Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-247/2021 13.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı və nümayəndəsi X6 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 8400 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8430 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduqları 13891) manat məbləğində borc pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13921 (on üç min doqquz yüz iyirmi bir) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində ailəsilə bərabər yaşayır və xırda ticarətlə məşğul olur. Whatsapp sosial şəbəkəsində danışıb razılaşdıqdan sonra 2020-ci ilin yanvar ayının əvvəllərindən 2020-ci ilin fevral ayının axırlarına kimi olan müddət ərzində ailəlikcə tanıdığı və etibar etdiyi Qəbələ rayonu, Vəndam qəsəbə sakini X3 ümumilikdə 7-8 dəfəyə 16.981 manat məbləğində qızıl-zinət əşyalarını nisyə vermişdir. Cavabdeh həmin əşyaları nisyə şəklində ondan alıb sataraq qısa müddətdə onun pulunu qaytarmaq və özü də gəlir əldə etmək niyyətində olmuşdur. Bütün bu razılaşmaları cavabdeh X7 ilə aralarında olan Whatsapp sosial şəbəkəsində yazışmalarında da öz təsdiqini tapır. Cavabdehlə aralarında olan şifahi razılaşmaya görə ondan nisyə aldığı qızıl-zinət əşyalarının dəyərini ilk günlərdə qaytarmağa başlasa da (2934 manat), sonradan aralarında olan razılaşmaya əsasən üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa başlamışdır. İndi cavabdehin ona 13891 manat məbləğində borcu qalır və həmin borcu qaytarmır. Cavabdeh ondan nisyə aldığı qızıl-zinət əşyalarını aralarında olan razılaşmadan irəli gələn ödəliklərini pozaraq və etibardan sui istifadə edərək ödəməli olduğu məbləğin böyük hissəsini mənimsəyərək ödəniş etməmişdir. Bundan sonra da dəfələrlə cavabdehdən ona borclu olduğu 13891 manat pulu verməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə, xüsusislə Covid-19 virusu səbəbindən tətbiq olunan karantini bəhanə gətirərək ona borclu olduğu pulu qaytarmaqdan yayınır. 2020-ci ilin mart ayında kəndin ağsaqqalı, hörmətli seyidi hesab edilən ataları Seyidağa babanın evinə gedərək borcun qaytarılmasında kömək etməsini ondan xahiş etmişlər. Söhbət əsnasında borcun qaytarılması üçün vaxt istəmişlər. Müəyyən olunan vaxt keçdikdən sonra cavabdehin həyat yoldaşı, 4 qaynı və qaynatası onların evinə gələrək borcun qaytarılması üçün 2020-ci ilin may ayının 5-nə kimi onlara möhlət verilməsini xahiş etmişlər və həmin tarixə qədər borcun ona qaytarılmasına bir daha təminat vermişlər. Həmin vaxt bitdikdən sonra cavabdehin həyat yoldaşı X13 borcu qaytarmaq məsuliyyətindən yayınmaq, vaxtı uzatmaq məqsədilə xx.xx.2020-ci il tarixində Qəbələ RPŞ-yə onu həqiqətən də onlara borclu olduğu pulu qaytarmadıqlarına görə guya öldürmək hədəsi adı ilə yalan, şər və böhtan dolu şikayət ərizəsi ilə müraciət etmişdir. Qəbələ RPŞ tərəfindən aparılan araşdırmalardan sonra həyat yoldaşı və oğlu haqqında cinayət işinin başlanması haqqında xahişləri əsassız, qanunsuz və ədalətsiz olduğuna görə xx.xx.2020-ci il tarixli qərar ilə rədd edilmişdir. Qanunvericiliyin və aralarında olan şifahi razılaşmanın, cavabdehin ailə üzvlərinin iştirakı ilə cavabdehin evində və onların evlərində olan görüşlərində, Qəbələ RPŞ-nə yazıdığı şikayət ərizəsində də etiraf etdikləri və üzərinə götürmüş olduqları öhdəliyin tələblərinə uyğun olaraq cavabdeh ona olan 13891 manat borcunu tam məbləğdə ödəməlidir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə zamanı verdiyi ifadəsində cavabdehə qızılı 75 manatdan hesablamaqla verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddianı qismən etiraf edərək göstərmişdir ki, 2020-ci ilin yanvar ayında Cavabdeh iddiaçıdan razılaşmalarına uyğun olaraq qızıl-zinyət məmulatları almış və bir hissəsinin dəyərini vaxtında ödəmişdir. Lakin sonradan pandemiya ilə əlaqədar olaraq aldıqları qızıl məmulatlarının bir hissəsinin dəyərini ödəyə bilməmişdir. Hazırda onun iddiaçı X2 borcu 112 qram həcmində qızıl zinət əşyaları və ya onun dəyəri həcmində borcu vardır. İddiaçı həmin qızıl məmulatların 100-110 manat dəyərində qiymətləndirir və bu səbəbdən də borcu 13 921 manat dəyərləndirir. Lakin o, qızılları 70 manatdan qəbul etmiş və bu səbəbdən də borc təqribən 7840 manat təşkil edir. Hal-hazırda 112 qram həcmində qızılın və ya onun dəyərinin iddiaçıya qaytarılmasına etiraz etmirlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı və Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, idda ərizəsin də, iş üzrə icraat zamanı da verdiyi ifadədə və təqdim etdiyi sənədlərdə iddianı kifayət qədər əsaslandırmışdır. Ərizəsi əsasında Qəbələ rayon Polis Şöbəsində aparılan araşdırma zamanı cavabdeh, iddia ərizəsində göstərdiyi məbləğdə borcu etiraf etmişdir. İddianın predmeti olan pul məbləğini ərizədə göstərdiyi məbləğdə şahidlər də təsdiq etmişlər. Cavabdeh Qəbələ RPŞ-də aparılan araşdırma nəticəsində qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı cənab Elşən Qasımovun xx xxxx 2020-ci il tarixli qərarını mübahisələndirməmişdir. Məhkəmə sözügedən qərarı sübut kimi qiymətləndirərkən Cavabdeh izahatının alınmamasını, borc məbləğini etiraf etməməsini iddianı qismən rədd edərkən əsas tutmuşdur. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qismən qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmənin qətnaməsində onun vəkili və nümayəndəsinə istinadən onun iddiaçıya 112 qram həcmində qızıl zinət əşyaları və ya onun dəyəri həcmində borcu olduğu öz əksini tapmışdır. Bildirir ki, əslində o, nümayəndəsinə iddiaçıdan aldığı və qaytardığı nəğd pul və əşyalardan savayı hazırda cəmisi 102 qram qızıl həcmində borcu olduğunu və həmin qızılı natura şəklində gələcəkdə qaytarmağa hazır olduğunu bildirmişdir. Bu səbəbdən hesab edir ki, qətnamədə göstərilənlər onun əsl mövqeyini əks etdirmir. Onun iddiaçıya 13891 manat pul borclu olduğuna dair iddiada qeyd olunanlar tamamilə həqiqətdən uzaq və əsassızdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnаməsinin qismən ləğv edilməsinə, iddia tələbinin borclu olduğu 102 qram həcmində qızılın naturada alınıb verilməsi hissəsində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X14 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnаməsinin qismən ləğv edilməsinə, iddia tələbinin borclu olduğu 102 qram həcmində qızılın naturada alınıb verilməsi hissəsində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında sahid qismində dindirilmiş Şahid vediyi ifadəsində göstərmişdir ki, X4yla iki ilə yaxındır ki, alqı-satqı ilə, yəni qızıl alveri ilə məşğuldurlar. Natəvan Abdulhəmidova iki il ərzində ondan daimi olaraq qızıl-zinət əşyası alıb pulunu da nağd şəkildə ödəmişdir. 2020-ci ilin yanvar ayında Natəvan xanım ona bildirmişdir ki, qızıl-zinət əşyası almaq istəyir, lakin pulunu nağd şəkildə ödəyə bilməyəcəkdir. Ona bildirmişdir ki, qızıl-zinət əşyalarını onun həmkəndlisi Qəbələ rayon, Vəndam qəsəbə sakini Cavabdeh verəcək, o, qızıl-zinət əşyalarını satan zaman ona pulu ödəyəcəkdir. Belə olduqda onlar razılaşmışlar. Daha sonra 2020-ci ilin mart ayında ondan qızıl-zinət əşyalarını almış və bildirmiş ki, mart ayının 8-10-na ödəyəcəkdir. Lakin o gündən sonra 1 manat belə olsun ödəniş etməmişdir. Abdulhəmidova Natəvan ondan ümumilikdə təqribən 14000 manatlıq qızıl zinyət məmulatı almış, hazırda ona 5800 manat dəyərində qızıl zinət əşyası borcu vardır. Birinci instansiya məhkəməsinin iclasında sahid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, iddiaçı onun arvadıdır. Arvadı Cavabdeh kosmetika və qadın çantası, o cümlədən qızıl dəsti vermişdir. Özü şəxsən cavabdehə 3 dəfə əlbəəl, 2 dəfə Bakı şəhərində, 1 dəfə isə Qəbələ şəhərində qızıl vermiş, 3 dəfə isə cavabdeh qızılları mağazadan götürmüşdür. Cavabdeh aldığı əşyaları və qızıl-zinyət əşyalarını satıb 1 ay ərzində pulunu qaytarmağı öhdəsinə götürsə də, pulu qaytarmaqdan yayınmışdır. Nəticədə cavabdehin 13891 manat borcu yaranmışdır. Cavadeh, onun həyat yoldaşı və qohumları ilə dəfələrlə bu barədə söhbət aparılmış, lakin onlar borclarını qaytarmaqdan imtina etmişlər. Birinci instansiya məhkəməsinin iclasında sahid qismində dindirilmiş X22 ifadə verərək bildirmişdir ki, iddiaçının oğludur. X16 Cavabdeh qızıl dəsti vermişdir. Cavabdeh isə qızıl dəstini satıb bir ay ərzində pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin halhazırda 13891 (on üç min səkkiz yüz doxsan bir) manat borcu qalmışdır. Cavabdeh və onun həyat yoldaşı hər dəfə borclarını qaytarcağını bildirsələr də, bu günə qədər borclarını qaytarmamışlar. İş materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elşən Qasımovun xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə sakini X1 RPŞ-yə ərizə ilə müraciət edərək, Qəbələ rayon Vəndam qəsəbə sakini X10 13.725 manat pul borcu olduğunu, buna görə Mahir Abdulhəmidov və onun oğlu Ülvi İsazadə onu öldürməklə hədələdiklərini bildirmişdir. HK-1/576 saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İƏD tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 776 nömrəli arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Səyyar-ASAN2 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə Zərdab rayonu Yarməmmədbağı kəndində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X3 ümumilikdə 7-8 dəfəyə qızıl-zinət əşyalarını nisyə vermişdir. Cavabdeh həmin əşyaları nisyə şəklində ondan alıb sataraq qısa müddətdə onun pulunun qaytarmaq və özü də gəlir əldə etmək niyyətində olmuşdur. İlk vaxtlar cavabdeh iddiaçıdan nisyə aldığı qızıl-zinət əşyalarının dəyərini qaytarmağa başlasa da, sonradan aralarında üzərinə götürdüyü götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinin mənasına görə müqavilə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. İddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələrindən müəyyən olunur ki, iddiaçı Natəvan Abdulhəmidova cavabdehə Pərvanə Nəsibovaya qızıl dəsti verdiyini, cavabdehin həmin qızıla görə ona 1391 manat ödəməli olduğunu bildirir. Eyni zamanda iddiaçı cavabdehe verdiyi qızılın 1 qramının dəyərinin 75 manatdan hesabladığını bildirmişdir. Birinci instansuya məhkəməsində cavabdehin etibarnamə üzrə nümayəndəsi isə cavabdehin iddiaçıya hazırda 112 qram həcmində qızıl borclu olduğunu, həmin qızılın dəyərinin iddiaçı tərəfindən həqiqəti əks etdirməyən məbləğlərlə hesablandığını, bu səbəbdən borc məbləğinin 13891 manat olaraq tələb etdiyini, cavabdehin iddiaçıdan aldığı 112 qram qızılı və ya onun qramı 70 manatdan qiymətləndirilməklə dəyərini qaytamağa etiraz etmədiyini bildirmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi göstərmişdir ki, hazırkı iş üzrə Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil cavabdehin iddiaçıya 112 qram həcmində qızıl qaytarmalı olduğunu, yəni borcu olduğunu etiraf etmişdir. İddiaçı isə izahatında qızılın qramını 75 manatdan hesablanmaqla cavabdehə verdiyini bildirmişdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edildiyi üçün iddia həmin hissədə təmin olunmalıdır. Yəni cavabdeh tərəfindən etiraf edilən 112 qram həcmində qızılın dəyəri, iddiaçının izahatında qeyd etdiyi kimi, yəni qızılın qramı 75 manatdan hesablanmaqla (112 qram X 75 manat=8400 manat) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin iddiaçı iddia tələbinin əsası olan 13891 manat məbləğində qızılın cavabdehə verilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin iddiaçıdan 112 qram həcmində qızıl aldığını və həmin qızılın və ya dəyərinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığını etiraf etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının dəvət etdiyi şahidlərin verdiyi ifadələrə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin şahidlər iş üzrə maraqlı şəxslər olub onu dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə vermişlər. Ona görə də həmin ifadələr hazırkı iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab edilə bilməz. Həmçinin şahidlər verdikləri ifadəsində X5 tərəfindən Cavabdeh 13891 manat məbləğində pulun verilməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyini haqlı sayır. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı Qəbələ RPŞ-də araşdırılmış və Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elşən Qasımovun xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarındakı etirafa əsasən cavabdehdən 13891 (on üç min səkkiz yüz doxsan bir) manat pul tutulmasını tələb etsə də, sözügedən rədd qərarında Cavabdeh izahatı alınmamış, onun tərəfindən hər hansı borc məbləği etiraf edilməmişdir. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsində onu təmsil etdiyi şəxsə onun iddiaçıya 112 qram deyil, 102 qram həcmində qızıl zinət əşyaları və ya onun dəyəri həcmində borcu olduğu və bu səbəbdən qətnamədə göstərilənlərin onun əsl mövqeyini əks etdirmədiyi barədə bəyanı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasının iclaslarında iştirak etməmiş və bunun ağlabatan izahını verməmişdir. Beləliklə, apellyasiya şikayətləri ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-829/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-247/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-247/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver