Məhkəmə qərarları › İş №2(107)-246/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-246/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-246/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-75/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı İbrahimova X2 şəhəri M.Ə.Sabir küçəsi ev 3, mənzil 36 ünvanda yaşayır. Cavabdeh Əhmədova X3 şəhəri M.Ə.Sabir küçəsi ev 3, mənzil 43 ünvanda yaşamaqla həmin binanın 42-ci mənzilində təmir işləri apararkən həmin mənzildən çirkab suları axıdılaraq iddiaçının mənzilinə zərər vurduğu iddia olunur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona 1194,50 manat məbləğində vurulmuş ziyanın ödənilməsi haqda məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, ünvan 1 ünvanda yaşayır. Cavabdeh Əhmədova X3 şəhəri M.Ə.Sabir küçəsi ev 3, mənzil 42 ünvanda yaşayır. Cavabdeh ünvan 3 təmir edərkən 36 saylı mənzildəki qonşunun oradan da onun mənzilinə 4-5 dəfə çikab su axıdaraq təmirli mənzilinin hamam otağının 17,5 kv.m hissəsinin kafelini və tavan hissəsinin 3 kv.m sahəsinə, tualet hissəsinin divarlarının 11,6 kv.m və tavan hissəsinin 2,4 kv.m sahəsinə eləcədə elektrik naqillərini sıradan çıxarmaqla maddi ziyan vurmuşdur. Onun bu təqsirli hərəkətlərinə görə o, dəfələrlə ona müraciət edib ona dəyən ziyanı aradan qaldırmasını tələb etməyinə baxmayaraq mənzilini təmir etməkdən və ya dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Faktla bağlı o, 1 saylı Mənzil İstismar sahəsinin məsul şəxslərinə müraciət etdikdən sonra məhz cavabdeh tərəfindən ziyanın vurulması aktla müəyyən edilmişdir. Ziyan vurulmasını təsdiq edən fotoşəkillər də çəkilmişdir. Ekspert rəyinə əsasən mənzilinə dəyən ziyan 1194,50 manat müəyyən edilmişdir. Bununla da, Cavabdeh ona 1194,50 manat məbləğində ziyan vurmuşdur. Onun hərəkətləri mülki hüquq pozuntusu kimi qiymətləndirilir və maddi məsuliyyət daşıyır.

4. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim olunmuşdur ki, Cavabdeh qızından ona 2500 manat məbləğində vurulmuş zərərin ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclaslarında X5 və X6 şahid qismində dindirilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Hüquq normaları mənzilin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir.

7. İddiaçının cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbi qismən əsaslıdır. Məhkəmə iddia ərizəsi və mütəxəssis tərəfindən verilmiş mütəxəssis rəyi müqayisəli şəkildə təhlil edərək mütəxəsis rəyinin real olması müşahidə olunmuşdur. Ona görə də məhkəmə iddia tələbini mütəxəssis rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya-mənzil sahibinə ziyan dəymişdir. Həmin ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçıya ziyan dəyməsi iş materiallarında olan sənəd, ekspert rəyi, akt, şahid ifadələri və mütəxəsis rəyləri ilə sübut olunur. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehdən dəymiş ziyanın məbləğinin alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Lakin mütəxəssis rəyindən də göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 1194.50 manat ziyan dəymişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən maddi ziyan kimi 1194.50 manat pul alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir.

8. Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-75/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin olunmuş, Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 1194,50 (bir min bir yüz doxsan dörd manat əlli qəpik) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iş üzrə 150 (bir yüz əlli) manat məbləğdə ekspertiza xərcinin 72 (yetmiş iki) manat olmaqla Cavabdeh, 78 (yetmiş səkkiz) manat olmaqla İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1115-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən tərtib edilmiş akt fotoşəkillər "xxxx" MMC tərəfindən verilmiş 143 nömrəli, xx.xx.2022-ci il tarixli rəy Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 10/7268 saylı 28 fevral 2023-cü il tarixli ekspert rəyi Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 10/3672 saylı 30 avqust 2023-cü il tarixli ekspert rəy

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə təyin edilmiş iki ekspertiza rəyindən görünür ki, “42 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzil təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 36 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən emək mümkün olmamışdır.” Göründüyü kimi hər iki ekspert rəyi onun təqsirinin olmamasını sübut etmişdir. Bundan əlavə, sözügedən ekspert rəylərinin ikinci hissəsində “su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərəalaraq, 36 saylı mənzilə su sızması 42 saylı mənzildə aparılan təmir işləri nəticəsində sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər.” sözləri yazılmışdır. Bu imperativ kimi deyil və bunu sübut etmək iddiaçının üzərinə düşür. Bu iş üzrə şahid qismində 2-ci mərtəbədə yaşayan qonşu X5 dindirilmişdir. Həmin şəxs özü də bu məsələdən canını qurtarmaq üçün onun tərəfindən su axıdılmasını bildirmişdir. Digər şahid isə X4 ifadəsini oxuyub başa düşə bilsəz bildirərsiz. Həmin ifadənin nə məna daşıdığını ya o başa düşmədi ya da hakim aydın yazmayıb. Həmin şəxs nəyə baxıb və onun nəyi müəyyən etməsi aydın deyil

13. İş üzrə normal qaydada məhkəmə ekspertizası təyin olunmalı və sözü gedən Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 3 saylı evin 36 saylı mənzilinə suyun hansı mənzildən axıdılması müəyyən olunmalıdır. Bunun üçün 39 saylı mənzilinə baxış keçirməklə ona ziyan dəyib-dəyməməsi, divarlarında olan xəsarətlərə baxmaqla müəyyən etmək mümkündür. Lakin bu faktlar əsaslandırılmamışdır. Bu cür ekspertizalar aparılmalı və əsaslandırılmalıdır.

14. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-75/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-75/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəmə kollegiyasına teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)- 75/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ididianın təmin edilmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən ididianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının mənzilinə dəymiş zərər və zərərin dəymə səbəbləri mülki işin 6-cı vərəqində olan mütəxəssis rəyi, ekspert rəyləri ilə, həmin zərərin cavabdehin təqsiri üzündən baş verdiyi isə Mingəçevir şəhəri 1 saylı MİS-in baş mühəndisi, rəisi və çilingəri, o cümlədən, iddiaçının iştirakı ilə tərtib edilmiş mülki işin 8-ci vərəqində olan 20 iyul 2022-ci il tarixli və 35-ci vərəqində olan 24 avqust 2022-ci il tarixli aktlarla sübut olunur. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri isə cavabdehin evində təmir getdiyi müddətdə həmin binada digər qonşuların evlərinə də su axdığını təsdiq etmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 13-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 10/7268 saylı 28 fevral 2023-cü il tarixli ekspert rəyindən sonra ikinci dəfə ekspertiza keçirilmiş və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 10/3672 saylı 30 avqust 2023-cü il tarixli ekspert rəyi alınmışdır ki, həmin rəy də birinci rəyi təsdiqləmişdir. Belə olan halda, apellyasiya şikayətinin dəlillərindən yenidən ekspertiza keçirilməsi ilə hansı nəticəyə nail olunmasının gözlənilməsi aydın deyildir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən ididianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-75/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-75/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar