli fərdi yaşayış eyinin bazar dəyəri 250000 manat, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən 590,8 kv.m qeyri-yaşayış binasının bazar dəyəri 250000 manat, Göyçay şəhəri H.Əliyev prospektində yerləşən 183,5 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 100000 manat və Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 230000 manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(107)-480/2020 nömrəli qətnaməsini qismən ləğv edib işi yenidən apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(102)-3435/2020 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsi təqdim olunmuş rəylərdə ipoteka predmetlərinin ilkin satış qiymətlərində olan kəskin fərqi, habelə birinci instansiya məhkəməsi tərəfindən həmin qiymətlərin “İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq likvid qiymətlə deyil, bazar qiyməti ilə müəyyən olunmasını nəzərə almadan məhkəmə qətnaməsini dəyişdirilmədən saxlamışdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məbləğlər arasındakı ciddi fərq nəzərə alınmadığı, ekspertiza təyin edilərkən ipoteka predmetlərinin bazar dəyəri ilə yanaşı likvid dəyərləri aydınlaşdırılmadığı və məhz likvid dəyərlər əsas götürülmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsi düzgün tətbiq edilməmişdir. Göstərilənlərlə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.02.2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinin, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının, Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin və Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının hаzırkı real bazar dəyərləri nəzərə alınmaqla likvid qiymətləri müəyyən edilməsi “X6” MMC-yə tapşırılmışdır. “X6” MMC-nin 20 may 2021-ci il tarixli 052/LBC, 053/LBC, 054/LBC və 055/LBC nömrəli rəylərinə əsasən Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 1.780.000 manat, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 730.000 manat, Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 200.000 manat və Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 720.000 manat təşkil edir. "xxxx" MMC-nin 22 iyun 2021-ci il tarixli 002-22/06/İN-21, 003-22/06/İN-21, 004- 22/06/İN-21 nömrəli rəylərinə əsasən Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 223.000 manat, Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 92.000 manat və Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 210.000 manat təşkil edir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X13 "xxxx" MMC tərəfindən edilmiş qiymətləndirmə rəyini təqdim edərək iş üzrə məhkəmə-mühasibatlıq və təkrar əmtəəşünaslıq ekspertizaların təyin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərardadı ilə ipotekа predmetlərinin təkrar qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 02 noyabr 2021-ci il tarixli 33-1038/21 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 680.000 manat, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının likvid dəyəri 320.000 manat, Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 136.000 manat və Göyçay şəhəri Heydər Əliyev prospektində 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının likvid dəyəri 376.000 manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı suallar verilmişdir.

1. 17.05.2018-ci il tarixə-14.02.2011-ci il tarixli 15R000002530 sаylı kredit rаzılаşmаsı üzrə 202173,79 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 119726,04 ABŞ Dolları məbləğində faiz bоrcu, 236190,5 ABŞ Dolları məbləğində cərimə daxil olmaqla, cəmi 558090,33 ABŞ Dolları məbləğində borc; 13.12.2011-ci il tarixli 15R000003050 sаylı kredit rаzılаşmаsı üzrə 286576,62 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 161234,2 ABŞ Dolları məbləğində faiz bоrcu, 345452,95 ABŞ Dolları məbləğində cərimə daxil olmaqla, cəmi 793263,77 ABŞ Dolları məbləğində borc; 24.10.2012-ci il tarixli 15R000003544 sаylı kredit rаzılаşmаsı üzrə 140706,73 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 66158,94 ABŞ Dolları məbləğində faiz bоrcu, 157289,78 ABŞ Dolları məbləğində cərimə daxil olmaqla, cəmi 364155,45 ABŞ Dolları məbləğində borc düzgün hesablanmışdırmı?

2. Cavabdehlərin banka 14.02.2011-ci il tarixli 15R000002530 sаylı kredit rаzılаşmаsı üzrə müqavilə müddətinin bitdiyi 14.02.2017-ci il tarixə, 13.12.2011-ci il tarixli 15R000003050 sаylı kredit rаzılаşmаsı üzrə müqavilə müddətinin bitdiyi 13.12.2017-ci il tarixə, 24.10.2012-ci il tarixli 15R000003544 sаylı kredit rаzılаşmаsı üzrə müqavilə müddətinin bitdiyi 24.10.2018-ci il tarixə əsas kredit borcu, faiz bоrcu və cərimə borcu nə qədər təşkil edir? Məhkəmə ekspertiza mərkəzinin 10 noyabr 2021-ci il tarixli 9/5679 nömrəli rəyinə əsasən

1. 14.02.2011-ci il tarixli 15R000002530 sаylı kredit rаzılаşmаsı üzrə 14 fevral 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 261.570,85 ABŞ Dolları əsas borc üzrə-------------------------------------------------------------- 196.340,78 ABŞ Dolları faiz borc üzrə-----------------------------------------------------------------65.230,07 ABŞ Dolları 17.05.2018-ci il tarixə (iddia artırılan tarixə) 273.923,96 ABŞ Dolları əsas borc üzrə-------------------------------------------------------------- 196.340,78 ABŞ Dolları faiz borc üzrə-----------------------------------------------------------------65.230,07 ABŞ Dolları faiz borcu (illik 5%-lə hesablanmaqla)---------------------------------12.353,11 ABŞ Dolları

2. 13.12.2011-ci il tarixli 15R000003050 sаylı kredit rаzılаşmаsı üzrə 13 dekabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 409.982,06 ABŞ Dolları əsas borc üzrə-------------------------------------------------------------- 278.557,37 ABŞ Dolları faiz borc üzrə-----------------------------------------------------------------131.424,69 ABŞ Dolları 17.05.2018-ci il tarixə (iddia artırılan tarixə) 415.940,09 ABŞ Dolları əsas borc üzrə---------------------------------------------------------------278.557,37 ABŞ Dolları faiz borc üzrə-----------------------------------------------------------------131.424,69 ABŞ Dolları faiz borcu (illik 5%-lə hesablanmaqla)----------------------------------5.958,03 ABŞ Dolları

3. 24.10.2012-ci il tarixli 15R000003544 sаylı kredit rаzılаşmаsı üzrə 24 oktyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 214.233,14 ABŞ Dolları əsas borc üzrə-------------------------------------------------------------- 139.758,99 ABŞ Dolları faiz borc üzrə-----------------------------------------------------------------74,474,15 ABŞ Dolları 17.05.2018-ci il tarixə (iddia artırılan tarixə) 204.481,31 ABŞ Dolları əsas borc üzrə-------------------------------------------------------------- 139.758,99 ABŞ Dolları faiz borc üzrə---------------------------------------------------------------64.722,32 ABŞ Dolları təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İpoteka predmetlərinin açıq hərracda satıldıqdan sonra 1 ay müddətində boşaldılması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit ipoteka müqavilələrindən irəli gələn münasibətlər yarandığından həmin hissədə iddia tələbinin qanuni əsasını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1ci maddəsi təşkil edir. Belə ki, qeyd olunan maddəyə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. İşin yuxarıda müəyyən olunmuş hallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlaklar məhz kreditin qaytarılması üçün ipotekaya qoyulmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin qiymətləndirilməsi hissəsində düzgün olmayan qənaətə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 vəsatətlə müraciət edərək, ipoteka predmetlərinin yenidən qiymətləndirilməsini xahiş etmiş, məhkəmə kollegiyası həmin vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı iş üzrə ipoteka predmetləri olan əmlakların bir neçə dəfə qiymətləndirilməsi həyata keçirilsə də, qoyulmuş qiymətlər bir-birindən kəskin fərqlənmişdir. Lakin, kollegiya sonuncu dəfə ipoteka əmlaklarına qoyulmuş qiyməti daha mötəbər və daha əsaslı hesab edir. Belə ki, məhkəmə iclasında cavabdeh X10 özü izahatında bildirmişdir ki, əmlakların satışı ilə bağlı elan versə də alıcısı yoxdur. Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi, 104 nömrəli fərdi yaşayış evinin yarım milyona satılmasına belə razıdır (hansı ki, əvvəllər müxtəlif qiymətləndirici şirkətləri tərəfindən həmin əmlakın likvid dəyəri 1.840.000 manat, 1.750.000 manat göstərilmişdir). Belə olan halda məhkəmə kollegiyası sonuncu mütəxəssis rəyi ilə Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsi, 104 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 680.000 manat müəyyən edilməsini əsaslı sayır və qeyd edilən mütəxəssis rəyini daha mötəbər sübüt hesab edərək, əsaslandırmanın həmin rəy üzərində aparılması qənaətinə gəlir. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Əliyeva (Mehdiyeva) Təranə Arif qızının, X1, X5 və X2 həmin fərdi yaşayış evindən çıxarılması, boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsinin təmin edilməməsi, hissəsində düzgün olmayan qənaətə gəlmişdir. Digər tərəfdən iddiaçı "xxxx" QSC-nin cavabdehlərdən 15R000002530 sаylı kredit rаzılаşmаsı üzrə 202173,79 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 119726,04 ABŞ Dolları məbləğində faiz bоrcu, kreditin gecikdirilməsinə görə isə hesablanmış 236190,5 ABŞ Dolları məbləğində cərimə daxil olmaqla, cəmi 558090,33 ABŞ Dolları; - 15R000003050 sаylı kredit rаzılаşmаsı üzrə 286576,62 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 161234,2 ABŞ Dolları məbləğində faiz bоrcu, kreditin gecikdirilməsinə görə isə hesablanmış 345452,95 ABŞ Dolları məbləğində cərimə daxil olmaqla, cəmi 793263,77 ABŞ Dolları; - 15R000003544 sаylı kredit rаzılаşmаsı üzrə 140706,73 АBŞ dоllаrı məbləğində kredit bоrcu, 66158,94 ABŞ Dolları məbləğində faiz bоrcu, kreditin gecikdirilməsinə görə isə hesablanmış 157289,78 ABŞ Dolları məbləğində cərimə daxil olmaqla, cəmi 364155,45 ABŞ Dolları, ümumilikdə hər üç kredit razılaşması üzrə 17.155,09 (bir milyon yeddi yüz on beş min beş yüz doqquz) ABŞ dolları 55 (əlli beş) sent məbləğində borc tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə kollegiyası tərəflərin mənafelərini nəzərə alaraq kredit razılaşmaları dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulunun 14.02.2011-ci il tarixli 15R000002530 saylı kredit razılaşması üzrə 200 ABŞ dolları, 13.12.2011-ci il tarixli 15R000003050 saylı kredit razılaşması üzrə 400 ABŞ dolları və 24.10.2012-ci il tarixli 15R000003544 saylı kredit razılaşması üzrə 200 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 88-ci (Sübutların qiymətləndirilməsi) maddəsnə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası o qənaətə gəlir ki, İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tаrixli, 2(046)-116/2019 nömrəli qətnaməsi (qismən) ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlarla yanaşı, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tаrixli, 2(046)-116/2019 nömrəli qətnaməsi qismən ləğv edilsin. İş üzrə ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər "xxxx" Fərdi Şirkətindən və Cavabdeh2 müştərək qaydada 14.02.2011ci il tarixli 15R000002530 saylı kredit razılaşması üzrə 196.340,78 ABŞ dolları əsas kredit borcu, 65.230,07 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu olmaqla cəmi 261.770,85 ABŞ dolları kredit borcu, 13.12.2011-ci il tarixli 15R000003050 saylı kredit razılaşması üzrə 278.557.37 ABŞ dolları əsas kredit borcu, 131.424,69 ABŞ dolları faiz borcu, 400 ABŞ dolları cərimə borcu olmaqla cəmi 410.382,06 ABŞ dolları kredit borcu 24.10.2012-ci il tarixli 15R000003544 saylı kredit razılaşması üzrə 139.758.99 ABŞ dolları əsas kredit borcu, 64.722,32 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu olmaqla cəmi 204.681,31 ABŞ dolları kredit borcu Ümumilikdə hər üç razılaşma üzrə 876.834,22 ABŞ dolları kredit borcunun ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi tutularaq AccessBank QSC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinə, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə və Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin və qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin. Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 680,000 manat, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilsin, qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 320.000 manat, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti (likvid dəyəri) 136.000 manat və Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 376,000 manat məbləğində müəyyən edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 300 manat xərcin 200 manatı İddiaçı QSC-dən, 100 manatı isə Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ********************, SFİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE******************) hesabına, qiymətləndirmə xərci olan 1800 manat xərcin 600 manatı İddiaçı QSC-dən, 1200 manatı isə Cavabdeh2 alınaraq LBC MMC-nin (VÖEN ********** Müxbir hesab AZ 98 NABZ********************, SFİFT BİK NİCBAZ 22. Hesab № AZ69NİCB**********0001A40090) və Əmlak Ekspertiza Mərkəzinin (VÖEN ********** Müxbir hesab AZ 25 NABZ********************, SFİFT BİK GUNAAZ 22. Hesab № AZ30GUNA********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar