Məhkəmə qərarları › İş №2(107)-2416/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2416/2020

07.12.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2416/2020 07.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, cavabdehlər Cavabdeh1 və X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və maraqlı şəxs Göyçay rayon Qarabaqqal kənd Bələdiyyəsinə qarşı “suvarma arxının mühafizə zolağının açılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-965/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonunun Çayarxı kəndində ona məxsus torpaq sahəsinə gedən suvarma arxının (eni hər tərəfdən 5 metr olmaqla) mühafizə zolağının açılaraq ümumi istifadəyə verilməsi və həmin suvarma arxının təmizlənməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, Göyçay rayonunun Çayarxı kəndində yerləşən torpaq sahəsinin suvarılması məqsədilə çəkilmiş su arxından onunla yanaşı qonşuları da istifadə edir. Cavabdehlər sözügedən su arxını bağladıqlarına görə torpaq sahəsini suvarılması mümkün olmamışdır. Bununla bağlı cavabdehlərə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Göyçay Rayon Məhkəməsinin 2(046)-77/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən ona məxsus torpaq sahəsinə gedən suvarma arxının üzərində olan tikilinin sökülməsi, su arxının açılaraq istifadəyə verilməsi və həmin su arxının yenindən tutulmasının cavabdehlərə qadağan olunmasının qət edilməsinə baxmayaraq cavabdehlər su arxından istifadə etməyinə maneələr yaratmışlar. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və X9 göstərmişlər ki, eyni tələb üzrə iddiaçının onlar qarşı iddiası Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən təmin edilmiş, qeyd edilən su arxı açılmış və iddiaçının istifadəsindədir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-965/2020 nömrəli qərardadı (hakim İ.Fəttahov) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Qarabaqqal kənd Bələdiyyəsinə qarşı suvarma arxının mühafizə zolağının açılması üzrə qanuni qüvvəyə minmiş Göyçay rayon Məhkəməsinin 2(046)-77/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi olduğundan mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin 2(046)-77/2019 nömrəli xx xxxx 2020- ci il tarixli qətnaməsi ilə Göyçay rayonu, Çayarxı kəndində İddiaçı məxsus olan torpaq sahəsinə gedən (iş materiallarında olan xx.xx.2019-cu il tarixli mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə iddiaçının iddia etdiyi su bərəsi kimi qeyd edilmiş) tutulmuş su bərəsinin üzərində tikilmiş istixana sökülməklə, həmin su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulması cavabdehlər X2, X3, X10 pğiuna, X1, Cavabdeh1 və X7 qadağan edilməsi qət edilmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 öğlu, X9 və Cavabdeh3 tərəfindən həmin suvarma arxının kənarını çəpərləmiş, nəticədə su arxının mühafizə zolağı tutulmuşdur. Bu səbəbdən cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Qarabaqqal kənd Bələdiyyəsinə qarşı “suvarma arxının mühafizə zolağının açılması" tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. İddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən doğan maddi-hüquqi tələbdir. İddianın predmetinin eyniliyi isə iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin əvvəlki tələbi ilə mahiyyətcə eyni olmasıdır. İddianın əsası isə onun faktiki və hüquqi əsaslarından ibarətdir İddianın faktiki əsası iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddianın hüquqi əsası isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılmasıdır. Əvvəlki iddia tələbində su bərəsənin açılmasını, sonrakı iddia tələbində isə həmin suvarma arxının (eni hər tərəfdən 5 metr olmaqla) mühafizə zolağının açılaraq ümumi istifadəyə verilməsini tələb etmişdir. Göründüyü kimi, hər iki iddia tələblərinin əsasları və predmeti müxtəlifdir. Hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-965/2020-saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və onun cavabdehlər Cavabdeh1, X7, Əhmədova. Hüsniyyə Mirzə qızına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Qarabaqqal kənd Bələdiyyəsinə qarşı “suvarma arxının mühafizə zolağının açılması” tələbinə dair mülki işə mahiyyəti üzrə baxılmalıdır. Buna görə də qərardadının ləğv edilməsi xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-965/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şəki Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa, eləcə də şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətə etiraz edərək bildirdi ki, hazırki mübahisəni məhkəmədən kənar qaydada da həll etmək mümkündür. Lakin iddiaçı onunla razılaşmır. Odur ki, ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 şikayətə etiraz edərək, sonda ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 və maraqlı şəxs Göyçay rayon Qarabaqqal kənd Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışr və hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-965/2020 nömrəli qərardadı tam, bu qərardadla bağlı xx.xx.2020-ci il tarixli, 2(046)-965/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə iş mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılır. İş üzrə icraata o zaman xitam verilir ki, ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququ olmur və ya o, həmin hüququ itirmiş olur. Bundan başqa, iş üzrə icraata xitam verilərkən eyni iddia ilə məhkəməyə ikinci dəfə müraciət etmək imkanı aradan qalxır. İş üzrə icraata xitam verilməsi xüsusi norma kimi MPM-in 261.0-261.0.9-cu maddələrinə əsasən həll olunur. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Bu zaman xüsusilə qeyd edilməlidir ki, hakim iddiadan imtinanı qəbul edən zaman mütləq əmin olmalıdır ki, iddialar eynidirlər. İddia ərizələrindəki tələblərin eyni olması barədə hakimdə azacıq da olsa şübhə yaranarsa, hakim ərizəni icraata qəbul etməli və iddiaların eyniyyət təşkil edib-etməməsi məsələsini ya işin məhkəmə baxışına hazırlanması mərhələsində, ya da məhkəmə iclasında gəldiyi nəticəyə əsasən işə xitam verib-verməmək məsələsini həll etməlidir. Təqdim olunmuş iş materiallarından müəyyən edilir ki, əvvəlki iddia tələbində iddianın predmeti “su bərəsənin açılması” olmuşdursa, sonrakı iddia tələbinin predmetini isə həmin suvarma arxının (eni hər tərəfdən 5 metr olmaqla) mühafizə zolağının açılaraq ümumi istifadəyə verilməsi təşkil edir. Göründüyü kimi, hər iki iddia tələblərinin əsasları və predmeti müxtəlif olmaqla yanaşı, iş üzrə cavabdehlərdən Cavabdeh3 da əvvəlki iddiada tərəf olmamışdır. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hər iddia tələbinin mahiyyəti baxımından, həm də tərəflərin tamamilə eyni olmaması baxımından iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. Kollegiya belə qənaətə gəlir ki, iddiaçının bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək hüququnun mahiyyətinə zidd olmaqla, iddiaçının məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-965/2020 nömrəli qəradadı tam, bu qərardadla bağlı xx.xx.2020-ci il tarixli, 2(046)- 965/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-965/2020 nömrəli qərardadı tam, bu qərardadla bağlı xx.xx.2020-ci il tarixli, 2(046)-965/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv edilsin, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar