Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-244/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(019)-32/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxxxx 2020-ci il tarixli 2(019)-32/2020 nömrəli qətnaməsi ilə İddiaçı Mahamarasul oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdehndan 1800 manat pul və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 7,71 manat ödənilmiş dövlət rüsumunun alınaraq, İddiaçına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı Mahamarasul oğlu (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə Cavabdeh əsassız varlanma yolu ilə əldə etdiyi, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış"a əsasən xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin təmirinə dövlət büdcəsi hesabına ayrılmış 7000 (yeddi min) manat pulun sonuncudan alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddiasını müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Balakən rayonu Talalar kəndində 0,1170 ha həyətyanı torpaq sahəsi və 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi vardır. Onun həmin əmlak üzərindəki hüquqları xx xxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış'la rəsmiləşdirilmişdir. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qeyd olunan fərdi yaşayış evinə ziyan dəymiş və Fövqəladə Hallar Nazirliyinin komissiyasının rəyi əsasında həmin evin təmir və bərpaya ehtiyacı olması barədə rəy verilmişdir. Həmin fərdi yaşayış evinin təmirinə bu məqsədlə dövlət büdcəsi hesabına 7000 (yeddi min) manat vəsait ayrılmışdır. Lakin 2019-cu ilin iyun ayında ona məlum olmuşdur ki, iş üzrə cavabdeh özünü həmin evin mülkiyyətçisi qismində Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasına təqdim edərək, xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin təmirinə ayrılmış 7000 (yeddi min) manat vəsaiti qanunsuz alaraq mənimsəmişdir. O, evinin təmiri üçün pul vəsaitinin ona ödənilməməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, Balakən Rayon İcra Hakimiyyəti Başçısının aparatının xx xxxx 2019-cu il tarixli, 02-1041 nömrəli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ona ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 37/U04360 nömrəli məktublarında onun adının evləri zəlzələdən zərər çəkmiş şəxslərin siyahısına daxil edilmədiyi və həmin 7000 manat vəsaitin Cavabdeh ödənildiyi bildirilmişdir. Ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi də iş üzrə cavabdeh X9 əsassız varlanma yolu ilə əldə etdiyi onun xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin təmirinə ayrılmış 7000 (yeddi min) manat vəsaiti ondan geri tələb etməkdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, 2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində iddia predmetini təşkil edən evin təmir-bərpası üçün dövlət tərəfindən 7000 manat pul vəsaiti ayrılmış və həmin 7000 manat pul vəsaiti təmsil etdiyi Cavabdeh ödənilmişdir. Həmin vaxt Cavabdeh iddiaçının razılığı ilə sözügedən evdə yaşamış və müvafiq dövlət qurumları tərəfindən Cavabdeh adı evləri zərər çəkmiş şəxslərin siyahısına daxil edilərək, Cavabdeh həmin 7000 manat verilmişdir. Cavabdeh tərəfindən də həmin 70xx xxxxxxxx 5200 manatı evin təmirinə-bərpasına və gücləndirilməsinə xərclənmiş; evə kərpic alınaraq evin bəzi yerləri hörülmüş, evin hamamsanitar qovşağı tam təmir edilmiş, divarlara suvaq çəkilmiş, rəng vurulmuş, plastik pəncərələr alınıb, salınmış və sair təmir işləri həyata keçirilmişdir. Hazırda həmin yaxşılaşdırmalar, təmir işləri evin mülkiyyətçisi üçün qalmışdır. Cavabdeh oradan çıxanda özü ilə evdən heç nə aparmamışdır. Hesab edir ki, iddiaçı həmin 7000 manat pulu cavabdehdən tələb edə bilməz. Belə ki, bu 7000 manat pul vəsaiti İddiaçı pul vəsaiti olmamışdır və deyildir. Həmin pul vəsaiti dövlət vəsaiti olaraq Cavabdeh verilmişdir. Yalnız dövlət, yəni dövlətin aidiyyəti qurumları tərəfindən bu vəsait Cavabdeh tələb edilə bilər. Həmin pul vəsaiti İddiaçı məxsus olmadığından, İddiaçı həmin vəsaiti cavabdehdən tələb etmək barədə subyektiv hüququ yoxdur. Həmçinin pul vəsaiti 2013-cü ildə Cavabdeh verildiyindən, iddiaçı pulun tələbi ilə bağlı iddia müddətini ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə məhkəməyə müvafiq yazılı ərizə vermişdir. İddianın rədd olunmasını xahiş edir. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(019)-32/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti özünün birinci instansiya məhkəməsində verdiyi izahatın dəlillərinə uyğun əsaslandırmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evi 3 №li reyestr kitabının 124 №-li vərəqində xx.xx.2009-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********97-10301 olan, 1080 invertar qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 37/v-04360 nömrəli məktubda göstərilir ki, onun Fövqəladə Hallar Nazirliyinə ünvanladığı ərizəyə X2 Nəzarət Dövlət Agentliyində baxılmışdır. Bildirilir ki, Zaqatala və ətraf rayonlarda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərən nazirliyin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Tərtib olunmuş sənədlərdə onun adına akt olmadığından ona heç bir vəsait ödənilməmişdir. Cavabdehna məxsus fərdi yaşayış evi isə bərpa gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar ona evin bərpası üçün yaşayış sahəsinə uyğun olaraq 7000 (yeddi min) manat vəsait ödənilmişdir. Əlavə olaraq bildirilir ki, digər məsələlərlə əlaqədar aidiyyatı üzrə müraciət etməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 02-1041 nömrəli məktubda göstərilir ki, onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciət baxılması üçün Balakən Rayon İcra Hakimiyyətinə göndərilmiş və aidiyyəti üzrə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, bölgədə 2012-ci ildə baş verən zəlzələ zamanı dəymiş ziyanın ödənilməsi ilə bağlı rəy verilərkən vətəndaşlardan əlavə sənədlər toplanmamış, faktiki olaraq yaşadıqları yaşayış yerləri üzrə həmin vəsait ayrılmışdır. Müraciətdən də göründüyü kimi, hal-hazırda mülkiyyətində olan zəlzələdən sonra təmiri və bərpası üçün dövlət tərəfindən 7000 manat vəsait ayrılan yaşayış evi 2012-ci ildə faktiki olaraq başqa şəxslərin sahibliyində və istifadəsində olmuşdur. Odur ki, qohumları tərəfindən qanunsuz mənimsənilmiş hesab etdiyi 7000 manat vəsaitin ona qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azad Balayev tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, 02-1452 nömrəli məktubda göstərilir ki, onun müraciəti ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Balakən poçt filialına şifahi sorğu verilmişdir. Balakən poçt filialı tərəfindən sorğu şifahi cavablandırılaraq, bildirilmişdir ki, xx xxxxxxx 2013-cü il tarixdə Şahid1 Mahamarasul oğlu tərəfindən Cavabdeh verdiyi etibarnamə əsasında Talalar kəndində yerləşən fərdi yaşayış evinin (hazırda İddiaçı mülkiyyətində olan) təmiri və bərpası üçün dövlət tərəfindən ayrılmış 7000 manat vəsait alınmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2 (019)-1933/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçına qarşı tikintiyə istifadə edilmiş 90000 (doxsan min) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu, maşın almaq üçün verdiyi 1000 (min) ABŞ dolları məbləğində pulun və evin sənədlərini almaq üçün 1350 (min üç yüz əlli) ABŞ dolları məbləğində pulun, cəmi 2350 (iki min üç yüz əlli) dollar məbləğində pulun cavabdehdən alınması tələbinə dair iddiası təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(019)-275/2017 nömrəli qətnaməsindən görünür ki, Hümbət X1 qarşı iddiası təmin edilmiş, cavabdeh X6 tərəfindən İddiaçı öz mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,1170 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə sahiblik və istifadə etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması, cavabdeh X3 İddiaçı mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində 0,1170 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və müvafiq şəxslərin iştirakı ilə Balakən rayon Məhkəməsinin müvafiq icra sənədinin icrası ilə əlaqədar borclunun nümayəndəsi Şahid1 tərəfindən ev boşaldılaraq, İddiaçına təhvil verilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.M.Musayevin Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli, 146 №-li məktubda göstərilmişdir ki, Talalar kənd sakini Cavabdeh valideyn təsərrüfatında qeydiyyatdadır, onun adına kənd inzibati ərazi dairəsinin təsərrüfatbaşına kitablarında mülkiyyətində fərdi yaşayış evinin olması barədə qeydiyyat yoxdur. 2012-ci ildə bölgədə baş verən zəlzələ zamanı vətəndaşların müraciətlərinə əsasən FHN-nin müvafiq komissiyası ilə birlikdə evlərə baxış keçirilməsində inzibati ərazi dairəsi və bələdiyyənin işçiləri iştirak etmişlər. Həmin vaxt İddiaçı özünün ailəsi ilə birlikdə yaşadığı atası evinə zəlzələ nəticəsində ziyan dəyməsi barədə müraciət etmiş, onun evinə baxış keçirilərək komissiya evə təmir rəyi vermişdir. X3 tikdiyi evə (qardaşı Hümbətin adına olan torpaqda) dəymiş ziyan barədə o, özü müraciət etmiş, Yusif Rusiya vətəndaşı olduğundan gəlini Cavabdeh adına müraciət qeyd olunmuş və komissiya evə bərpa-gücləndirmə rəyi vermişdir. Komissiya kənddə işləyərkən vətəndaş müraciətlərinin qeydiyyatı zamanı evlərin məxsusluğu barədə heç bir sənəd tələb olunmamış, faktiki həmin evlərdə kimlərin yaşaması və ya evlərə sahiblik etməsi nəzərə alınmışdır. Dövlət tərəfindən vəsaitin ayrılması ilə bağlı kənd inzibati ərazi dairəsində heç bir qeydiyyat aparılmamış, ayrılmış vəsaitin miqdarı və ödənilməsi müvafiq poçt şöbələri tərəfindən həyata keçirilmişdir. Həmin evin qeydiyyatı kənd inzibati ərazi dairəsində həmin dövrdə aparılmamış, evə dövlət tərəfindən ayrılmış vəsaitin kimə ödənilməsi barədə kənd inzibati ərazi dairəsində heç bir məlumat yoxdur. X11 arayışından görünür ki, X6 həqiqətən iyul 2015-ci ildə 515 ədəd 19x29x19 markalı kərpic almış və 185,40 manat kassaya mədaxil etmişdir. xx.xx.2013-cü il tarixli, 1A0443 №-li qaimə-fakturada Cavabdeh «Piramida»dan 5850 manat dəyərində tikinti malları aldığı göstərilir. Cavabdeh Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, hazırki iddia üzrə iddia müddətinin ötürüldüyü bildirilərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1 və 375.2-ci maddələrinə istinad edilməklə iddia müddətinin tətbiq edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin hazrki iş üzrə yerində müayinə protokolundan görünür ki, mübahisəli 2 mərtəbəli evə baxış zamanı müəyyən olundu ki, evin birinci mərtəbəsindəki pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, evin birinci mərtəbəsində yerləşən hamam və tualetə kafel döşənmiş, evin pilləkən hissəsinin alt və yuxarı hissəsində yerləşən pəncərələr mişar daşı ilə bağlanmış, evin ikinci mərtəbəsində yerləşən ilk otaqda olan pəncərələrdən biri kərpic ilə bağlanmış, ikinci mərtəbədə yerləşən tualet və hamam otağı kafel ilə döşənilmiş, hamam və tualet otağının sonunda yerləşən otağın pəncərələrindən biri kərpic ilə bağlanmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 31277 saylı rəyindən görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evində təmir-bərpa işlərinə çəkilmiş xərclərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 5200,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 31277 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşin gerçək halları ilə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində Balakən rayonu Talalar kəndində 0,1170 ha həyətyanı torpaq sahəsi və 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi vardır, onun həmin əmlak üzərindəki hüquqları xx xxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışla rəsmiləşdirilmişdir. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qeyd olunan fərdi yaşayış evinə ziyan dəymiş və Fövqəladə Hallar Nazirliyinin komissiyasının rəyi əsasında həmin evin təmir və bərpaya ehtiyacı olması barədə rəy verilmişdir. Həmin fərdi yaşayış evinin təmirinə və gücləndirilməsinə bu məqsədlə dövlət büdcəsi hesabına 7000 (yeddi min) manat vəsait ayrılmışdır. İş üzrə Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və yerli dövlət qurumlarının müvafiq komissiyası tərəfindən evin sahibi kimi qeydiyyata alınaraq, ona İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin təmirinə və gücləndirilməsinə ayrılmış 7000 (yeddi min) manat pul vəsaiti ödənilmişdir. Cavabdeh tərəfindən İddiaçı Mahamarasul oğlunun xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evində 2012-ci il tarixdə baş vermiş zəlzələdən sonra təmir-bərpa işləri görülmüş və həmin işlərə ayrılan 70xx xxxxxxxx 5200 manat xərc çəkilmişdir. Bununla da tərəflər işin mübahisəsiz halı kimi qəbul edirlər ki, Balakən rayonu Talalar kəndində 0,1170 ha həyətyanı torpaq sahəsi və 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdən (evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən) İddiaçı xüsusi mülkiyyətindədir və 2012-ci il tarixdə baş verimş zəlzələ nəticəsində həmin evin təmiri və gücləndirilməsi üçün dövlət tərəfindən ayrılan 7000 manat vəsait həmin vaxt həmin evdə yaşan, lakin həmin evə dair heç bir hüquqları dövlət qeydiyyatına alınmamış Cavabdeh ödənilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, dövlət tərəfindən əvəzsiz olaraq 7000 manat pul vəsaiti evinin təmiri və gücləndirilməsi üçün İddiaçı Mahamarasul oğluna ayrılmışdır. Ona görə də İddiaçı Mahamarasul oğlu dövlət tərəfindən onun evinin bərpası və gücləndirilməsi üçün ayrılmış 7000 manat pulu almalı olduğu halda, həmin evlə bağlı heç bir hüququ dövlət qeydiyyatına alınmayan və pulu almağa heç bir hüquqi əsası olmayan Cavabdeh həmin 7000 manat pulu əsassız olaraq almışdır. Lakin Cavabdeh həmin 7000 manat puldan 5200 manatını göstərilən evin təmir-bərpasına və gücləndirilməsinə sərf etmiş və həmin yaxşılaşdırma (təmir-bərpa) işləri mülkiyyətçi İddiaçı üçün qalmışdır. Beləliklə Cavabdeh 7000 manat pul vəsaitinin yalnız 1800 manat hissəsinin hesabına əsassız varlnmışdır. Ona görə də evin təmir-bərpa və gücləndirilmə işlərinə sərf olunmuş 5200 manat tələb olunan 7000 manat pul vəsaitindən çıxılmalı, iddia qismən-7000 manat tələbin 1800 manat hissəsində təmin edilməli, qalan tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X8”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən, sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddaratanı təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.1-ci maddəsinə görə, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 153.4-cü maddəsinə görə, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 181.1-ci maddəsinə görə, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2-ci maddəsinə görə, əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 181.4-cü maddəsinə görə, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o, həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 235.1.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə aiddir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə görə, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlataban müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.1-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında ona məxsus evin təmir-bərpası üçün dövlət tərəfindən ayrılmış 7000 manat pul vəsaitinin Cavabdeh aldığının ona 2019-cu ilin iyun ayında məlum olduğunu, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etdiyini, Balakən Rayon İcra Hakimiyyəti Başçısının aparatının xx xxxx 2019-cu il tarixli, 02-1041 nömrəli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ona ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 37/U-04360 nömrəli məktublarında onun adının evləri zəlzələdən zərər çəkmiş şəxslərin siyahısına daxil edilmədiyini və həmin 7000 manat vəsaitin Gülnar Omaroya ödənildiyinin bildirildiyini qeyd etmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi iddiaçıya dövlət tərəfindən əvəzsiz olaraq 7000 manat pul vəsaiti evinin təmiri və gücləndirilməsi üçün ayrılmışdır. İddiaçı ona ayrılmış 7000 manat pulu almalı olduğu halda, həmin evlə bağlı heç bir hüququ dövlət qeydiyyatına alınmayan və pulu almağa heç bir hüquqi əsası olmayan Cavabdeh həmin 7000 manat pulu əsassız olaraq almışdır. Lakin həmin puldan yəni dövlətdən alınmış 7000 manat vəsaitdən 5200 manatı evin təmir-bərpa və gücləndirilmə işlərinə sərf edilmişdir. Bu hal iş materiallarında olan yerində müayinə protokolu, məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 31277 №-li rəyi və sair sübutlarla müəyyən olunmuşdur Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddia müddəti ötürülmüşdür” dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan 7000 manat pul vəsaiti dövlət tərəfindən əvəzsiz olaraq İddiaçı xüsusi mülkiyyətində olduğu evin təmiri və gücləndirilməsinə ayrılmışdır və İddiaçı tərəfindən alınmaqla onun mülkiyyətinə keçməli idi. Lakin Cavabdeh həmin 7000 manat pulu heç bir hüquqi əsas (qanuni əsas və ya müqavilə əsası) olmadan əldə etməklə həmin pulun İddiaçı Mahamarasul oğlunun faktiki sahiblik, istifadə və sərəncamına keçməsinə imkan verməmiş, bu xüsusda iddiaçının hüquqlarına əsassız müdaxilə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Göründüyü kimi cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə tələbi əsassızdır. Məhkəmə kollegiyasına görə iddiaçının tələbi iş materiallarında olan sübutlarla təsdiq olunduğuna görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X12 Məhkəməsi “X5” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, o cümlədən təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X12 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(019)-32/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(019)-32/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-244/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-244/2021
04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver