Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-241/2023 07.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı “pul” tələbinə dair (Açar sözlər: Pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı “pul” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(016)-703/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları İddiaçı cаvаbdеhlər X2 və Cavabdeh1 Əlməmməd qızına qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Mikayılova Zülfiyə Əlməmməd qızının 2020-ci il tarixdə ona borclu qaldıqları 1600 AZN və 40 manat dövlət rüsumu əvəzinin alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər X2 və Mikayılova Zülfiyə Əlməmməd qızı ilə qohumluq əlaqələri olduğu üçün onlar 2020-ci il tarixdə yaşadığı ünvana gələrək ondan uşaqlarının xəstəliyinin müalicəsi üçün borc pul istəmişlər. O, da büdcəsinə uyğun olaraq 200 manat məbləğində pul vəsaitini onlara vermişdir. Sonralar cavabdehlər davamlı olaraq ondan müxtəlif problemlərlə bağlı müxtəlif vaxtlarda 300 manat, 200 manat, 380 manat, 350 manat, 150 manat, yəni cəm olaraq ümumilikdə 1600 manat məbləğində pul vəsaitini borc kimi almışlar. Bir müddət keçdikdən sonra cavabdehlərdən zəng vuraraq pulunu tələb etmiş, lakin imkanlarının olmadığını söyləmişlər və olanda borclarını qaytaracaqlarına söz vermişlər. Bu günkü tarixə qədər heç bir pul məbləği geri qaytarılmamışdır. Cavabdehlər vəd etdikləri müddət ərzində ona borclu qaldığı 1600 AZN pulu gətirib ödəməmişlər və o, onlara zəng vuraraq pulu gətirməsini xahiş etmiş, ona qısa müddət ərzində pulu ödəyəcəklərini söyləmişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq hər dəfə ona etdiyi zənglərdə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışlar. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X2 və Mikayılova Zülfiyə Əlməmməd qızına kredit götürərək verdiyi pul barəsində iddia ərizəsində heç bir qeyd bildirməmişdir. Çünki həmin kredit cavabdehlər tərəfindən ödənilir. İddia tələbində göstərdiyi 1600 manat borcu cavabdehlər əvvəl müxtəlif vaxtlarda almış, lakin qaytarmamışlar. Pulun verilməsini təsdiq edən rəsmi sənəd və şahid yoxdur. Cavabdeh X2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlar iddiaçıdan 500 manat pul almışlar, həmin məbləği bir müddət sonra qaytarmışlar. Lakin bundan sonra iddiaçı onlara vərəq yazıb təqdim edərək 500 və onun faizi olaraq 1000 manatdan çox vəsait göstərərək verməli olduqlarını bildirmişdir. Onlara təqdim edilmiş sənədin birində 500 manat faiz və 200 manatda üstünün-üstü verilməsi qeyd edilmiş vərəq göstərmişdir. Odur ki, hazırda onların iddiaçıya borcu yoxdur. Borc aldıqları pulu artıqlaması ilə qaytarmışlar. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 Əlməmməd qızı birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlar iddiaçıdan 500 manat pul almış, həmin məbləği tam qaytarmışlar. Lakin bundan sonra iddiaçı onlara faiz və faizin üstü olduğunu deyərək əlavə pul tələb etmişdir. Onların iddiaçıya heç bir borcu yoxdur. Bankdan iddiaçının adına götürülən krediti isə ödəyirlər. Bu barədə çekləri də məhkəməyə təqdim etmişdir. Bu iddia həmin kreditlə bağlı deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, o, cavabdehlər X2 və Mikayılova Zülfiyə Əlməmməd qızına şifahi razılaşma əsasında 1600 manat borc vermiş, bu halı təsdiq edən heç bir sübutu olmasa da cavabdehlər ondan aldıqları borcu qaytarmamışlar. Ağsu Rayon Məhkəməsinin (hakim B.Qasımov) 12 oktyabr 2022-ci il tarixli, 2(016)- 703/2022 nömrəli qətnaməsi ilə idda təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər X2 və Mikayılova Zülfiyə Əlməmməd qızına 1600 manat borc verməsi halını təsdiq edəcək hərhansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində göstərilən xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə öz mövqeyini Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 88, 119.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilir ki, məhkəmə proses iştiraqkçılarinin izahatlarını dinləmiş, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək idddia tələbinin rədd edilməli olduğunu göstərmişdir. Hesab edir ki, məhkəmə əsassız və qanunsuz olaraq onun iddia tələbini rədd etdiyindən Apellyasiya Məhkəməsi Ağsu Rayon Məhkəməsinin 2(016)- 703/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsini ləğv edib onun idda tələbini aşağıdakı əsaslara görə təmin etməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış və bunlara düzgün hüquqi qiymət vermədiyindən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, 2020-ci ildə cavabdehlər onun evinə gələrək uşaqlarının xəstə olduğunu bildirib onun müalicəsi üçün ondan borc pul istədiklərindən 200 manat pulu borc olaraq onlara vermişdir. Daha sonra cavabdehlər ayrı-ayrı vaxtlarda davamlı olaraq müxtəlif problemlərinin həlli üçün ondan borc olaraq 300 manat, 200 manat,380 manat, 350 manat və 150 manat, yəni cəmi dəqiq olaraq 1580 manat borc pul almışlar. Bir müddət keçəndən sonra o, cavabdehlərdən onlara verdiyi puları geri qaytarmalarını tələb etmiş, lakin onlar hər dəfə imkanlarının olmadığını bildirmişlər və imkanları olanda qaytaracaqlarına söz vermişlər. Daha sonra borcun qaytarılmasının tezləşdirilməsində mübahisələri olduğundan və həmin borcdan heç bir ödəniş edilməmişdir. Faktiki halların birinin düzgün araşdırılmaması ikinci hala da mənfi təsir göstərdiyindən məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qətnamənin tədqiq edilən hissəssində göstərilmişdir ki, İddiaçı Xalit qızı ilə Azərbaycan Respublikası Beynəlxalq Bankı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsindən görünür ki, o, 1700 manat məbləğində pulu illik 20 faiz ödəmək şərti ilə 48 ay müddətində götürmüşdür. Cavabdehlərin məhkəməyə təqdim etdiyi mədaxil qəbzlərindən görünür ki, cavabdehlər onun adına olan 1700 manat kredit üzrə aylıq ödənişlər həyata keçirmişlər. Məhkəmə cavabdehlərin kreditlə bağlı məhkəməyə təqdim etdiyi faktiki halı aydınlaşdırmalı idi. Ona görə ki, bu tərəfindən verilən 1580 manat borcun təsdiqinə əsas olardı. Belə ki, qohumluq və aralarında olan normal münasibətindən irəli gələrək təmənnasız olaraq yəni heç bir təmənna güdmədən öz adına onlar üçün bankdan 1700 manat kreditlə pul götürüb onlara vermişdir ki, ehtiyaclarını ödəsinlər. Lakin hər ayda bir və ya iki dəfəyə aylıq kredit pulları həmişə dəfələrlə tələbindən sonra ödənilmişdir. Əgər o faizlə pul vermişdirsə və ya faizlə pul verən idisə cavabdehlərə görə baş ağrılı bir iş olan bankdan götürdüyü 1700 manat puldan 100, ya 200, ya da 300 manat özünə götürərdi. Məhkəmə iclasında iddia tələbini müdafiə etməklə yanaşı əlavə olaraq göstərmişdir ki, verdiyi həmin borcdan əlavə cavabdehlər onun adından bankdan da kredit müqaviləsi ilə pul götürmüşlər, yəni ondan xahiş etmişlər ki, evlərində də təmir işləri aparılması üçün bankdan onun adına kreditlə pul götürüb onlara versin və onlar da hər ay üzrə müəyyən edilmiş ödəniş pullarını ona verəcəkdilər ki, o, ödəsin, ya da özləri ödəyəcəkdilər. Kredit borcları həmin qayda ilə hər ay ödənilmişdir. Elə olmuşdur ki, o, özündən ödəmişdir. Onlardan bir ayın ödənişini yarıyarı iki dəfəyə çətinliklə almışdır. Lakin kreditlə bağlı iddia ərizəsində göstərməsə də məhkəmə iclasında izahatlar vermişdir. Kredit ödəməsini cavabdehlər yalnız məhkəmə prosesi ərəfəsində, yəni bu ilin 6,7,8, və 9-cu aylarını cavabdeh Tofiq özü ödəmiş qəbzi götürmüşdür. 1580 manat borcun verilməsində aralarında heç bir sənədləşmə aparmamışdır. Nəticəsi hazırkı vəziyyətdə olacağına bilə bilməz olduğu halda bütün borcları və krediti öz aralarında olan inamdan irəli gəldiyindən, qohumluq əlaqəsində olduğundan bütün bu hallar üzrə heç bir sənədləşmə aparmamış, özünə şahid seçməmiş və hətta telefonda sübut üçün səs yazısı belə aparmamışdır. Odur ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-703/2022 nömrəli işi üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdehlər Gərayev (Cəbrayılov) Tofiq Ağabala oğlu və X1 2020-ci ildə ayrı- ayrı vaxtlarda cəmi 1580 (bir min beş yüz səksən) manat borc olaraq verdiyi pulun alınıb ona verilməsi və onunla Azərbaycan Respublikası Beynəlxalq Bankı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən cavabdehlər üçün götürüb verdiyi 1700 manat məbləğində puldan ödənilməmiş 727(yeddi yüz iyirmi yeddi) manat pulun onlardan alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı cavabdehlərin ondan əlbəəl 1600 manat məbləğində pul götürdüklərini, həmin borcun ona geri qaytarılmadığını bildirdi. Buna görə də, apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 özünün İddiaçı 2020-ci ilin aprel-may aylarında 500 manat məbləğində əlbəəl borc aldığını, daha sonra həmin borc məbləğini 1 ildən də artıq müddət ərzində faizi ilə birgə hissə-hissə iddiaçıya geri qaytardığını bildirdi. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 özünün İddiaçı borca pul götürmədiyini, digər Cavabdeh2 iddiaçıdan əlbəəl 500 manat məbləğində borc pul götürdüyünü, daha sonra isə həmin borcun Cavabdeh2 tərəfindən iddiaçıya geri ödənildiyini bildirdi. Buna görə də, apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətini əsassız hesab etdiyini göstərdi və onun təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(016)-703/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməkdə doğru nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən heç bir maddi hüquq normasına istinad etməmişdir ki, bununla da maddi hüquq normalarının tətbiq edilməli olması ilə bağlı tələbləri pozmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir: İddiaçı Xalit qızı cavabdehlərlə qohumluq münasibətlərinə əsaslanaraq cavabdehlərə 2020-ci ildə uşaqlarının xəstə olması nəzərə alınaraq onun müalicəsi üçün əvvəlcə 200 manat, bundan sonra isə ayrı-ayrı vaxtlarda davamlı olaraq müxtəlif problemlərinin həlli üçün cavabdehlərə 300 manat, 200 manat, 380 manat, 350 manat və 150 manat, yəni cəmi dəqiq olaraq 1580 manat borc pul verdiyini, lakin həmin borcun cavabdehlər tərəfindən ona geri qaytarılmamasına, bununla bağlı pul tələbi ilə Ağsu Rayon Məhkəməsində iddia qaldırmasına, qohumluq əlaqəsində olması nəzərə alınaraq bütün bu hallar üzrə heç bir sənədləşmə aparmamasına, özünə şahid seçməməsinə, hətta telefonda sübut üçün səs yazısı belə aparmamasına baxmayaraq Ağsu Rayon Məhkəməsinin 2(016)-703/2022 nömrəli işi üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi qəbul edilərkən onun birinci instansiya məhkəməsində göstərdiyi xüsusatların nəzərə alınmadığını, işin faktiki hallarının tam araşdırılmadığını, bunlara düzgün hüquqi qiymət verilmədiyini, nəticədə düzgün olmayan nəticəyə gəlindiyini göstərərək cəmi 1580 (bir min beş yüz səksən) manat borc olaraq verdiyi pulun alınıb ona verilməsi və onunla Azərbaycan Respublikası Beynəlxalq Bankı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən cavabdehlər üçün götürüb verdiyi 1700 manat məbləğində puldan ödənilməmiş 727(yeddi yüz iyirmi yeddi) manat pulun onlardan alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər isə iddiaçıya heç bir borclarının olmadığını əsas gətirərək iddia tələbini qəbul etməmişlər. İddiaçı apellyasiya şikayətində də cavabdehlərin onun qarşısında borc öhdəliyinin olmasını təsdiq edəcək hər hansı bir sübutunun olmasına dair heç bir fikir ifadə etməmiş, əksinə cavabdehlərin onun qarşısında olan borc öhdəlikləri üzrə qohumluq əlaqəsində olması səbəbi ilə aralarında inam olduğundan, bu hallar üzrə heç bir sənədləşmə aparmadığını, özünə şahid seçmədiyini və hətta telefonda sübut üçün səs yazısı belə aparmadığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, İddiaçı cavabdehlərin ondan 1600 manat məbləğində pul vəsaitini borc kimi aldığını iddia etsə də, bununla bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bunun əksi olaraq, cavabdehlərin onun qarşısında olan borc öhdəlikləri üzrə qohumluq əlaqəsində olması səbəbi ilə aralarında inam olduğundan, bu hallar üzrə heç bir sənədləşmə aparmadığını, özünə şahid seçmədiyini və hətta telefonda sübut üçün səs yazısı belə aparmadığını göstərmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclası zamanı cavabdehlərdən Cavabdeh1 izahatında İddiaçı borc pul almadığını, digər Cavabdeh2 İddiaçı 500 manat məbləğində əlbəəl borc pul götürdüyünü bildirmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclası zamanı vermiş olduğu izahatında İddiaçı 500 manat məbləğində əlbəəl borc pul aldığını etiraf etmişdir. Kollegiya qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 eyni zamanda sözügedən borcu iddiaçıya qaytardığını bildirmiş, lakin etiraf olunmuş 500 manat pulun qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası Cavabdeh2 iddianın əlbəəl borcun alınmasını etiraf etdiyi, lakin qaytarılmasını təsdiq edə bilmədiyi hissədə təmin edilməsini əsaslı hesab edir. Bundan başqa İddiaçı Xalit qızı apellyasiya şikayətində onun iddiasının təmin edilmədiyi Ağsu Rayon Məhkəməsinin 2(016)-703/2022 nömrəli işi üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğvi ilə yanaşı onunla Azərbaycan Respublikası Beynəlxalq Bankı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən cavabdehlər üçün götürüb verdiyi 1700 manat məbləğində puldan ödənilməmiş 727 (yeddi yüz iyirmi yeddi) manatının da cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də məhkəmə şikayətçinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.4-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan mübahisənin həllində Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqavilələri üzrə yaranan münasibətlərini tənzimləyən normalarına istinad edilməli olduğu halda birinci instansiya məhkəməsi buna riayət etməmiş, məhkəmə qətnaməsində tələbin əsaslılığını təsdiq edə biləcək sübutların olmaması ilə bağlı prosessual normalara istinad etsə də heç bir maddi hüquq normasına istinad edilməmişdir. İddiaçı iddia ərizəsinə onun, Cavabdeh1, Sənan Qarayevin, Kənan Qarayevin adından Azərbaycan Beynəlxalq Bankının Ağsu filialına müəyyən pul ödəmələrinin həyata keçirilməsinə dair mədaxil qəbzlərini əlavə etsə də apellyasiya şikayətinin məzmunundan onların tərəflər arasında olan digər pul münasibəti ilə əlaqədar olmaqla hazırkı mübahisəyə aidiyyətinin olmaması nəzərə alınmalıdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, birinci instansiya məhkəməsi mübahisə üzrə qəbul etdiyi qətnamədə heç bir maddi hüquq normasına istinad etməmiş, iş üzrə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə da İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(016)-703/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, cаvаbdеh Cavabdeh2 500 manat məbləğində pul və həmin məbləğə mütənasib olaraq 12.50 qəpik məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağsu Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(016)-703/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cаvаbdеh Cavabdeh2 500 manat məbləğində pul və 12.50 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-241/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-241/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver