Məhkəmə qərarları › İş №2(107)-2483/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2483/2020

16.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2483/2020 16.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, X1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(054)-423/2020 nömrəli qərardadından iddiaçı LPO İddiaçı-nin nümayədəsi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli 309843 nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 102,73 manat əsas borc, 202,73 manat cərimə, müqavilə müddəti bitəndən sonra xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 10,91 manat faiz borcu - cəmi 316,37 manat borc və 20,00 manat ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxxx 2020-ci il tarixli, 2(054)-423/2020 nömrəli qərardadı ilə X1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiаçı LPO İddiaçı-nin nümayədəsi X2 şikаyət verərək göstərmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll olunur. Mübahisənin nizamlanması mümkün olmadıqda isə məhkəmədə həll olunur. Göründüyü kimi, məhkəmənin qərardadında qeyd olunan pretenziya məsələsi kredit müqaviləsində əks olunmuşdur. Bank tərəfindən müştəri ilə danışıqlar aparılmasına cəhd göstərilmiş, bu nəticə vermədikdə isə ona xəbərdarlıq məktubu göndərilmiş, bundan sonra məhkəməyə müraciət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasına tam şəkildə əməl etmişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(054)- 423/2020 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-423/2020 nömrəli qərardadı ilə X1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054)-423/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq iddiaçı LPO İddiaçı-nin nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMnin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(054)-423/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 309843 nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə gecikdirilmiş vaxt 1091 gün təşkil edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində xx.xx.2014-cü il tarixli 309843 nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə Cavabdeh 102,73 manat əsas borc, 202,73 manat cərimə, müqavilə müddəti bitəndən sonra xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 10,91 manat faiz borcu - cəmi 316,37 manat borcu olduğu qeyd edilsə də, kredit borcunun restrukturizasiya olunub-olunmaması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 309843 nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə borc məbləği vaxtı keçmiş kredit borclarına aid olduğundan, lakin iddiaçı tərəfindən həmin kredit borcunun restrukturizasiya olunubolunmaması, kreditə hesablanmış faizlərin silinməsi üçün tədbirlər görülüb-görülməməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən həmin xüsusatların obyektiv araşdırılması mümkün deyildir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mübahisənin məhkəməyə qədər həll edilməsi üçün tədbirlər görüldüyü barədə rəsmi sənədləri iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah edilmişdir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Həmin Fərmanın 8.10-cu bəndində qeyd edilmişdir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(054)-423/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı-nin nümayədəsi X2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(054)-423/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar