Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-241/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1305/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1305/2019 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 4250 manat borca görə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 4280 (dörd min iki yüz səksən) manat pulun tutulması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2150 manat kreditə ödədiyi pulun,2100 manat ondan aldığı borcun,ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdeh onun qonşusu olmuş və ailəvi olaraq çox yaxın ünsiyyətdə olmuşlar.Cavabdeh 2015-ci ildə onun yanına gəlib təcili pul lazım olduğunu deyərək ondan bankdan kreditə pul götürüb ona verməyi xahiş etmişdir.Həmçinin cavabdeh ona bildirmişdir ki, götürdüyü krediti iki ay ərzində ödəyib qurtaracaqdır.Beləliklə o,cavabdehin vədlərinə aldanaraq xx xxxxx 2015-ci ildə “xxxx” ASC-dən 2300 manat məbləğində kredit götürüb ona vermişdir. Daha sonra cavabdeh 2015-ci ilin may ayında iş qurmaq üçün pula ehtiyacı olduğunu bildirmiş və ondan 1500 manat bir, 600 manat da bir olmaqla, cəmi 2100 manat borc pul almışdır. Cavabdeh 2100 manat borc pulu isə bir iki aya qaytaracağını ona bildirmişdir. Lakin cavabdeh nə onun bankdan kreditə götürüb ona verdiyi 2300 manat pulu,nə də ki, 2100 manat borcu qaytarmamış, belə ki, cavabdeh birinci ay kredit ödənişinin 200 manatdan çox olmasına baxmayaraq ona kredit ödəmək üçün 150 manat pul vermiş, daha sonrakı ay isə kredit borcunu bağlayacağını bildirmişdir, lakin kredit borcunu nə ödəmiş nə də ki, bağlamışdır. Məcburən krediti o, özü ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh çoxsaylı xəbərdarlığına baxmayaraq borcu qaytarmaqdan imtina etmişdir. O, dediklərini təsdiq edəcək şahidlərinin mövcud olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə göndərərək iddiaçının iddiasının tamamilə əsassız olduğunu, onun iddiaçıya borcunun olmadığını, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə iştirakı olamdan baxıb iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iştirakı olamdan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid Sevinc İsmayılova bildirmişdir ki, iddiaçının qızıdır. Cavabdeh Aqil Quliyev onların qonşuluğunda yaşayırdı və ailəvi olaraq yaxın münasibətləri vardı. Bir gün, yəni 2015-ci ilin aprel ayında Aqil Quliyev onlara gələrək pula ehtiyacı olduğunu və anası olan İddiaçı bankdan öz adına 2300 manat kredit götürüb ona verməyi xahiş etmiş, iki ay ərzində banka olan borcu ödəyib qurtaracağını bildirmişdir. Anası Niyar da bankdan 2300 manat kreditə pul götürüb cavabdehə vermişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh banka cəmi 150 manat bir dəfə ödəniş edərək daha sonra ödəniş etməmiş, anası İddiaçı bankdan kreditə götürüb cavabdehə verdiyi pulu özü ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid Ellada Bəkirova bildirmişdir ki, iddiaçının qonşusudur. Cavabdeh Aqil Quliyev onların qonşuluğunda yaşayırdı. Bir gün 2015-ci ilin may ayında iddiaçı Niyar onun yanına gələrək cavabdeh Aqilin ondan 2100 manat pul istədiyini bildirmiş və ondan lotareya təşkil etməsini xahiş etmişdir. Odur ki, o,Niyara lotareya təşkil etmiş və İddiaçı bir dəfə lotareyadan 600 maant bir dəfə də 1500 manat alaraq onun gözünün qarşısında aparıb Cavabdeh borc olaraq vermişdir. Lakin, bildiyinə görə Cavabdeh aldığı borc məbləğini hələ də qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edir. O, İİİ qrup əlildir. İddiaçı qızı Sevinc İsmayılova ilə uzun müddətli münasibəti olmuşdur. 2015-ci ildə Sevinc anasına pul lazım olduğunu və bunun üçün “Beynəlxalq Bank”ın Ağdaş filialından anasının adına kredit götürmək istədiyini, ancaq götürüləcək kreditə görə zamin tələb olunduğunu bildirərək ondan kömək istəmişdir. O, da öz növbəsində köməklik etmək məqsədi ilə qonşu X1 İddiaçı Hüseyn qızına zamin durmasını xahiş etmişdir. xx xxxxx 2015-ci ildə İddiaçı Hüseyn qızı X3 zaminliyi ilə “Beynəlxalq Bank” ın Ağdaş filialından 2300 (iki min üç yüz) manat krerdit götürmüşdür. Rəhimova Amalya bildirir ki, İddiaçı krediti götürdükdən sonra onun iştirakı ilə götürdüyü kredin böyük bir hissəsinə elektrik əşyaları satılan mağazadan plazma televizor və digər elektrik əşyaları almışdır. Ona götürülən kreditdən heç bir pul vəsaiti verilməmişdir. Ayrıca olaraq İddiaçı Hüseyn qızının guya onun ondan 2015-ci ilin may ayında əlavə olaraq 600 (altı yüz) manat və 1500 (bir min beş yüz) manat borc pul aldığı da tamamilə yalan və iftiradır. İddiaçı Hüseyn qızının onunla düşmənçiliyi, qızı Sevinc İsmayılova ilə aralarındakı münasibətlərin pozulmasından sonra başlamışdır. Bu onun ona qarşı atdığı ilk iftira deyil. Dəfələrlə eyni iftira ilə onu cəzalandırmaq, iş adamı olduğu üçün pul qopartmaq məqsədi ilə Ağdaş rayonun Polis şöbəsinə və Ağdaş rayon Prokurorluğuna müraciyət etmişdir. Yuxarıda adları çəkilən hər iki dövlət orqanı da məsələni hərtərəfli araşdırmış və şikayət üçün heç bir əsasın olmadığını ortaya çıxarmışlar. İddiaçı Hüseyn qızı onun haqqında Ağdaş Rayon Məhkəməsinə pul tələbi haqqında iddia ərizəsi ilə müraciət etdiyi vaxt o, müəalicə və müayinə məqsədi ilə Rusiya Federasiyasında olmuşdur. Məhkəməyə verilməyindən keçmiş həyat yoldaşı X7 vasitəsi ilə xəbər tutmuşdur. O, da X5, onun adından Ağdaş rayon Məhkəməsinə ərizə ilə müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməsini xahiş etmişdir. X7 da onun bu xahişini yerinə yetirmiş və məhkəməyə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsi də öz növbəsində işi dəqiq və əsaslı şəkildə araşdırmamış, işə ədalətlə baxmamış, əldə hər hansı bir yazılı sənəd, video və səs yazısı, yəni heç bir əsaslı dəlil sübut olmadan 2 yalançı şahidin dediklərini əsas götürərək onun haqqında bu haqsız, qanunsuz və ədalətsiz qərarı qəbul etmişdir. Ağdaş Rayon Məhkəməsinin çıxardığı qiyabi qətnamədən də göründüyü kimi İddiaçı Hüseyn qızının iş üzrə şahid olaraq göstərdiyi Sevinc İsmayılova, İddiaçı öz doğma qızıdır. Digər iş üzrə şahid Ellada Bəkirova isə iddiaçının qapıbir qonşusudur. Bu da bir həqiqətdir ki, bir övlad heç vaxt valideyni haqsız olsa da belə öz doğma anasını qoyub, başqa şəxsin xeyrinə ifadə verməz. Habelə İddiaçı Hüseyn qızının qonşusu, iş üzrə şahid kimi göstərdiyi Ellada Bəkirovanın da şahidliyi yalan ifadələrə dayanmaqdadır. Onun İddiaçı Hüseyn qızının qarşısında heç bir borc öhdəliyi yoxdur. Söylədiklərinin doğru olduğu isbat etmək üçün onun də şahidləri var və bu şahidlərlə doğruluğunu isbat etməyə hazırdır. Ona görə də, Ağdaş rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(014)- 1305/2019 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Ağdaş rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(014)-1305/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1305/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı 2150 manat kreditə ödədiyi pulun, 2100 manat ondan aldığı borcun, ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı bankdan 12 ay müddətinə faizlə 2300 manat kreditə pul götürmüşdür. İşdə olan xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, İddiaçı 12 ay müddətində, yəni xx xxxxx 2015-ci il tarixdən xx xxxxx 2016-cı il tarixədək hər ay 218 manat “xxxx” ASC-yə ödəniş etməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 739.1, 739.2 və 740-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki, iddiaçı “xxxx” ASC-dən götürdüyü 2300 manat pulu Cavabdeh vermiş, cavabdeh isə hər ay kredit borcu üzrə banka ödəniş edəcəyini üzərinə öhdəlik kimi götürsə də, banka cəmi bir dəfə 150 manat miqdarında ödəniş etmiş, digər ödənişlər iddiaçı tərəfindən edilmişdir. Daha sonra cavabdeh iddiaçıdan 2100 manat da borc alaraq qaytarmamışdır. İddiaçının pulu qaytarması tələbinə cavabdeh məhəl qoymamışdır. Odur ki, məhkəmə iclasında iddiaçının izahatı, şahid ifadələri və araşdırılmış sübutlar nəticəsində cavabdehin iddiaçıya cəmi 4250 manat borclu olması müəyyən edilmiş, belə olan halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası iddianı təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh cəmi 4250 manat borc verməsini təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1305/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı 2150 manat kreditə ödədiyi pulun, 2100 manat ondan aldığı borcun, ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-1305/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Cavabdeh qarşı 2150 manat kreditə ödədiyi pulun, 2100 manat ondan aldığı borcun, ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-241/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-241/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver