Məhkəmə qərarları › İş №2(107)-2457/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2457/2020

15.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2457/2020 15.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1682/2020 nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 441,80 manat əsas, 1569,47 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 65,58 manat faiz məbləği olmaqla, ümumilikdə 2076,85 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1682/2020 nömrəli (hakim R.Əlizadə) qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi xx.xx.2020-ci il tarixində ölkədə müharibə başlamışdır. Yevlax rayonu da aktiv döyüş əməliyyatlarına yaxın yerdə yerləşdir. Bu səbəblə nümayəndələri 2(039)-1682/2020 saylı mülki işdə iştirak edə bilməmişdir. Həmçinin 2(039)-1682/2020 saylı mülki iş üzrə məhkəmə baxış iclası baş tutan zaman koorperativ kartda pul olmadığından tərəfilərindən teleqram vurulması mümkün olmamışdır. Odur ki, yuxarıda göstərilən üzürlü səbəblərdən dolayı 2(039)- 1682/2020 saylı saylı mülki iş üzrə iştirakları mümkün olmamışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair 2(039)-1682/2020 saylı, xx.xx.2020-ci il tarixli mülki iş üzrə icraatın təzələnərək mülki işin məhkəmə baxışına təyin olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1682/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1682/2020 nömrəli qərardadı tam, xx xxxx 2020-ci il tarixli, 2(039)-1682/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə hazırki mübahisələndirilən qərardadı qəbul edərkən ona əsaslanmışdır ki, iddiaçı məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməməsinə dair mötəbər sübut təqdim etmədiyindən qərardadın ləğv edilməsinə heç bir əsas yoxdur. Yevlax rayonu bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazi olmamış, həmin dövrdə Yevlax Rayon Məhkəməsi fəaliyyətini davam etdirmiş və fəaliyyətində hər hansı bir məhdudiyyət olmamışdır. Teleqram ünvanlamaq üçün koorperativ kartda pulun olmaması qərardadın ləğv edilməsi üçün əsas deyil. Birinci instansiya məhkəməsi ərizənin baxılmamış saxlanması üçün Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Çünki Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin imperativ tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. İş materiallarından göründüyü kimi, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlimatlandırsalar da, həmin dövrdə ölkə ərazisində, xüsusən də Yevlax Rayon Məhkəməsinə yaxın ətraf rayonlarda aktiv döyüş əməliyyatları aparılmışdır. Bu səbəbdən də tərəflərin, o cümlədən iddiaçı tərəfin nümayəndəsinin məhkəmə iclaslarında iştirak edə bilməməsi başa düşüləndir və üzrlü səbəb kimi qiymətləndirilə bilər. Buradan da göründüyü kimi iddia ərizəsinin baxılmamış saxlanılması üçün qanuni əsaslar olmamışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1682/2020 nömrəli qərardadı tam, xx xxxx 2020-ci il tarixli, 2(039)-1682/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1682/2020 nömrəli qərardadı tam, xx xxxx 2020-ci il tarixli, 2(039)-1682/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar