Məhkəmə qərarları › İş №2(107)-2468/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2468/2020

16.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2468/2020 16.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-1061/2020 nömrəli qərardadından iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması, Cavabdeh **********1900 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 1509,00 ABŞ dolları, faiz borcu üzrə 207,75 ABŞ dolları, cərimə borcuna görə 104,34 ABŞ dolları olmaqla cəmi 1821,09 ABŞ dolları, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxx 2020-ci il tarixli 2(033)-1061/2020 nömrəli qərardadı ilə iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X2 qərardaddan narazı qalaraq şikayət verərək həmin qərardadın ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-1061/2020 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-1061/2020 nömrəli qərardadından İddiaçı X3 X4 nümayəndəsi X1 verdiyi şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)- 1061/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq İddiaçı X3 X4 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-1061/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması, Cavabdeh **********1900 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 1509,00 ABŞ dolları, faiz borcu üzrə 207,75 ABŞ dolları, cərimə borcuna görə 104,34 ABŞ dolları olmaqla cəmi 1821,09 ABŞ dolları, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən və əlavə olunan sənədlərdən müəyyən olunur ki, tərəflər arasında bağlanan kredit müqavilələri həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşsə də, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsir dairəsinə düşən kredit müqaviləsi üzrə yaranmış mübahisənin məhkəməyəqədər xüsusi həlli qaydasına əməl etməsinə dair sübutlarını, yəni kredit borcunun fərmanın təsir dairəsinə düşüb-düşməməsi, düşdüyü halda ona tətbiq olunan güzəştlər, müvafiq güzəştlərin təbiqinin hansı səbəbdən mümkün olmaması, bu məsələ ilə bağlı pretenziya qaydasına riayət edilməsini təsdiqləyən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Buna görə də, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nə göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-1061/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-1061/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar