Məhkəmə qərarları › İş №2(107)-247/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-247/2022

24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-247/2022 24.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Başir oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin və Cavabdeh Başir oğlunun İddiaçı qarşı 5987 manat pul tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(019)-933/2021 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək gübrəyə və vətəndaşlara dəymiş ziyanın- 23 738 (iyirmi üç min yeddi yüz otuz səkkiz) manat pulun Cavabdeh Başir oğlundan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 5987 (beş min doqquz yüz səksən yeddi) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğuldur. Belə ki, Balakən rayonu Tülü kəndində vətəndaşların bağlarında yetişən meyvə ağaclarına mart-aprel aylarında qulluq edir. Meyvə yetişəndə özü vətəndaşlardan meyvəni alaraq bazara çıxarır. Armud ağaclarına qulluq edən zaman ağacların vegetasiya dövründə, aprel-may aylarında armud ağaclarını dərmanlayır ki, ağac yaxşı bar gətirsin. Bununla bağlı onunla bağ sahibləri arasında heç bir müqavilə bağlanmamış, onlar şifahi olaraq bu razılığa gəlmişlər. O, 5 ildir ki, Cavabdeh ağaclara vurmaq üçün dərmanlar alır. Hər il aldığı dərmanlar keyfiyyətli çıxmışdır. Bu ildə eyni qaydada təxminən 8388 manatlıq dərman almış, dərmanın pulunun bir hissəsini ödəmiş, bir hissəsini məhsulu satıb ödəyəcəyini bildirmişdir. Onun Şahruddinə ümumilikdə 6000 manata yaxın borcu qalmışdır. O, aldığı dərmanları 87 bağa vurmuş, vurduğu dərman keyfiyyətsiz çıxmış,dərman vurduğu bütün ağaclar yararsız vəziyyətə düşmüşdür. Dərman vurulmayan ağacların meyvəsi daha yaxşı olmuşdur. O, Cavabdeh yanına gedərək verdiyi dərmanların keyfiyyətsiz olduğunu,meyvələrin yararsız hala düşdüyünü bildirərək onun pulunu ödəyə bilməyəcəyini demişdir. Eyni zamanda Şahruddinə ona keyfiyyətli dərmanlar verməsini, həmin dərmanları ağaclara vuraraq yaxşı məhsul götürərək ona olan borcunu ödəyəcəyini bildirmişdir. Şahruddin onunla razılaşmış, o da dərmanları apararaq ağaclara vurmuşdur. Şahruddin ona dərmanları hansı qaydada da vuracağını yazıb vermiş, o da eyni qaydada vurmuşdur. O, ağaclara dərmanı iki dəfə vurmuşdur. İkinci dəfə dərmanı vurduğu zaman ağacların yarpaqları yanıb tökülməyə başlamışdır. Bu barədə Şahruddinə bildirdiyi zaman Şahruddin ona əlavə dərmanlar vermişdir ki, onları da aparıb vursun, ancaq heç bir nəticəsi olmamışdır. Yenidən bu barədə Şahruddinə bildirdiyi zaman ona DAİM-dən nümayəndə göndərmişdir. Gələn nümayəndələr ağaclara baxış keçirərək şəkillərini çəkmişdir. Dərman vurduğu bağların sahiblərinin hamısı meyvəyə görə dəymiş ziyanı ondan tələb etməyə başlamışlar. O, həmin şəxslərin hər birini Tülü kənd İcra nümayəndəliyinə dəvət edərək icra nümayəndəliyinin tərtib etdiyi yazılı ərizə ilə hər birinə dəymiş ziyanı ödəmişdir. Balakən rayon X13 Mərkəzinə dəymiş ziyana görə müraciət etdikdə onlar məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Cavabdeh Başir oğlunun satdığı dərmanlar sayəsində ona ümumilikdə 23738 ( iyirmi üç min yeddi yüz otuz səkkiz) manat ziyan dəymişdir. Bunun 8388 manatı keyfiyyətsiz dərmanın dəyəri, 15350 ( on beş min üç yüz əlli) manat hissəsi isə həmin dərmanlardan vətəndaşlara ziyana görə ödədiyi dəyərdir. Həmin zərər ona ödənməlidir. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, həmçinin göstərdi ki, aldığı dərmanlar keyfiyyətsiz olduğundan o borclu olduğu 6000 manata yaxın pulu Cavabdeh ödəməyəcəkdir. Qarşılıqlı iddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşlıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 10-15 ildir ki, toxumçuluq ticarəti ilə məşğul olur. İddiaçı Layıcov X7 Aslanova qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək gübrəyə və vətəndaşlara dəymiş ziyana görə 23738 (iyirmi üç min yeddi yüz otuz səkkiz) manat pulun ondan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, Cavabdeh Balakən Bazar ASC-nin ərazisində yerləşən mağazada kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş toxum, dərman və s. satışı ilə məşğul olur. 2021-ci ildə Balakən rayonu Tülü kənd sakini X8 onun yanına gələrək onlara bitki və ağaclar üçün dərmanlar lazım olduğunu, qardaşı İddiaçı onun sifariş etdiyi həcmdə dərman vasitələrini verməsini, həmin dərmanları nisyə götürəcəklərini, pulunu İrşad gətirib ona verəcəyini, əgər vermədiyi halda özü ödəyəcəyini bildirmişdir. X1 meyvə alqı-satqısı və s. işlərlə məşğul olan imkanlı şəxs olduğunu bilərək İddiaçı meyvə ağacları üçün nisyə dərmanlar verməyə razı olmuşdur. 2020-ci ildən 2021-ci ilin əvvəllərinədək müxtəlif vaxtlarda İddiaçı 12000 manata yaxın meyvə ağacları üçün dərman vasitələri vermişdir. İddiaçı nisyə verdiyi həmin əmlakların dəyərinin bir hissəsini ona qaytarmış, lakin 5987 (beş min doqquz yüz səksən yeddi) manat borc isə ödənilməmiş qalmışdır. Şifahi razılaşmaya əsasən həmin məbləğ 2021-ci ilin may ayınadək ödənilməli idi. Aralarında olan razılaşmaya görə ödənilməmiş qalan pulu iddiaçının qardaşı X8 ödəməli idi. Lakin Şahruddin pulu Elsevər Layıcovdan pulu tələb etdikdə, o bildirmişdir ki, dərmanı İrşad almış, pulu da İrşad ödəməlidir. Bir müddət sonra İrşaddan qalan borcu qısa müddətdə ödənilməsini tələb etdikdə, o, onun mağazasına yanında bir nəfər şəxslə gələrək Cavabdeh hədə-qorxu gəlmiş, guya ondan aldığı dərmanları ağaclara vurduqda ağacların az məhsul verdiyini, buna görə ziyana düşdüyünü, bu səbəbdən də, ona borcunu ödəməyəcəyini bildirmişdir. Bundan sonra o da İddiaçı və X4 qanunsuz hərəkətləri və ona olan borcları ilə bağlı 28 iyul 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh müraciəti Balakən Rayon Polis X3 təhqiqatçısı polis kapitanı Zaur Xəlilov tərəfindən araşdırılmış, cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və X5 qarşı 5987 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin qərardan da görünür ki, İddiaçı ona olan borcunu etiraf etmişdir. Bundan sonra iddiaçı Layıcov X6 olan borcundan yayınmaq üçün ona qarşı Balakən Rayon Məhkəməsində guya satdığı dərman vasitələrinə görə vətəndaşlara və özünə ziyan dəyməsi barədə iddia qaldırmışdır. İddiaçının iddia tələbi ilə razı deyildir. Belə ki, Cavabdeh satdığı dərmanların əksəriyyəti Almaniya istehsalıdır, hamısının da şəhadətnaməsi vardır. Dərmanlardan da istifadə qaydaları dərmanların özündə vardır. Bu dərmanlardan düzgün istifadə olunmamış, yəni dərmandan normadan artıq istifadə olunduqda və günün isti vaxtı istifadə olunduqda dərmanın fəsadları ola bilər. İddiaçı dərmanların keyfiyyətsiz olmasına dair heç bir sübutu yoxdur. Ona görə də onun iddiasını əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(019)-933/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı 5987 (beş min doqquz yüz səksən yeddi) manat və 30 manat dövlət rüsumu xərci, cəmi 6017 (altı min on yeddi) manatın alınıb Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı fərdi əməklə məşğul olur, Balakən rayonu Tülü kənd sakinlərinin armud ağaclarının məhsullarını alıb onların satışını həyata keçirir. 2020-2021-ci illərdə o, kənd təsərrüfatı istehsalı üçün zərərvericilərə qarşı Pestisid-finqisid preparatların satışını həyata keçirən Cavabdeh Başir oğlundan 12000 manat dəyərində ““Mixamin”, “Oliqomix”, “Ultimatum”, ”Korus”, “Metazeb” “Denuprid”, ”Ormor” və s. adlı Pestisid-finqisid preparatlarını nisyə almışdır. O, aldığı pestisid-finqisid preparatlarının dəyərinin bir hissəsini ödəmiş, 5987 manat borcunu isə hal-hazıra kimi ödəməmişdir. İddiaçı aldığı pestisid-finqisid preparatlarını may-iyun aylarında müxtəlif şəxslər vasitəsi ilə kənd sakinlərinin bağlarında olan ağaclara vurdurmuşdur. Bir müddətdən sonra ağaclardan şirə axdığını, meyvələrin yaxşı inkişaf etmədiyini,ağacların bəzilərinin yarpaqlarının töküldüyünü müşahidə etmişlər.O,ağaclarda müşahidə olunan vəziyyətin aldığı dərmanların keyfiyyətsiz olmasına görə baş verməsini, nəticədə ona və bağ sahiblərinə ziyan dəydiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini müəyyən edən Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: İddiaçı ağaclara ziyanın aldığı dərmanların keyfiyyətsiz olması səbəbindən dəydiyini göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatı və şahid qismində dindirilmiş aqronom Şahid5 ifadəsi ilə müəyyən edildi ki, pestisid-finqisid preparatlarından düzgün istifadə edilməməsi, yəni suya normadan artıq əlavə edilməsi, günün isti saatlarında dərmanlanmanın aparılması bu hallara səbəb ola bilər. Məhkəmə iclasında iddiaçının özünün vəsatəti əsasında dindirilən şahidlərin ifadələrindən isə aydın oldu ki, dərmanlanma günorta vaxtı və mütəxəssis olmayan ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.2, 1097.1-ci maddələrinə, Mülki Məcəllənin 385.1, 427, 442, 445, 448.1, 567, 600.1, 600.2, 600.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədən tam narazıdır, bildirir ki, Balakən məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbq etməmiş, sübutları tam araşdırmamışdır. O, Balakən rayonu Tülü kəndində yaşayır. Kənd təsərrüfatı məhsullarının tədarükü ilə məşğul olur. Kəndlərində vətəndaşların armud bağlarına aprel-may aylarında qulluq edir, armud yetişəndə tədarük edib bazara çıxarır. 2021-ci ilin əvvəllərində Balakən rayonu Kolxoz bazarında toxumçuluğun satışı ilə məşğul olan Cavabdeh yanına gələrək ağacların dərmanlanması üçün dərman lazım olduğunu bildirdi. Ondan ümumi dəyəri 12000 ( on iki min) manat dərmanların 6000 (altı min) manatını nəğd ödəyərək qalan 5987 (beş min yüz səksən yeddi) manatı nisyə olmaqla faktura ilə almışdır. Ağacların vegetasiya dövründə, aprel-may aylarında armud ağaclarını dərmanlamışdır ki, ağaclar bar gətirsin. 2020-ci ildə də aldığı dərmanlar keyfiyyətsiz çıxdığı üçün ziyana düşmüşdür. Əlində 2020-ci ildə aldığı dərmanlara görə faktura olmadığı üçün dəymiş ziyana görə məhkəməyə müraciət edə bilməmişdir. Bu ildə aldığı dərmanlar keyfiyyətsiz çıxdı, bununla da vətəndaşlara külli miqdarda ziyan dəydi. Vətəndaşlar ondan dəymiş ziyanı tələb edəndə onlara bildirmişdir ki, onlara Cavabdeh satdığı keyfiyyətsiz dərmanlara görə ziyan dəyib. Onlarla aralarında razılaşma olduğu üçün pulu ödəmək qərarına gəlmişdir. Hər birini Tülü kənd nümayəndəliyinə gətirərək icra nümayəndəsi X2 iştirakı ilə ərizə tərtib olunaraq ərizəyə imza atdıqdan sonra ərizə təsdiqlənərək pulu ödəmişdir. Belə ki, Qanunvericiliklə Tülü kənd icra nümayəndəsinə notarius səlahiyyətləri verilib. Ancaq onun vətəndaşlara dəymiş ziyana görə ödədiyi 23738 (iyirmi üç min yeddi yüz otuz səkkiz) manat pul məhkəmədə heç nəzərə alınmamışdır. Dövlət tərəfindən ərizə tələb olunur, rüsum ödənilir, möhürlənir nəzərə alınmır. Cavabdeh toxumçuluq dərmanlarının saxlanması, satışı lisenziyası olmur məhkəmə onu haqlı çıxarır. O, məhkəmədən dərmanların yoxlanması üçün ekspertiza təyin edilməsini bildirsə də ona fikir verən olmamışdır. Şahid qismində dəymiş ziyana görə Tülü vətəndaşları məhkəmədə dindirilsə də, lisenziyası olmayan keyfiyyətsiz dərman satan Cavabdeh məhkəmə haqlı çıxardı. Məhkəmə işə baxarkən bir sıra qanun pozuntularına yol verdiyindən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə bir sıra araşdırma aparsa da araşdırmaya uyğun olmayan qərar qəbul etmişdir və cavabdehin satdığı dərman preparatlarında zərərli maddələrin olması bundan sonra da satdığı dərmanların zərərli olub-olmaması faktı araşdırılmalı və iddiaçıya dəymiş zərərin həqiqətən cavabdeh tərəfindən dəyməsi faktı ekspertiza keçirilməklə təmin edilməli olduğu halda məhkəmə nədənsə bu məsələyə fikir verməmişdir. Əgər ekspertiza keçirilsəydi o, zaman dəymiş zərər bütovlükdə öz həllini tapmş olacaqdı. Dindirilən şahidlərin ifadələrində də açıq-aşkar olur ki, iddiaçı faktiki olaraq cavabdehin ucbatından küllü miqdarda zərərə düşmüşdür. Ona görə də o, məhkəmə kollegiyasından Balakən Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(019)-933/2021 saylı qətnaməsinin ləğv edilməsinə və ilkin iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorunisəborcludanvəzifəsininicrasınıtələbetməkhüququvardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1,600.2,600.4-cü maddələrinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqlaicraedilməsi)başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını ilkin iddiaya münasibətdə mübahisələndirir, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(019)- 933/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(019)-933/2021 saylı qətnaməsini ilkin iddia tələbinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk idia tələbinə münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilkin iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(019)-933/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Layıcov X10 rayonu Tülü kənd sakinlərinin armud ağaclarının məhsullarını alıb onların satışını həyata keçirir. 2020-2021-ci illərdə o, kənd təsərrüfatı istehsalı üçün zərərvericilərə qarşı Pestisid-finqisid preparatların satışını həyata keçirən Cavabdeh Başir oğlundan 12000 manat dəyərində “Mixamin”, “Oliqomix”, “Ultimatum”, ”Korus”, “Metazeb” “Denuprid” ,”Ormor” və s. adlı Pestisid-finqisid preparatlarını nisyə almışdır. O, aldığı pestisid-finqisid preparatlarının dəyərinin bir hissəsini ödəmiş, 5987 manat borcunu isə hal-hazıra kimi ödəməmişdir. İddiaçı aldığı pestisid-finqisid preparatlarını may-iyun aylarında müxtəlif şəxslər vasitəsi ilə kənd sakinlərinin bağlarında olan ağaclara vurdurmuşdur. Bir müddətdən sonra ağaclardan şirə axdığını, meyvələrin yaxşı inkişaf etmədiyini, ağacların bəzilərinin yarpaqlarının töküldüyünü müşahidə etmişlər. O, ağaclarda müşahidə olunan vəziyyətin aldığı dərmanların keyfiyyətsiz olmasına görə baş verməsini, nəticədə ona və bağ sahiblərinə ziyan dəydiyini göstərərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, ilk iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə bir sıra araşdırma aparsa da araşdırmaya uyğun olmayan qərar qəbul etmişdir və cavabdehin satdığı dərman preparatlarında zərərli maddələrin olması bundan sonra da satdığı dərmanların zərərli olub-olmaması faktı araşdırılmalı və iddiaçıya dəymiş zərərin həqiqətən cavabdeh tərəfindən dəyməsi faktı ekspertiza keçirilməklə təmin edilməli olduğu halda məhkəmə nədənsə bu məsələyə fikir verməmişdir. Əgər ekspertiza keçirilsəydi o, zaman dəymiş zərər bütövlükdə öz həllini tapmış olacaqdı. Kollegiya şikayətin həmin dəlilləri ilə razılaşmır. Belə ki, mülki Prosessual Məcəlləyə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici ekspertiza təyin edilməsini məhkəmələr üçün vəzifə kimi deyil hüquq kimi tanımışdır. Yəni ekspertizanın təyin edilməsi məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil, yəni digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İş materiallarında olan bitkiçilik sektoru tərəfindən 24 avqust 2021-ci il tarixdə verilmiş 81 nömrəli rəydən görünür ki, Balakən rayonu Tülü kənd sakini İddiaçı Cavabdeh Başir oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı 23.08.2021 -ci il tarixində Tülü kəndində seçmə üsulu ilə adları göstərilən vətəndaşların Xəlilov Murtuzəli, Yetimova Afət, Hüseynova Almaz və digərlərinin həyətyanı sahələrinə vizual baxış keçirilmişdir. Həmin həyətyanı sahələrə, baxış keçirdikdə armud ağaclarının yarpaqlarının qismən töküldüyünü, meyvələrin üstündə olduğunu, digər dərmanlanmamış ağaclara nisbətən inkişafdan qaldığını və üzərlərində ifraz edilmiş şirənin ləkələri müşahidə edilmişdir. İddiaçıla söhbət zamanı zərərvericilərə və xəstəliklərə qarşı istifadə edilmiş dərmanların aprel-may aylarında Cavabdeh alındığı həmin aylarda da istifadə edildiyi müəyyən edilmişdir. Əgər vurulan dərmanlar (“Effekt”, “Armor”, “Ultimatum” və sair funqusid və insektisidlər) keyfiyyətsiz olsaydı ağaclar dərmanlanandan 5-10 gün sonra müraciət edilsəydi, həmin vaxt yerində baxıb qiymət vermək olardı. Dərman vurulandan 3-4 ay keçdiyini nəzərə alaraq dərmanın keyfiyyətini müəyyən etmək mümkün deyildir. Eyni zamanda dərman vurularkən, dərmanın vurulma proseduruna əməl edilməmişdir. Qeyd etdiyi məsələlərə görə dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Rəydən aydın şəkildə görünür ki, ağaclarda baş verən mənfi proseslər dərmanların keyfiyyətsizliyindən deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən ilk iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə cavabdeh tərəfdən ona ziyan vurulduğuna dair hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya vətəndaşlar tərəfindən yazılmış ərizələrə münasibət bildirərək qeyd edir ki, həmin ərizələr iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, həmin ərizələrdə qeyd edilən məbləğlərin həqiqətəndə iddiaçı tərəfindən armud ağaclarına dəyən ziyan kimi ödənildiyi inandırıcı deyildir. Belə ki, iş materiallarında həmin ziyanların hansı meyarlarla hesablandığına dair hər hansı bir sübut növü yoxdur. Eyni zamanda armud ağaclarının hansı tarixdə bar verməli olduğu, yay və ya payız mövsümünə aid olduğuna dair hər hansı bir qeyd mövcud deyildir. Yəni iddiaçının məhsul yığımı başa çatmadan vətəndaşlara eyni gündə qeyd edilən məbləğdə pul ödəməsi, həmin pulun məhz cavabdeh tərəfindən verilmiş keyfiyyətsiz dərmana görə verilməsi inandırıcı deyildir. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddia tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(019)-933/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tаrixli, 2(019)-933/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar