Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-249/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), və Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli **********30514 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddiaçı “ASC«Xalq» Bankının Cavabdeh qarşı “cavabdehin xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında kreditin verilməsi müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 940,33 (doqquz yüz qırx manat 33 qəpik) manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 8 803,10 (səkkiz min səkkiz yüz üç manat 10 qəpik) manat məbləğində penya, cəmi 9743.43 (doqquz min yeddi yüz qırx üç manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu tələbi”nə dair iddiası rədd edilmiş, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30(otuz) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı ASC«Xalq» Bankı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında kreditin verilməsi müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 940,33 (doqquz yüz qırx manat 33 qəpik) manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 8 803,10 (səkkiz min səkkiz yüz üç manat 10 qəpik) manat məbləğində penya, cəmi 9743.43 (doqquz min yeddi yüz qırx üç manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ASC «Xalq» Bankı Cavabdeh qarşı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********30514 N°-li Kredit müqaviləsinə (bundan sonra - “Kredit müqaviləsi”) əsasən iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % (altı faiz) ödənilməsi şərtilə, 14 000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə cavabdeh X8 arasında sonuncunun mülkiyyətində olan Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində 8B nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 63,7 m2 ümumi, 43,3 m2 yaşayış, 20,4 m2 yardımçı sahədən ibarət, 3 otaqlı 11 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********30514/İM №-li İpoteka müqaviləsi (bundan sonra - “İpoteka müqaviləsi”) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* № li Çıxarış verilmişdir. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı “Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında” iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(024)-839/2017 Nə-li qətnaməsi ilə İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh N.B.Aydəmirova məxsus məxsus Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində 8B nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 63,7 kv.m ümumi, 43,3 kv.m yaşayış, 20,4 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 11 nömrəli mənzilə tutma yönəldilməsi, açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********30514 Ns-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 14 000 manat məbləğində əsas borc, xx.xx.2017-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1 669,64 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 102,67 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 400 manat məbləğində penya, cəmi 16 172,31 manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 24 000 (iyirmi bir min) manat məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən 1 (bir) il sonra Cavabdeh yuxarıda göstərilən borc məbləğini xx.xx.2018-ci il tarixdə Banka ödəmişdir. Buna baxmayaraq, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 30% (otuz faiz) dərəcəsi ilə hesablanan penya da ödəməli idi ki, əsas borcun tam şəkildə qaytarıldığı - xx.xx.2018-ci il tarixə bu məbləğ 8803.10 (səkkiz min səkkiz yüz üç manat 10 qəpik) manat təşkil etmişdir. Qeyd edir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə də uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki. müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki. “kreditor Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Həmin-kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəliklərini icra etməmişdir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxtı dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyi imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir, əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, cavabdehə verilən kredit Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (hazırkı SİF) vəsaiti hesabına verilən güzəştli kredit kateqoriyasına aid olduğundan müvafiq növ kreditlər üzrə faiz dərəcəsi bank tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyənləşdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”nın (Bundan sonra “Qaydalar”) 6.3-cü bəndinə əsasən müvəkkli kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6 faizindən (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləği istisna olmaqla) artıq olmamalıdır. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixə kimi əldə çıxmış faydanın hesablanmasında Qaydada göstərilmiş 6 (altı) faiz dərəcəsini (qeyd edilən faiz dərəcəsi həmin dövrdə Qaydalara uyğun olmuşdur) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 940,33 (doqquz yüz qırx manat 33 qəpik) manat təşkil edir. İpoteka predmeti hesabına İddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli 192 №-li Xəbərdarlıq məktubu ünvanlanmasına və qeyd edilən məktubun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, sonuncu tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh xx.xx.2014-cü il tarixli **********30514 N-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında kreditin verilməsi müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 940,33 (doqquz yüz qırx manat 33 qəpik) manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 8 803,10 (səkkiz min səkkiz yüz üç manat 10 qəpik) manat məbləğində penya, cəmi 9743.43 (doqquz min yeddi yüz qırx üç manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, ASC “Xalq” Bankından xx.xx.2014-cü il tarixdə 14 000 (on dörd min) manat məbləğində kredit götürmüşdür. Götürdüyü krediti tam şəkildə ödəyə bilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş, Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən cəmi 16 172.31(on altı min bir yüz yetmiş iki manat otuz bir qəpik) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə iddia tələbinin xx.xx.2017-ci il tarixindən başlayaraq bankın tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanan penyanın ondan tutulması”na dair hissəsi rədd edilmişdir. O, qətnamə qəbul edildikdən sonra iddiaçıya olan borcunu tam şəkildə ödəmiş, ASC “Xalq” Bankının məktubu əsasında Qax rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədinin icraatına xitam verilmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X6 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X6 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Qax Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Qax Rayon Məhkəməsi iş materiallarını araşdırmamış, iddiaçı tərəfindən tələbinin əsaslığını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, bankın iddiasını təmin etməmişdir. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)- 514/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsinə və iddianın tam təmin olunmasına, apelyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X7 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % (altı faiz) ödənilməsi şərtilə, 14 000 (on dörd min) manat məbləğində kredit verilmişdir. İşdə olan Qax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)-839 nömrəli, xx.xx.2017ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli **********30514/İM №li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X5 mülkiyyətində olan Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində 8B nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 63,7 m2 ümumi, 43,3 m2 yaşayış, 20,4 m2 yardımçı sahədən ibarət, 3 otaqlı 11 nömrəli mənzilə tutma yönəldilsin, mənzilin açıq hərracda satılması, xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 14000 (on dörd min) manat məbləğində əsas borc, xx.xx.2017-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1669,64 (bir min altı yüz altmış doqquz manat 64 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci tarixdən xx.xx.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 102,67 (bir yüz iki manat 67 qəpik) manat məbləğində zərər (əldən çıxmış faydanın) əvəzi, 400 (dörd yüz) manat məbləğində penya, cəmi 16 172.31 (on altı min bir yüz yetmiş iki manat otuz bir qəpik) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması, İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri məbləğində müəyyən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 24 000 (iyirmi dörd min) manat məbləğində təyin edilməsi, mənzil satıldıqdan sonra orada yaşayan X8, X4 və Aydəmirova (Muradova) Aynurə Nazim qızı, onların ailə üzvləri və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılması, iddia tələbinin xx.xx.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulması”na dair hissəsinin rədd edilməsi qət edilmişdir. İşdə olan ASC “Xalq” Bankının Qax rayon İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli, 1930 saylı məktubun surətindən görünür ki, Qax Rayon Məhkəməsi ilə müəyyən edilmiş 2(024)-839 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş borc cavabdehlər tərəfindən ödənildiyi üçün həmin icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İşdə olan Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh, X5, X1 və X2 barəsində olan Qax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)-839 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPMQİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2019-cu il tarixli, 192 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 9743.43 manat məbləğində pulun ödənilməsi tələb olunaraq, əks təqdirdə öhdəliyin icra edilməsi istiqamətində müvafiq addımların atılacağı bildirilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli № ********* saylı qəbzdən görünür ki, iddiaçı ASC«Xalq» Bankı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Qax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)-839 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixli **********30514/İM №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X5 mülkiyyətində olan Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində 8B nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 63,7 m2 ümumi, 43,3 m2 yaşayış, 20,4 m2 yardımçı sahədən ibarət, 3 otaqlı 11 nömrəli mənzilə tutma yönəldilsin, mənzilin açıq hərracda satılması, xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 14000 (on dörd min) manat məbləğində əsas borc, xx.xx.2017-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1669,64 (bir min altı yüz altmış doqquz manat 64 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci tarixdən xx.xx.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 102,67 (bir yüz iki manat 67 qəpik) manat məbləğində zərər (əldən çıxmış faydanın) əvəzi, 400 (dörd yüz) manat məbləğində penya, cəmi 16 172.31(on altı min bir yüz yetmiş iki manat otuz bir qəpik) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması, İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri məbləğində müəyyən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 24 000 (iyirmi dörd min) manat məbləğində təyin edilməsi, mənzil satıldıqdan sonra orada yaşayan X8, X4 və Aydəmirova (Muradova) Aynurə Nazim qızı, onların ailə üzvləri və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılması, iddia tələbinin xx.xx.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulması”na dair hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldikdən sonra 2018-ci il tarixdə qətnamədə göstərilən məbləğ cavabdehlər tərəfindən ödənilmiş, ASC “Xalq” Bankı tərəfindən Qax rayon İcra və probasiya şöbəsindən həmin icra sənədi üzrə icraat xitam verilməsi barədə məktub ünvanlandıqdan sonra Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən icraata xitam verilmişdir. Məhkəmənin yuxarıda qeyd olunan qətnaməsində iddia tələbinin “xx.xx.2017ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulması”na dair hissəsinin rədd edilməsi qət edilsə də, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilə müddətinin bitməsindən sonra hesablanan əldən çıxmış fayda qismində faiz məbləğinin tutulmasına dair iddia tələbi əsassızdır. Həmçinin iddia rədd edildiyi üçün iddiaçının ödədiyi dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “ASC«Xalq» Bankının Cavabdeh qarşı “cavabdehin xx.xx.2014-cü il tarixli **********30514 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında kreditin verilməsi müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək illik 6% (altı faiz) dərəcəsi ilə hesablanmış 940,33 (doqquz yüz qırx manat 33 qəpik) manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 8 803,10 (səkkiz min səkkiz yüz üç manat 10 qəpik) manat məbləğində penya, cəmi 9743.43 (doqquz min yeddi yüz qırx üç manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməli, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30(otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməldir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X6 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-249/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-249/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver